[b]ATƏT müşahidəçiləri SMM-in bir neçə gün öncə sensasion bəyanatla çıxış edən koordinatoru ilə görüşüblər[b]
Xaçmaz. Müqəddəs Kazımoğlu-APA. Bu gün Quba-Xaçmaz Bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzində Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) şimal bölgəsi üzrə sabiq koordinatoru Səidə Xanbabayeva və dairə koordinatoru Təranə Zaliyeva ATƏT-in bölgədəki uzunmüddətli müşahidəçiləri Sisiliya Seylmark və Robert Petersonla görüşüb.
[Görüş ATƏT müşahidəçilərinin xahişi ilə baş tutub. APA-nın şimal bürosunun əməkdaşının verdiyi məlumata görə, S. Seylmark S. Xanbabayevanın SMM-lə əlaqədar verdiyi bəyanatla maraqlanıb. Sabiq koordinator deyib ki, SMM-in qeydiyyatı Nizamnamə pozuntuları ilə əlaqədar məhkəmə qərarı ilə ləğv ediləndən sonra problemlər başlayıb: "Bundan sonra biz gizli fəaliyyətə keçdik. Bizə tapşırdılar ki, heç bir dövlət qurumuna, o cümlədən, hüquq-mühafizə orqanlarına yerli koordinatorluğun olması barədə məlumat verməyək. Bizə DSK-larda müstəqil müşahidəçilər kimi qeydiyyatdan keçməyimizi tapşırdılar, sonra isə fərqli təlimatlar verdilər. Bizi inandırmışdılar ki, SMM seçkiyə qədər təkrar qeydiyyatdan keçəcək".S. Xanbabayeva deyib ki, onlar seçkiləri müşahidə edərək, məlumatı SMM-ə verməkdən imtina etməklə bağlı bəyanatı müstəqil şəkildə veriblər. Sabiq koordinator hazırda ATƏT-in gender məsələləri üzrə təlimçisi olduğunu da xatırladıb. Xatırladaq ki, SMM-in gizli fəaliyyətinə və təlimatlarına etiraz olaraq, QHT-nin şimal bölgəsi üzrə koordinatoru və üzvləri prezident seçkilərindən bir neçə gün öncə sensasion bəyanatla çıxış edərək, qurumun seçki günü həyata keçirəcəyi fəaliyyət planını açıqlayaraq, müşahidədən imtina etdiklərini deyiblər. Qeyd edək ki, ATƏT-in şimal bölgəsindəki uzunmüddətli müşahidəçiləri bu gün həmçinin Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzinin rəhbərliyi ilə də görüşüblər.
Azərbaycan Xəbərləri
Printable View

10-19-2008, 09:40 AMAPAATƏT müşahidəçiləri SMM-in bir neçə gün öncə sensasion bəyanatla çıxış edən koordinatoru ilə görüşüblər

10-19-2008, 05:10 PMAPAMSK prezident seçkilərinin yekunu ilə bağlı protokolu təsdiqləyərək, Konstitusiya Məhkəməsinə göndərib
[b]MSK prezident seçkilərinin yekunu ilə bağlı protokolu təsdiqləyərək, Konstitusiya Məhkəməsinə göndərib[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkisi barədə məlumat verib.
[O deyib ki, prezident kürsüsü uğrunda mübarizəyə 21 iddiaçı olub, lakin onlardan 7-nin namizədliyi rəsmən təsdiqlənib. Siyasi partiyaların fikrini yüksək qiymətləndirən MSK sədrinin sözlərinə görə, bu seçkilər Azərbaycanda seçki tarixində demokratik dəyərlərə doğru atılan dönüş nöqtəsi olub. M. Pənahov bildirib ki, prezident seçkilərində müşahidə fəaliyyəti aparmaq üçün 48 min nəfər müraciət edib. Seçki prosesini isə 34 xarici KİV, 1200-dən çox beynəlxalq müşahidəçi izləyib. Ölkə üzrə yaradılmış 5359 məntəqədən 500 də veb-kameralar quraşdırılıb. M. Pənahov deyib ki, qurumun araşdırmaları nəticəsində 5359 məntəqədən 8-də seçkinin nəticələri ləğv olunub. M. Pənahov bildirib ki, protokola əsasən ölkə üzrə seçicilərin ümumi sayı 4.927.561 olub. Səslərin 57. 760 etibarsız, 3.642.874-ü isə etibarlı hesab edilib. MSk sədri namizədlərin topladığı yekun nəticələri də açıqlayıb: "Prezidentliyə namizəd İlham Əliyev 88,73 faiz (3.232.259), İqbal Ağazadə 2,86 faiz (104.279), Fazil Qəzənfəroğlu 2,47 faiz (89.985), Qüdrət Həsənquliyev 2,28 faiz (83,037), Qulamhüseyn Əlibəyli 2,23 faiz (81.120), Fuad Əliyev 0,78 faiz (28.423), Hafiz Hacıyev 0,65 faiz (23.771) səs toplayıb". Daha sonra qurum üzvləri oktyabrın 15-də keçirilmiş prezident seçkilərinin yekunu barədə MSK-nın yekun protokolunun təsdiq edilməsi məsələsinə baxıblar. MSK üzvləri yekdilliklə yekun protokolun təsdiqlənməsinin lehinə səs veriblər. Bundan sonra MSK seçkinin nəticələrinin təsdiqlənərək, elan olunması üçün sənədləri Konstitusiya Məhkəməsinə göndərməyə qərar verib. -
10-19-2008, 07:00 PMAPAZaqatalada iki maşın toqquşub, hər iki sürücü ölüb
[b]Zaqatalada iki maşın toqquşub, hər iki sürücü ölüb[b]
Zaqatala. Vüqar Heydərov.APA. Zaqatalada baş verən ağır yol qəzasında iki nəfər ölüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Zaqatala RPŞ-dən APA-ya verilən məlumata görə, yol qəzası rayonun Aşağı Tala kəndi ərazisində Zaqatala-Muğanlı yolunda baş verib.
[Rayonun Qazangül qəsəbəsi sakini, 1988-ci il təvəllüdlü rayonun Həsənov Naib Yaqub oğlunun idarə etdiyi VAZ-21 099 markalı 10-LG-394 dövlət nömrə nişanlı avtomaşınla, Zaqatala şəhər sakini, 1977-ci il təvəllüdlü Hacıməmmədov Kənan Allahverdi oğlunun idarə etdiyi VAZ-21 09 markalı 66-BE-392 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Nəticədə N. Həsənov aldığı kəllə-beyin travmasından hadisə yerindəcə keçinib. Digər maşının sürücüsü K. Hacıməmmədov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər onun hayatını xilas edə bilməyiblər. İlkin ehtimala görə, qəzaya maşınların yüksək sürətlə idarə olunması səbəb olub. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi qaldırılıb, araşdırma aparılır. -
10-19-2008, 07:10 PMAPADağıstanda güclü yanğın baş verib, iki azərbaycanlı ölüb, bir neçəsi isə yaralanıb
[b]Dağıstanda güclü yanğın baş verib, iki azərbaycanlı ölüb, bir neçəsi isə yaralanıb[b]
Qax. Vüqar Heydərov-APA. Dağıstanda iki Azərbaycan vətəndaşı yanaraq, ölüb, bir neçəsi isə xəsarət alıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon sakinləri məlumat verib.
[Sakinlərin sözlərinə görə, pul qazanmaq məqsədi ilə Dağıstana gedən Qax rayonunun Zəyəm kənd sakinləri Cabrayılov Nüsrət Zakir oğlu və İsmayılov Elvin Canpolad oğlu, həmçinin rayonun Şotavar kənd sakini Musyev Aqşin Vaqif oğlu və daha bir neçə azərbaycanlının Mahaçqalada kirayə qaldıqları evdə yanğın baş verib.Nəticədə Zəyəm kənd sakini N.Cabrayılov və Şotavar kənd sakini A.Musayev aldıqları müxtəlif dərəcəli yanıq xəsarətlərindən keçiniblər. Bu gün onların cənazələri Vətənə gətirilərək, doğulduqları kənddə torpağa tapşırılıb. Yanğın zamanı xəsarət alan E.İsmayılov və digər azərbaycanlılar isə Bakı şəhərinə gətirilərək, xəstəxanaya yerləşdiriliblər.Qeyd edək ki, bu azərbaycanlılar Mahaçqalada adı açıqlanmayan bir tikinti şirkətində çalışıblar. -
10-20-2008, 10:00 AMAPAAzərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək
[b]Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək[b]
[Bakı - APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 22-də Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik və onun səhra köməkçiləri Piter Ki, Vladimir Çountulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Antal Herdiç və İrci Aberle keçirəcəklər. -
10-20-2008, 10:40 AMAPAAzərbaycanda dəmir yolu təsərrüfatlarına payız baxışı başlayıb
[b]Azərbaycanda dəmir yolu təsərrüfatlarına payız baxışı başlayıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi (ADDY) dəmir yolunun respublika üzrə bütün təsərrüfatlarına payız komissiya baxışına başlayıb.ADDY-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, baxış zamanı təsərrüfatların cari vəziyyəti, binaların, tikililərin, ərazilərin saxlanması, istehsalat və texnoloji intizamın vəziyyəti, ADDY-nin stansiyalarında, müəssisələrində və təşkilatlarında hərəkətin təhlükəsizliyinin təmin olunması və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin təsərrüfatların qış mövsümündə işə hazırlanmasının gedişi yoxlanılacaq.Yoxlama Yalama stansiyasından başlayaraq Böyük Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan-Ələt, Hacıqabul-Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H.Z.Tağıyev-çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları əhatə olunmaqla davam edəcək. -
10-20-2008, 10:50 AMAPAAzərbaycan paytaxtında polisə bilərəkdən yalan məlumat verən qadın həbs olunub
[b]Azərbaycan paytaxtında polisə bilərəkdən yalan məlumat verən qadın həbs olunub[b]
[Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında polisi aldadan qadın həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon sakini Əsli Heydərova Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, evindən 5 min ABŞ dolları məbləğində pulun oğurlanması barədə polisə məlumat verib. Ə. Heydərova, həmçinin, polisə pullarının oğurlanmasında evində çalışan ustalardan şübhələndiyini bildirib. Hadisə ilə bağlı dərhal Binəqədi Rayon Polis İdarəsində əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Ə. Heydərovanın polisə yanlış məlumat verdiyi üzə çıxıb. İşlədiyi müəssisənin rəhbərindən aldığı külli miqdarda pulu öz borclarına sərf edən Ə. Heydərovanın çıxılmaz vəziyyətdə qaldığı üçün bu vasitədən istifadə etmək məcburiyyətində qaldığı məlum olub. Faktla əlaqədar Ə. Heydərova saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. -
10-20-2008, 11:00 AMAPADünya bazarında neftin qiyməti 3% yüksəlib
[b]Dünya bazarında neftin qiyməti 3% yüksəlib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,0 dollar və ya 2,86% qalxaraq 1 barelə görə 71,85 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,76 dollar - 69,60 dollaradək artıb. Neftin qiymətinin yüksəlməsinə əsas səbəb OPEC tərəfindən noyabrda neft hasilatının azalması barədə məlumatları olub. OPEC neft bazarlarında yaranan qeyri-sabitliyə görə öz fövqəladə iclasını noyabrın 18-dən oktyabrın 24-nə keçirib, bunu da bazar iştirakçıları OPEC tərəfindən neftin qiymətinin aşağı düşməsinə qarşı müvafiq addımların atılması niyyətinin ciddi olması kimi qiymətləndirilib. -
10-20-2008, 11:10 AMAPADow Jones indeksi 1,4%, S&P 500 0,6%, Nasdaq isə 0,4% enib
[b]Dow Jones indeksi 1,4%, S&P 500 0,6%, Nasdaq isə 0,4% enib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 17-də Amerika bazarlarında Dow Jones indeksi 1,42% - 8852,22 bəndədək, S&P 500 0,62% - 940,55 bəndədək, Nasdaq isə 0,37% - 1711,29 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 17-də Amerika fond bazarlarında qeyri-sabitlik və səhmlərin qiymətlərinin qalxıb-enməsi müşahidə olunub.Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 5,22% - 4063,01 bəndədək, Fransa CAC-40-ı 4,68% - 3329,92 bəndədək, Almaniya DAX-ı isə 3,43% - 4781,33 bəndədək yüksəlib. Kotirovkaların artmasına əsas səbəb Avropa ölkələrinin rəhbərliklərinin maliyyə sektoruna dəstək olaraq müvafiq proqramlarının qəbul edilməsi olub. Belə ki, Fransa hökuməti milli maliyyə sektorunun müdafiəsi üçün 360 mlrd. avro, Almaniya parlamenti - 480 mlrd. avro məbləğində vəsaitin ayrılmasına dair barədə qərarlar qəbul edib. Nəticədə, fond bazarında artım müşahidə olunub. Belə ki, «Deutsche Bank»ın səhmləri 4,28%, «Barclays»ın 3,5%, HSBC-nin 3,2%, «Total»in 8%, BP-nin 8,62%, «Royal Dutch Shell»in 8,35%, ENİ şirkətinin səhmləri isə 14,5% bahalaşıb. -
10-20-2008, 11:20 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD