Sayfa 63/461 İlkİlk ... 1353616263646573113163 ... SonSon
4610 sonuçtan 621 ile 630 arası

Azərbaycan Xəbərləri

1. #621
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-ın İraqdakı itkilərinin sayı 3996-ya çatıb

[b]ABŞ-ın İraqdakı itkilərinin sayı 3996-ya çatıb[b]

Bağdad - APA. İraqın Bağdadda baş verən partlayış nəticəsində 3 ABŞ hərbçisi həlak olub.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, bu insident ABŞ prezidenti Corc Buşun "Biz qələbə yoluna çıxmışıq və bu yolda inamla irəliləyirik" bəyanatından üç gün sonra baş verib. Bununla da İraqa hərbi müdaxilə başlayandan bəri bu ölkədə həlak olan ABŞ hərbçilərinin sayı 3996-ya çatıb.

2. #622
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sabir Rüstəmxanlı Almaniyaya gedir

[b]Sabir Rüstəmxanlı Almaniyaya gedir[b]

Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr əvəzi Sabir Rüstəmxanlı Almaniyaya səfər edəcək. DAK Mətbuat və İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, S. Rüstəmxanlı səfər zamanı martın 27-də Almaniyanın paytaxtı Berlində keçiriləcək Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclasında da iştirak edəcək. Burada onun diaspora təşkilatlarının fəaliyyətinə dair məruzə ilə çıxışı etməsi də nəzərdə tutulub. Səfər çərçivəsində S. Rüstəmxanlının dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspora təşkilatları görüşləri də planlaşdırılıb.Qeyd edək ki, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası, Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin 2007-ci il martın 9-da Bakıda keçirilən I Forumunda qəbul olunan Bakı Bəyannaməsinə uyğun olaraq təşkil ediləcək. İclasda Koordinasiya Şurasının həmsədrləri seçiləcək, Azərbaycan və Türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr müəyyənləşdiriləcək.

3. #623
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Baş Prokurorluğu həbs olunan müxalifətçilərin siyahısını açıqlayıb

[b]Ermənistan Baş Prokurorluğu həbs olunan müxalifətçilərin siyahısını açıqlayıb[b]

İrəvan - APA. Ermənistan Baş Prokurorluğu həbs olunan müxalifətçilərin siyahısını açıqlayıb. APA-nın Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, siyahıda 106 nəfərin adı əksini tapıb.

Həbs olunanların ən böyüyü 1940-cı, ən kiçiyi isə 1988-ci il təvəllüdlüdür. Bundan başqa, 3 nəfərdən başqa yerə getməmək barədə iltizam alınıb, dörd nəfər (Nikol Paşinyan, Xaçatur Sukiasyan, Armen Vardanyan, Lendruş Tonoyan) barəsində isə axtarış elan edilib. Cinayət məsuliyyətinə cəlb olunmuş müxalifətçilər kütləvi iğtişaş törətməkdə, hakimiyyət təmsilçilərinin qanuni tələblərini yerinə yetirməməkdə, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq törətməkdə, dövlət hakimiyyətini mənimsəməyə cəhddə, qanunsuz silah saxlamaqda və cinayəti bilib xəbər verməməkdə ittiham olunurlar.

4. #624
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Araz Əlizadə Moskvadan qayıdıb

[b]Araz Əlizadə Moskvadan qayıdıb[b]

Bakı. Ramil Məmmədov - APA. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə Rusiyanın paytaxtı Moskvada müalicəsini başa vurduqdan sonra ölkəyə qayıdıb. Bu barədə APA-ya A. Əlizadə özü məlumat verib. Onun sözlərinə görə, bu ilin yanvarından revmatizm xəstəliyindən əziyyət çəkdiyi üçün Moskvada yerləşən xəstəxanaların birində müalicə olunub. O, müalicənin qənaətbəxş yekunlaşdığını və hazırda özünü normal hiss etdiyini deyib: "Azərbaycana Novruz bayramından bir neçə gün əvvəl qayıtdım. Səhhətim normaldır və siyasi fəaliyyətimi davam etdirmək iqtidarındayam". A. Əlizadə Moskvada olduğu müddət ərazində bir neçə dəfə ASDP həmsədri Ayaz Mütəllibovla görüşdüyünü də bildirib: "Bu görüşlərin heç biri işgüzar xarakterli olmayıb".

5. #625
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Əliyev: "Azadlıq" bloku "beşlər" formatına daxil olmaq fikrində deyil"

[b]Əli Əliyev: "Azadlıq" bloku "beşlər" formatına daxil olmaq fikrində deyil"[b]

Bakı. Elnur Məmmədli - APA. "Azadlıq" bloku "beşlər" formatında təmsil olunan müxalifətçi partiyaların qurumuna daxil olmaq fikrində deyil. Bu barədə APA-ya blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, "Azadlıq" blokunda olan partiyalara yalnız bir dəfə bu formatda təmsil olunmaq üçün təklif gəlib ki, həmin vaxt da bundan imtina edilib. Başqa qurumların perspektivinə münasibət bildirmək istəmədiyini deyən Ə. Əliyevin sözlərinə görə, hazırkı məqamda ən uğurlu və sınaqdan çıxmış format "Azadlıq" blokudur. Onun fikrincə, blokda olan partiyaların liderləri də bunu dərk etdiyindən, başqa bir formatda təmsil olunmaq fikrində deyillər: "Hansına formata qatılmaq konkret hallarda müzakirə oluna bilər. "Azadlıq" blokunun başqa bir qurumda təmsil olunması bizim üçün kifayət qədər ziyanlı ola bilər. "Beşlər" və başqa partiyalarla ayrı-ayrı məsələlərdə yalnız prinsipcə əməkdaşlıq ola bilər".Qeyd edək ki, "beşlər" formatında təmsil olunan partiyalar 5 illik birgə fəaliyyət üçün saziş layihəsi hazırlayırlar. Burada formatın genişləndirilməsi də nəzərdə tutulur. "Beşlər"də Müsavat, Demokrat, Milli İstiqlal, Tərəqqi partiyaları və "Azərbaycan Naminə" ictimai Forum təmsil olunur.

6. #626
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın kommunist partiyaları bir-biri ilə əməkdaşlığı mümkün saymır

[b]Azərbaycanın kommunist partiyaları bir-biri ilə əməkdaşlığı mümkün saymır[b]

Bakı. Ramil Məmmədli - APA. "Azərbaycanda əməkdaşlıq edilməsi mümkün olan və sağlam bünövrəyə malik kommunist partiyası yoxdur". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) qanadlarından birinin sədri Rauf Qurbanov deyib. O bildirib ki, Azərbaycanda sol təmayüllü siyasi partiyaları özündə birləşdirən bloka ehtiyac olsa da, bunun yaranması mümkün deyil. R. Qurbanov bunun səbəblərini də açıqlayıb: "Azərbaycanda fəaliyyət göstərən digər kommunist partiyaları ilə blok təsis etməyin perspektivi yoxdur. Çünki azacıq gərginlik yaranan kimi bu partiyalar məsuliyyəti öz üzərilərindən ata bilərlər. Onların birliyi daha çox qum topasına bənzəyir. Külək əsən kimi bu qum topası sovurulub dağılacaq". O, gələcəkdə belə bir birliyin mümkünlüyünü də istisna etməyib: "Azərbaycanda təşkilatı problemləri həll olunan kommunist yönümlü partiyalar formalaşarlarsa, onlarla əməkdaşlığa və ya blok təsis etməyə razı olarıq".AKP-nin digər qanadının sədri Ələsgər Xəlilov isə solçu partiyaların blokunun yaradılması ilə bağlı keçmiş partiya rəhbəri Rüstəm Şahsuvarovun təşəbbüsünü tənqid edib. Ə. Xəlilov deyib ki, R. Şahsuvarov partiyada müzakirə olunmadan solçu partiyaların blokunun yaradılması ilə bağlı işlərə başlandığı haqda bəyanatlar verib. Bu da partiya daxilində narazılıq yaradıb. Onun sözlərinə görə, hazırda təmsil etdiyi qurumun hər hansı blokda təmsil olunması müzakirə mövzusu deyil. O, qurumda təşkilatı işlərə önəm verildiyini və hazırda bu istiqamətdə tədbirlər görüldüyünü deyib: "Partiyadaxili işlər öz həllini tapdıqdan sonra bu barədə düşünmək olar. Hələlik isə partiya heç bir blokun yaradılmasında iştirak etməyəcək".

7. #627
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Piter Semnebi İrəvanda Levon Ter-Petrosyanla görüşüb

[b]Piter Semnebi İrəvanda Levon Ter-Petrosyanla görüşüb[b]

İrəvan - APA. Ermənistan müxalifətinin lideri, ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan İrəvanda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, görüşdə Fransanın Ermənistandakı səfiri Serj Smessov, Avropa Komissiyasının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Raul de Lüsenberger, Semnebinin siyasi müşaviri Andrey Didenko da iştirak edib. tərəflər ermənistandakı siyasi böhran vəziyyətini və ondan çıxış yollarını müzakirə ediblər.Qeyd edək ki, Piter Semnebi fevralın 19-da Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra ölkədə yaranmış böhranı aradan qaldırmaq üçün artıq ikinci dəfədir İrəvana səfər edir.

8. #628
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistanın müdafiə naziri: "General Manvel Qriqoryanın öz vəzifəsində qalıb-qalmayacağını prezident müəyyənləşdirəcək"

[b]Ermənistanın müdafiə naziri: "General Manvel Qriqoryanın öz vəzifəsində qalıb-qalmayacağını prezident müəyyənləşdirəcək"[b]

İrəvan - APA. Ermənistan müdafiə nazirinin müavini, general Manvel Qriqoryanın öz vəzifəsində qalıb-qalmayacağını prezident müəyyənləşdirəcək.

APA-nın Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri Mikael Arutyunyan məlumat verib. Nazir Manvel Qriqoryanın aprelin 1-nə qədər məzuniyyətdə olduğunu söyləyib: "Onun məsələsini Ali Baş Komandan həll edəcək".Qeyd edək ki, Manvel Qriqoryan Ermənistanda keçirilən prezident seçkilərindən sonra müxalifətin tərəfinə keçmiş və Levon Ter-Petrosyanı dəstəkləmişdi. Ermənistan rəhbərliyi bir müddət bu faktı gizlətməyə çalışsa da, sonradan etiraf etmişdi.

9. #629
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İraqın Azərbaycandakı səfiri: "Bizim ölkəmiz də işğal olunduğundan, Azərbaycanı yaxşı başa düşürük"

[b]İraqın Azərbaycandakı səfiri: "Bizim ölkəmiz də işğal olunduğundan, Azərbaycanı yaxşı başa düşürük"[b]

Tovuz. Ayxan Hüseynov - APA. İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərşad Ömər İsmayıl Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndinə səfər edib. APA-nın qərb bürosunun xəbərinə görə, səfiri millət vəkilləri Qənirə Paşayeva və Nazim Məmmədov müşayiət ediblər. Ərşad Ömər İsmayıl kənd sakinləri ilə görüşüb və onların problemləri ilə maraqlanıb.

Sakinlər öz növbəsində xarici diplomata atəşkəsin tez-tez pozulması, kənd ərazisinin ermənilər tərəfindən yandırılması və s. haqda məlumat veriblər. Bundan sonra diplomat yerli sakinlərlə birgə bayram süfrəsi arxasında oturub.Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Ərşad Ömər İsmayıl bayram günündə Ermənistanla həmsərhəd olan kənddə sakinlərlə görüşməsindən çox şad olduğunu bildirib: "Mən çox şadam ki, Əlibəyli kəndinə ailəmlə birgə gəlib burada sakinlərin bayramlarını təbrik edirəm. İraq həmişə Azərbaycana dəstək olub və olacaq. Biz özümüz də işğal olunmuş bir ölkəyik, buna görə də Azərbaycanı yaxşı başa düşürük. Bu yaxınlarda BMT-də səsverməyə çıxarılmış məlum qətnamə layihəsinə səs vermiş 39 ölkədən biri də İraq idi. Biz arzu edirik ki, tezliklə bu problemlər öz həllini tapsın".Daha sonra səfir "N" saylı hərbi hissəyə baş çəkib və əsgərlərlə görüşüb. /APA/

10. #630
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ucarda 30 nəfər naməlum şəxs 3 nəfəri amansızlıqla döyüb

[b]Ucarda 30 nəfər naməlum şəxs 3 nəfəri amansızlıqla döyüb[b]

Ucar. Zahid Abışov - APA. Martın 21-dən 22-nə keçən gecə saat 02.30 radələrində Ucar rayon sakinləri 1953-cü il təvəllüdlü Nəsirov Ramiz Yusif oğlu, 1981-ci il təvəllüdlü Nəsirov Rahim Ramiz oğlu və 1981-ci il təvəllüdlü Nuriyev Əli Məhəmməd oğlu rayonun Qaradağlı kəndində bir qrup şəxs tərəfindən amansızlıqla döyülüb. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, zərərçəkənlər polisə verdikləri şikayətdə bildiriblər ki, 30-dan artıq tanımadıqları şəxs taxta parçaları ilə heç bir səbəb göstərmədən onlara hücum ediblər. Zərərçəkənlər hazırda Ucar Mərkəzi Rayon Xəstəxanasında müalicə olunurlar. Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.