[b]Münsiflər "Popstar Alaturka" yarışmasında iştirak edən azərbaycanlı müğənninin müsabiqəni tərk etməsinə imkan verməyiblər[b]
[Bakı. Ülkər Qasımova-APA. Türkiyənin "Star" telekanalında yayımlanan "Popstar Alaturka" yarışmasında iştirak edən azərbaycanlı müğənni Nərgiz Hüseynli ötən gün yarışmanın sonuna qalan iki iştirakçıdan biri olub. Bununla bağlı APA-ya məlumat verən Nərgiz Hüseynli, ötən gün çox həyəcan keçirdiyini və bunu heç gözləmədiyini deyib: "Dünən mən "Ayrılıq" mahnısını oxudum və ifam münsiflər heyəti tərəfindən çox müsbət qarşılandı. Münsiflər heyətinin hər biri məni həm ifama, həm də artistlik qabiliyyətimə görə 10 balla qiymətləndirdi. Toplum olaraq münsiflər heyətindən 40 bal aldım. Ancaq çox təəssüf ki, sevincim çox az davam etdi. Sonluğa qalan iki iştirakçıdan biri oldum, çünki sms faizim çox az idi". N. Hüseynli bildirib ki, onun ötən gün müsabiqədən kənarlaşmamasının səbəbkarları məhz münsfilər heyəti olub. Belə ki, Nərgizin son ikiyə qalmasını görüb münsiflər heyəti onu iştirakçı otağından xilas edib: "Həmvətənlərimdən xahiş edirəm ki, mənə dəstək olsunlar və sonluğa qalmağıma imkan verməsinlər".
Azərbaycan Xəbərləri
Printable View

10-20-2008, 01:10 PMAPAMünsiflər "Popstar Alaturka" yarışmasında iştirak edən azərbaycanlı müğənninin müsabiqəni tərk etməsinə imkan verməyiblər

10-20-2008, 01:20 PMAPAPrezidentliyə sabiq namizədlər əməkdaşlıqla bağlı müzakirələrə başlayıblar
[b]Prezidentliyə sabiq namizədlər əməkdaşlıqla bağlı müzakirələrə başlayıblar[b]
[Bakı. Elnur Məmmədli - APA. Prezident seçkilərində iştirak etmiş bəzi namizədlər seçkilərdən sonrakı mərhələdə əməkdaşlıq etmək üçün müzakirələrə başlayıblar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev APA-ya açıqlamasında bildirib ki, hazırda danışıqlar Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu və Aydınlar Partiyasının Təşəbbüs Qrupunun sədri Qulamhüseyn Əlibəyli ilə aparılır. O, hələlik əməkdaşlığın istiqamətlərinin ətraflı müzakirə edilmədiyini qeyd edib: "İstiqamətləri müzakirələr zamanı müəyyənləşdirəcəyik. Biz hətta bir blokda da birləşə bilərik. Bu blok gələcəkdə hansısa mərhələdə vahid bir partiyaya da çevrilə bilər. Bu, mənim mövqeyimdir, amma tək məndən asılı olan məsələ deyil. Seçkidə iştirak edən üç namizəd birgə əməkdaşlıq sənədi imzalayacaq. Az da olsa seçkilərdə müəyyən sayda insanların səsini qazanmışıq və bu imkanlar bir araya gətirilsə, Azərbaycan bundan qazanar. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik". -
10-20-2008, 01:30 PMAPAAzərbaycanın Ucar rayonunda mollaların "Yeddi" və "Cümə axşamı" mərasimlərində iştirakına qadağa qoyulub
[b]Azərbaycanın Ucar rayonunda mollaların "Yeddi" və "Cümə axşamı" mərasimlərində iştirakına qadağa qoyulub[b]
Ucar. Zahid Abışov - APA. Ucar rayonunda mollaların "Yeddi" və "Cümə axşamı" mərasimlərində iştirakına yasaq qoyulub.
[APA-nın Aran bürosunun məlumatına görə, Ucarda dünyasını dəyişən şəxslər üçün "Yeddi", və "Cümə axşamları"nın keçirilməsi qadağan edilib, rayondakı bütün mollalara bu mərasimlərdə iştirak etməmək tapşırılıb. Bu qaydaları pozan mollalar birinci dəfə 80, ikinci dəfə 240 manat məbləğində cərimə olunur. Qaydalara üçüncü dəfə riayət etməyən mollanın yas məclislərini idarə etməsinə isə ümumiyyətlə icazə verilmir. Maraqlısı odur ki, rayon camaatı arasında yeni qaydaların Milli Məclis tərəfindən qəbul olunduğu barədə məlumat dolaşır. Məsələ ilə bağlı APA-ya açıqlama verən Ucar rayonunun Axundu Hacı Ələsgər Məcidov faktı təsdiqləyərək belə bir qaydanın yerli dindarlarla məsləhətləşmədən sonra qəbul edildiyini deyib: "Mən öz camaatımızdan yas mərasimlərinin üç gün keçirilməsini xahiş etdim. Biz insanların yas mərasimlərində artıq əziyyət çəkməsini istəmədik. Rayon camaatı isə bizim təklifimizlə razılaşdı. İndi Ucarda dünyasını dəyişənlər üçün yalnız "Üç" və "Qırx" mərasimi keçirilir". Axund qəbul olunmuş qaydanı pozanların müəyyən edilmiş məbləğdə cəzalandırılması və molla kimi fəaliyyətlərinə xitam verilməsi barədə məlumatın isə həqiqətə uyğun olmadığını bildirib: "Hələlik bizdə belə bir şey yoxdur. Mollaların cərimələnməsi haqda qərar verilməyib". Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən isə APA-ya idarə tərəfindən bununla bağlı hər hansı göstərişin verilmədiyi bildirilib. -
10-20-2008, 01:40 PMAPAGələn ay Bakıda əmək yarmarkası keçiriləcək
[b]Gələn ay Bakıda əmək yarmarkası keçiriləcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi oktyabrın 31-də Gəncə və Sumqayıt şəhərlərində əmək yarmarkası keçirməyi nəzərdə tutur. İdarədən «APA-ECONOMICS»ə verilən məlumata görə, Bakıda əmək yarmarkasının noyabrın 20-21-də keçirmək planlaşdırılır. Oktyabrın sonu, noyabrın əvvəlində isə BMİ tərəfindən Naxçıvan Muxtar Respublikasında yarmarkanın təşkili gözlənilir. Ümumilikdə bu il respublikanın 53 şəhər və rayonunda 54 yarmarka keçirilib. Bu yarmarkalarda 1 899 müəssisə 16 894 boş iş yeri təqdim edib. Yarmarkalarda 5 104 nəfər münasib işlərə göndəriş alıb, 426 nəfər peşə hazırlığı, 340 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib. -
10-20-2008, 01:50 PMAPAABŞ-da yaşayan azərbaycanlı iş adamı Paul Murad: "Dünyada baş verən maliyyə böhranı hələlik Azərbaycana ciddi təsir göstərməyib"
[b]ABŞ-da yaşayan azərbaycanlı iş adamı Paul Murad: "Dünyada baş verən maliyyə böhranı hələlik Azərbaycana ciddi təsir göstərməyib"[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu gün ABŞ-da yaşayan iş adamı Paul Murad mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, P. Murad 1975-ci ildə Bakıda anadan olduğunu, 1992-ci ildən isə ABŞ-da yaşadığını deyib. O Rusiya, İspaniya və Çində təhsil aldığını vurğulayıb: "Nevada ştatının Las-Veqas şəhərində daşınmaz əmlak üzrə investisiyalar yatıran, inkişaf planları tərtib edən "Metroplex" Şirkətlər Qrupunun prezidentiyəm. Təhsili Oklahoma ştatındakı Tulsa Universitetində maliyyə və beynəlxalq biznes ixtisası üzrə tamamlamışam". Dünyada baş verən maliyyə böhranı barədə də danışan azərbaycanlı iş adamı bildirib ki, bu problem hələlik Azərbaycana ciddi təsir göstərməyib. ABŞ-da isə bəzi insanlar ipoteka və ya adi kreditlə aldıqları mənzilləri banklara qaytarmaq məcburiyyətində qalıblar. Ölkənin iri iqtisadi qurumlarının bir neçəsi müflis olmaq dərəcəsinə çatıb. Hələlik Azərbaycanda biznes qurmadığını deyən P. Murad bu fikirdə olduğunu inkar etməyib: "Ötən 50 il ərzində ABŞ-da insanlar şəhər mərkəzlərindən kənarlarda yaşamağa üstünlük verirdilər. Buna görə də şəhər mərkəzləri yalınız iş məqsədləri üçün istifadə edilirdi. Son bir neçə ildə isə insanlar yenidən mərkəzlərdə tikilən mənzillərə üstünlük verirlər. Azərbaycanda isə insanlar həm mərkəzdə, həm də şəhər kənarlarında yaşayırlar. Bu daşınmaz əmlakın inkişafı baxımından yaxşı göstəricidir. Bir müddət əvvəl isə ABŞ-da və bəzi digər ölkələrdə fəaliyyət göstərən şirkətlər Azərbaycanda biznes qurulması üçün müvafiq əlaqələr yaradılması xahişi ilə mənə müraciət etdilər. Həmin şirkətlər dünya miqyasında fəaliyyət göstərirlər və mənim vətənimdə də biznes qurmaq istəyirlər. İstənilən halda vətənimdə biznes əlaqələrinin qurulmasında maraqlıyam və bu layihələrin yaxşı nəticələr verəcəyinə inanıram". -
10-20-2008, 02:00 PMAPAHulusi Kılıç: "Türkiyə BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qətnamələrinin icrası üçün əlindən gələni edəcək"
[b]Hulusi Kılıç: "Türkiyə BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qətnamələrinin icrası üçün əlindən gələni edəcək"[b]
Bakı. Laçın Sultanova - APA. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ölkəsinin BMT Təhlükəsizlik Şurasına (TŞ) müvəqqəti üzv seçilməsi ilə bağlı mətbuat konfransı keçirib.
[APA-nın məlumatına görə, səfir Ankaranın müvəqqəti üzvlük üçün 5 il əvvəl müraciət etdiyini və bu müddət ərzində çox iş görüldüyünü bildirib: "Dünyada sülhün və təhlükəsizliyin çox böyük təhdidlərlə qarşı-qarşıya olduğu bir dövrdə Türkiyənin BMT Təhlükəsizlik Şurasına seçilməsi beynəlxalq ictimaiyyətin dövlətimizə etimadının və türk millətinə dostluq duyğularının təzahürüdür". Diplomatın fikrincə, Türkiyənin aldığı səslərin çoxluğu (151) onu göstərir ki, digər ölkələr Türkiyədən çox şey gözləyir: "Türkiyə Təhlükəsizlik Şurasının üzvü olaraq üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcək". Türkiyənin xarici siyasətinin Atatürkün "Yurdda sülh, dünyada sülh" şüarı əsasında qurulduğunu vurğulayan H. Kılıç ölkəsinin Asiya, Afrika, Latın Amerikası, Balkanlar, Qafqaz və Yaxın Şərqdəki beynəlxalq sülh missiyalarına əsgər, polis və mülki müşahidəçilər göndərdiyini söyləyib. Türkiyənin sülhə, təhlükəsizliyə və əməkdaşlığa verdiyi töhfələrdən danışan diplomat Qafqaz bölgəsində beş ölkəni bir araya gətirəcək Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsü ilə çıxış etdiklərini də xatırladıb.Jurnalistlərin suallarını cavablandıran H. Kılıç BMT TŞ-nin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini nəzərdə tutan 4 qətnaməsinin yerinə yetirilməsi üçün əllərindən gələni edəcəklərini bildirib. "Türkiyənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq niyyəti varmı" sualına səfir təsdiqləyici cavab verib: "Daimi üzvlərin sayı artırılmalıdır. Türkiyə, Yaponiya, Almaniya kimi dövlətlər bu sıraya qatılmalıdır". -
10-20-2008, 02:50 PMAPAABŞ-da erməni musiqiləri adı altında buraxılan diskə mütəxəssis rəyi bu həftə veriləcək
[b]ABŞ-da erməni musiqiləri adı altında buraxılan diskə mütəxəssis rəyi bu həftə veriləcək[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Müəllif Hüquqları Agentliyi Nyu-Yorkda (ABŞ) "Tradisional Grossroad" şirkəti tərəfindən erməni musiqiləri adı altında buraxılan Azərbaycan musiqilərindən ibarət kompakt diski rəy vermək üçün Bakı Musiqi Akademiyasına təqdim edib. Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənlinin APA-ya verdiyi məlumata görə, disk Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən MHA-ya bu ilin avqustunda daxil olub. Bu həftə Bakı Musiqi Akademiyasından mütəxəssis rəyi alınacağını bildirən Xudayat Həsənli deyib ki, bundan sonra təmsil etdiyi qurum faktla bağlı müvafiq addımlar atacaq. -
10-20-2008, 03:00 PMAPAAzərbaycan Depozitlərin Sığortalanması üzrə Avropa Forumuna üzv olub
[b]Azərbaycan Depozitlərin Sığortalanması üzrə Avropa Forumuna üzv olub[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Depozitlərin Sığortalanması üzrə Avropa Forumuna (EFDI) üzv qəbul olunub. ƏSF-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, EFDI 2002-ci ilin oktyabr ayında yaradılıb və hazırda 39 Avropa ölkəsinin əmanətlərin sığortalanması üzrə 54 qurumu bu təşkilatın üzvüdür. Xatırladaq ki, ƏSF 2007-ci il avqustun 13-dən fəaliyyətə başlayıb. Ölkədə fəaliyyət göstərən 45 bankdan 38-i fondun üzvüdür. Üzv banklardakı əmanətçilərin əmanətləri Fond tərəfindən 100%, lakin 6 min manat olmaqla sığortalanır. Banklar tərəfindən quruma ödənilən birdəfəlik üzvlük haqqı isə 10 min manatdır. -
10-20-2008, 03:10 PMAPAŞirvan şəhər İcra Hakimiyyəti başçısının müavininin oğlu, gəlini və nəvəsi avtomobil qəzasında həlak olub
[b]Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavininin oğlu, gəlini və nəvəsi avtomobil qəzasında həlak olub[b]
Hacıqabul. Əlibəy Zeynalov - APA. Hacıqabulda baş verən avtomobil qəzasında 3 nəfər ölüb. Hacıqabul rayon Polis Şöbəsinin müstəntiqi Bəxtiyar Qurbanovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, hadisə bu gün saat 11.40 radələrində baş verib.
[1984-cü il təvəllüdlü Abıyev Hüseyn Samid oğlu yüksək sürətlə idarə etdiyi "KİA" markalı, 18 BD 990 dövlət nömrə nişanlı avtomobili Hacıqabul rayonu ərazisində aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər, sürücünün qardaşı, Şirvan şəhər sakini, M. Aydınov küçəsi 2, mənzil 2 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Abıyev Cavid Samid oğlu, sürücünün digər qardaşının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abıyeva Validə Xəqani qızı və Validə Abıyevanın qızı, 2007-ci il təvəllüdlü Abıyeva Zeynəb Amil qızı hadisə yerində keçiniblər. Sürücü H. Abıyev ağır vəziyyətdə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, ölənlər və yaralı Şirvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyevin oğlu, gəlini və nəvəsidir. Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır. -
10-20-2008, 03:20 PMAPAİlham Əliyev ikinci müddətə prezident səlahiyyətlərini rəsmən icra etməyə başladığı gün Azərbaycan hökuməti istefaya gedəcək
[b]İlham Əliyev ikinci müddətə prezident səlahiyyətlərini rəsmən icra etməyə başladığı gün Azərbaycan hökuməti istefaya gedəcək[b]
Bakı. Rəşad Süleymanov - APA. İkinci müddətə Azərbaycan prezidenti seçilən İlham Əliyevin səlahiyyətlərini rəsmən icra etməyə başladığı gün hazırkı hökumət istefaya gedəcək.
[APA-nın məlumatına görə, Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə əsasən, yeni seçilmiş prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa gedir. Bundan sonra prezident yeni hökumətin üzvlərini təyin edir. Yeni hökumətdə həm köhnə kabinetdə çalışanlar, həm də yeni şəxslər ola bilərlər.Qeyd edək ki, hazırkı hökumətdə 21 nazir, baş nazirin 4 müavini, 9 komitə sədri, 3 xidmət rəisi, 3 agentlik direktoru, həmçinin Dövlət Sosial Müdafiə Fondu və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədrləri var.