[b]Vaşinqtonda Azərbaycan-Türkiyə-ABŞ Fondu yaradılıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. ABŞ-da Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Ahmet Erentokun təsisçiliyi ilə Azərbaycan-Türkiyə-ABŞ Fondu (ATAF) yaradılıb.ATİB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, daha əvvəl ATİB-in beynəlxalq layihələr üzrə müşaviri kimi çalışan Louette Ragusa Fondun icraçı direktoru təyin edilib. Mənzil qərargahı Vaşinqtonda (ABŞ) yerləşən Fondun yaradılmasında məqsəd Azərbaycan və Türkiyə şirkətlərinin ABŞ-da lobbiçiliyini həyata keçirmək, onlara ABŞ bazarlarına daxil olmalarında lazımi hüquqi və konsaltinq xidmətlərini göstərməkdən ibarətdir. Eyni zamanda, ATAF regionda çalışmaq istəyən ABŞ şirkətlərinə də analoji xidmətləri göstərəcək. Bunun üçün Fondla ATİB arasında qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır. Qeyd edək ki, ATAF bu ilin əvvəlində rəsmi qeydiyyatdan keçmiş Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondu ilə də qarşılıqlı əməkdaşlıq etmək niyyətindədir.
Azərbaycan Xəbərləri
Printable View

10-31-2008, 04:00 PMAPAVaşinqtonda Azərbaycan-Türkiyə-ABŞ Fondu yaradılıb

10-31-2008, 04:10 PMAPAAzərbaycan Milli Məclisi terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib
[b]Azərbaycan Milli Məclisi terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bu gün keçirilən iclasında "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. APA-nın xəbərinə görə, layihəni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov təqdim edib. Komissiya sədri deyib ki, bu layihə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün hüquqi mexanizmin yaradılmasına yönəlib.Onun sözlərinə görə, qanun qəbul ediləndən sonra Maliyyə Monitorinqi orqanı adlı qurum yaranacaq. Bu qurum cinayət yolu ilə əldə edilən pul vəsaitləri və digər əmlakla bağlı aparılmış əməliyyatlar barədə monitorinq keçirəcək. Komissiya sədri qeyd edib ki, 20 min manatdan artıq olan pul vəsaitləri həmin əməliyyata cəlb olunacaq, vəsaitin mənbəyi barədə məlumatlar toplanacaq. Ə. Hüseynov bu qanunun qəbul olunması ilə bağlı Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürdüyünü, Avropa Şurasına üzv olan ölkələrin əksəriyyətinin bu qanunu qəbul etdiklərini deyib. Layihə barədə çıxış edən millət vəkilləri layihədə göstərilən 20 min manat məbləğin az olduğunu bildirib, həmin məbləği dəfələrlə artırmağın vacibliyini vurğulayıblar.Müzakirələrdən sonra layihə ikinci oxunuşda qəbul olunub. -
10-31-2008, 04:20 PMAPAYaxın günlərdə Azərbaycanda yeni avtomobil körpüsü istifadəyə veriləcək
[b]Yaxın günlərdə Azərbaycanda yeni avtomobil körpüsü istifadəyə veriləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Yaxın günlərdə Azərbaycanın Quba rayonunda Vəlvələçay üzərindən inşa olunan yeni avtomobil körpüsü istifadəyə veriləcək. Bu barədə «APA-ECONOMICS»ə «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.P.Mürsəliyevin sözlərinə görə, körpü Quba-Qonaqkənd yolunun 22-ci kilometrinə yaxın - Səbətlər kəndinə gedən yolun üzərində yerləşir. Azərbaycanın «Körpü Konstruksiya» şirkəti tərəfindən inşa olunmuş körpünün uzunluğu 152 poqonmetr, eni 10 metrdir. Körpü 8 aşırım və 9 dayaqdan ibarətdir.Qeyd edək ki, Azərbaycanın ümumi istifadədə olan avtomobil yollarının 22 134 kilometrinə Nəqliyyat Nazirliyi tərəfindən xidmət göstərilir. Bu yolların 1 684 kilometri beynəlxalq magistrallar, 2 669 kilometri respublika əhəmiyyətli, 13 min kilometri yerli əhəmiyyətli, 1,5 min kilometri Bakı şəhərinin ərazisində, 3,3 min kilometri rayon və digər şəhərlərin ərazilərində olan yollar, prospektlər və küçələrdir. Körpülərin ümumi sayı 1 201-dir. -
10-31-2008, 04:30 PMAPAFuad Əliyev qərargah istəyir
[b]Fuad Əliyev qərargah istəyir[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, F. Əliyev prezident seçkilərindən sonra ölkədəki ictimai-siyasi vəziyyət, təşkilatın qərargah problemi və 2009-cu ildə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı məsələlərə toxunub. O, 1999-cu ildən dövlət qeydiyyatında olan ALDP-nin indiyə qədər ofislə təmin edilmədiyini deyib: "Hər dəfə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi partiyanın müraciətlərinə əsassız cavablar verir. Məhkəmələr də düzgün qərar çıxarmır. Xətai rayon Məhkəməsinin dövlət komitəsinin lehinə çıxardığı qərarı Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb". F. Əliyev bildirib ki, problem Azərbaycanda çözülməsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək. Prezidentliyə keçmiş namizəd ALDP-nın siyasi mövqeyi barədə də danışaraq heç bir qüvvənin diktəsi ilə hərəkət etmədiklərini söyləyib: "Biz heç bir bloka qoşulmaq istəmirik. ALDP konstruktiv müxalifətdə olan partiyadır". O, prezident seçkisini boykot edən müxalifət partiyalarının addımını pisləyib. -
10-31-2008, 04:40 PMAPAAspiranturaya qəbul noyabrda başa çatacaq
[b]Aspiranturaya qəbul noyabrda başa çatacaq[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aspiranturaya qəbul noyabrda başa çatacaq. Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətinin rəhbəri Afaq Əsədova məlumat verib. Oktyabrın 15-dən başlayan qəbulda 175 yer üçün 204 namizəd mübarizə aparır. A. Əsədovanın sözlərinə görə, aspirant olmaq istəyən namizədlər humanitar və ictimai elmlərə daha çox üstünlük verirlər. Hazırda isə AMEA strukturunda 2000-ə yaxın elmlər doktoru, 8500 elmlər namizədi var. Akademiyanın həqiqi və müxbir üzvlərinin sayı isə 200 nəfərə qədərdir. -
10-31-2008, 05:00 PMAPADanimarkada yaşayan soydaşlarımız bu ölkənin parlamentinə müraciət ünvanlayıb
[b]Danimarkada yaşayan soydaşlarımız bu ölkənin parlamentinə müraciət ünvanlayıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Danimarkada yaşayan bir qrup azərbaycanlı bu ölkənin parlamentinə müraciət edib. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə İran azərbaycanlılarının hüquqlarının pozulmasına, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən qanunsuz olaraq həbs olunmalarına etiraz edilib: "Son aylarda İran dövlətində nəzarəti ələ alan fars şovinizmi Güney Azərbaycan türklərinə təzyiqləri artırıb. Nəticədə bir çox milli fəal qanunsuz olaraq həbs olunub". Məktubda azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan şəxslərin terrora məruz qalmasından və digər təzyiq hallarından söz açılıb. Müraciət müəllifləri Danimarka parlamentindən bu problemə diqqət yönəltməyi xahiş ediblər. -
10-31-2008, 05:10 PMAPABakıda taksi sürücüsünə silahlı basqın olub
[b]Bakıda taksi sürücüsünə silahlı basqın olub[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında taksi sürücüsünə qarşı silahlı basqın olub. Nizami rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 10.00 radələrində baş verib. Bildirilib ki, Elçin Əzizağa oğlu Hüseynova məxsus, taksi kimi istifadə olunan, "Mercedes" markalı, 10 FH 080 dövlət nömrə nişanlı avtomobil iki naməlum şəxs tərəfindən qaçırılıb. Basqınçılar hadisəni törədərkən silahlı olublar. Sürücü istintaqa verdiyi ifadəsində basqınçıların ona avtomatla hədə qorxu gəldiyini bildirib. Hazırda Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. Polis bölməsindən həmçinin bildirilib ki, qaçırılan maşın artıq tapılıb. -
10-31-2008, 05:20 PMAPAVilayət Eyvazov: ""Əbu Bəkr" məscidi ilə bağlı məhkəmə hansı qərarı verəcəksə, ona uyğun da tədbirlər görüləcək"
[b]Vilayət Eyvazov: ""Əbu Bəkr" məscidi ilə bağlı məhkəmə hansı qərarı verəcəksə, ona uyğun da tədbirlər görüləcək"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. ""Əbu Bəkr" məscidi ilə bağlı məhkəmə hansı qərarı verəcəksə, ona uyğun da tədbirlər görüləcək". APA-nın xəbərinə görə, bu sözləri daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib. Qeyd edək ki, Nərimanov rayon Məhkəməsi "Əbu Bəkr" məscidinin açılması və fəaliyyətini bərpa etməsi barədə qərar çıxarıb. Nərimanov rayon Polis İdarəsi isə məhkəmə qərarından şikayət verib. -
10-31-2008, 05:30 PMAPABolqarıstanın vitse-prezidenti Angel Marin Azərbaycana səfər edəcək
[b]Bolqarıstanın vitse-prezidenti Angel Marin Azərbaycana səfər edəcək[b]
[Bakı. Laçın Sultanova-APA. Bolqarıstanın vitse-prezidenti Angel Marin noyabrın 13-14-də Bakıda işgüzar səfərdə olacaq. Bolqarıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi Bakıda keçiriləcək 4-cü enerji sammitində iştirak etməkdir. Qeyd edək ki, bu sammitdə Türkiyə prezidenti Abdulla Gül, Polşa prezidenti Lex Kaçinski, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus, Estoniya prezidenti Tomas-Xendrik İlves, Latviya prezidenti Valdas Zatlers, Rumıniya prezidenti Troyan Basesekunun iştirakı gözlənilir.Xatırladaq ki, birinci enerji sammiti 2006-cı ilin mayında Polşanın Krakov şəhərində, ikinci sammit 2007-ci ilin noyabrında Vilnüsdə, üçüncü sammit isə bu ilin mayında Kiyevdə keçirilib. -
10-31-2008, 05:40 PMAPASəbayel rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
[b]Səbayel rayonunda ölümlə nəticələnən yol qəzası baş verib[b]
[Bakı-APA. Bu gün saat 01.00 radələrində Səbayel rayonundakı Neftçilər prospektində Bakı şəhər sakini Ramin Hüseynov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı dirəyə vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avtomobilin xəsarət alaraq xəstəxanaya yerləşdirilən sərnişini Sevda Kərimova orada dünyasını dəyişib. Faktla bağlı Səbayel rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.