Əsas məzmuna keç
Sayfa 84/461 İlkİlk ... 3474828384858694134184 ... SonSon
4610 sonuçtan 831 ile 840 arası

Azərbaycan Xəbərləri

1. #831
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanlı karikaturaçı-rəssam Kubada keçirilən beynəlxalq müsabiqəsinin qalibi olub

[b]Azərbaycanlı karikaturaçı-rəssam Kubada keçirilən beynəlxalq müsabiqəsinin qalibi olub[b]

Bakı. Ülkər Qasımova-APA. Kubanın tanınmış "Dedete" satirik qəzeti beynəlxalq karikatura müsabiqəsi keçirib. APA-nın məlumatına görə, müsabiqənin məqsədi dünyada mövcud ekoloji problemləri karikatura rəsmləri vasitəsilə insanlara çatdırmaq olub. Müsabiqədə 37 ölkədən 300 karikaturaçının iştirak edib. Azərbaycanı təmsil edən karikaturaçı Seyran Cəfərli müsabiqənin qalibi seçilib. O, müsabiqənin əsas mükafatı olan "Qran Premio"ya layiq görülüb və çəkdiyi karikatura rəsmi "Dedete" qəzetinin ön səhifəsində dərc edilib.Qeyd edək ki, Seyran Cəfərli Bakıda nəşr olunan "Karikatura" jurnalının baş redaktorudur.

2. #832
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Estoniya parlamentinin vitse-spikeri: "BMT-də keçirilən səsvermədə bitərəf qalmağımız Avropa Birliyinin mövqeyindən çıxış etməyimizlə əlaqədar idi"

[b]Estoniya parlamentinin vitse-spikeri: "BMT-də keçirilən səsvermədə bitərəf qalmağımız Avropa Birliyinin mövqeyindən çıxış etməyimizlə əlaqədar idi"[b]

O, Estoniyanın Avropa Birliyinin mövqeyindən çıxış etdiyini bildirib: "Ərazi bütövlüyü məsələsinə gəldikdə isə, Estoniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, qaçqınların öz yurd-yuvasına qayıtmasını istəyir və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Estoniya Azərbaycanın NATO-ya inteqrasiya siyasətini də dəstəkləyir. Əgər Azərbaycan NATO-ya üzv olmağa böyük maraq nümayiş etdirərsə, Estoniya öz təcrübəsindən yararlanaraq ölkənizə hər cür yardım göstərməyə hazırdır".

3. #833
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT-in İrəvan ofisinin əməkdaşını müxalifətçi zənn edən erməni polisləri onu zorla bölməyə aparıblar

[b]ATƏT-in İrəvan ofisinin əməkdaşını müxalifətçi zənn edən erməni polisləri onu zorla bölməyə aparıblar[b]

İrəvan - APA. Martın 27-də ATƏT-in İrəvandakı ofisinin xanım əməkdaşlarından biri saxlanılaraq polisə aparılıb.

APA-nın Ermənistan mənbələrinə istinadən verdiyi məlumata görə, öz yaxını ilə "Armentel" mobil rabitə operatorunun şəhərin Şimal prospektində yerləşən bölməsinə daxil olan ATƏT nümayəndəsi polisin diqqətini cəlb edib. Onları həmin prospektdə etiraz aksiyası üsulu kimi gəzintiyə çıxmış müxalifətçi hesab edən polislər heç bir izahat vermədən xanımları maşına basaraq bölməyə aparıblar. İnsident barədə məlumat alan ATƏT ofisi məsələyə qarışdıqdan sonra saxlanılanlar sərbəst buraxılıb. ATƏT-in İrəvan ofisi hadisə ilə bağlı hakimiyyətdən izahat istəyib.

4. #834
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Həbsdə olan Ermənistan müxalifətçiləri aclıq elan edib

[b]Həbsdə olan Ermənistan müxalifətçiləri aclıq elan edib[b]

İrəvan - APA. Ermənistan müxalifətinin həbsdə olan 10-dan çox tanınmış nümayəndəsi aclıq elan edib. APA-nın Ermənistan mənbələrinə istinadən verdiyi məlumata görə, aclıq aksiyası keçirənlər arasında Levon Ter-Petrosyanın seçki qərargahının rəhbəri, keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan, parlament sədrinin keçmiş müavini Karapet Rubinyan, deputat Myasnik Malxasyan, "Respublika" Partiyasının İdarə Heyətinin üzvləri Smbat Ayvazyan və Suren Surenyants da var. Onlar siyasi motivlə həbs olunduqlarını bildirərək barələrində qaldırılmış cinayət işlərinin ləğv olunmasını tələb edirlər. Qeyd edək ki, İrəvanda baş verən 1-2 mart hadisələrinə görə 100-dən çox adam həbs olunub.

5. #835
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Araz Əzimov: "Həmsədrlər bizim mesajlarımızdan nəticə çıxara biliblərsə, bu, yaxşı haldır"

[b]Araz Əzimov: "Həmsədrlər bizim mesajlarımızdan nəticə çıxara biliblərsə, bu, yaxşı haldır"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Prezidentlərin görüşü onların özlərindən asılıdır. Məsələ sadəcə, görüşməkdən ibarət deyil, danışıqlar üçün əsas yaranmasından ibarətdir". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib.

O, Azərbaycanın ərazi bütövlüyü məsələsinin danışıqların aparılması üçün əsas olduğunu deyib: "Əgər danışıqların əsasında yenə də siyasi uydurmalar durursa, bu, görüş üçün əsas götürülə bilməz. Azərbaycan tərəfi yenə də bildirir ki, ərazi bütövlüyü alternativsiz əsasdır, danışıqlar bunun əsasında aparılırsa, biz dialoqa hazırıq". Araz Əzimov münaqişənin nizamlanması prosesində ATƏT-in Minsk Qrupunun öz potensialını tam şəkildə ortaya qoymadığını bildirib: "Biz görürük ki, Minsk Qrupu öz potensialından tam istifadə etmir. Digər tərəfdən, həmsədrlər münaqişənin nizamlanması prosesini öz inhisarına alaraq bu prosesi istədikləri istiqamətə yönəldir və qeyri-müəyyənlik yaradırlar. Həmsədrlər bizim mesajlarımızdan nəticə çıxara biliblərsə, bu, yaxşı haldır. Həmsədr ölkələrin üzərinə böyük məsuliyyət düşür, bu məsuliyyəti yerinə yetirən şəxslər bunu dərk etməlidir".

6. #836
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppası Masallıya qastrola gedəcək

[b]Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppası Masallıya qastrola gedəcək[b]

Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı kollektivi yaxın günlərdə Masallıya qastrola gedəcək. Teatrın aktyoru Novruz Qartal APA-ya bildirib ki, səfər çərçivəsində teatr truppası aprelin 9-da İsi Məlikzadə və Süleyman Ələsgərovun "Kələkbazlar" tamaşası ilə çıxış edəcək. Tamaşada rolları Novruz Qartal, Çingiz Əhmədov, Emma Məlikova, Əzizağa Əzizov, Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Mehriban Zalıyeva və Elnarə Yusifova ifa edəcəklər. Tamaşanın rejissoru Əhəd Hacıyevdir. Səfər Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Bundan başqa truppanın Xaçmaz rayonuna da qastrol səfəri nəzərdə tutulur.

7. #837
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan DİN İdarə rəisi: "Ötən il mənfi motivlərlə daxili işlər orqanlarında xidmətdən xaric edilənlərin sayı artıb"

[b]Azərbaycan DİN İdarə rəisi: "Ötən il mənfi motivlərlə daxili işlər orqanlarında xidmətdən xaric edilənlərin sayı artıb"[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Daxili işlər orqanlarında mövcud olan sağlam mənəvi-psixoloji durumun qorunub saxlanılması, nizam-intizamın möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülüb, nəticədə gənc əməkdaşlar tərəfindən intizam qaydalarının pozulması 51,1 faiz azalıb, xidmətin birinci ilində fərqləndiyinə görə mükafatlandırılan əməkdaşların sayı 13,1 faiz artıb.

Bu barədə Daxili İşlər Nazirliyində (DİN) bu gün keçirilən Kollegiya iclasında çıxış edən nazirliyin Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Mehman Mehmanov bildirib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, idarə rəisi bildirib ki, eyni zamanda 2006-cı illə müqayisədə ötən il xidməti qəbahətləri yığıncaqlarda müzakirə edilən əməkdaşların və icra intizamı qaydalarının pozulması faktları üzrə qəbul edilmiş prinsipial qərarlar nəticəsində mənfi motivlərlə daxili işlər orqanlarında xidmətdən xaric edilənlərin sayı artıb.

8. #838
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İsrail Knessetinin komissiyasının iclasında «erməni soyqırımı» məsələsinin müzakirəyə çıxarılması ilə insident baş verib

[b]İsrail Knessetinin komissiyasının iclasında «erməni soyqırımı» məsələsinin müzakirəyə çıxarılması ilə insident baş verib[b]

Bakı. Laçın Sultanova - APA. Bu gün İsrail Knessetinin reqlament üzrə komissiyasının iclasında Knessetin hansı komissiyasında «erməni soyqırımı» məsələsinin müzakirə edilməsi barədə müzakirələr aparılıb.

APA-nın İsrail KİV-nə istinadən verdiyi məlumata görə, müzakirələr zamanı əslən Bakıdan olan İosif Şaqalla hakim partiyanın təmsilçisi Zeyev Elkin arasında qalmaqal düşüb, onlar bir-birinin ünvanına təhqiramiz ifadələr işlədiblər. Bununla belə, müzakirə və mübahisələrin sonunda «erməni məsələsinin» Knessetin Xarici işlər və təhlükəsizlik komissiyasında müzakirə olunması barədə qərar qəbul olunub. İclasdan sonra İ. Şaqal jurnalistlərə 1915-ci ildə Türkiyədə baş vermiş hadisələrin tarixi fakt olduğunu deyib: «Ermənilər Türkiyə vətəndaşları olduqları halda, rus-türk müharibəsində Rusiyanın tərəfindən iştirak ediblər. Bu hal kollaborasionizm adlanır. Analoji hadisə birinci Livan müharibəsi zamanı İsrailin tərəfində olan SADAL döyüşçüləri ilə bağlı da yaşandı. "Hizbullah" gələndə, bizim tərəfimizdə olan və ölkədən çıxa bilməyənləri güllələdi. Nəzərə almaq lazımdır ki, onlar xristian olduqları üçün yox, məhz kollaborasionist olduqları üçün öldürüldülər".

9. #839
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Daxili İşlər Nazirliyində geniş Kollegiya keçirilib

[b]Azərbaycan Daxili İşlər Nazirliyində geniş Kollegiya keçirilib[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Aprelin 1-də Daxili İşlər Nazirliyində keçmiş illərdən bağlı qalmış qəsdən adamöldürmə cinayətlərinin açılması istiqamətində, həmçinin şəxsi heyət arasında mənəvi-psixoloji durumun, nizam-intizamın, sosial müdafiə işinin yaxşılaşdırılması üzrə fəaliyyətin təşkili və görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubov ölkədə əməliyyat şəraitinə ciddi təsiri olan, ictimai təhlükəliliyi baxımından xüsusilə fərqlənən qəsdən adam öldürmə cinayətlərinin qarşısının alınması və açılması sahəsində əməliyyat-xidməti fəaliyyətin düzgün və səmərəli təşkilinin daim nazirliyin rəhbərliyinin diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Nazir bu işdə daxili işlər orqanlarının digər hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları ilə qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük önəm verildiyini deyib. Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski və Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Mehman Mehmanov məruzə ilə çıxış ediblər. Sonra R. Usubov gündəlikdəki məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib. O, ərazi polis orqanlarının rəislərinin hər bir qəsdən adam öldürmə faktının açılması, bu faktlara görə axtarılan şəxslərin yaxalanması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə bilavasitə rəhbərlik etmələrini, eyni zamanda, xəbərsiz itkin düşmüş şəxslərin qətlə yetirilməsi, yaxud cinayətin qurbanı olması ehtimallarını dərindən araşdırılmalarını, zəruri hallarda cinayət işlərinin başlanması üçün prokurorluq orqanları qarşısında vəsatət qaldırmalarını tələb edib. R. Usubov diqqəti şəxsi heyət arasında mənəvi-psixoloji durumun, nizam-intizamın möhkəmləndirilməsi, sosial müdafiə işinin yaxşılaşdırılması sahəsində daha ciddi tədbirlərin görülməsinə yönəldib.

10. #840
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rumıniyanın Azərbaycandakı səfiri NATO sammiti ilə bağlı mətbuat konfransı keçirib

[b]Rumıniyanın Azərbaycandakı səfiri NATO sammiti ilə bağlı mətbuat konfransı keçirib[b]

Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, səfir NATO-nun Buxarest sammiti və ölkəsinin hərbi-siyasi alyansda iştirakı barədə danışıb. O bildirib ki, Rumıniya NATO-nun Kosovo məsələsində fəallıq göstərəcəyinə və bu məsələnin sammitdə müzakirəsinə ümid edir. N. Ureki Kosovo məsələsində yalnız BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi çərçivəsində fəaliyyət göstərəcəklərini söyləyib. Diplomat hələlik Kosovonun tanınması kimi qiymətləndirilə biləcək addımlar atmaq fikrində olmadıqlarını açıqlayıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.