[b]Azərbaycan pezidenti İlham Əliyev Bernar Fasieni qəbul edib[b]
[Bakı - APA. Azərbaycan pezidenti İlham Əliyev sentyabrın 19-da ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasieni qəbul edib. Bu barədə APA-ya prezidentin mətbuat xidmətindən məlumat verilib.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və regionda vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Xəbərləri
Printable View

09-19-2008, 11:10 PMAPAAzərbaycan pezidenti İlham Əliyev Bernar Fasieni qəbul edib

09-20-2008, 01:20 AMAPAPrezident İlham Əliyev: "Gələcək illər üçün düşünülmüş proqramlarımız, konkret addımlarımız olacaq"
[b]Prezident İlham Əliyev: "Gələcək illər üçün düşünülmüş proqramlarımız, konkret addımlarımız olacaq"[b]
"Son 5 ildə iqtisadiyyat 2,7 dəfə artıb. Bu, dünyada analoqu olmayan bir göstəricidir. Azərbaycanda olan inkişaf başqa heç bir ölkədə yoxdur. Son dörd ildə iqtisadi inkişaf baxımından Azərbaycan dünya miqyasında birinci ölkədir".
[Zaqatala-APA. "Azərbaycanda son illər ərzində nəqliyyat sektoruna çox böyük diqqət göstərilir. Mülki aviasiyanın inkişafı üçün əməli-praktik addımlar atılır. Son illər ərzində ABŞ və Fransa istehsalı olan 12 ədəd Boinq, Airbus və ATR təyyarələri alınıb. Bu yaxınlarda imzalanmış müqavilələr əsasında daha 8 təyyarə alınacaq. Ən son model olan Boinq-787 təyyarələri də gətiriləcək. Dünyada ən qabaqcıl texnologiyalar nədirsə, onlar Azərbaycanda tətbiq olunur və olunmalıdır. Çünki Azərbaycanın uğurlu, hərtərəfli inkişafı bunu tələb edir". APA-nın xəbərinə görə, bunu ölkənin şimal-qərb rayonlarına səfəri çərçivəsində ZaqatalaHava Limanının açılışında çıxış edən prezident İlham Əliyev deyib. Ölkədə nəqliyyat sektorunun inkişafı üçün işlər görüldüyünü deyən ölkə başçısı Xəzər Dəniz Gəmiçiliyinin inkişafı üçün yeni tankerlər alındığını, dəmir yollarının bərpa olunduğunu, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanıldığını xatırladıb. Azərbaycanın dəmir yolu vasitəsilə Avropa ilə birləşəcəyini söyləyən prezident BTQ-nin Asiyanı da Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcəyini və bununla da ölkənin nəqliyyat imkanlarının daha da artacağını deyib: "Azərbaycan coğrafi yerləşməsinə görə Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır. Biz bu təbii körpünü infrastruktur layihələri ilə zənginləşdiririk. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və istismara verilməsi, həm böyük iqtisadi maraqları təmin edəcək, həm də bizim siyasi maraqlarımız tam şəkildə təmin olunacaq". Bakıdan Zaqatala və Balakənə qədər yeni avtomobil yolunun tikintisi layihəsi olduğunu bildirən İlham Əliyev yolun bəzi hissələrinin tikilməyə başladığını da vurğulayıb. Bu gün Bakı ilə yanaşı, Naxçıvan, Gəncə, Zaqatalada da aeroportların fəaliyyət göstərdiyini deyən dövlət başçısı bu yaxınlarda Lənkəran aeroportunun da fəaliyyətə başlayacağını bildirib.Azərbaycanda bütün bölgələrdə sürətli inkişaf getdiyini deyən prezident son beş ildə 700 mindən çox yeni iş yeri açıldığını, qeyri-neft sektorunun inkişaf etdiyini, ölkənin yerli istehsalla əsas kənd təsərrüfatı məhsulları ilə maksimum dərəcədə təmin edildiyini, enerji təminatı olduğunu vurğulayıb: "Gələcək illər üçün düşünülmüş proqramlarımız var, konkret addımlarımız olacaq. Son 5 ildə iqtisadiyyat 2,7 dəfə artıb. Bu, dünyada analoqu olmayan bir göstəricidir. Azərbaycanda olan inkişaf başqa heç bir ölkədə yoxdur. Son dörd ildə iqtisadi inkişaf baxımından Azərbaycan dünya miqyasında birinci ölkədir. Bir il deyil, iki il deyil, dörd il ərzində! Bu inkişafın dayanıqlı olması artıq faktdır. Bu inkişaf uzunmüddətli olacaq. Bu gün bizim başladığımız layihələr bir neçə ildən sonra öz bəhrəsini verəcək. Mən şübhə etmirəm ki, bütün görülən tədbirlər və gələcəkdə atılacaq addımlar nəticəsində Azərbaycan zəngin, qüdrətli, müasir dövlətə çevriləcək". "Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlamış və davam etdirilən neft strategiyası uzun illərdir ki, öz bəhrəsini verir. Azərbaycan heç kimdən asılı deyil, artan iqtisadi imkanlarımız bizə kifayətdir. Biz öz gələcək inkişaf strategiyamızı daxili resurslara əsaslanaraq icra edirik. Arxayınıq ki, daxili resurslarımız və aparılan iqtisadi islahatlar bizi öz məqsədimizə çatdıracaq. Bu islahatlar davamlı olacaq"-deyən dövlət başçısı islahatların aparılması istiqamətində atılmış addımların dünyanın ən böyük beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini və qiymətləndirildiyini də qeyd edib. Dünya Bankının bu yaxınlarda Azərbaycanı dünya miqyasında ən birinci islahatçı ölkə kimi tanıyıb, bəyan etməsini xatırladan prezident "bütün bunları biz öz zəhmətimiz hesabına, Azərbaycanda aparılan cəsarətli islahatlar nəticəsində əldə edirik. Həm insanların həyat səviyyəsinin yaxşılaşması, həm iqtisadiyyatın şaxələndirilməsi, bütün bölgələrdə quruculuq-abadlıq işlərinin daha da sürətlə getməsi üçün əlavə tədbirlər görüləcək. Nəticə etibarilə Azərbaycan xalqının daha da yaxşı yaşaması, dövlətin daha da möhkəmlənməsi məsələləri öz həllini tapır və tapacaq"-deyə, vurğulayıb. -
09-20-2008, 10:50 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub[b]
[Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 19-da saat 23.25-dən 23.55-dək Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.50-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 20-də saat 05.10-dan 05.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
09-20-2008, 11:10 AMAPAQoran Lenmarker: "Türkiyənin Qafqazdakı münaqişələrin həlli istiqamətində aparılan danışıqlarda iştirakı məqsədəuyğun olardı"
[b]Qoran Lenmarker: "Türkiyənin Qafqazdakı münaqişələrin həlli istiqamətində aparılan danışıqlarda iştirakı məqsədəuyğun olardı"[b]
Toronto. Tamara Qriqoryeva - APA. ATƏT Parlament Assamlbeyasının (PA) Gürcüstan və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Azərbaycan və Ermənistanı Gürcüstanla birlikdə Qafqazdakı münaqişələrin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda aktiv iştirak etməyə çağırıb.
[APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, "ATƏT açıq dünyada" adı altında Torontoda keçirilən dinləmələrin "Bir qədər əvvəl Gürcüstandakı münaqişə" mövzusunda müzakirələrində çıxış edən Q. Lenmarkerin fikrincə, regionun müstəqil ölkələri olan Azərbaycan, Ermənistan və Gürcüstan maraqlı tərəf kimi hər şeydən əvvəl Qafqazdakı münaqişələrin nizamlanması üçün danışıqlar aparmalıdırlar. Xüsusi nümayəndə Türkiyəni də danışıqlarda iştiraka dəvət etməyi məqsədəuyğun hesab edir. O bu danışıqlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin də müzakirə mövzusu ola biləcəyini vurğulayıb. Q. Lenmarkerin fikrincə, Qafqazdakı vəziyyəti sülh yolu ilə həllinə nail olmaq üçün regiona neytral müşahidəçilər göndərilməlidir.O qeyd edib ki, tərəflərin razılığı əsasında regiona göndəriləcək beynəlxalq müşahidəçilərin əsas məqsədlərindən biri gürcü-osetin münaqişəsinin etnik təmizləmə olub-olmadığını aydınlaşdırmaq olmalıdır. -
09-20-2008, 11:20 AMAPAAzərbaycanla Kuba arasında iqtisadi əməkdaşlığa dair 10-dək sənəd imzalanacaq
[b]Azərbaycanla Kuba arasında iqtisadi əməkdaşlığa dair 10-dək sənəd imzalanacaq[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Kubanın Azərbaycandakı səfiri Marselo Kavalyero Torres iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşüb. APA-nın məlumatına görə, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı, həmçinin Azərbaycan-Kuba hökumətlərarası komissiyasının bu il dekabrın əvvəllərində keçiriləcək ikinci iclasının təfərrüatlarına dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, tərəflər iclasın yekunu olaraq 10-dək sənəd imzalamağı planlaşdırır. -
09-20-2008, 11:30 AMAPAAlmaniyada keçiriləcək beynəlxalq konfransda Azərbaycan deputatı da iştirak edəcək
[b]Almaniyada keçiriləcək beynəlxalq konfransda Azərbaycan deputatı da iştirak edəcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Sentyabrın 21-24-də Almaniyada "Azərbaycan və Avropa İttifaqının strateji əməkdaşlığının yeni istiqamətləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Milli Məclisin üzvü Fuad Muradov da iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə "Azərbaycan - Avropa qonşuluq siyasəti: stabillikdən modernləşməyə doğru", həmçinin "Qafqaz regionunda uzun müddətli perspektivlər" mövzusunda müzakirələr aparılacaq. F. Muradovun konfransda Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın inkişaf perspektivləri, əldə olunan nəticələrlə bağlı çıxışı nəzərdə tutulub. Millət vəkili bu gün Almaniyaya yola düşəcək. -
09-20-2008, 11:40 AMAPA"Qalatasaray" Terimə təklif göndərib
[b]"Qalatasaray" Terimə təklif göndərib[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim arzuladığına çatıb. "APA-SPORT"un məlumatına görə, bir müddət əvvəl eyni vaxtda yığma və klubda çalışmaq istədiyini dilə gətirən mütəxəssis Türkiyənin "Qalatasaray" klubundan təklif alıb. Səkkiz il əvvəl İstanbul təmsilçisinə UEFA kubokunu qazandıran 55 yaşlı çalışdırıcının idman direktoru vəzifəsinə gətirilməsi gözlənilir. Almaniyalı mütəxəssis Mixael Skibbenin komandaya uğur gətirə bilmədiyini görən klub rəhbərliyi Terimə "Gəl, müəyyən büdcə ilə komandanı özün idarə et" təklifini göndərib. -
09-20-2008, 11:50 AMAPADünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana elə bir ciddi təsiri yoxdur
[b]Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana elə bir ciddi təsiri yoxdur[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana elə bir ciddi təsiri yoxdur. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib: «Biz istərdik ki, neftin qiyməti optimal səviyyədə qalsın. Nə çox yuxarı qalxsın, nə də aşağı ensin. Bu optimal səviyyə 1 barrel neft üçün 80-110 dollar arası hesab oluna bilər».R. Abdullayevin sözlərinə görə, düna bazarında neftin qiyməti sürətlə balaşdıqca, digər məhsulların, mal, iş və xidmətlərin də qiymətləri qalxır. Bu isə öz növbəsində xərclərin sürətli artımını şərtləndirir. -
09-20-2008, 12:00 PMAPAAzərbaycan neftçiləri bu gün peşə bayramlarını qeyd edirlər
[b]Azərbaycan neftçiləri bu gün peşə bayramlarını qeyd edirlər[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Azərbaycan neftçiləri öz peşə bayramlarını qeyd edirlər. «APA-ECONOMICS»in məlumatına görə, 14 il əvvəl - 1994-cü ildə Azərbaycan hökuməti ilə xarici neft şirktləri arasında «Əsrin müqaviləsi»nin imzalandığı 20 sentyabr tarixi Azərbaycan neftçilərinin peşə bayramı kimi qeyd olunur. Bu gün bayram münasibəti ilə ARDNŞ-in işçiləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında şirkətin «Əsrin müqaviləsi»nin Azərbaycanın sosial-iqtisadi həyatını dəyişdiyini və ölkənin sürətli inkişafına başlanğıc olduğunu qeyd edib.R. Abdullayev ötən 14 il ərzində Azərbaycan neftçilərinin bir çox uğurlara imza atdıqlarını və böyük işlər görüldüyünü, nəhəng regional layihələrin reallaşdırıldığını vurğulayıb.Qeyd edək ki, 20 sentyabr 1994-cü ildə «Xəzərin azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü» üzrə birinci saziş imzalanıb. 1994-cü ildən bu vaxta qədər ARDNŞ və xarici neft şirkətləri arasında karbohidrogenlərin kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 26 saziş reallaşdırılıb. -
09-20-2008, 12:10 PMAPAAzərbaycandakı yeraltı qaz anbarlarının tutumu 1,4 mlrd. kub/metrdən 5 mlrd. kub/metrə çatdırılacaq
[b]Azərbaycandakı yeraltı qaz anbarlarının tutumu 1,4 mlrd. kub/metrdən 5 mlrd. kub/metrə çatdırılacaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın yeraltı qaz anbarlarının təmiri layihəsi çərçivəsində 20-yə yaxın quyu təmir edilib. «APA-ECONOMICS»in xəbərinə görə, bu barədə məlumat verən ARDNŞ prezidenti Rövnəq Abdullayev bütün quyulara gələn qaz xətlərinin yeniləşdirildiyini bildirib. «Artıq kompressor stansiyası qurulur. Cari ilin noyabr ayına qədər Rusiyadan yeni kompressorlar gətiriləcək. Təmirdən sonra yeraltı qaz anbarlarına 2 mlrd. kub/metrdən artıq qaz vurmağı planlaşdırırıq», - deyə R.Abdullayev vurğulayıb.ARDNŞ prezidentinin sözlərinə görə, qaz anbarlarının təmiri iki mərhələdə həyata keçiriləcək. İkinci mərhələ gələn ilin sonuna qədər yekunlaşacaq. Bundan sonra yeraltı qaz anbarlarına 5 mlrd. kub/metr həcmində qaz vurulması mümkün olacaq.R. Abdullayev Naxçıvan Muxtar Respublikasında yeraltı qaz anbarının tikintisi ilə bağlı müəssisənin yaradıldığını, artıq bir neçə quyunun qazılmasına başlandığını qeyd edib. Naxçıvandakı qaz anbarının həcmi 300 mln. kub/metrə yaxın olacaq.Qeyd edək ki, hazırda Azərbaycanda 2 yeraltı qaz anbarı - Qalmaz və Qaradağ mövcuddur. Bu il yeraltı anbarlara 1,4 mlrd. kubmetr qaz yığılacaq.