[b]Bakıda oğurluq avtomobillərin ehtiyat hissələrini satan şəxs həbs olunub[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Bakının Səbayel rayonunda avtomobilləri oğurlayıb ehtiyat hissələrini satmaqda təqsirləndirilən Samir Məmmədov yaxalanıb. Səbayel rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, S. Məmmədov əsasən Almaniyada istehsal olunan avtomaşınları oğurlayaraq, ehtiyat hissələrini söküb və onları avtomobillərin təmiri ilə məşğul olan bir neçə obyektə ucuz qiymətə satıb. İlkin dindirmələr zamanı təqsirləndirilən şəxs günahını etiraf edib. O, əməlini işsizliklə əsaslandırıb. Faktla bağlı Səbayel rayon Polis İdarəsində araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

06-04-2008, 06:21 PMAPABakıda oğurluq avtomobillərin ehtiyat hissələrini satan şəxs həbs olunub

06-04-2008, 06:31 PMAPAGəncədə yol qəzası baş verib
[b]Gəncədə yol qəzası baş verib[b]
[Gəncə. Nəzakət Ağayeva-APA. Gəncədə ağır yol qəzası baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü 26 yaşlı Elməddin Yusifzadə idarə etdiyi "Opel Vektra" markalı maşını Gəncədə şəhər ruhi-əsəb dispanserinin yaxınlığında dərəyə aşırıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan 24 yaşlı sərnişin Elmira Əliyeva ciddi xəsarət alıblar. Yaralılar təcili xəstəxanaya çatdırılıb, ilkin tibbi yardımdan sonra onlar evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır. -
06-04-2008, 06:41 PMAPABöyük Britaniya hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Britaniya şirkətlərinə təsir göstərə bilmir
[b]Böyük Britaniya hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Britaniya şirkətlərinə təsir göstərə bilmir[b]
[Bakı. Rəşad Süleymanov - APA. Böyük Britaniya hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Britaniya şirkətlərinin fəaliyyətinə müdaxilə edə, onlara təsir göstərə bilmir. APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın ticarət və investisiya naziri Lord Diqbi Cons deyib. O bildirib ki, Böyük Britaniya qanunvericiliyinə əsasən hökumətin özəl şirkətlərin fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur: "Əgər bizim şirkətlər münaqişə regionunda humanitar fəaliyyətlər göstərirlərsə, mən bunu dəstəkləyirəm. Yox, əgər söhbət həmin şirkətlərin biznes fəaliyyəti qurmağından gedirsə, deyə bilərəm ki, bizim hökumət biznes qurumlarının işinə müdaxilə etmir. Ona görə də şirkətlər istədikləri yeri seçir və sərbəst fəaliyyət göstərirlər". Belə olan təqdirdə Britaniya şirkətlərinin İrana qarşı tətbiq olunan sanksiyalarda iştirakının necə gerçəkləşdiyi barədə suala isə nazir "bu, BMT-nin qətnamələri əsasında həyata keçirilir",- deyə cavab verib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı ilə bağlı BMT-nin 4 qətnamə qəbul etdiyini xatırladan jurnalistlərə britaniyalı nazir belə cavab verib: "Hansısa qətnamədə belə sanksiyalar nəzərdə tutulursa, Britaniya şirkətləri onu yerinə yetirəcəklər". -
06-04-2008, 06:51 PMAPAAzərbaycan və İran xarici işlər nazirlərinin görüşü razılaşdırılıb
[b]Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü razılaşdırılıb[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycan və İran xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşü barədə razılığa gəlinib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyində keçirdiyi görüşlərdən sonra İran xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttar məlumat verib. O, xarici işlər naziri Elmar Məmmədyarov və onun müavini Xələf Xələfovla yüksək səviyyədə danışıqlar apardığını bildirib. Əlirza Şeyx Əttarın sözlərinə görə, yaxın bir ay ərzində İran-Azərbaycan hökumətlərarası komissiyasının iclasının keçirilməsi nəzərdə tutulur. -
06-04-2008, 07:01 PMAPAMaksim Qalkin Bakıya gələcək
[b]Maksim Qalkin Bakıya gələcək[b]
[Bakı. Ülkər Qasımova-APA. İyunun 25-də Rusiyanın tanınmış parodiya usatsı Maksim Qalkin Bakıda çıxış edəcək. Parodiya ustasının konserti Yaşıl Teatr Bakı Konsert Kompleksində keçiriləcək. Yaşıl Teatrdan APA-ya bildirilib ki, "Yeni parodiya şousu" adı konsert proqramının biletləri 20-150 manat arasındadır. -
06-04-2008, 07:11 PMAPABakıda polyak rejissoru Kşiştov Zanussinin filmlərinin retrospektivi başa çatıb
[b]Bakıda polyak rejissoru Kşiştov Zanussinin filmlərinin retrospektivi başa çatıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Bakıda keçirilən X "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı çərçivəsində polyak rejissoru Kşiştov Zanussinin filmlərinin retrospektivi başa çatıb. APA-nın məlumatına görə, sonuncu olaraq rejissorun "Var gücü ilə, qalopla" bədii filminin retrospektivi təşkil olunub. Kinofestival çərçivəsində bu gün eləcə də "Azərbaycan" kinoteatrında Rusiyada istehsal olunmuş "Sürgün" və "Yük 200" filmləri nümayiş olunub. Qeyd edək ki, iyunun 7-də başa çatacaq festivalda 10-a yaxın ölkənin tanınmış kino xadimləri iştirak edir. Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dünya Kinosunun 100 illiyi Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalın bu il 10 yaşı tamam olur. Festivalın bağlanış mərasimində "Azərbaycan" kinoteatrında "Hökmdarın taleyi" (Azərbaycan) və "Aleksandr. Neva döyüşü" (Rusiya) filmləri nümayiş olunacaq. Mərasimdə eyni zamanda "Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz", "Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz", "Bəşəriyyətə ən humanist göndəriş" və "Dünya kinosunun inkişafındakı xidmətlərinə görə" nominasiyaları üzrə mükafatlar təqdim olunacaq. Qeyd edək ki, X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
06-04-2008, 07:21 PMAPAEldar Namazov: "Müxalifət düşərgəsi bir neçə adamın girovuna çevrilməməlidir"
[b]Eldar Namazov: "Müxalifət düşərgəsi bir neçə adamın girovuna çevrilməməlidir"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Müxalifət düşərgəsi bir neçə adamın girovuna çevrilməməlidir". "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov APA-ya bildirib ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların iyunda keçirilməsi nəzərdə tutulan forumu ilə bağlı bir neçə istiqamətdə məsləhətləşmələr aparılır. "Bu dəfə kimlərinsə iddiasına görə forum təxirə salınmayacaq. Hesab edirəm ki, kim birgəfəaliyyət göstərmək və əməkdaşlıq etmək istəyirsə, bu tədbirə qatılacaq". Onun sözlərinə görə, əməkdaşlığa meylli olan qurumlar artıq foruma dəstək veriblər. Seçkidə boykot tərəfdarı olmadıqlarını da söyləyən E. Namazov deyib ki, Seçki Məcəlləsinin bu şəkildə qəbulu onların seçkidə iştirakları ilə bağlı qərarlarını dəyişməyəcək: "Bizim üçün boykot məsələsi gündəmdə heç vaxt olmayıb. Çünki əvvəlcədən vəziyyəti təhlil etmişdik. Təəssüf ki, müxalifət düşərgəsində təmsil olunan bəzi partiyalar bu məqama diqqət yetirmədilər. Hər halda müxalifət partiyaları bütün maneələrə baxmayaraq, seçkilərə mübarizə meydanı kimi baxmalıdır, seçkiyə faiz üçün qatılmamalıdır". -
06-04-2008, 07:31 PMAPAYAP rəsmi saytında keçirdiyi sorğunun nəticələrini açıqlayıb
[b]YAP rəsmi saytında keçirdiyi sorğunun nəticələrini açıqlayıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyası (YAP) rəsmi İnternet saytında "BMT Baş Məclisində Azərbaycan Respublikasının təqdim etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamənin səsverməsi zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) tutduğu mövqeyə necə münasibət bəsləyirsiniz?" mövzusunda keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sorğu iştirakçılarının 65 faizi Minsk Qrupu həmsədrlərinin səsvermə zamanı tutduqları mövqeni çox mənfi, 4 faizi mənfi qiymətləndirib, 26 faizi isə bunun gözlənilən olduğunu bildirib. YAP mətbuat xidmətinin sorğunun nəticələrinə əlavə etdiyi şərhdə deyilir ki, cavabların bir-birinə yaxın və əsasən mənfi təmayüldə olması təsadüf deyil: "ATƏT kimi təşkilat münaqişənin həllində lazımi qətiyyəti göstərmir və bu amil konfliktin uzanmasına və dərinləşməsinə gətirib çıxarır. Halbuki Minsk Qrupunun həmsədri olan ölkələr (ABŞ, Fransa, Rusiya) dünyada və regionda kifayət qədər nüfuzlu və aparıcı dövlətlərdir, onlar təcavüzkar Ermənistana təsir göstərmək üçün yetərincə güclü vasitələrə malikdirlər. Lakin bu dövlətlər təcavüzkar Ermənistanla ərazisi işğala məruz qalmış Azərbaycan arasında heç bir fərq qoymur. Onların bir çox halda - konkret məlum səsvermə zamanı olduğu kimi - təcavüzkarın xeyrinə qərarlar vermələri heç şübhəsiz, Azərbaycan ictimai rəyinə təsirsiz ötüşməyib". -
06-04-2008, 07:41 PMAPAYAP-ın icra katibi Çinin Avropa və Asiya Əlaqələri İnkişafı İnstitutunun rəhbəri ilə görüşüb
[b]YAP-ın icra katibi Çinin Avropa və Asiya Əlaqələri İnkişafı İnstitutunun rəhbəri ilə görüşüb[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov Çin Xalq Respublikasının Bakıda səfərdə olan Avropa və Asiya Əlaqələri İnkişafı İnstitutunun rəhbəri Li Fanlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Çinlə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb. Tanışlıq xarakteri daşıyan görüşdə qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin törətdiyi fəsadlar, münaqişənin sülh yolu ilə həlli istiqamətində rəsmi Bakının səyləri, Azərbaycan iqtisadiyyatının sürətli inkişafını təmin edən islahatlar, o cümlədən YAP-ın fəaliyyəti, məqsədi və məramı barədə geniş məlumat verilib. -
06-04-2008, 08:11 PMAPADövlət Komissiyası: 550 azərbaycanlı erməni əsirliyində qətlə yetirilib
[b]Dövlət Komissiyası: 550 azərbaycanlı erməni əsirliyində qətlə yetirilib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu tərəfindən 2008-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 100 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb.
[APA-nın xəbərinə görə, bu barədə Dövlət Komissiyasının yaydığı məlumatda qeyd olunub. Həmin şəxslərdən 26 nəfərin sağ olduğu, bəzilərinin Azərbaycandan kənarda yaşadığı, 33 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 41 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyənləşdirilib. 1 iyun 2008-ci il tarixinə olan məlumata görə, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4264 nəfərdir. Onlardan 3439 nəfər hərbçi, 817 nəfər mülki şəxsdir (8 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47-si itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 azyaşlı qız), 262-si qadın, 359-u yaşlı insandır (156 qadın). Əsir, itkin düşmüş 4264 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. Əsir və girovluqdan 1396 nəfər azad edilib. Onlardan 343 nəfəri qadın, 1053 nəfəri kişidir, (eyni zamanda 169 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər qoca (112 nəfər yaşlı qadın)). Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 446 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.