[b]Müxalifətin Əməkdaşlıq Mərkəzi Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Müxalifətin Əməkdaşlıq Mərkəzi (MƏM) Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb. APA-nın məlumatına görə, ilkin rəydə Azərbaycanda seçkiqabağı vəziyyət, siyasi partiyalar üçün rəqabət imkanları və səsvermənin gedişi qiymətləndirilib. Rəydə seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamenti, Avropa Birliyinin və digər beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələrin nəzərə alınmadığı, buna görə də əməkdaşlıq mərkəzində təmsil olunan partiyaların seçkilərdə iştirak etmədiyi bildirilib. Boykotçu partiyalar Azərbaycanda seçkilər öncəsi müxalifət partiyalarının sərbəst fəaliyyətinə maneə yaradıldığını, bir sıra partiyaların mətbuat orqanlarının fəaliyyətində problemlər yarandığını, qərargahlarından çıxarıldıqlarını qeyd ediblər. İlkin rəydə seçki kampaniyası ərəfəsində Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər də neqativ dəyişikliklər kimi dəyərləndirilib. Həmçinin bərabərhüquqlu təbliğat imkanları prinsipinin pozulduğu da vurğulanıb. Səsvermə günü isə əməkdaşlıq mərkəzinin müşahidəçiləri tərəfindən bir sıra qanun pozuntularının qeydə alındığı bildirilib. Bütün bunları nəzərə alın müxalifət partiyaları oktyabrın 15-də keçirilən prezident seçkilərinin demokratik və ədalətli keçirilmədiyini bildiriblər. Əməkdaşlıq Mərkəzinə daxil olan təşkilatlar bu şəraitdə keçən seçkilərin nəticəsini tanımadıqlarını bildiriblər.
Azərbaycan Xəbərləri
Printable View

10-16-2008, 12:40 PMAPAMüxalifətin Əməkdaşlıq Mərkəzi Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb

10-16-2008, 12:50 PMAPAGUAM müşahidə missiyası: Azərbaycanda prezident seçkiləri demokratik və beynəlxalq standartlara uyğun şəkildə keçirilib
[b]GUAM müşahidə missiyası: Azərbaycanda prezident seçkiləri demokratik və beynəlxalq standartlara uyğun şəkildə keçirilib[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanda prezident seçkilərinin gedişini izləmiş GUAM müşahidə missiyası öz rəyini açıqlayıb.
[APA-nın məlumatına görə, GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib ki, seçkilər sakit məcrada və beynəlxalq standartlara tam uyğun şəkildə keçirilib: "Seçkilərdə çox xoşagələn atmosfer hökm sürürdü. Hələ dünən müşahidələrimiz əsasında seçici fəallığının 70 faizdən az olmayacağını bəyan etmişdik. Gördüyünüz kimi biz səhv etməmişik". GUAM baş katibi seçkilərdə çoxlu sayda gənclərin iştirak etməsini ölkənin böyük gələcək potensialının olması kimi dəyərləndirib: "GUAM Azərbaycanda prezident seçkilərinin demokratik, azad və beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini bəyan edir. Hesab edirik ki, seçkilər baş tutub". Qeyd edək ki, GUAM müşahidə missiyasının tərkibinə Gürcüstan parlamentinin iki deputatı, Ukrayna Xarici İşlər Nazirliyinin üç diplomatı, Ukraynanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı daxildir. GUAM müşahidəçiləri 31 seçki məntəqəsində müşahidə aparıb və ilkin rəylərini səsvermə başa çatdıqdan sonra açıqlayıblar. -
10-16-2008, 01:00 PMAPAQulamhüseyn Əlibəyli seçkilərdə qalib gəlməsi münasibətilə İlham Əliyevi təbrik edib
[b]Qulamhüseyn Əlibəyli seçkilərdə qalib gəlməsi münasibətilə İlham Əliyevi təbrik edib[b]
[Bakı. Elnur Məmmədli-APA. Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli prezident seçkilərinin rəsmi elan olunmuş nəticələrini qəbul etdiyini bəyan edib. APA-ya açıqlamasında Q. Əlibəyli bildirib ki, onun seçki qərargahı səsvermənin gedişi ilə bağlı əldə olunan bütün qanun pozuntularını araşdırıblar. Prezidentliyə namizəd bildirib ki, bu pozuntular kütləvi hal daşımayıb və ümumi nəticələrə təsir etməyib: "Buna görə də biz rəsmi elan olunmuş nəticələrlə razılaşırıq. Seçkilərdə qalib gəlməsi münasibəti ilə İlham Əliyevi təbrik edirəm". -
10-16-2008, 01:10 PMAPASeçkiqabağı kampaniya ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılması üzrə aparılan monitorinqin yekun hesabatı açıqlanıb
[b]Seçkiqabağı kampaniya ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılması üzrə aparılan monitorinqin yekun hesabatı açıqlanıb[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanda 2008-ci ilin seçkiqabağı kampaniyası ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılması üzrə aparılan monitorinqinin yekun hesabatı açıqlanıb. "Azad və ədalətli seçkilərə yardım" proqramı çərçivəsində Avropa Şurası ilə Avropa Komissiyası tərəfindən dəstəklənən layihəni Azərbaycan Yeni Nəsil Jurnalistlər Birliyi həyata keçirib. Qurumdan APA-ya verilən məlumata görə, 2008-ci ilin 17 sentyabr-14 oktyabr tarixini əhatə edən monitorinqdə KİV-in seçki kampaniyasını işıqlandırması beynəlxalq metodoloji standartlara uyğun olaraq təhlil edilib və qiymətləndirilib. Monitorinq 2008-ci ilin iyul ayının əvvəlindən başlanıb və seçki kampaniyasından öncəki dövrü də əhatə edib. Qeyd olunub ki, monitorinq dövründə KİV-in əksəriyyəti plüralizmin təmin edilməsi sahəsində mövcud olan standartlara lazımi səviyyədə, yaxud hətta minimum həddə əməl etməyib: "Rəsmi təbliğat kampaniyası başlandıqdan sonra bu dairənin nəzərəçarpacaq dərəcədə daralmasına baxmayaraq, qəzetlər cəmiyyətdəki seçkilərə dair fikir plüralizmini televiziyalara nisbətən xeyli geniş əks etdiriblər. Bütün televiziya kanalları siyasi iştirakçıların fəaliyyətini yalnız neytral, yaxud müsbət tonda işıqlandırıb". -
10-16-2008, 01:20 PMAPATürkiyəli sənətçi Demet Akalın Bakıda konsert verəcək
[b]Türkiyəli sənətçi Demet Akalın Bakıda konsert verəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. "Səs Organization"un rəhbəri Nahid Emiloğlunun təşkilatçılığı ilə 2009-cu ilin yanvarın 30-da türkiyəli sənətçi Demet Akalın ilk dəfə olaraq Bakıda konserti keçiriləcək. Bu barədə APA-ya Nahid Emiloğlu məlumat verib. Onun sözlərinə görə, Heydər Əliyev Sarayında baş tutacaq konsertdə Demet Akalın möhtəşəm şou nümayiş etdirəcək və məşhur mahnılarını canlı orkestrlə ifa edəcək: "Bu il və gələn il üçün tanınmış müğənnilərin konsertlərini təşkil edəcəyimə söz vermişdim. Bakıda konsertlərini düzənləyəcəyimiz müğənnilərin çıxışı ilə həmvətənlərimizi sevindirəcəyimə əminəm". Demet Akalının ilk dəfə Bakıda konsert verəcəyini bildirən N. Emiloğlu, elə bu səbəbdən də sənətçinin konsertə ciddi hazırlaşdığını vurğulayıb. Qeyd edək ki, konsertin informasiya dəstəyini [ və [ internet saytları verəcək. -
10-16-2008, 01:30 PMAPAAzərbaycan yığması Bəhreyni məğlub edib
[b]Azərbaycan yığması Bəhreyni məğlub edib[b]
Berti Foqtsun ikinci qələbəsi də 2:1 hesablı oldu
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Futbol üzrə Azərbaycan milli komandası Manamada Bəhreynlə yoldaşlıq görüşü keçirib. "APA-SPORT"un məlumatına görə, yığmamız əzmkar qələbə qazanıb. Oyunun gedişində məğlub duruma düşən Berti Foqtsun komandası sonradan 2 qol vuraraq, meydan sahiblərinə qalib gəlib.Matçda hesabı 23-cü dəqiqədə bəhreynli Rəşid Camal-Salem açıb. İlk hissənin sonlarında yığmamız daha bir zərbə alıb. Belə ki, ikinci sarı vərəqə ilə cəzalandırılan Rail Məlikov komandamızı azlıqda qoyub. Ancaq ruhdan düşməyən futbolçularımız cəmi bir neçə saniyədən sonra Zeynal Zeynalovun qolu sayəsində hesab bərabərləşdiriblər.Fasilədə 2 dəyişiklik edən Foqtsun əvəzləmələri tezliklə nəticəsini verib. Meydana ikinci hissədə daxil olan Elvin Məmmədov 60-cı dəqiqədə topu tora qovuşdurub - 2:1. Qalan vaxtda milli komandamız qələbə hesabını qorumağı bacarıb. Beləliklə, Berti Foqts Azərbaycan yığmasının baş məşqçisi postunda ikinci qələbəsini qazanıb. Onun rəhbərlik etdiyi kollektiv iyunun 4-də səfərdə Andorranı üstələyib (2:1). -
10-16-2008, 01:40 PMAPAMətbuatın İnkişafına Dəstək Fondunun yaradılması ilə bağlı təkliflər layihəsi Prezidentin İcra Aparatına təqdim olunacaq
[b]Mətbuatın İnkişafına Dəstək Fondunun yaradılması ilə bağlı təkliflər layihəsi Prezidentin İcra Aparatına təqdim olunacaq[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda Mətbuatın İnkişafına Dəstək Fondunun yaradılması ilə bağlı təkliflər layihəsi oktyabrın sonuna kimi Prezidentin İcra Aparatına təqdim olunacaq. Bu barədə APA-ya açıqlama verən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov hazırda həmin təkliflər üzərində ciddi iş aparıldığını deyib. Ə. Amaşov Mətbuat İnkişafına Dəstək Fondunun bu ilin sonu, gələn ilin əvvəlinə kimi yaradılmasının mümkün olduğunu deyib. Şura sədri sözügedən qurum yaradıldıqdan sonra ölkə mətbuatının inkişafında əhəmiyyətli dəyişikliyin yaranacağına ümid bələdiyini vurğulayıb. -
10-16-2008, 01:50 PMAPAMüxalifət icazəsiz aksiyanın keçirilməsini müzakirə edəcək
[b]Müxalifət icazəsiz aksiyanın keçirilməsini müzakirə edəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Bakı şəhər İcra Hakimiyyəti Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyaların oktyabrın 18-də mitinq keçirməklə bağlı müraciətlərinə cavab verib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi aksiyanın Bibiheybət stadionunda keçirilməsini tövsiyə edib. A. Hacılı bildirib ki, müxalifət müraciətində 9 meydan göstərmişdi, amma şəhər rəhbərliyi bu meydanların heç birində aksiya keçirilməsinə icazə verməyib: "Biz sabah icazəsiz aksiyanın keçirilib-keçirilməməsi ilə bağlı müzakirə aparacağıq". -
10-16-2008, 02:00 PMAPAQadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyan şəxs tutulub
[b]Qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyan şəxs tutulub[b]
[Bakı.APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fatma Allahverdiyeva tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, F. Allahverdiyeva gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb, cinsi istismara məruz qoyması faktı ilə əlaqədar təqsirləndirilir. -
10-16-2008, 02:10 PMAPAHövsan sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
[b]Hövsan sakini elektrik cərəyanı vurması nəticəsində ölüb[b]
[Bakı-APA. Suraxanı rayonu Hövsan qəsəbə sakini Elşən Mustafayev elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, E. Mustafayevi həyətində qaynaq işləri apararkən elektrik cərəyanı vurub.