Əsas məzmuna keç
Sayfa 61/461 İlkİlk ... 1151596061626371111161 ... SonSon
4610 sonuçtan 601 ile 610 arası

Azərbaycan Xəbərləri

1. #601
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən imtahanın nəticələri açıqlanıb

[b]Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən imtahanın nəticələri açıqlanıb[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Martın 19-da 29 dövlət orqanında 476 vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilən müsabiqə çərçivəsində keçirilən test imtahanının nəticələri açıqlanıb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyadan APA-ya daxil olan məlumata görə, imtahanın nəticələrinə əsasən namizədlərdən 324-ü mümkün baldan azı 80%-ni toplayaraq ilkin mərhələdən keçib. 148 namizəd imtahanda iştirak etməyib, 2 namizədin isə test imtahanının nəticələri ləğv edilib. Test imtahanından uğurla keçən namizədlər müsabiqənin söhbət mərhələsinə buraxılacaqlar. Söhbətin nəticələri balla qiymətləndiriləcək.

2. #602
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidentinin əfv etdiyi şəxslər arasında baptist Zaur Balayev də var

[b]Azərbaycan prezidentinin əfv etdiyi şəxslər arasında baptist Zaur Balayev də var[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycan prezidenti İlham Əliyevin martın 18-də imzaladığı əfv fərmanı ilə azadlığa buraxılanlar arasında xristian-baptist Zaur Balayev də var.

APA-nın məlumatına görə, Zaqatala rayonunun Əliabad kəndinin sakini olan baptist pastor Z. Balayev 2007-ci il mayın 20-də saxlanılıb. O, polisə müqavimət göstərməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub. Ailə üzvləri isə onun dini baxışlarına görə həbs edildiyini bildirərək Z. Balayevin azad olunması üçün prezidentə müraciət ediblər. Maraqlıdır ki, ABŞ-ın keçmiş prezidenti Cimmi Karter də Z. Balayevin azadlığa buraxılması xahişi ilə Azərbaycan prezidentinə məktub ünvanlayıb.

3. #603
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyədə partiya lideri, iki baş redaktor və keçmiş rektor həbs olunublar

[b]Türkiyədə partiya lideri, iki baş redaktor və keçmiş rektor həbs olunublar[b]

Ankara - APA. Türkiyə İşçi Partiyasının lideri Doğu Pərinçək, "Cümhuriyyət" qəzetinin baş redaktoru İlhan Səlcuq və İstanbul Universitetinin keçmiş rektoru Kamal Ələmdaroğlu həbs olunublar.

APA-nın məlumatına görə, İşçi Partiyasının sədr müavini Fərid İlsevər, "Aydınlıq" jurnalının baş redaktoru Sərhan Bolluq, jurnalist Adnan Akfırat və iş adamı İbrahim Benli də bu gün səhər Ankara və İstanbul əmniyyət müdirliklərinin (polis idarələri) terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Bu şəxslər Türkiyə mətbuatında "Ergenekon" adlandırılan gizli təşkilata qarşı aparılan istintaq çərçivəsində həbs ediliblər. Onların evlərində və iş yerlərində axtarış aparılıb. Qeyd edək ki, Türkiyədə "laik cəbhə"nin (dünyəvi dövlət tərəfdarlarının) önəmli simaları hesab olunan D. Pərinçək, İ. Səlcuq və K. Ələmdaroğlu hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı sərt mövqeləri ilə tanınırlar. "Aydınlıq" jurnalı İşçi Partiyasına, "Cümhuriyyət" qəzeti isə ana müxalifət - Cümhuriyyət Xalq Partiyasına yaxın mətbuat orqanıdır. Xatırladaq ki, "Ergenekon" işi ilə bağlı daha əvvəl istefada olan general Vəli Kiçik, vəkil Kamal Kərinçsiz, Türk Ortodoks Patriarxlığının nümayəndəsi Sevgi Erenerol və digər tanınmış şəxslər də həbs olunub.

4. #604
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Lənkəran sakini Bakıda hüquq müəssisəsinin rəhbərini yandırmaqla hədələyib

[b]Lənkəran sakini Bakıda hüquq müəssisəsinin rəhbərini yandırmaqla hədələyib[b]

Bakı. Samir Kazımlı - APA. Lənkəran rayon sakini, 44 yaşlı Baləli Rəcəb oğlu Həsənov martın 19-da saat 18 radələrində Bakı şəhərinin Fikrət Əmirov küçəsində yerləşən "Biznes Server Senter" hüquq müəssisəsinin rəhbəri, Bakı şəhər sakini, 50 yaşlı İkram Fikrət oğlu Mütəllimova hədə-qorxu gəldiyi üçün polislər tərəfindən saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsindən APA-ya verilən məlumata görə, B. Həsənov əlindəki neftlə dolu qabı İ. Mütəllimova göstərərək 9500 dollar borcunu verməyəcəyı təqdirdə, onu və avtomobilini yandıracağını deyib. Hadisə barədə polisə məlumat verildikdən sonra B. Həsənov saxlanılaraq 22-ci bölməyə aparılıb. Bölmədən bildiriblər ki, ilkin təhqiqat materialları toplanaraq araşdırma üçün Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. İstintaq şöbəsindən isə B. Həsənovun ifadəsi alındıqdan sonra sərbəst buraxıldığını açıqlayıblar: "Baləli Həsənov ifadə verərkən İkram Mütəllimovun ona pul borclu olduğunu bildirib. İkram Mütəllimov isə onun dediklərinin yalan olduğunu söyləyir. Hələlik faktla bağlı araşdırma aparılır".

5. #605
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA-nın aprel sessiyası çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçkisi də keçiriləcək

[b]AŞ PA-nın aprel sessiyası çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçkisi də keçiriləcək[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Avropa Şurası Parlament Assambleyasının aprel sessiyası çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçkisi də keçiriləcək.

Avropa Şurası baş ofisindən APA-ya verilən məlumata görə, namizədlərin arasında martın 7-də hakimlərin seçilməsi üzrə alt komitədə müsahibədən uğurla keçən 3 azərbaycanlı - Xanlar Hacıyev, Rövşən İsmayılov və Səadət Yusifova da var. Qeyd edək ki, namizədlərlə bağlı prinsipial qərarı AŞ PA Bürosu verəcək.

6. #606
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İlham Əliyev: "Mənim Prezident kimi deməyə, hesabat verməyə sözüm var"

[b]İlham Əliyev: "Mənim Prezident kimi deməyə, hesabat verməyə sözüm var"[b]

Bakı. Ülviyyə Əliyeva-APA. "Son bir neçə ildə ÜDM-in artım sürətinə görə, Azərbaycan dünyada liderdir, dörd ildə ÜDM 96 faiz artıb. Bu, bizə kifayət qədər maliyyə ehtiyatları toplamağa və fəal sosial siyasət yeritməyə imkan verib. Bu sanballı rəqəmlərlə yanaşı, mənim üçün bəlkə də ən əhəmiyyətlisi odur ki, ötən dörd ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşüb".

APA-nın məlumatına görə, bu fikirər Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın "İnterfax" agentliyinə müsahibəsindəndir. Prezident müsahibəsində bildirib ki, son dörd ildə 650 mindən çox iş yeri yaradılıb ki, bunun da 450 mindən çoxu daimi iş yerləridir. 8,5 milyon əhalisi olan ölkə üçün bu, kifayət qədər yüksək göstəricidir: " İri infrastruktur layihələri reallaşdırılır, bu gün neft strategiyasını uğurla həyata keçirən Azərbaycan öz neftini üç ölkənin - Rusiya, Gürcüstan və Türkiyə ərazisindən keçən üç boru kəməri vasitəsilə ixrac etmək imkanına malikdir. Bundan əlavə, Azərbaycan qazını tarixdə ilk dəfə dünya bazarına çıxaran kəmər inşa edilib. Sosial sahədə çox şeydən, investisiyalar, səhiyyə, təhsil barədə danışmaq olar. Son 4 ildə 1200 məktəb tikilib, onların hamısı kompyuterləşdirilib. Səhiyyəyə, insanları narahat edən digər məsələlərə - infrastruktura, elektrik stansiyalarına, su, qaz kəmərlərinə, ekoloji proqramlara böyük vəsait qoyuruq. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onunla bağlı proqram olmasın". Prezident bildirib ki, o, seçkilərə sadaladığı nəticələrlə gedir: "Mənim Prezident kimi deməyə, hesabat verməyə sözüm var. Mən verdiyim vədlərin hamısını yerinə yetirmişəm. Onu da deyim ki, bəzi vədlərim kimlərəsə real görünmürdü. Məsələn, 2003-cü ildə prezident seçkiləri ərəfəsində mən deyirdim ki, ölkədə 600 min iş yeri yaradılacaq. Çoxları təəccüblənirdi ki, beş il ərzində bunu etmək necə mümkün olacaq. Biz isə buna nail olduq. Mən demişdim ki, beş ildən sonra ölkəmizdə bir çadır düşərgəsi qalmayacaq. Həmin düşərgələrdə isə on minlərlə insan yaşayırdı. On iki çadır düşərgəsindən axırıncısı bu il ləğv edilib, bütün qaçqın və məcburi köçkünlər yeni evlərə köçürülüb". Azərbaycan prezidenti bildirib ki, yaxın 10 il ərzində ölkəyə enerji layihələrinin həyata keçirilməsindən yüz milyardlarla dollar gəlir gəlməsi gözlənilir: "Biz Azərbaycanı inkişaf etmiş, demokratik dövlət kimi, insanların sülh, qarşılıqlı anlaşma və sosial ədalət şəraitində yaşadığı müasir dövlət kimi görürük. Mən Azərbaycanı belə bir ölkə kimi görmək istəyirəm və buna nail olmaq üçün bizim hər cür imkanımız var. Xalqın iradəsi, sabitlik, cəmiyyət və iqtidar arasında birlik var. Əhalinin dəstəyi olmasaydı, bizim proqramların heç biri həyata keçirilə bilməzdi. Ölkəmizdə maliyyə ehtiyatları var, sabitlik var, qonşularımızla yaxşı münasibətlər yaratmışıq, bu da hər bir ölkə üçün vacibdir. Buna görə də mən Azərbaycanın gələcəyinə nikbinliklə baxıram və Azərbaycanın çox parlaq gələcəyinə əminəm".

7. #607
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Depo-3" MMC-nin növbə rəisinin intihar etdiyinə dair məktub tapılıb

[b]"Depo-3" MMC-nin növbə rəisinin intihar etdiyinə dair məktub tapılıb[b]

Bakı. Samir Kazımlı - APA. Bakı şəhərinin Xəta rayonunun NZS qəsəbəsində yerləşən "Depo-3" MMC-də növbə rəisi vəzifəsində işləyən Qusar rayonunun Yuxarı Kaluxmuxun kəndinin sakini Farız Şərafəddin oğlu Babayevin intihar etdiyinə dair yazı yazılmış kağız tapılıb.

Səbayel Rayon Polis İdarəsinin 39-cu bölməsindən APA-ya verilən məlumata görə, martın 20-də polis əməkdaşları Milli Parkda F. Babayev tərəfindən yazıldığı ehtimal olunan və "mən özümü asmışam" sözləri yazılmış kağız aşkarlayıblar. Bölmədən bildirdilər ki, bununla bağlı F. Babayevin yaxınları və iş yoldaşları dindirilib: "Dindirmə zamanı Farız Babayevin iş yoldaşları deyiblər ki, o, Moskva şəhərinə getmək istəyirmiş. Hələlik Farız Babayevin harada olduğu, intihar edib-etmədiyi haqda dəqiq məlumat yoxdur. Hadisə ilə bağlı respublika üzrə bütün polis idarələrinə və digər orqanlara sorğu göndərilib". Bölmədən onu da bildiriblər ki, tapılan kağızda F. Babayev həmkəndliləri ilə mübahisə etdiyi üçün özünə qəsd edəcəyini yazıb. Qohumları ifadələrində F. Babayevin normal insan olduğunu deyiblər. Faktla bağlı Səbayel Rayon Polis İdarəsinin 39-cu bölməsində araşdırma davam edir.

8. #608
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ORT-nin jurnalisti qətlə yetirilib

[b]ORT-nin jurnalisti qətlə yetirilib[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Rusiyanın ORT telekanalının jurnalisti İlyas Şurpayev Moskvada qətlə yetirilib.

APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, jurnalistin meyiti şəhərin şimal-şərqində kirayəyə götürdüyü mənzildə tapılıb. Hüquq-mühafizə orqanlarındakı mənbə İ. Şurpayevin şalvar kəməri ilə boğularaq öldürüldüyünü deyib. O bildirib ki, hadisədən sonra mənzildə yanğın da başlayıb, lakin onu söndürmək mümkün olub. Qətlin məişət zəminində baş verdiyi güman olunsa da, istintaq telejurnalistin peşə fəaliyyəti ilə əlaqədar öldürüldüyü versiyası üzərində də işləyir. İstintaqı aparan Moskva şəhər Prokurorluğu hadisə zamanı mənzildə bir neçə nəfərin olduğunu müəyyənləşdirib. Həmin şəxsləri görən qonşular dindirilib. Qeyd edək ki, 33 yaşlı İlyas Şurpayev son vaxtlar Dağıstan və Abxaziyadakı vəziyyətlə bağlı reportajlar hazırlamaqla məşğul olub. O, əvvəl Çeçenistandan da reportajlar hazırlayıb.

9. #609
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

MDB ölkələrinin xarici işlər nazirləri martın 28-də Moskvada toplaşacaqlar

[b]MDB ölkələrinin xarici işlər nazirləri martın 28-də Moskvada toplaşacaqlar[b]

Bakı. Laçın Sultanova-APA. Martın 28-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirləri Şurasının növbəti iclası keçiriləcək. APA-nın məlumatına görə, görüşdə MDB çərçivəsində geniş əməkdaşlığı nəzərdə tutan bir sıra məsələlər müzakirə olunacaq.

Əsas müzakirə mövzularından biri də ötən il oktyabrın 5-də Düşənbədə keçirilmiş MDB sammitində qəbul olunmuş birliyin gələcək inkişaf Konsepsiyasının həyata keçməsi üçün əsas tədbirlər Planın yerinə yetirilməsinin vəziyyəti olacaq. Nazirlər həmçinin humanitar sahədə əməkdaşlıq, birliyin strukturlarının fəaliyyət mexanizminin təkminləşdirilməsi, təhlükəsizlik və qayda-qanunun təmin olunması məsələlərinə baxacaqlar. İclasda həmçinin bir sıra kadr və təşkilatı-protokol xarakterli məsələlərə də baxılacağı gözlənilir. Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahimin sözlərinə görə, Şuranın iclasında Azərbaycan iştirak edəcək.

10. #610
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dağıstan Dövlət Televiziya və Radio Komitəsinin sədri Hacı Abaşilov qətlə yetirilib

[b]Dağıstan Dövlət Televiziya və Radio Komitəsinin sədri Hacı Abaşilov qətlə yetirilib[b]

Mahaçqala. İslam Kərimov-APA. Dünən axşam saatlarında Dağıstan Dövlət Televiziya və Radio Komitəsinin sədri Hacı Abaşilov Mahaçqala şəhərinin mərkəzində qətlə yetirilib.

APA-nın Dağıstan bürosunun respublikanın Daxili işlər Nazirliyindən aldığı məlumata görə, Hacı Abaşilov şəhərdəki iri dükanlardan birindən çıxıb özünün "Hunday -Sonata" markalı avtomobilinə oturduqdan sonra maşın avtomat silahlardan atəşə tutulub. Komitə sədri aldığı güllə yaralarından hadisə yerində keçinib. Onun sürücüsü isə xəstəxanaya çatdırılıb. Qətli törədənlər istifadə etdikləri "Jiquli" markalı avtomobili yaxınlıqdakı küçələrdən birində saxlayaraq, ərazini tərk ediblər. Hadisə yerinə gələn milis əməkdaşları ətraf ərazilərdə axtarış tədbirləri həyata keçirsələr də, hələlik saxlanılan yoxdur. İlkin xəbərlərə əsasən, avtomobilə 20-dən çox güllə atılıb. Mərhum sədr hadisədən öncə ORT-nin Moskvada qətlə yetirilmiş ,əslən dağıstanlı olan jurnalisti İlyas Şurpayevin yas mərasimində iştirak edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın Dağıstan bürosuna verilən son məlumata görə, cinayət işinin araşdırılmasına Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka şəxsən nəzarət edir. Rusiya Baş Prokurorluğunun Cənub Federal Dairəsi ilə Dağıstan Prokurorluğunun Baş İstintaq İdarələri birgə təhqiqat aparırlar. İlkin versiyaya əsasən ,Hacı Abaşilovun öldürülməsi onun peşə fəaliyyəti ilə əlaqədardır. Qeyd edək ki, 58 yaşlı Hacı Abaşilov Dağıstanda tanınmış jurnalisti və ziyalılardandır. O, 10 ilə qədər "Molodyoj Daqestana" qəzetinin baş redaktoru olub. Bundan sonra milli siyasət, informasiya və xarici əlaqələr nazirinin müavini işləyən Hacı Abaşilov bir il Dağıstan Dövlət Televiziya və Radio Komitəsinə başçılıq edib. Onu da əlavə edək ki, Dağıstan Dövlət Televiziya və Radio Komitəsinin keçmiş sədri Tayqibat Abdusamadova da 2004-cü ildə odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.