[b]Azərbaycan yaxın 10 ildə karbohidrogen hasilatını 29% artıracaq[b]
Bakı. Zaur Nurməmmədov - APA-ECONOMICS. Böyük Britaniyanın «Business Monitor International» analitik nəşri «Azerbaijan Oil and Gas Report - Q3,2008» hesabatını dərc edib.
[«APA-ECONOMICS»in məlumatına görə, həmin hesabat Azərbaycanın neft və qaz sənayesinin gələcək inkişafına həsr olunub.«Business Monitor International»ın proqnozlarına əsasən, 2012-ci ilədək Azərbaycan Mərkəzi və Şərqi Avropanın neftə olan tələbatının 2,30%-ni, qaza isə 1,81%-ni ödəyəcək.Hesabat müəllifləri hesab edirlər ki, 2007-2018-ci illərdə Azərbaycanda karbohidrogen hasilatı 29,4% artacaq, 2011-2014-ci illərdə isə neft hasilatı sutkada 1,3 mln. barel təşkil edəcək. Lakin 2014-cü ildən sonra hasilat sutkada 1,1 mln. barelə enəcək. Bununla yanaşı bildirilir ki, 2007-2018-ci illərdə Azərbaycanda neft istehlakı 110,5% artacaq, 2018-ci ilə kimi isə sutkada 216 min barel səviyyəsinə çatacaq. Qaz hasilatına gəldikdə isə, hesabata əsasən, 2018-ci ilədək illik hasilatın 30 mrld. kubmetrə çatacağı, qazın ixrac imkanlarının isə 11 mlrd. kubmetrədək artacağı gözlənilir.Hesabatda bildirilir ki, Azərbaycanın real ÜDM-nin artımı 2008-ci ildə 18,6%, 2009-cu ildə - 18,6%, 2010-cu ildə - 8%, 2011-ci ildə isə 5% səviyyəsində proqnozlaşdırılır. Qeyd edək ki, 1984-cü ildə təsis olunan «Business Monitor International» nəşri mütəmadi olaraq müxtəlif siyasi-iqtisadi proqnozlar dərc edir.
Azərbaycan Xəbərləri
Printable View

10-20-2008, 11:30 AMAPAAzərbaycan yaxın 10 ildə karbohidrogen hasilatını 29% artıracaq

10-20-2008, 11:40 AMAPAİqor Ponomaryov Azərbaycana qayıtdı
[b]İqor Ponomaryov Azərbaycana qayıtdı[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Milli komandamızın sabiq baş məşqçisi İqor Ponomaryov Bakıya gəlib. İsveçdə yaşayan 48 yaşlı mütəxəssis üç illik fasilədən sonra yenidən Azərbaycanda işləyəcək. Ölkəmizdə sonuncu dəfə "Qarabağ"ın baş məşqçisi olan Ponomaryov keçmiş komandasının hesabat turunda məğlub etdiyi (3:1) Salyanın NBC klubunda çalışacaq. NBC-nin icraçı-direktoru Füzuli Əliyev "APA-SPORT"a açıqlamasında təcrübəli mütəxəssisə hələlik rəsmi təklif göndərmədiklərini bildirib: "Ponomaryovla komandamızın "Qarabağ"la oyununu izləyərkən görüşmüşəm. Ona klubumuzda görmək istəyimizi çatdırmışam. Çox istərdik ki, Ponomaryov kimi təcrübəli mütəxəssis komandamıza kömək etsin. Məsələyə yaxın günlərdə aydınlıq gələcək. Yəqin ki, hər şey yaxşılığa doğru olacaq". Əliyev bildirib ki, Ponomaryov komandanın baş məşqçisi Vladislav Qədirovun yanına gəlib: "Rəhbərlik Vladislav Qədirovun işindən razıdır. Onu baş məşqçilikdən çıxartmaq gündəmdə deyil. Sadəcə, Qədirovla dostluq edən Ponomaryovun klubumuzda məsləhətçi olmasını istərdik. Belə bir mütəxəssisin təcrübəsi bizə faydalı ola bilər. Gələcəkdə klubumuzun iddiası artarsa, onda Ponomaryovla baş məşqçi kimi də işbirliyimiz mümkündür".Qeyd edək ki, NBC-nin Premyer Liqada ilk baş məşqçisi kimi tarixə düşən 38 yaşlı Vladislav Qədirov İqor Ponomaryovun "Qarabağ"da köməkçisi olub. -
10-20-2008, 11:50 AMAPAAzərbaycan Milli Məclisinin növbəti iclası oktyabrın 24-də keçiriləcək
[b]Azərbaycan Milli Məclisinin növbəti iclası oktyabrın 24-də keçiriləcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin növbəti iclası oktyabrın 24-də keçiriləcək. Bu barədə APA-ya parlamentin mətbuat xidmətindən bildirilib. Məlumata görə, iclasda "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Xüsusi iqtisadi zonalar haqqında" qanun layihələri müzakirə olunacaq. Bundan başqa, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanuna əlavə və dəyişikliklər, o cümlədən "Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. -
10-20-2008, 12:00 PMAPAMəcburi köçkün qısqanclıq zəminində həyat yoldaşını və qonşusunu bıçaqlayıb
[b]Məcburi köçkün qısqanclıq zəminində həyat yoldaşını və qonşusunu bıçaqlayıb[b]
[Bakı. Hafiz Heydərov - APA. Bakı şəhərində məcburi köçkün qısqanclıq zəmnində həyat yoldaşını və qonşusunu bıçaqlayıb. Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Novxanı bağlarında yerləşən "Şəfəq" istirahət guşəsində baş verib. Orada məskunlaşan Mehman Cabbarov qısqanclıq zəmnində həyat yoldaşı, Natavan Cabbarovanı bıçaqlayıb. Çoxlu bıçaq zərbəsi alan N. Cabbarova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. M. Cabbarov daha sonra qonşusu Cabbar Rüstəmova da bir neçə bıçaq zərbəsi vurub və sonradan polisə gedərək könüllü təslim olub. M. Cabbarov cinayət hadisəsini qısqanclıq zəmnində törətdiyini etiraf edib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
10-20-2008, 12:10 PMAPARusiya prezidentinin Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq
[b]Rusiya prezidentinin Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq[b]
İrəvan - APA. Bu gün Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana iki günlük rəsmi səfəri başlayır.
[APA-nın "Armtoday" saytına istinadən verdiyi məlumata görə, Dmitri Medvedev həmkarı Serj Sarkisyanla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq. Rusiya prezident administrasiyasından bildiriblər ki, danışıqlarda iki ölkə arasında əməkdaşlığın geniş spektri, Qafqazdakı vəziyyət və aktual beynəlxalq məsələlər müzakirə olunacaq: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki fəal və konstruktiv vasitəçilik səylərinin davamı olaraq bu məsələyə dair fikir mübadiləsi aparılacaq. Rusiyanın bu problemlə bağlı prinsipial mövqeyi dəyişməzdir: Moskva hər iki tərəfi qane edəcək həll yolu tapılması üçün tərəflərə yardımçı olmağa davam edəcək". -
10-20-2008, 12:20 PMAPAKonstitusiya Məhkəməsi Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrini oktyabrın 22-də rəsmən elan edəcək - YENİLƏNİB
[b]Konstitusiya Məhkəməsi Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrini oktyabrın 22-də rəsmən elan edəcək - YENİLƏNİB[b]
Bakı - APA. Konstitusiya Məhkəməsi oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrini oktyabrın 22-də elan edəcək.
[Konstitusiya Məhkəməsindən APA-ya verilən məlumata görə, prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokollarının təsdiq edilməsi və seçkilərin nəticələrinin rəsmən elan olunması ilə bağlı oktyabrın 22-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək. Qeyd edək ki, MSK-nın oktyabrın 19-da keçirilən iclasında prezident seçkilərinin yekunu barədə qurumun yekun protokolunun təsdiq edilməsi məsələsinə baxılıb. MSK seçkinin nəticələrinin təsdiqləyərək, elan olunması üçün sənədləri Konstitusiya Məhkəməsinə göndərib. Prezident seçkilərinin yekunları dünən Konstitusiya Məhkəməsinə daxil olub. MSK-nın elan etdiyi yekun nəticələrə əsasən, prezidentliyə namizəd İlham Əliyev 88,73 faiz (3.232.259), İqbal Ağazadə 2,86 faiz (104.279), Fazil Qəzənfəroğlu 2,47 faiz (89.985), Qüdrət Həsənquliyev 2,28 faiz (83,037), Qulamhüseyn Əlibəyli 2,23 faiz (81.120), Fuad Əliyev 0,78 faiz (28.423), Hafiz Hacıyev 0,65 faiz (23.771) səs toplayıb. -
10-20-2008, 12:30 PMAPAMoskvada yerli sakinlərlə qafqazlılar arasında kütləvi davanın qarşısı alınıb
[b]Moskvada yerli sakinlərlə qafqazlılar arasında kütləvi davanın qarşısı alınıb[b]
[Moskva-APA. Moskva hüquq-mühafizə orqanları şəhərin şimal-şərqində yerli sakinlərlə qafqazlılar arasında kütləvi toqquşmanın qarşısını alıblar. APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, yerli sakinlər milis idarəsinə zəng vuraraq "Orion" kinoteatrının yaxınlığında 100-dən artıq qafqazlının iştirakı ilə dava olduğunu bildiriblər. Hadisə yerinə gələn milislər tərəfləri sakitləşdirməyə müvəffəq olublar. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin məlumata görə, davanın iştirakçıları yaxınlıqdakı bazarda ticarətlə məşğul olan moskvalılarla qafqazlılardır. -
10-20-2008, 12:40 PMAPAƏrinin qolunu sındıran Balaxanı sakini tutulub
[b]Ərinin qolunu sındıran Balaxanı sakini tutulub[b]
[Bakı-APA. Sabunçu rayonunun Balaxanı qəsəbə sakini Tatyana Fedotova ailə münaqişəsi zəminində əri Nemət Şahinbaşın qolunu sındırıb və ülgüclə boğaz nahiyəsindən xəsarət yetirib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N. Fedotova tutulub. -
10-20-2008, 12:50 PMAPABakıdakı kafedə əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən qadın tutulub
[b]Bakıdakı kafedə əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən qadın tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Solmaz Əhmədova tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Solmaz Əhmədova Sabunçu rayonundakı "Günel" kafesində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb. -
10-20-2008, 01:00 PMAPASumqayıtda baş verən yol qəzasında bir nəfər ölüb
[b]Sumqayıtda baş verən yol qəzasında bir nəfər ölüb[b]
[Bakı-APA. Dünən saat 19.50 radələrində Sumqayıt şəhərindəki Z. Hacıyev küçəsində şəhər sakini Vüqar İsmayılov «Mercedes» markalı avtomaşını idarə edərkən 1-ci mikrorayon sakini Şəhla Şirinovanı və oğlu İsmayılı vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. İsmayıl orada dünyasını dəyişib. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.