[b]Bakıda baş verən yol qəzasında 1 nəfər ölüb[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakı şəhərində ölümlə nəticələnən yol-qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Z. Bünyadov prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Məhəmməd Talıbov idarə etdiyi VAZ-2106 markalı, 10-EP-789 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü Tərlan Hacıbabayevi vurub. Zərərçəkən ağır vəziyyətdə xətəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

10-14-2008, 12:10 PMAPABakıda baş verən yol qəzasında 1 nəfər ölüb

10-14-2008, 12:20 PMAPAMetronun "İçərişəhər" stansiyası ərazisində yeraltı tikililər aşkarlanıb
[b]Metronun "İçərişəhər" stansiyası ərazisində yeraltı tikililər aşkarlanıb[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Metronun "İçərişəhər" stansiyası ərazisində aparılan təmir işləri zamanı iki növ yeraltı tikili aşkar edilib. Bu barədə APA-ya "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Kamran İmanov məlumat verib. O bildirib ki, yeraltı tikilinin biri quyunu xatırladır və XVI əsrə aid tarixi abidə olduğu ehtimal edilir. Keçmiş Qubernator bağında aşkarlanan yeraltı xətdə isə araşdırma davam edir, onun konkret hansı dövrə aid olduğu dəqiqləşdirilir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli hələlik əraziyə dəvət edilmədiklərini bildirib: "Azərbaycanda arxeoloji tədqiqatların mərkəzi bizim institut hesab edilir. Mövcud qanunvericiliyə görə, aparılan hər hansı qazıntı zamanı tarixi abidə aşkar edilərsə, tikinti dərhal dayandırılmalı və tikintini aparan təşkilat tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə və bizim instituta müraciət olunmalıdır. Güman edirik ki, ərazidə aşkar edilən maddi tapıntının tədqiqatı üçün institutumuza müraciət ediləcək". -
10-14-2008, 12:30 PMAPA"Best model of Azerbaijan-2008"in sonuncu seçimləri keçiriləcək
[b]"Best model of Azerbaijan-2008"in sonuncu seçimləri keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu həftə "Best model of Azerbaijan-2008" model yarışmasının sonuncu seçimləri keçiriləcək. Layihənin koordinatoru Nəzakət Hacıyevanın APA-ya verdiyi məlumata görə, sonuncu seçim turunda 43 model iştirak edəcək. Finala vəsiqə qazananlarının adları həmin gün açıqlanacaq. Final mərhələsində 30 model (15 qız və 15 oğlan) iştirak edəcək. Noyabrda keçirilməsi nəzərdə tutulan milli seçim turunda bir qız və bir oğlan modeli "Best model of the world" müsabiqəsində iştirak hüququ qazanacaq. "Best model of Azerbaijan-2008" yarışmasının münsiflər heyətində Azərbaycan və Türkiyə ilə yanaşı, digər ölkələrdən də tanınmış simaların iştirakı nəzərdə tutulur. Xatırladaq ki, müğənni Ruhinin rəhbərliyi ilə keçiriləcək builki müsabiqəyə 500-ə yaxın model sənəd vermişdi. Sentyabrın sonlarında "Excelsior" otelində müsabiqənin iki seçimi baş tutub. "Best model of Azerbaijan" model yarışmasına informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var. -
10-14-2008, 12:40 PMAPATağı Əhmədov: «Seçki günü metroda təhlükəsizlik tədbirləri gücləndiriləcək»
[b]Tağı Əhmədov: «Seçki günü metroda təhlükəsizlik tədbirləri gücləndiriləcək»[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Bakı Metropoliteni hərəkət qrafikinə dəyişiklik etməyəcək. Bu barədə «APA-ECONOMICS» Bakı Metropolitenin rəisi Tağı Əhmədov məlumat verib.T.Əhmədov bildirib ki, 15 oktyabr qeyri-iş günü olduğundan metroda sərnişinlərin azalması ehtimal olunur. Buna görə də metro şənbə gününün iş qrafikinə uyğun hərəkət edəcək. Lakin buna baxmayaraq, seçki günü hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün metropolitendə təhlükəsizlik tədbirləri gücləndiriləcək. -
10-14-2008, 12:50 PMAPAMDB müşahidəçilərinin rəhbəri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb
[b]MDB müşahidəçilərinin rəhbəri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycandakı prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının rəhbəri, MDB-nin icra katibi Sergey Lebedev baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. Missiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə seçki kampaniyasına dair məsələlər müzakirə olunub. S. Lebedev bu gün ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyində də görüş keçirəcək. Seçki günü o, Bakının Qaradağ və Səbayel rayonlarında seçkiləri izləyəcək, oktyabrın 16-da isə missiyanın yekun hesabatını açıqlayacaq. -
10-14-2008, 01:00 PMAPABVF və DB-nin birgə illik toplantısı keçirilib
[b]BVF və DB-nin birgə illik toplantısı keçirilib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) birgə illik iclası keçirilib. «APA-ECONOMICS»in BVF-nin baş ofisindən aldığı məlumata əsasən, iclasda Fondun icraçı direktoru Dominik Strauss-Kan hazırda dünyada yaşanan maliyyə böhranı barədə çıxış edib.D.Strauss-Kan qeyd edib ki, dünya maliyyə sistemi ötən əsrin 30-cu illərdən ən mühüm böhranla üzləşib və ondan çıxış üçün ölkələrin birgə addım atması vacibdir. Bank sektorundan başqa böhran əksər inkişaf etmiş ölkələrdə əhaliyə də təsir edib, çünki böhranla bağlı fond bazarında azalma investisiya fondları, həmçinin pensiya fondlarının aktivlərinə mənfi təsir göstərib. Belə ki, bu fondların aktivləri əsasən qiymətli kağızlarda olub və bunun nəticəsində aktivlər üzrə itkilər təxminən 2 trln. dollara çatıb.BVF rəhbəri dünya ölkələrinin maliyyə hakimiyyətlərini böhrana qarşı çevik addım atmağa çağırıb. D.Strauss-Kan qeyd edib ki, hökumətlər artıq öz maliyyə sistemlərinin qorunması üçün aparıcı bankların və maliyyə qurumlarının likvidliyinin saxlanılması üçün bir sıra addımlar atır, o cümlədən, söhbət hökumət tərəfindən aktivlər üzrə zəmanətlərin təqdim edilməsindən gedir. Eyni zamanda o, bu cür addımların hədəflərini də qeyd edib - likvidlik problemi, «pis aktivlər», kapitallaşmanın aşağı düşməsi və etibarlılığın azalması. BVF rəhbərinin sözlərinə görə, ölkələrin böhrana qarşı addımlarda əməkdaşlıq etməsi də mühüm rol oynayır. Lakin bu addımların həm dünya miqyasında, həm də regional miqyasda razılaşdırılması vacibdir. D.Strauss-Kan BVF-yə üzv olan 185 ölkənin maliyyə rəhbərlərini əməkdaşlığa çağırıb və qeyd edib ki, yalnız çoxtərəfli, beynəlxalq əməkdaşlıq qarşıya qoyulan məqsədlərə nail olmağa imkan yarada bilər. -
10-14-2008, 01:10 PMAPAAŞ PA müşahidə missiyası siyasi partiyaların təmsilçiləri və prezidentliyə namizədlərlə görüşüb
[b]AŞ PA müşahidə missiyası siyasi partiyaların təmsilçiləri və prezidentliyə namizədlərlə görüşüb[b]
[Bakı. Viktoriya Dementyeva-APA. Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası siyasi partiyaların nümayəndələri və prezidentliyə namizədlərlə görüşüb. Bu barədə APA-ya məlumat verən Andres Herkelin sözlərinə görə, görüşdə prezidentliyə namizədlərin proqramları, seçkilərə hazırlıq məsələləri müzakirə olunub. Andres Herkel görüşdə seçkilərə qatılmayan siyasi qüvvələrin təmsilçilərinin də iştirak etdiyini bildirib. Bu gün AŞ PA müşahidə missiyası həmçinin media təmsilçiləri ilə görüşüb. Qeyd edək ki, AŞ PA təmsilçiləri dünən ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun analitikləri, MSK sədri Məzahir Pənahov və QHT təmsilçiləri ilə görüş keçiriblər. -
10-14-2008, 01:20 PMAPABerti Foqts: "Biz Finlandiyada qorxaq futbol oynadıq"
[b]Berti Foqts: "Biz Finlandiyada qorxaq futbol oynadıq"[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Milli komandanın baş məşqçisi Berti Foqts Bəhreynlə oyun öncəsi müsahibə verib. "APA-SPORT"un məlumatına görə, alman mütəxəssis Finlandiya ilə üç gün əvvəl baş tutan oyunun təhlili, yığmada hazırkı vəziyyət, Bəhreynlə sabahkı yoldaşlıq görüşü, bu oyunun vacibliyi haqda danışıb. - Millimizin Finlandiya komandası ilə oyunu məşqçilər korpusu tərəfindən müzakirə olundumu ?- Bəli. Biz ilk yarım saat ərzində qorxaq futbol oynamışıq. Sonrakı dəqiqələrdə isə komanda yaxşı oyun nümayiş etdirdi. Futbolçuların fiziki hazırlığının yaxşı olması sona qədər özünü göstərdi.- Oyundan sonra keçirilən mətbuat konfransında qeyd etdiniz ki, bizdə sonuncu ötürmə alınmır. Daha hansı çatışmazlıqlar olub?- Əsas nöqsan bu idi. Buna görə də qapıya zərbələr alınmırdı. Biz bunu aradan qaldırmağa çalışırıq. Gənc futbolçuları milliyə dəvət etdiyimizdən, vaxt lazımdır ki, onlar müəyyən qədər təcrübə toplasınlar.- Bunun üçün hansı addımlar atılmalıdır?- Aşağı yaş qruplarından ibarət yığma komandalar daha çox yoxlama oyunları keçirməlidirlər. Məsələn, Almaniyada U-17, U-19, U-21 əsas millidən çox yoldaşlıq oyununda iştirak edir. Azərbaycanda isə bu vəziyyət heç də ürəkaçan olmayıb. U-21, demək olar ki, yoldaşlıq oyunları keçirməyib. Buna görə də gərək milli komanadanın üzvlərinin daha çox təcrübə toplamaları üçün yoldaşlıq görüşləri tez-tez təşkil olunsun.- Futbolun kütləviliyinin təmin olunması məqsədilə belə görüşlərin respublikamızın regionlarında da keçirilməsi nəzərdə tutulubmu?- Bəli, fikrimiz var ki, bu ilin dekabr ayında keçirilməsi planlaşdırılan yoxlama oyunlarından birini Lənkəran şəhər stadionunda təşkil olunsun.- Rəsmi oyundan sonra iki məşq keçirilib. İndi komandada vəziyyət necədir?- Müsbət amillərdən biri budur ki, zədəli oyunçu yoxdur. Hamı birlikdə məşq edir. Biz Finlandiya ilə oyunda buraxılan səhvləri futbolçularla birlikdə müzakirə etmişik və məşq prosesində onların aradan qaldırılmasına çalışırıq.- Konkret olaraq nəyi nəzərdə tutursunuz?- Məşq prosesində futbolçular özlərini çox yaxşı göstərirlər. Əla ötürmələr verir, yaranmış qol imkanlarından maksimum bəhrələnirlər. Meydana çıxanda isə oyunları çox vaxt alınmır.- Sizcə, bunun səbəbi nədir?- Bizim futbolçulara daha çox təcrübə lazımdır. Rəsmi oyunla məşq arasında fərq olsa da, onlar bunu hiss etdirməməlidirlər. Millinin əksər futbolçularının ölkə Premyer Liqasında çıxış etməsi bu sahədə işımızı çətinə salır.- Məşqdə yiyələndikləri vərdişləri oyunda tətbiq etmək üçün futbolçulara nə mane olur: təcrübənin azlığı, yoxsa psixoloji durum?- Futbolçuların psixoloji vəziyyəti yaxşıdır, amma təsrübə sarıdan hələ ki problemlərimiz var.- Bəhreyn yığması ilə yoldaşlıq oyununa nə dərəcədə ehtiyac duyulurdu? - Biz bəzi rəsmi oyunlarımızi şənbə və çərşənbə günləri intervalında keçirəcəyik. Bu gərginliyə hazır olmaq üçün şənbə günü keçirilən rəsmi qarşılaşmadan 4 gün sonra yoldaşlıq oyunu keçirmək vacib idi.- Rusiya yığması ilə qarşılaşmadan sonra da yoldaşlıq oyunu keçiriləcəkmi?- Çöx güman ki, aprelin 1-də Portuqaliya yığması ilə səfərdə qarşılaşacağıq.- Sabahkı yoldaşlıq oyununda Emin Cəfərquliyevin hazırlıq səviyyəsini yoxlamaq mümkün olacaqmı?- Bəli, onu sınaqdan keçirəcəyəm. Çox güman ki, o, birinci hissənin sonuna yaxın meydana çıxacaq. Mən həmin mövqedə Raili görmək istərdim, amma ikinci hissədə Emin oynayacaq.- Millinin növbəti təlim-məşq toplanışı nə vaxt keçiriləçək?- Noyabrda keçiriləcək yoldaslıq oyunu ərəfəsində. Dekabrın əvvəlində də toplanışın təşkili və futbolçuların tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.Mənbə: affa.az -
10-14-2008, 01:50 PMAPASergey Lebedev: "Azərbaycandakı 125 seçki dairəsinin hamısında seçkiləri müşahidə etmək planımız var"
[b]Sergey Lebedev: "Azərbaycandakı 125 seçki dairəsinin hamısında seçkiləri müşahidə etmək planımız var"[b]
Bakı. Tamara Qriqoriyeva-APA. "Biz Azərbaycanda 10-a yaxın seçki dairəsində olmuşuq. Ölkədə olan 125 seçki dairəsinin hamısında seçkiləri müşahidə etmək planımız var".
[APA-nın xəbərinə görə, bu sözləri MDB icra katibi, MDB-nin Azərbaycanda Seçkiləri Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev deyib. Müşahidələrə əsasən, Azərbaycanda siyasi-iqtisadi baxımdan vəziyyətin sabit olduğunu bildirən S. Lebedev ölkədə seçkilərə hazırlığın yaxşı təşkil olunduğunu bildirib: "Azərbaycanın Mərkəzi Seçki Komissiyası bu dəfə seçkilərə daha yaxşı hazırlaşıb. Seçkilər barədə seçicilərə ətraflı məlumatlar çatdırılıb. Azərbaycanda normal seçki keçirilə bilər". S. Lebedev müşahidə apardıqları məntəqələrin seçimi ilə bağlı suala cavab olaraq deyib ki, bu seçimi onlar həm özləri edir, həm də MSK-nın məsləhətini nəzərə alırlar. O, son vaxtlar MDB ölkələrində seçkilərin sabit keçdiyini də vurğulayıb: "Bu, həm də MDB məkanında iqtisadi, sosial baxımdan vəziyyətin yaxşılaşması ilə bağlıdır. Seçicilər arasında narazılıq potensialı azalır". Missiya rəhbəri Azərbaycan seçicilərinin daha məlumatlı, hazırlıqlı olduqlarını qeyd edib. S. Lebedev seçki məntəqələrində kameraların qurulmasını Azərbaycan hökumətinin seçkiləri şəffaf, açıq keçirmək istəyi kimi dəyərləndirib.O, seçki gününün sonunda MDB Müşahidə Missiyasının nümayəndələri məsləhətləşmə aparacaqlarını bildirib. Oktyabrın 16-da təxminən saat 10.30-da isə missiyanın seçkilərin nəticələri barədə ilkin mövqeyi açıqlanacaq. -
10-14-2008, 02:30 PMAPAAzərbaycan bu il cari hesab balansının ÜDM-yə nisbətinə görə dünyada ikinci olacaq
[b]Azərbaycan bu il cari hesab balansının ÜDM-yə nisbətinə görə dünyada ikinci olacaq[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan 2008-ci ildə cari hesab balansının ÜDM-yə nisbətinə görə dünyada ikinci yeri tutacaq.
[«APA-ECONOMICS»in məlumatına görə, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən hazırlanmış «Dünya iqtisadi icmalı»nda Azərbaycan üzrə bu göstərici 2008-ci il üçün 38,3%, 2009-cu il üçün isə 38,6% səviyyəsində proqnozlaşdırılıb.BVF-nin proqnozlarına əsasən, cari hesab balansının ÜDM-yə nisbəti üzrə dünyada birinci yeri Küveyt (müvafiq olaraq 44,6% və 39,3%) tutacaq. Qeyd edək ki, 2008-ci ilin ilk yarısı üzrə Azərbaycanda bu göstərici 32,4% təşkil edib. MDB ölkələri arasında bu göstərici üzrə ikinci yeri Türkmənistan (26,5% və 33%), üçüncü yeri isə Özbəkistan (16,8% və 12,8%) tutur. Ermənistan üçün isə proqnoz mənfi 9,7% və mənfi 10,8% təşkil edir, yəni bu ölkə üçün BVF mənfi saldo proqnozlaşdırır.Ümumilikdə, «Dünya iqtisadi icmalı»nda MDB üzrə ölkələrin cari hesab balansının ÜDM-yə nisbəti aşağıdakı kimi proqnozlaşdırılır: 2006200720082009Azərbaycan