[b]Azərbaycanın «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda bağlanılan iki platformadan birinin işi bərpa olunub[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇC) yataqlar blokunda istismar olunan «Qərbi Azəri» hasilat platformasının fəaliyyətini bərpa edib. Bu barədə «APA-ECONOMICS»ə ABƏŞ-in Bakıdakı baş ofisindən məlumat verilib.«Biz «Qərbi Azəri» hasilat platformasının fəaliyyətini bərpa etmişik. «Mərkəzi Azəri» hasilat platformasında isə hələ araşdırma işləri aparılır», - deyə ABƏŞ-dən bildirilib. Ofisdən həmçinin əlavə ediblər ki, «Qərbi Azəri» platformasının fəaliyyəti «Mərkəzi Azəri» hasilat platformasında detektorlar vasitəsi ilə qaz sızması nəticəsində dayandırılıb. Belə ki, bu iki platforma bir-biri ilə sıx bağlıdır. Qeyd edək ki, sentyabrın 17-də «Mərkəzi Azəri» və «Qərbi Azəri» platformalarının yaxınlığında detektorlar vasitəsi ilə dənizdə qaz sızması aşkarlanıb. Bununla əlaqədar platformaların bütün işçilərinin evakuasiya edilməsi haqqında qərar qəbul olunub. Nəticədə, 200-dən artıq işçi təhlükəsizlik məqsədi ilə evakuasiya edilib. Platformaların işinin dayandırılması nəticəsində AÇG blokunda neft hasilatı təxminən 50%-dən çox azalıb. Ümumilikdə, AÇG-da gündəlik neft hasilatının həcmi 800 min bareldən çoxdur.Qeyd edək ki, bu ilin iyul ayında AÇG-da neft hasilatının orta gündəlik səviyyəsi 841,169 min barel təşkil edib. Hesabat dövründə «Çıraq-1» platformasında gündəlik orta hesabla 124,801 min barel, «Azəri»də isə 668,624 min barel neft hasil olunub. Cari ilin aprel ayından hasilat prosesinə cəlb olunan «Günəşli» yatağının dərinsulu hissəsində isə orta hesabla gündə 47,839 min barel neft çıxarılıb. Xatırladaq ki, ötən il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatının orta gündəlik səviyyəsi 685,5 min barelə bərabər olub. Belə ki, «Çıraq-1»dən gündə orta hesabla 132,406 min barel, «Azəri»dən isə 553,092 min barel neft hasil edilib. «BP-Azerbaijan» şirkətinin proqnozlarına əsasən, 2008-ci ildə «Çıraq-1» platformasından gündəlik orta hesabla 134 min barel, «Mərkəzi Azəri»dən 243,5 min barel, «Qərbi Azəri»dən 235,3 min barel, «Şərqi Azəri»dən 144,4 min barel, dərinsulu «Günəşli»dən isə 82,8 min barel neft hasil olunacaq. Müqayisə üçün bildirək ki, 2006-cı ildə bu yataqlardan ümumilikdə gündəlik orta hesabla 472 min barel neft hasil edilib.Qeyd edək ki, «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
Azərbaycan Xəbərləri
Printable View

10-10-2008, 06:20 PMAPAAzərbaycanın «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda bağlanılan iki platformadan birinin işi bərpa olunub

10-10-2008, 06:30 PMAPAEldar Mahmudov Polşa Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri ilə görüşüb
[b]Eldar Mahmudov Polşa Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri ilə görüşüb[b]
[Bakı-APA. Bu gün milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Azərbaycanda işgüzar səfərdə olan Polşa Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri Vladislav Staşiak ilə görüşüb. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, E. Mahmudov bu ilin aprel ayında Polşaya rəsmi səfərini xatırladaraq beynəlxalq terrorçuluğa və ekstremizmə qarşı görülən işlər barədə danışıb. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərin mövcudluğundan irəli gələn fəsadlar barədə qonağa məlumat verib. V. Staşiak Polşanın Azərbaycanla sıx dostluq əlaqələrinin və dövlət strukturları arasında əməkdaşlıq münasibətlərinin formalaşmasına xüsusi önəm verdiyini bildirib. O Azərbaycanın beynəlxalq antiterror koalisiyasındakı fəal rolunu qeyd edib, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəmizin ərazi bütövlüyünün və problemin həlli üzrə beynəlxalq hüquq normalarına söykənən mövqeyinin Polşa tərəfindən birmənalı dəstəkləndiyini xüsusi vurğulayıb. -
10-10-2008, 06:50 PMAPABVF: Bu il Azərbaycanda inflyasiya 22%-dən çox olacaq
[b]BVF: Bu il Azərbaycanda inflyasiya 22%-dən çox olacaq[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına əsasən, 2008-ci ildə Azərbaycanda illik inflyasiya 22,4%, 2009-cu ildə isə 20% səviyyəsində gözlənilir. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə BVF tərəfindən hazırlanmış «Dünya iqtisadi icmalı»nda deyilir. Ümumilikdə, BVF tərəfindən MDB ölkələri üzrə illik inflyasiya 2008-ci il üçün 15,6%, 2009-cu il üçün isə 12,6% həddində proqnozlaşdırılır. Bu il MDB ölkələri arasında Azərbaycandan daha yüksək inflyasiya Ukraynada (25,3%) və Qırğızıstanda (24,5%) gözlənilir. Ermənistan üçün bu göstəricini BVF bu il 9,4%, gələn il isə 5% səviyyəsində proqnozlaşdırır. -
10-10-2008, 07:00 PMAPAMətbuat katibi: "Brilliant Dadaşovanın istintaqa çağırılmasından söhbət belə gedə bilməz"
[b]Mətbuat katibi: "Brilliant Dadaşovanın istintaqa çağırılmasından söhbət belə gedə bilməz"[b]
[Bakı. Ülkər Qasımova - APA. "Brilliant Dadaşova il yarım əvvəl Türkiyədən qayıtdıqdan sonra ansamblındakı musiqiçiləri başına toplayıb, onlarla yenidən fəaliyyət göstərmək istədiyini bildirdi. Lakin Ramin Həsənov ibadətlə məşğul olduğunu əsas gətirərək, musiqidən tamamilə ayrıldığını söylədi. Bununla da, Brilliant xanımla onun əməkdaşlığına son qoyuldu". APA-nın məlumatına görə, bu bəyanatı Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın xalq artisti İlhamə Quliyevanın oğlu və digər viəzifəli şəxslərin övladlarının barəsindəki cinayət işinin ibtidai istintaqında dindirilməsi ilə bağlı məlumatlara münasibət bildirən müğənninin mətbuat katibi Aynurə Əhmədova yayıb. A. Əhmədova R. Həsənovun həbsindən B. Dadaşovanın xəbərsiz olduğunu vurğulayıb: "Brilliant xanım Raminin adının hansısa cinayət işində hallanmasından xəbərsizdir. Müğənninin istintaqa çağırılmasından isə söhbət belə gedə bilməz". Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin məlumatına görə, bu işlə əlaqədar həbs olunmuş R. Həsənov skripkaçı kimi Azərbaycanın xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımovanın ansamblında çalışıb. Onun həbsi ilə əlaqədar B. Dadaşova və A. Kazımova istintaqda dindiriliblər. A. Kazımovanın məsələyə münasibətini öyrənmək mümkün olmayıb. -
10-10-2008, 07:10 PMAPAXəyyam Nisanov İstanbulda 12 min dollara klip çəkdirib
[b]Xəyyam Nisanov İstanbulda 12 min dollara klip çəkdirib[b]
[Bakı. Ülkər Qasımova-APA. Gənc müğənni Xəyyam Nisanov yaradıcılığı dövründə ən bahalı klipi çəkdirib. O bu klipinin çəkilişi üçün 12.000 ABŞ dolları xərcləyib. Klip sözləri və musiqisi gənc bəstəkar Murad Arifə məxsus olan "İstanbul" mahnısına çəkilib. M. Arif APA-ya bildirib ki, çəkilişləri İstanbulda aparılan klipin rejissoru Aqil M.Quliyevdir. Yerli modellərdən birinin də çəkildiyi klip sevgidən bəhs edir: "Xəyyamın məhz bu mahnını seçməsində mənim təsirim olmayıb. Sadəcə olaraq müğənninin ifasında səslənən bu mahnı bütün hit-paratlarda və onluqlarda birinci yeri tutur. Xəyyam da tamaşaçıların və dinləyicilərin bu marağını nəzərə alaraq yaradıcılığında ən bahalı klipi bu mahnıya çəkdirmək qərarını verdi. Bu klipin sponrsoru elə Xəyyamın özüdür". Yaxın günlərdə hazır olacaq klipin tez bir zamanda yerli telekanallarda yayımlanması da nəzərdə tutulur. Onu da deyək ki, mahnı "İstanbul" adlandığı və klipin çəkilişləri də məhz o şəhərdə aparıldığı üçün X. Nisanov ekran işinin bir neçə tanınmış türk kanalında nümayiş olunmasını istəyir. Bu istəyini həyata keçirmək üçün isə müğənni artıq bir neçə türk kanalı ilə danışıqlar apararaq razılıq əldə edib. M. Arifin sözlərinə görə, bir neçə ay ərzində X. Nisanov Türkiyənin bir neçə canlı proqramında qonaq olacaq və verilişlərdə məhz bu mahnı ilə çıxış edəcək. -
10-10-2008, 07:20 PMAPAƏli Əhmədov ATƏT Müşahidə Missiyasının rəhbəri ilə görüşüb
[b]Əli Əhmədov ATƏT Müşahidə Missiyasının rəhbəri ilə görüşüb[b]
[Bakı. Ramil Məmmədli - APA. Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP-ın sədr müavini Əli Əhmədov bu gün ATƏT Müşahidə Missiyasının rəhbəri, səfir Boris Frleslə görüşüb. YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə prezident seçkilərinin təşviqat kampaniyası dövründə həyata keçirilən tədbirlər, seçkiqabağı durum, seçkilərin şəffaf və ədalətli keçirilməsi istiqamətində görülən işlər barəsində ətraflı fikir mübadiləsi aparılıb. Səfir müşahidə missiyasını səsvermənin nəticələrinin deyil, daha çox seçki prosesinin özünün maraqlandırdığını deyib. Missiyanın sonrakı dövr üçün fəaliyyəti barədə qısa məlumat verən B. Frles İlham Əliyevin seçki-təşviqat kampaniyasının yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırıb.Ə. Əhmədov isə bütün səylərin seçki prosesinin qanunun tələbləri çərçivəsində keçirilməsinə yönəldiyini qeyd edib. Azərbaycanda seçkilərin şəffaf və ədalətli keçiriləcəyinə əmin olduğunu deyən Ə. Əhmədov seçkilər haqqında hesabatın müsbət olmasının da əhəmiyyətini vurğulayıb. -
10-10-2008, 07:30 PMAPAAzərbaycan prezidenti Qala qəsəbəsində 63 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib
[b]Azərbaycan prezidenti Qala qəsəbəsində 63 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib[b]
[Bakı - APA. Oktyabrın 10-da Bakının Qala qəsəbəsində 63 saylı uşaq bağçasının yeni binasının açılışı olub. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq bağçası üçün yeni 100 yerlik bina tikilib. Müasir tələblərə cavab verən yeni binada hər cür şərait yaradılıb. Prezident və xanımı açılışı bildirən lenti kəsib, bina ilə tanış olublar. -
10-10-2008, 08:00 PMAPAŞəkidə baş verən yol qəzasında 1 nəfər ölüb
[b]Şəkidə baş verən yol qəzasında 1 nəfər ölüb[b]
[Şəki. Vüqar Heydərov.APA. Bu gün Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon Polis Şöbəsindən məlumat verilib. Saat 18.30 radələrində 1956-cı il təvəllüdlü rayon sakini Tahirov Həsrullax Bala oğlunun yüksək surətlə idarə etdiyi ZİL-130 markalı, 55-AC-370 dövlət nömrə nişanlı yük maşını Səki şəhərinin girəcəyində yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Nəticədə N. Tahirov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırma aparılır. -
10-10-2008, 08:10 PMAPARamil Usubov Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Vladislav Stasyak ilə görüşüb
[b]Ramil Usubov Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Vladislav Stasyak ilə görüşüb[b]
[Bakı-APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Vladislav Stasyak ilə görüşüb. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Ölkələrimiz arasında işgüzar əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan daxili işlər naziri son illər iki ölkənin sürətlə inkişaf edən əməkdaşlığının daxili işlər orqanları arasında olan əlaqələrə də müsbət təsir göstərdiyini bildirib. O, bu ilin iyununda Varşavaya səfəri zamanı iki ölkənin daxili işlər nazirləri arasında "Beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq" haqqında hökumətlərarası saziş imzalandığını xatırladıb. Daha sonra qonağa ölkədəki kriminogen durumla bağlı qısa məlumat verilib, əməliyyat şəraitinin nəzarət altında olduğu bildirilib. Nazir Ramil Usubov bütün sahələrdə olduğu kimi, daxili işlər orqanlarında da demokratik prinsiplərə əsaslanan köklü islahatlar aparıldığını, polisin fəaliyyətini tənzimləyən Avropa standartlarına uyğun yeni qanunvericilik bazasının yaradıldığını və bu zaman Avropa Şurası ekspertlərinin rəylərinin nəzərə alındığını vurğulayıb. Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizə məsələlərinə də toxunulub, regional təhlükə və risklərə qarşı mübarizədə bu iki dost dövlətin öz səylərini daha sıx birləşdirmələrinin zəruriliyi vurğulanıb. Vladislav Stasyak Polşa rəhbərliyinin regionun lider dövləti olan Azərbaycana mühüm önəm verdiyini və Avropa strukturlarına inteqrasiya baxımından həmişə ölkəmizin yanında olacaqlarını, mümkün olan hər şeyi edəcəklərini diqqətə çatdırıb. Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub. -
10-11-2008, 10:40 AMAPAAvstriya nasistlərinin lideri Yorq Hayder yol qəzasında dünyasını dəyişib
[b]Avstriya nasistlərinin lideri Yorq Hayder yol qəzasında dünyasını dəyişib[b]
Vyana-APA. Avstriyanın məşhur siyasətçilərindən Yorq Hayder avtomobil qəzasında dünyasını dəyişib.
[APA-nın məlumatına görə, hadisə bu səhər baş verib. 58 yaşlı Hayderin idarə etdiyi maşın naməlum səbəblərdən yoldan çıxaraq bir neçə də aşıb. Baş və döş nahiyəsindən ağır xəsarətlər alan siyasətçi qəzadan bir qədər sonra vəfat edib. Qeyd edək ki, Yorq Hayderin siyasi fəaliyyəti daim Avstriya və dünyada narazılıqla qarşılanıb. Avropaya mühacirətin qadağan olunmasını təklif edən Hayder eyni zamanda Türkiyənin Avropa İttifaqına qəbulunu dəstəkləyib. 1999-cu ildə "Avstriya faşistlərinin lideri" adlandırılan Yorq Hayderin Avstriya Azadlıq Partiyası parlament seçkilərində ikinci yeri tutub. Partiya hakim koalisiyanın tərkibinə daxil olsa da, Avropa İttifaqına daxil olan ölkələrin təzyiqi nəticəsində Hayder partiya lideri postundan istefa verib və hökumətdə post tutmaqdan boyun qaçırıb. Onun partiyasının seçkilərdə uğur qazanmasından sonra Avropa İttifaqına daxil olan ölkələr Avstriya ilə münasibətləri minimuma endiriblər. 2005-ci ildə "Avstriyanın Gələcəyi Uğrunda" adlı partiya təsis edən Yorq Hayder nasist ideologiyasını geniş şəkildə təbliğ edib. Həmin ili keçirilən seçkilərdə Hayderin partiyası dördüncü yerə çıxsa da, o yenə də hökumətə daxil ola bilməyib.