[b]Bakıda seçki bayramı - FOTOSESSİYA[b]
Azərbaycan Xəbərləri
Printable View

10-16-2008, 12:30 AMAPABakıda seçki bayramı - FOTOSESSİYA

10-16-2008, 10:00 AMAPABakı şəhərinin pərakəndə ticarət şəbəkəsində əsas ərzaq məhsullarının satış qiymətləri (16.10.2008-ci il)
[b]Bakı şəhərinin pərakəndə ticarət şəbəkəsində əsas ərzaq məhsullarının satış qiymətləri (16.10.2008-ci il)[b]
[(manatla)Məhsulun adı Çəkisi Qiyməti 1. Mal əti -
10-16-2008, 10:50 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
10-16-2008, 11:10 AMAPAABŞ-dan olan müşahidəçilər qrupu: "Azərbaycanda prezident seçkiləri azad və ədalətli şəkildə keçirilib"
[b]ABŞ-dan olan müşahidəçilər qrupu: "Azərbaycanda prezident seçkiləri azad və ədalətli şəkildə keçirilib"[b]
Bakı. Ramil Məmmədli-APA. 15 oktyabr prezident seçkilərini müşahidə edən ABŞ müşahidəçilər qrupu mətbuat konfransı keçirib.
[APA-nın xəbərinə görə, qrupun rəhbəri Qvenn Belkurt bildirib ki, ABŞ-dan olan müşahidəçilər qrupuna 40 müşahidəçi daxil olub. Onların arasında keçmiş konqresmenlər, siyasətçilər var. Onun sözlərinə görə, müşahidəçilər 200-dən çox məntəqədə müşahidə aparıblar. A. Belkurt Azərbaycanda tətbiq olunan seçki texnologiyasını ABŞ-da olan texnologiyaya bənzədib.O bildirib ki, seçkilər günü əvvəlki seçkilərdə olan qanun pozuntularına rast gəlməyiblər: "Qrupun müşahidə apardığı seçki məntəqələrində heç bir qanun pozuntusu olmayıb". Q. Belkurt müşahidəçilər qrupu adından seçkilərlə bağlı bəyanatı açıqlayıb. Bəyanatda bildirilib ki, seçkilər azad və ədalətli şəkildə keçirilib: "Qrup tam şəffaflıq və ədalətlilik müşahidə edib ki, bu da çox sevindiricidir". -
10-16-2008, 11:20 AMAPAGürcüstan prezidenti və Türkiyənin baş naziri qələbə münasibətilə İlham Əliyevi təbrik ediblər
[b]Gürcüstan prezidenti və Türkiyənin baş naziri qələbə münasibətilə İlham Əliyevi təbrik ediblər[b]
[Bakı-APA. Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Gürcüstan prezidenti Azərbaycanda prezident seçkilərinin ilkin nəticələrinə görə, qalib gəlməsi münasibətilə İlham Əliyevi təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bu gün həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da prezident İlham Əliyevə zəng edib. Baş nazir də Azərbaycanda prezident seçkilərinin ilkin nəticələrinə görə, İlham Əliyevi qalib gəlməsi münasibətilə təbrik edib, Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb. Dövlət başçısı Mixail Saakaşviliyə və Rəcəb Tayyip Ərdoğana göstərdikləri diqqətə görə təşəkkür edib. -
10-16-2008, 11:40 AMAPATürkiyənin "Mərmərə Qrupu" Azərbaycanda prezident seçkilərinin demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edib
[b]Türkiyənin "Mərmərə Qrupu" Azərbaycanda prezident seçkilərinin demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmiş Türkiyənin "Mərmərə Qrupu" seçki prosesinin demokratik və beynəlxalq standartlara uyğun keçdiyini bəyan edib. APA-nın məlumatına görə, bu gün mətbuat konfransı keçirən "Mərmərə Qrupu"nun rəhbəri Akkan Suver bildirib ki, seçkiləri izləmək üçün Türkiyədən 25 nəfərlik qrup gəlsə də, onlardan biri - jurnalist İrfan Ülkü Mərdəkanda vəfat edib. O, "Mərmərə Qrupu"nun müşahidəçilərinin 10 qrup şəklində 69 seçki məntəqəsində səsvermənin gedişini izlədiyini deyib. Akkan Suver seçkiyə hazırlığın yüksək səviyyədə olduğunu bildirib: "Biz səsvermənin gedişini izləyən müşahidəçilər, seçki məntəqələrinin rəhbərləri, seçicilər, "exit-poll" keçirən şəxslərlə söhbət etdik və onlar heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər". Akkan Suver ölkədə Avropa standartlarına uyğun seçkilərin keçirildiyini bildirib və bu səbəbdən Azərbaycanı təbrik etdiyini qeyd edib. Qrup rəhbəri səsvermənin nəticəsində prezident seçilmiş İlham Əliyevə uğurlar arzulayıb. Mətbuat konfransında qrupun digər üzvləri də çıxış edərək seçkilərlə bağlı təəssüratlarını bölüşüblər. -
10-16-2008, 11:50 AMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
10-16-2008, 12:00 PMAPAAzərbaycanda Ümumdünya Kulinariya Günü qeyd olunacaq
[b]Azərbaycanda Ümumdünya Kulinariya Günü qeyd olunacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 20-də Azərbaycanda Ümumdünya Kulinariya Günü qeyd olunacaq. Azərbaycan Kulinariya Mərkəzindən APA-ya bildirilib ki, dünyada beş dəfə keçirilmiş Ümumdünya Kulinariya Günü ölkəmizdə ikinci ildir ki, qeyd olunur. Ümumdünya Kulinariya Gününü Azərbaycan Kulinariya Mərkəzi Bakıda fəaliyyət göstərən "Monte Kristo" restoranında keçirəcək. Həmin gün bir il müddətində fərqlənmiş və beynəlxalq müsabiqələrdə yüksək nəticələr göstərən kulinarlar diplomlarla təltif olunacaqlar. -
10-16-2008, 12:10 PMAPALənkəranda iki yol qəzası olub
[b]Lənkəranda iki yol qəzası olub[b]
[Lənkəran. Ağəddin Babayev-APA. Ələt-Astara magistralının 202 kilometrliyində Lənkəran rayonunun Şilavar kəndi ərazisində yol qəzası baş verib. APA-nın Cənub bürosunun xəbərinə görə, Astara rayonu istiqamətindən hərəkət edən Lənkəran rayonunun Darquba kənd sakini, 1975-ci il təvəllüdlü Zaur Rəfail oğlu Əliyevin idarə etdiyi "VAZ-2106" markalı 42 BL 920 dövlət nömrə nişanlı avtomaşın Lənkəran şəhər sakini, 1967-ci il təvəllüdlü Nəriman Fərəməz oğlu Əliyevin idarə etdiyi "ZİL" markalı, 42 AC 452 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Lənkəran şəhər Polis Şöbəsinin baş müstəntiqi Rövşən Rəşidovun APA-nın yerli bürosuna bildirib ki, "VAZ-2106"-nın sürücüsü müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lənkəran-Boradigah yolunun 6-cı kilometrliyində, Lənkəran rayonunun Veravul kəndi ərazisində də yol qəzası baş verib. Lənkəran rayonunun Xarxatan kənd sakini, 1967-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədovun idarə etdiyi "Mersedes-280" markalı avtomobil həmin rayonun Girdəni kənd sakini, 1971-ci il təvəllüdlü Möhlət Daşdəmir oğlu Babayevin idarə etdiyi "İSUZİ" markalı avtomaşınla toqquşub. Nəticədə "Mersedes"in sürücüsü ağır bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hər iki hadisə ilə bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır. -
10-16-2008, 12:30 PMAPAMSK səslərin 96,8 faizinin hesablanması prosesini başa çatdırıb
[b]MSK səslərin 96,8 faizinin hesablanması prosesini başa çatdırıb[b]
Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı səslərin hesablanması prosesini davam etdirir.
[APA-nın xəbərinə görə, 12.00-a qədər 5189 məntəqədən daxil olan səslərin sayılması prosesi başa çatıb. Bu nəticəyə görə, seçicilərin 88,64 faizi İlham Əliyev, 2,87 faiz İqbal Ağazadə, 2,5 faiz Fazil Qəzənfəroğlu, 2,3 faiz Qüdrət Həsənquliyev, 2,25 Qulamhüseyn Əlibəyli, 0,78 faiz Fuad Əliyev, 0,65 faiz isə Hafiz Hacıyevə səs verib. Hesabat saatına qədər ölkə üzrə yaradılmış 5359 seçki məntəqəsindən 5189-nun nəticələri açıqlanıb. Bu isə səslərin 96,8 faizinin sayıldığı deməkdir.