[b]AMEA-nın Geologiya İnstitutunun 70 illiyi qeyd olunacaq[b]
Bakı. Laura Cəbrayıllı-APA. Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun 70 illiyinə həsr olunan tədbir keçiriləcək. Bu barədə APA-ya institutun mətbuat xidmətinin rəhbəri Səid Hüseynov məlumat verib. Nəzərdə tutulan yubiley tədbirləri çərçivəsində elmi sessiyanın keçirilməsi, 35 cildlik "AMEA-nın Geologiya İnstitutunun əsərləri" adlı kitabın, həmçinin "İllüstrasiyalı ensiklopediya", "Azərbaycan mineralları", "Azərbaycanın neftçi alimləri" kitablarının, beynəlxalq jurnal və müxtəlif bukletlərin nəşri nəzərdə tutulub.
4610 sonuçtan 331 ile 340 arası

03-11-2008, 07:26 PM #331Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Müğənni Nura Surinin "Lexus" markalı maşını oğurlanıb
[b]Müğənni Nura Surinin "Lexus" markalı maşını oğurlanıb[b]
Bakı. Ülkər Qasımova-APA. Müğənni Nuranın (Aynurə Suri) maşını yaşadığı evin qarşısından oğurlanıb. Bu barədə APA-ya sənətçi özü məlumat verib. N. Suri deyib ki, "Lexus" markalı, 10 UL 999 dövlət nömrə nişanlı avtomobil martın 8-də oğurlanıb.
N. Suri maşını oğurlayan şəxsin tutulduğunu, bununla bağlı Binəqədi Rayon Polis İdarəsində təhqiqat aparıldığını deyib. Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyinin mətbuat xidməti martın 8-də Binəqədi rayonunda, Azadlıq prospektində Bakı şəhər sakini Aynurə Suriyə məxsus "Lexus-330" markalı avtomaşının qaçırılması barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Adil Abdullayev tutulub.

03-11-2008, 07:31 PM #332Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AMEA-nın Geologiya İnstitutunun 70 illiyi qeyd olunacaq

03-11-2008, 07:56 PM #333Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanla Bəhreyn arasında hərbi əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb
[b]Azərbaycanla Bəhreyn arasında hərbi əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb[b]
Bakı - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Bəhreynə rəsmi səfəri başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı S. Əbiyev Bəhreyn Krallığının yüksək rütbəli rəsmi şəxsləri ilə görüşlər keçirib. Səfərin yekununda "Azərbaycan Respublikası hökuməti və Bəhreyn Krallığı hökuməti arasında hərbi əməkdaşlıq haqqında anlaşma Memorandumu" imzalanıb.

03-11-2008, 08:06 PM #334Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Bakının tarixi hissəsində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə tanış olub
[b]Azərbaycan prezidenti Bakının tarixi hissəsində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə tanış olub[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün Bakının tarixi hissəsində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə tanış olublar. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov dövlət başçısına qədim İçərişəhərdə və ətraf ərazilərdə görülən işlər barədə ətraflı məlumat verib.

03-11-2008, 08:11 PM #335Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Daxili Qoşunların hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti Daxili Qoşunların hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, general-leytenant Həsənov Zakir Əsgər oğlu və general-mayor Xəlilov Şirin Heydər oğlu "Vətən uğrunda", leytenant Kərimov Tehran Şirməmməd oğlu (ölümündən sonra), gizir Maşıyev Nemət Mütəllim oğlu (ölümündən sonra), çavuş Hüseynov Şirin Müslüm oğlu (ölümündən sonra) və əsgər Həmidov Fəzail Yaşar oğlu (ölümündən sonra) "İgidliyə görə", daha 23 hərbi qulluqçu isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

03-11-2008, 08:21 PM #336Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Abbas Lisani saxlandığı Yəzd həbsxanasında aclıq aksiyasına başlayıb
[b]Abbas Lisani saxlandığı Yəzd həbsxanasında aclıq aksiyasına başlayıb[b]
Bakı. Ramil Məmmədli-APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən Abbas Lisani Yəzd həbsxanasında aclıq aksiyasına başlayıb. Bu barədə APA-ya A. Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə məlumat verib. Onun sözlərinə görə, Abbas Lisani Yəzd həbsxanasında təkadamlıq kamerada saxlanılır. O, A. Lisaninin bu səbəbdən səhhətində problemlər yarandığını da deyib. R. Əlizadə həyat yoldaşı ilə martın 7-də telefonla danışdığını da diqqətə çatıdırıb: "Abbasla iki dəqiqə danışa bildik. Ondan farsca danışmağı tələb etdilər. Abbas buna məhəl qoymadığından, telefon əlaqəsi yarımçıq kəsildi". Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinin təşkilində təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. O, yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb.

03-11-2008, 08:31 PM #337Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyədə universitetlərdə baş örtüyündən istifadə edilməsi barədə təlimatın icrası dayandırılıb
[b]Türkiyədə universitetlərdə baş örtüyündən istifadə edilməsi barədə təlimatın icrası dayandırılıb[b]
Ankara. Mayis Əlizadə - APA. Türkiyə ali təhsil sisteminə nəzarət edən dövlət orqanı - Yüksək Öyrətim Kurulunun (YÖK) sədri Yusuf Ziya Özcanın universitetlərdə baş örtüyündən istifadə edilməsinə icazə verən Konstitusiya dəyişikliyindən sonra ali təhsil müəssisələrinə göndərdiyi təlimatın icrası dayandırılıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Danıştay adlanın məhkəmə instansiyası Y. Z. Özcanın Konstitusiya dəyişikliyinin həyata keçirilməsi və türbanlı tələbə qızların dərslərə buraxılması tələbi ilə universitetlərə göndərdiyi təlimatı qanuna zidd sayaraq icrasını dayandırmaq barədə qərar qəbul edib. Danıştayda iddia qaldırmış rektorlardan biri olan Ağdəniz Universitetinin rektoru Mustafa Akaydın bildirib ki, bu qərardan sonra türbanlı tələbələrin universitetlərə girişi mümkün deyil. Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsi Cümhuriyyət Xalq Partiyasının türbana sərbəstlik verən Konstitusiya dəyişikliyinin ləğvi ilə bağlı müraciətini icraata götürüb.

03-11-2008, 09:01 PM #338Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ABŞ səfirliyində "Battery Dance" qrupunun Azərbaycana səfərinə həsr olunmuş mərasim təşkil olunub
[b]ABŞ səfirliyində "Battery Dance" qrupunun Azərbaycana səfərinə həsr olunmuş mərasim təşkil olunub[b]
Bakı. Tamara Qriqoryeva-APA. ABŞ-ın Azərbaycandakı səfirliyində bu ölkənin "Battery Dance" qrupunun Azərbaycana səfərinə həsr olunmuş mərasim təşkil olunub. APA-nın məlumatına görə, mərasimdə çıxış edən ABŞ səfiri Ann Dersi Azərbaycanda incəsənətin bu növünə xüsusi diqqət yetirildiyini bildirib və bunu təqdirəlayiq hal adlandırıb. Səfir qeyd edib ki, 1940-cı ildə yaradılmış "Qız qalası" baleti dünya xoreoqrafiyasında, xüsusilə islam dünyasında bu sənət növünün inkişafında irəliyə doğru atılmış bir addım olub. O, "Battery Dance" qrupunun Azərbaycana səfərini ölkəmizin mədəniyyətinin mühüm hissəsi olan balet janrına diqqəti artıracağını deyib. Qeyd edək ki, "Battery Dance" qrupu 33 il əvvəl Nyu-Yorkda fəaliyyətə başlayıb.

03-11-2008, 09:46 PM #339Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq
[b]Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq[b]
Bakı. Elnur Məmmədli-APA. Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncamda qeyd olunub ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır.
Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxaran, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni, mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikanın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan verdi. Qısa müddətdə iqtisadiyyatda nailiyyətlər əldə olundu, mədəniyyətin yüksəlişi və milli-mənəvi dəyərlərin inkişafı istiqamətində mühüm addımlar atıldı. O illərdə Heydər Əliyevin idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil edirdi. Heydər Əliyev həmin dövrdə özünün dövlət idarəçiliyi ilə bağlı strateji proqramında mədəni və mənəvi intibahı həmişə sənayedə və iqtisadiyyatdakı uğurlarla əlaqələndirərək vahid məcrada həyata keçirdi. 1969-1982-ci illər həyatımızın bütün sahələrində baş verən köklü dəyişikliklər öz miqyasına görə Azərbaycan salnaməsində ən dolğun səhifələr təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır. Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerji və misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə rəhbərlik etdiyi vaxtlarda özünü xüsusi parlaq sürətdə təzahür etdirdi. Həmin dövrlərdən Heydər Əliyev fenomeni ümumittifaq miqyasında etiraf olunurdu. O, ölkədə baş verən ən ekstremal vəziyyətlərin aradan qaldırılmasının bilavasitə iştirakçısı olması sayəsində dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrildi. Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. O, Kommunist Partiyası sıralarından çıxmasına dair ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyevin parlamentdəki çıxışları, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən qəbul etdiyi qərarlar və Naxçıvan Ali Məclisinin binası üzərində üç rəngli bayrağımızın qaldırılması, suverenliyimizin qazanılması istiqamətində atılmış ilk addımlardandır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən az sonra xarici təzyiqlər və xarici çəkişmələr nəticəsində 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı, qanunçuluğu bərpa etdi və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsl xilaskarı şərəfinə Azərbaycan ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazdı. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevinin xidmətləridir. 1994-cü ildə Heydər Əliyev neft strategiyasını reallaşdırılmasını təmin edən əsrin müqaviləsinin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərini, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrildi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açdı. Dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə inkişafı üçün zəmin yaratdı. Hazırda Heydər Əliyevin adını daşıyan Bakı-Tiflis-Ceyhan neft kəməri xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləməsinin parlaq təcəssümüdür. Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi ideoloji əsas dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynadı. Azərbaycan ziyalısını son əsrlərdə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində strateji dövlət siyasətindən əməli siyasi müstəviyə keçib, nəticədə Azərbaycançılıq məfkurəsi fikirlərə hakim kəsilib. İki əsrin və iki minilliyin qovuşuğunda xalqımız məhz onun sayəsində milli-mənəvi dəyərləri layiqincə qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir. 2003-cü il dekabrın 12-də Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün yüz minlərlə soydaşımız onu son mənzilə yola salmağa gəlmişdi. Vida mərasimində ardı-arası kəsilməyən həmin insan seli isə 10 il əvvəl 1993-cü ildə vətən darda ikən nicat yolunu Heydər Əliyevin simasında görənlərin birliyindən yaranmışdı. Bu möhtəşəm izdihamı ilə xalq ən kədərli günündə həmrəylik nümayiş etdirməklə Heydər Əliyevin ruhu qarşısında mənəvi borcunu ödəyir, Heydər Əliyev ideyalarına sonsuz sədaqətini ifadə edirdi. Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarı ilə Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxırdı. Beynəlxalq aləmdə cərəyan edən proseslərə təsiri baxımından həmişə seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən Azərbaycan rəhbəri zəmanəmizin tanınmış siyasi xadimləri sırasında şərəfli yer tutur. Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolunu nəzərə alaraq, ümummilli liderin 85 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi barədə müvafiq tapşırıqlar verib. Prezidentin İcra Aparatı və Nazirlər Kabinetinə aidiyyəti qurumlara bilikdə yubiley tədbirləri ilə bağlı plan hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

03-12-2008, 11:16 AM #340Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 11-də saat 20.55-dən martın 12-si saat 02.55-dək fasilələrlə Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Mosesqex və Çinarlı kəndlərində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Ağbulaq kəndi sahəsindəki mövqelərini, saat 20.05-dən 20.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, martın 12-də saat 04.25-dən 04.30-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri