[b]Azərbaycan manatının dollara qarşı birja məzənnəsi sentyabrda 0,75% möhkəmlənib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sentyabr ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,75% möhkəmlənib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,8124 AZN-dən 0,8063 AZN-dək artıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi sentyabr ayında 0,8118 AZN-ə bərabər olub. Halbuki, avqustda bu göstərici 0,8125 AZN təşkil edib. Qeyd edək ki, son bir il ərzində manatın ABŞ dollarına qarşı ortaölçülü birja məzənnəsi 4,67%, cari ilin əvvəlindən isə 3,96% artıb.Xatırladaq ki, bu ilin sentyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 23 bankın iştirakı ilə 128,325 mln. manat və ya 158,077 mln. dollar həcmində 64 alqı-satqı əqdi qeydə alınıb. Bu isə avqust ayı ilə müqayisədə 11,19% çoxdur. Ortagünlük dövriyyə 3,382 mln. dollardan 7,185 mln. dollaradək, hər əqdin orta həcmi isə 1,754 mln. dollardan 2,47 mln. dollaradək artıb.
Azərbaycan Xəbərləri
Printable View

10-06-2008, 05:20 PMAPAAzərbaycan manatının dollara qarşı birja məzənnəsi sentyabrda 0,75% möhkəmlənib

10-06-2008, 05:30 PMAPABu gün BBVB-nin valyuta bölməsində 12,041 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 12,041 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8094 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8090 AZN/$1, USD/AZN T+0 aləti üzrə bağlanılan əqdlərin həcmi 2 427 300 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0001 bənd düşüb və 0,8091 AZN/$1 təşkil edib.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 7 318 400 AZN, manatın orta məzənnəsi isə 0,8095 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 12,041 mln. dollar və ya 9 745 700 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2 006 833 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,94%, ABŞ dolları üzrə isə illik 16,69% təşkil edib. Gün ərzində banklar arasında həcmi 4 mln. manat, müddəti 90 gün, faiz dərəcəsi isə illik 17,00% olan 1 əqd qeydə alınıb. -
10-06-2008, 05:40 PMAPAƏli İnsanovun bacısı oğlu əfv üçün prezidentə müraciət edib
[b]Əli İnsanovun bacısı oğlu əfv üçün prezidentə müraciət edib[b]
[Bakı. Hafiz Heydərov-APA. Keçmiş səhiyyə naziri Əli İnsanovun bacısı oğlu Anar Namazov əfv olunması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib. Hüquq müdafiəçisi deyib ki, o, bu gün 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalist Eynulla Fətullayev və Anar Namazovla görüşüb. Hər iki məhbus səhhətlərində heç bir problemin olmadığını deyiblər. Görüşdə A. Namazovun əfv olunmaq üçün ölkə başçısına müraciət etdiyini də bildirib. Komitə sədri 13 saylı Cəzaçəkmə Müəssisəsində isə sabiq səhiyyə naziri Ə. İnsanovla görüşüb. Sabiq nazir saxlanma şəraitindən və səhhətindən şikayət edib. E. Behbudov həmçinin 1 saylı İstintaq Təcridxanasinada da baş çəkib. O bildirib ki, cəzaçəkmə müəssisələrində psixoloqa ehtiyac var. -
10-06-2008, 05:50 PMAPAAzərbaycanlı peşəkar boksçu Rusiya çempionu titulunu qazanıb
[b]Azərbaycanlı peşəkar boksçu Rusiya çempionu titulunu qazanıb[b]
[Bakı. Kənan Həsənov - APA-SPORT. Azərbaycanlı peşəkar boksçu Fariz Kazımov Rusiya çempionu titulunu qazanıb. "APA-SPORT"un məlumatına görə, 21 yaşlı təmsilçimiz Kazan şəhərində təşkil olunan boks gecəsində rusiyalı Timur Qimayevi xal hesabı ilə məğlub edib.63,5 kq çəkidə baş tutan qarşılaşma bərabər mübarizə şəraitində keçsə də, hakimlər qələbəni Kazımova veriblər. Bu, Şəmkirdə anadan olan Farizin peşəkar rinqdə 6-cı qələbəsi olub. Boksçumuz 1 dəfə uduzub, 1 görüşü isə heç-heçə başa vurub. Qeyd edək ki, bir müddət öncə Rusiyada yaşayan həmvətənlərimiz Xanlar Əzizovla Rauf Qarayev də eyni titul uğrunda bir-biri döyüşüb. Moskvada keçirilən görüşün qalibi Əzizov olub. -
10-06-2008, 06:10 PMAPAPiter Semnebi müxalifət təmsilçiləri ilə görüşüb
[b]Piter Semnebi müxalifət təmsilçiləri ilə görüşüb[b]
[Bakı-APA. Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün bir neçə müxalifət partiyasının liderləri ilə görüş keçirib. BQp mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə prezidentliyə namizəd Fazil Qəzənfəroğlu, AXCP sədri Əli Kərimli, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov və Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə iştirak ediblər. Seçki kampaniyasının gedişi ilə bağlı qonağa məlumat verən Fazil Qəzənfəroğlu bir neçə rayonda seçicilərlə görüş keçirdiyini bildirib. O, təbliğat kampaniyasını "qapı-qapı" deyil, "beyin-beyin" prinsipi ilə apardığını qeyd edib. Prezidentliyə namizəd ölkədə demokratikləşmə problemlərinə də toxunub, bu seçkilərin Azərbaycanda demokratikləşmə prosesinə müsbət təsir edəcəyinə inandığını vurğulayıb. -
10-06-2008, 06:30 PMAPAAzərbaycan paytaxtında üzərində zorakılıq əlamətləri olan meyit tapılıb
[b]Azərbaycan paytaxtında üzərində zorakılıq əlamətləri olan meyit tapılıb[b]
[Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında növbəti qətl hadisəsi baş verib. Yasamal rayon prokuroru Həsrət Pirməmmədovun APA-ya verdiyi məlumata görə, 50 yaşlı Bakı sakini naməlum şəraitdə qətlə yetirilib. 1958-ci il təvəllüdlü Natiq Firudin oğlu Əhmədovun cəsədi bu səhər Yasamal rayonu ərazisində tapılıb. Prokurorun dediyinə görə, tibbi ekspertiza cəsədin üzərində zorakılıq əlamətlərinin olduğunu müəyyən edib. Lakin hadisənin kim tərəfindən törədildiyi və cinayətin hansı zəmində baş verməsi barədə hələlik heç bir məlumat yoxdur. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. -
10-06-2008, 06:50 PMAPAPiter Semnebi: "Türkiyənin bölgədə hansı rol oynaya biləcəyini indi dərk etmişik"
[b]Piter Semnebi: "Türkiyənin bölgədə hansı rol oynaya biləcəyini indi dərk etmişik"[b]
Bakı. Viktoriya Dementyeva - APA. "Seçkilər ölkənin demokratiyaya doğru konsolidasiyası üçün vacib addımdır".
[APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O, Azərbaycandakı seçkiqabağı durumun həddən artıq sakit olduğunu bildirib. Gürcüstandakı vəziyyətə toxunan P. Semnebi bunun Dağlıq Qarabağ münaqişəsinə də təsir göstərdiyini söyləyib: "Bu cür durum özündə potensial təhlükə ehtiva edir". Türkiyənin bölgədə oynadığı roldan danışan AB təmsilçisinin fikrincə, bu ölkə Cənubi Qafqazdakı münaqişələrin həllində iştirak edə bilər: "Əvvəllər biz Türkiyənin hansı rol oynaya biləcəyini dərk etmirdik. Bunu indilərdə dərk etmişik". -
10-06-2008, 07:00 PMAPAMDB müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb
[b]MDB müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb[b]
Bakı. Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləyəcək missiyası 389 nəfərdən ibarət olacaq.
[APA-nın məlumatına görə, bu barədə missiyanın qərargah rəhbəri Yevgeni Sloboda bu gün missiyanın hazırladığı aralıq hesabatını təqdim edərkən deyib. O bildirib ki, müşahidəçilər MDB-yə daxil olan ölkələrin parlamentlərinin üzvləri, Mərkəzi Seçki komissiyalarının nümayəndələri, diplomatik korpusun, MDB İcraiyyə Komitəsi və MDB Parlamentlərarası Assambleyasının üzvüdürlər.Müşahidəçilərdən 23-nün uzunmüddətli olduğunu deyən Y. Slobodanın sözlərinə görə, Naxçıvan, Gəncə, Xaçmaz və Lənkəranda qərargahın nümayəndəlikləri açılacaq. Müşahidəçilərin sayının yetərincə olduğunu söyləyən Y. Sloboda bildirib ki, bütün regionlarda müşahidə aparılacaq, müşahidəçilər seçki gününə 2-3 gün qalmış yerlərə gedəcəklər: "Bizim müşahidəçilər seçkilər başlayandan bitənədək seçki məntəqələrində olacaq, səslərin hesablanması prosesində iştirak edəcəklər". Qərargah rəhbəri MDB müşahidə missiyasının rəhbəri, MDB icra katibi Sergey Lebedevin Azərbaycana seçkiyə bir neçə gün qalmış gələcəyini, bir neçə regiona səfər edəcəyini, seçki günü ATƏT-in müşahidə missiyasının rəhbəri Boris Fırleslə görüşəcəyini, Bakıda bir neçə seçki məntəqəsində seçkiləri izləyəcəyini vurğulayıb. Sonra Y. Sloboda hazırladıqları aralıq hesabatı açıqlayıb. Hesabatda bildirilir ki, ölkədə seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün bütün şərait yaradılıb, seçki kampaniyası sakit keçir, dairə və məntəqə seçki komissiyalarında ciddi qanun pozuntuları qeydə alınmayıb, təbliğat kampaniyası aparmaq üçün namizədlərə bərabər şərait yaradılıb. -
10-06-2008, 07:20 PMAPAFİFA hakimi Fariz Yusifov sabah cəzalandırılacaq
[b]FİFA hakimi Fariz Yusifov sabah cəzalandırılacaq[b]
"Bakı" - "Olimpik" oyununun hakim-inspektorunu da diskvalifikasiya gözləyir
[Bakı. Mehman Süleymanov - APA-SPORT. "Premyer Liqanın son turu çərçivəsində keçirilən "Bakı" - "Olimpik" matçında meydan sahiblərinin vurduğu ikinci qolun düzgün olub-olmadığını yan xətt hakimindən başqa heç kim dəqiq müəyyənləşdirə bilməz. Çünki bizdə həmin epizodu yaxından göstərən kamera yoxdur. Bu oyunda hakimliklə bağlı problemlər başqa idi". Bunu "APA-SPORT"a açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.Onun sözlərinə görə, oyunu idarə edən FİFA hakimi Fariz Yusifovun hər iki komandanın qapısına təyin etdiyi penalti zərbəsi düzgün olub: "Problem "Olimpik"in qapısına təyin edilən penalti epizodunda Nizami Hacıyevə əllə oynadığı üçün göstərilən sarı vərəqə ilə bağlıdır. Bu, Hacıyevin görüşdə ikinci sarı vərəqəsi olduğundan, futbolçu avtomatik meydandan çıxarıldı. Hərçənd, həmin epizodda Yusifov futbolçuya vərəqə göstərməməli idi. Bundan başqa, "Bakı"nın vurduğu üçüncü qolda da hakimin səhvi var idi. Çünki Fabio Luis Ramim qol epizodunda əllə oynamışdı".Oyunun hakim-inspektoru Novil İsmayılov Yusifov və onun köməkçilərinin idarəçiliyini 8 balla dəyərləndirib ki, bu da yaxşı qiymət hesab olunur. Məmmədov vurğulayıb ki, hakim-inspektorun da məsələsinə baxılacaq və hakimlərə yüksək qiymət verdiyi üçün onu da cəza gözləyir: "Sabah Hakimlər Komitəsinin iclası keçiriləcək və Yusifovun idarəçiliyi müzakirə olunacaq. Farizin köməkçilərinin idarəçiliyində ciddi səhvlər olmadığından, onlar cəzalandırılmayacaqlar. Baş hakimlə bağlı isə Nizam-İntizam Məcəlləsinin müfaviq maddəsinə uyğun qərar çıxarılacaq".Qeyd edək ki, "Bakı" Premyer Liqanın hesabat turunda "Olimpik"ə 3:1 hesabı ilə qalib gəlib. -
10-06-2008, 07:40 PMAPATibetdə 6,3 bal gücündə zəlzələ baş verib, çoxlu sayda ölən və yaralanan var
[b]Tibetdə 6,3 bal gücündə zəlzələ baş verib, çoxlu sayda ölən və yaralanan var[b]
[Çin-APA. Çinin Tibet vilayətində Rixter şkalası üzrə 6,3 bal gücündə baş verən zəlzələ ən azı 30 nəfərin ölümünə səbəb olub. APA-nın məlumatına görə, yeraltı təkanlar nəticəsində Dansyun əyalətində çoxlu sayda ev dağılıb. Çin kütləvi informasiya vasitələri dağıntılar altında çoxlu sayda insanın qaldığını bildirir. Hələlik zəlzələnin qurbanlarının dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb.