[b]Sankt-Peterburqda 33 yaşlı Azərbaycan vətəndaşı öldürülüb[b]
Sankt-Peterburqun Krasnoqvardeysk rayonunda Azərbaycan vətəndaşının cəsədi tapılıb.
APA-nın məlumatına görə, hüquq-mühafizə orqanları cəsədin üzərində çoxsaylı kəsici-deşici xarakterli yaralar aşkarlandığını bildiriblər. Piskarev prospektindəki meşə-park zonasında tapılan cəsədin şəxsiyyəti müəyyənləşsə də, öldürülən şəxsin kimliyi açıqlanmır. 33 yaşlı soydaşımızın Sankt-Peterburqda müvəqqəti qeydiyyatda olduğu bildirilir. Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb. Qeyd edək ki, ilin əvvəlində başlayaraq Sankt-Peterburqda milli, dini, irqi zəmində yeddi qətl hadisəsi qeydə alınıb.
4610 sonuçtan 691 ile 700 arası

03-28-2008, 12:51 PM #691Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası keçirilir
[b]Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası keçirilir[b]
Berlin-APA. Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası keçirilir.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda "Türkdilli dövlətlər arasında münasibətlərin inkişafında diasporların rolu" mövzusunda məruzə ilə çıxış edən XÖYAİÜDK sədri Nazim İbrahimov müzakirələrin müasir dövrdə Azərbaycan və Türk diaspor təşkilatlarının qarşısında duran ən mühüm vəzifələrə həsr edildiyini bildirib. O, Azərbaycan və Türk diasporlarının yüksələn xətlə inkişaf etməkdə olan əməkdaşlığının türkdilli ölkələr arasında münasibətlərin inkişafına öz müsbət töhfələrini verməkdə olduğunu vurğulayıb: "Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması istiqamətində ilk addımlar atılmaqdadır, Türkdilli ölkələrin dövlət və hökumət başçılarının Zirvə Toplantıları katibliyinin yaradılması məsələsinin gündəmə gəlməsi Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlığın ölkələrimizin münasibətlərinin inkişafına verdiyi töhfələrdəndir". Daha sonra iclasda çıxış edən Prezidentin İcra Araratının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ən vacib məsələ diaspor üzvlərinin yaşadıqları ölkələrdə bütün sahələrdə fəallıq göstərmələridir: "Bununla onlar müsbət mənada ciddi faktora çevrilə bilərlər. Diaspor təşkilatları dövlət tədbirləri də daxil olmaqla bütün ictimai-siyasi, humanitar tədbirlərdə iştirak etməklə özlərini tanıdır və əhəmiyyətlərini artırmış olurlar". Toplantıda çıxış edən Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov isə bu iclasın Almaniyada Azərbaycan ilinin açılışı ilə eyni günə düşməsinə diqqət yetirib. Səfirin sözlərinə görə, iki tədbirin eyni vaxta təsadüf etməsi dünyanın müxtəlif ölkələrindən gələn Azərbaycan və türk diasporu üzvlərinə Azərbaycan mədəniyyətinin klassik və zəngin nümunələri ilə tanış olmaq imkanı verir. "Azərbaycan və Türk diaspor təşkilatlarının qarşılıqlı əlaqələrinin inkişafı və perspektivləri" mövzusunda çıxış edən AMEA prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri Mahmud Kərimov bildirib ki, dünyadakı erməni diasporunun apardığı təbliğat, uydurma erməni soyqırımı iddialarının qarşısını almaq və Azərbaycan, eləcə də Türkiyə həqiqətlərini beynəlxalq aləmə yaymaq məqsədilə yeni təbliğat üsullarından istifadə etməyə ehtiyac var. Ortaq türk dilinin yaradılmasını da aktual sayan Mahmud Kərimov deyib ki, bu, inteqrasiya prosesini sürətləndirə və bütün türkdilli dövlətlərin ərazisində yayımlana bilən ümumtürk televiziyasının yaradılmasına zəmin olar. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın çıxışı isə "Ortaq problemlərimizin həllində diasporların rolu"na həsr olunub. O deyib ki, Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin daha səmərəli nəticələr verməsi üçün bütün diaspor üzvləri ortaq problemlərimizi bilməlidir. Millət vəkili ortaq problemlərdən bəhs edən kitab hazırlanmasını, müxtəlif dillərə tərcümə edilərək diaspor təşkilatları arasında yayılmasını təklif edib. Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Nurtan Ural Amerikadakı Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlıq və işbirliyinin erməni diasporunu təlaşa saldığını bildirib. Bu mövzunu davam etdirən Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri də Azərbaycan və türk diasporunun birgə fəaliyyətinin bugünkü nəticələrindən ermənilərin narahat olmasına dair faktlar səsləndirib. O, ötən il yaradılan "US Azeris Network" şəbəkəsinin əhəmiyyətindən danışıb və bildirib ki, bu şəbəkə vasitəsilə diaspor üzvləri bütün zəruri sənədlərdən, tədbirlərdən dərhal xəbər tutur, eləcə də səslərini Amerika qanunvericilərinə əvvəlkindən daha tez çatdıra bilirlər. Qeyd edək ki, iclasın sonunda Berlin Bəyannaməsi və 1918-ci martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 90 illiyi ilə əlaqədar bəyanat qəbul olunacaq. Xatırladaq ki, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin I Forumunda yaradılıb. Azərbaycan və türk icmalarının fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılan Koordinasiya Şurasının 101 üzvü var.

03-28-2008, 01:06 PM #692Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sankt-Peterburqda 33 yaşlı Azərbaycan vətəndaşı öldürülüb

03-28-2008, 03:06 PM #693Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyənin "Tərəf" qəzetinin müxbiri həbs olunub
[b]Türkiyənin "Tərəf" qəzetinin müxbiri həbs olunub[b]
İstanbul - APA. İstanbul 12-ci Ağır Cəza Məhkəməsi "Tərəf" qəzetinin müxbiri Sönər Arıkanoğlunun həbs edilməsinə qərar verib. APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə jurnalistin evində axtarış aparan polislər daha sonra onu özləri ilə aparıblar. Sönər Arıkanoğlu "Ergenekon" təşkilatı ilə bağlı istintaqın gedişinin gizli saxlanması barədə məhkəmə qərarını pozmaqda ittiham olunur. Qeyd edək ki, Sönər Arıkanoğlu "Ergenekon" işi üzrə həbs olunan sayca 44-cü şəxsdir. Saxlanan şəxslə arasında istefada olan general Vəli Küçük və İşçi Partiyasının sədri Doğu Perincək də var.

03-28-2008, 03:11 PM #694Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Balakən rayonu ərazisində silah-sursat tapılıb
[b]Azərbaycanın Balakən rayonu ərazisində silah-sursat tapılıb[b]
Balakən. Hafiz Heydərov-APA. Azərbaycanın Balakən rayonu ərazisində silah-sursat tapılıb.
Balakən rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Loğman İsmayılovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, rayonda keçirilən "Sərhəd-Sipər" əməliyyatı nəticəsində İtitala kəndi ərazisində yerləşən Qoşa-Bulaq adlanan yerdə 1 ədəd "Karabin" tipli tüfəng, 2 ədəd əl-qumbarasının alışqanı və 182 ədəd müxtəlif çaplı güllə aşkar edilərək götürülüb. Tapılmış silah-sursat hər hansı bir cinayətdə istifadə olunub-olunmadığı araşdırıldıqdan sonra Daxili İşlər Nazirliyinin silah anbarına təhvil veriləcək. Qeyd edək ki, Azərbaycanın Rusiya ilə sərhəd olan şimal-qərb bölgəsində keçirilən "Sərhəd-Sipər" əməliyyatı hələ 3 gün davam edəcək.

03-28-2008, 03:16 PM #695Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
[b]Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir[b]
Moskva-APA. Bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası öz işinə başlayıb. APA-nın məlumatına görə, "Prezident-otel" mehmanxana kompleksinin konfrans salonunda keçiriləcək iclasa Qırğızıstanın xarici işlər naziri E. Karabayev sədrlik edəcək.
MDB Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə 15 məsələ daxil edilib. Müzakirə olunacaq məsələlər sırasında Böyük Vətən müharibəsində qələbənin 65-ci ildönümünə hazırlıq prosesi, "Mir" Dövlətlərarası Teleradio Şirkətinin fəaliyyətinin effektivliyinin artırılması, MDB çərçivəsində çoxmərhələli xarici-siyasi məsləhətləşmələrin aparılması planının müzakirəsi, 2008-ci il üzrə Fəaliyyət Planının təsdiqi və sair məsələlər daxildir. Bundan başqa iclasda Abxaziya ərazisində sülhməramlı missiya həyata keçirən kollektiv qüvvələrin yeni komandanın təyin edilməsi məsələsinə də baxılacaq. Bu posta general-mayor Sergey Çernomırdinin namizədliyi irəli sürülüb. Xarici işlər nazirləri həmçinin MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyini də təsdiq edəcəklər. Toplantının sonunda MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və tarixi müəyyənləşəcək.

03-28-2008, 03:21 PM #696Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Akif Nağı: "Qarabağ Azadlıq Təşkilatına yeni sədr seçilə bilər"
[b]Akif Nağı: "Qarabağ Azadlıq Təşkilatına yeni sədr seçilə bilər"[b]
Bakı. Elnur Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) növbəti qurultayında sədr dəyişikliyi ola bilər. Bu barədə APA-ya təşkilatın sədri Akif Nağı məlumat verib. Onun sözlərinə görə, QAT-da sədrliyə iddialı digər şəxslər də var və onlar qurultayda öz iddialarını ortaya qoyacaqlar. A. Nağının sözlərinə görə, QAT-ın növbəti qurultayı bu il mayın 30-da keçiriləcək və hazırda qurultaya hazırlıq işləri gedir. Qurultayda qurumun ötən müddət ərzindəki fəaliyyəti ilə bağlı hesabat, növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müzakirə olunacaq, qurumun rəhbər qurumlarına yeni seçkilər keçiriləcək. Hələlik qurultayın keçiriləcəyi yeri müəyyənləşdirilməyib. A. Nağı ötən dövrdə QAT-a kollektiv şəkildə bir sıra qurumların qoşulduğunu qeyd edib. Qeyd edək ki, QAT 2000-ci ildə yaradılıb və sonuncu qurultayı 2003-cü ildə keçirilib.

03-28-2008, 03:26 PM #697Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkdilli xalqların ABŞ-dakı diaspor təşkilatları bu ölkə keçirilən seçkilərdə eyni prezidentliyə namizədi dəstəkləyəcəklər
[b]Türkdilli xalqların ABŞ-dakı diaspor təşkilatları bu ölkə keçirilən seçkilərdə eyni prezidentliyə namizədi dəstəkləyəcəklər[b]
Berlin-APA. ABŞ-da fəaliyyət göstərən türkdilli ölkələrin diaspora qurumları bu ölkədə keçiriləcək prezident seçkilərində dəstəkləyəcəkləri namizədlə bağlı birgə qərar verəcəklər.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurasının Berlində keçirilən iclasının yekun bəyannaməsində bildirilib. Bəyannamədə göstərilib ki, buna səbəb erməni diasporu və lobbisinin Amerikada keçiriləcək prezident seçkiləri ilə əlaqədar fəaliyyətini genişləndirməsi, ayrı-ayrı namizədlərə «erməni soyqırımı» iddialarını qəbul etməklə bağlı təsir göstərmək cəhdləridir. Bütün bunları nəzərə alaraq, ABŞ-da fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələrindən ibarət İşçi qrupun yaradılacaq. İşçi qrup aprel ayı ərzində seçkilərlə əlaqədar Amerikadakı türkdilli xalqların diaspor təşkilatlarının birgə fəaliyyətinin taktika və strategiyasını müəyyən edən sənəd hazırlayaraq, bütün icmalara təqdim edəcək. Həmin qərar barədə prezidentliyə namizədə məlumat veriləcək və icmaların namizədin seçki kampaniyasında fəal iştirakı istiqamətində tədbirlər görüləcək.

03-28-2008, 03:31 PM #698Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ATXƏM üzvləri Neftçalada Qafqaz İslam Ordusunun əsgərlərinin məzarlarını ziyarət ediblər
[b]ATXƏM üzvləri Neftçalada Qafqaz İslam Ordusunun əsgərlərinin məzarlarını ziyarət ediblər[b]
Bakı. Elnur Məmmədli-APA. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin üzvləri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər planı çərçivəsində Azərbaycanı 1918-ci ildə bolşevik-daşnak qırğınlarından xilas etmiş Qafqaz İslam Ordusunun Neftçala rayonu ərazisində şəhid olmuş qəhrəman əsgərlərinin məzarlarını ziyarət ediblər. TÜSIAB-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimə TÜSİAB və TRT kanalının Azərbaycan nümayəndəliyinin rəhbəri də qatılıb. Neftçalanın Seyidlər kənd məzarlığında uyuyan 10 şəhidin qəbirləri üzərində ucaldılmış xatirə abidəsi önündə keçirilən tədbirdə çıxış edən ATXƏM sədri İlham İsmayılov həmin günlərdə Türkiyə ordu komandanlığının qəbul etdiyi siyasi qərarı Azərbaycanın bir dövlət kimi mövcudluğunun qarantı olan tarixi hadisə kimi dəyərləndirib. O, Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında keçdiyi şərəfli yola tarixi ekskurs edərək, bu yolu Türkiyə-Azərbaycan əbədi qardaşlığının bünövrəsi kimi, bir kökdən rişələnən iki xalqın ayrılmazlığının tarixi təsdiqi kimi qiymətləndirib. İlham İsmayılov artıq "Nuru Paşa" filminin çəkilişi üzərində gərgin iş getdiyini söyləyərək bildirib ki, bədii-sənədli janrda olacaq bu filmin təqdimatı Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik birləşmələrindən azad etməsinin 90 illiyi münasibəti ilə 2008-ci il sentyabrın 15-də keçiriləcək. Tədbirdə çıxış edən TÜSİAB baş katibi Ümit Yanık, professor Hüseynağa Hüseynov, Salyan Ağsaqqallar Şurasının sədri Hacı Beydulla İmanov, Dünya Azərbaycanlıları Konqresinin nümayəndəsi Xəzər Emin və Neftçala rayonunun baş axundu Hacı Əliqəmə qardaş torpaqlarında canlarından keçən türk əsgərlərinin qəhrəmanlıqları və onların bu ərazilərdə keçdikləri döyüş yolundan danışaraq, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını xüsusi vurğulayıblar.

03-28-2008, 03:36 PM #699Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Qohumun qətlə yetirən Gəncə sakini tutulub
[b]Qohumun qətlə yetirən Gəncə sakini tutulub[b]
Bakı. Hacı Zeynalov-APA. Gədəbəy sakini Qumlu kənd sakini Zakir Şirinovu qətlə yetirən Gəncə şəhər sakini, qohumu Fəxrəddin Şirinov tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, F. Şirinov Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Bəlli olub ki, onu qohumu öz evində küt alətlə qətlə yetirib.Qeyd edək ki, Z. Şirinovun meyiti bu il martın 23-də öz evində aşkarlanıb.

03-28-2008, 03:41 PM #700Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Salyan sakinləri Kür çayının istiqamətinin dəyişdirilməməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət ediblər
[b]Salyan sakinləri Kür çayının istiqamətinin dəyişdirilməməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət ediblər[b]
Bakı. Elnur Məmmədli - APA. Salyan rayonunun bir qrup sakini Kür çayının istiqamətinin dəyişdirilməməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət edib. Bu barədə APA-ya rayonda fəaliyyət göstərən "Demokratiyaya Yardım" İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Onun sözlərinə görə, Kürün rayon ərazisindən keçən hissəsində istiqamətin dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin bir müddət əvvəl qəbul etdiyi qərarın icrasına başlanılıb. Qərara görə, Kürün rayon mərkəzindən keçən 5.5 km-lik hissəsi düz xətt boyunca 1.2 km-lik hissə ilə əvəz olunacaq. Qərarda Neftçala rayonunun Şorkənd kəndində yerləşən 65 evin köçürülməsi də nəzərdə tutulub. E. Məmmədovun sözlərinə görə, Kürün istiqamətinin dəyişdirilməsi rayon sakinlərində narazılıq yaradıb. Onlar ölkə prezidentinə etdiyi müraciətdə çayın istiqamətinin dəyişdirilməsinin gələcəkdə rayon üçün təhlükə yaradacağını, içməli su problemlərinin ortaya çıxacağını qeyd ediblər. Rayon mütəxəssisləri daşqınların qarşısının başqa yollarla alınmasının mümkün olduğunu bildiriblər: "Son illərə qədər Kür çayı hər hansı daşqın təhlükəsi yaratmırdı. Sadəcə, çaydan lilin daimi olaraq təmizlənməməsi daşqınlara və həmçinin, rayon ərazisindəki drenaj sisteminin sıradan çıxması isə qrunt sularının yığılmasına səbəb olub".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
APA-nın məlumatına görə, hüquq-mühafizə orqanları cəsədin üzərində çoxsaylı kəsici-deşici xarakterli yaralar aşkarlandığını bildiriblər. Piskarev prospektindəki meşə-park zonasında tapılan cəsədin şəxsiyyəti müəyyənləşsə də, öldürülən şəxsin kimliyi açıqlanmır. 33 yaşlı soydaşımızın Sankt-Peterburqda müvəqqəti qeydiyyatda olduğu bildirilir. Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb. Qeyd edək ki, ilin əvvəlində başlayaraq Sankt-Peterburqda milli, dini, irqi zəmində yeddi qətl hadisəsi qeydə alınıb.

Yer imleri