[b]Gəncə şəhər mərkəzi bazarında silahlı insident baş verib[b]
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncə şəhər mərkəzi bazarında silahlı insident baş verib.
[Gəncə şəhər Polis İdarəsinin rəis köməkçisi Yaşar İsmayılovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, bazarda Samux rayon Sərkar kənd sakini 52 yaşlı Qara Məmmədov həmyerlisi 54 yaşlı Məhəmməd İbrahimova üstündə gəzdirdiyi tapança ilə atəş açmağa cəhd göstərsə də, buna müvəffəq olmayıb. İlkin ehtimala görə Məhəmməd İbrahimov özünü müdafiə etmək üçün onun boğazına bıçaqla zərbə yetirib. Xəsarət alan Qara Məmmədov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir. APA-nın Qərb bürosunun məlumatına görə, 1989-cu ildə Məhəmməd İbrahimov Qara Məmmədovun qardaşını qətlə yetirib və 9 il azadlıqdan məhrum edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda 29 və 120.1 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

10-11-2008, 10:50 AMAPAGəncə şəhər mərkəzi bazarında silahlı insident baş verib

10-11-2008, 11:10 AMAPANaxçıvanda həkimlərin Türkiyədə təkmilləşdirmə kurslarına getmə prosedurası sadələşdirilib
[b]Naxçıvanda həkimlərin Türkiyədə təkmilləşdirmə kurslarına getmə prosedurası sadələşdirilib[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasında çalışan həkimlərin Türkiyəyə təkmilləşdirmə kurslarına getmə prosedurası sadələşdirilib. Naxçıvan MR Səhiyyə Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, əvvəllər kurslara göndərişlər nazirlikdə xüsusi icazə prosedurası ilə müxtəlif ixtisaslara uyğun məqsədli proqram əsasında həyata keçirilirdisə, artıq istənilən həkim nazirliyə müraciət etməklə müvafiq icazə əsasında təcrübə kurslarında iştirak edə bilər. Bu zaman onlar yalnız məişət xərclərini özləri ödəməli olacaqlar. Kurslar isə Türkiyənin Kocaeli Universiteti ilə qarşılıqlı razılaşmaya əsasən həmin universitetin xəstəxanasında pulsuz təşkil olunur. Bundan əlavə tamamilə dövlət hesabına kurslara göndərişlər həyata keçirilir ki, bu, ildə iki dəfə baş tutur. Belə kurslar Ankarada təşkil olunur. -
10-11-2008, 11:20 AMAPAFatih Terim: "Bosniya-Herseqovina ilə oyunda kapitan sarğısını Sərvət daşıyacaq"
[b]Fatih Terim: "Bosniya-Herseqovina ilə oyunda kapitan sarğısını Sərvət daşıyacaq"[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. "Nihat, Tuncay, Semih, Əmrə, Hamit ve Mehmet Topal sıralarımızda deyil. Bunların birinin olmamağı bizim üçün itkidir. Bizim sıralarımız seyrəldikcə gücümüz artır". "APA-SPORT"un məlumatına görə, bu sözləri Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim deyib. Bu gün Bosniya və Herseqovina ilə qarşılaşacaq komandasının durumunu izah edən mütəxəssis itkilərin çoxluğundan qorxmur: "Avro-2008-də olduğu kimi buna əhəmiyyət verməyib mübarizə aparacağıq. Bir bayraq altında toplaşmağa, ölkənin hamımızın olduğunu anlamaq və anlatmağa həmişəkindən də çox ehtiyacımız var. 13-14 zədəli oyunçumuz var. Gənc komanda ilə qalmışıq. Amma buna görə narahatçılığa dəyməz. Çox bacarıqlı gənclərdir. Onlara güvənirəm. Avropa çempionatına qədər yığmada cəmi 1 qol vuran Semih həmin turnirdə bu rəqəmi 4-ə çatdırdı. İndiyə kimi qol vurmayanlar da Bosniya və Herseqovuna ilə matçda hesablarını açacaq. Rəqib çox hərəkətli komanda, İspaniya səviyyəsində bir rəqibdir. Bu qarşılaşmada kapitan sarğısını Sərvətə verəcəyik. Məsutla bağlı onu deyim ki, onun Almaniyanı seçməsi yalandır. "Qalatasaray"a qayıtmağımla bağlı söhbətlər şişirdilib. 21 yaşlılardan ibarət yığmamız Avropa çempionatına vəsiqə qazansa həmin komandanın başında özüm olacağam". -
10-11-2008, 11:30 AMAPANehrəm kəndində 7 sosial obyekt istifadəyə verilib
[b]Nehrəm kəndində 7 sosial obyekt istifadəyə verilib[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasının (MR) ən iri kənd yaşayış məntəqəsində 7 sosial obyektin açılışı olub. APA-nın Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətinin məlumatına istinadən yaydığı xəbərə görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə Babək rayonun Nehrəm kəndində əsaslı yenidənqurmadan sonra 2400 kvadratmetr ərazini əhatə edən 3 korpusdan ibarət 20 çarpayılıq xəstəxana, 9 xidmət sahəsini özündə birləşdirən kənd mərkəzi, Məişət Evi, Ticarət Mərkəzi, Nehrəm kənd Uşaq-Musiqi Məktəbi, C. Məmmədquluzadənin xatirə muzeyi və Nehrəm kənd bazarı istifadəyə verilib. Kənddə 8 şəhidin büstünün ucaldığı, 12 min kvadratmetr sahəni əhatə edən Şəhidlər Kompleksinin və 8 kilometrlik daxili kənd yolunun da açılışı olub. Qeyd edək ki, Nehrəm Naxçıvan Muxtar Respublikasının ən böyük kəndi hesab olunur. Burada 13 min 300 nəfər yaşayır. -
10-11-2008, 11:40 AMAPAGürcüstanda 3 rus kəşfiyyatçısı həbs olunub
[b]Gürcüstanda 3 rus kəşfiyyatçısı həbs olunub[b]
Tiflis-APA. Gürcü polisi Sxinvali bölgəsinin Yuxarı Nikozi kəndində üç Rusiya hərbçisinin həbs edib.
[APA-nın məlumatına görə, həbs olunan hərbçilər Avropa İttifaqının müşahidəçilərinin iştirakı ilə Sxinvalidə yerləşən Rusiya qoşunlarının qərargahına təhvil verilib. Rusiya tərəfi hərbçilərin azaraq Gürcüstan ərazisinə daxil olduqlarını bildirsə də, Gürcüstan tərəfi saxlanan hərbçilərin kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu ehtimal edir. -
10-11-2008, 11:50 AMAPAUkraynada növbədənkənar parlament seçkiləri ilə bağlı kampaniyaya rəsmən start verilib
[b]Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı kampaniyaya rəsmən start verilib[b]
Kiyev-APA. Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı kampaniyaya rəsmən start verilib.
[APA-nın məlumatına görə, seçkilərə rəsmən start verilsə də, kampaniyanın hansı vəsait hesabına maliyyələşəcəyi hələ də sual altındadır. Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün 417,5 milyon qriven vəsait lazım olduğunu bəyan edib, lakin hökumət bu vəsaiti ayırmaqdan imtina edir. Dünən Ukrayna prezidenti Viktor Yuşşenko prezident Yuliya Timoşenkoya məktub yazaraq Nazirlər Kabinetinin növbədənkənar seçkilər üçün vəsait ayırmağa borclu olduğunu bildirib. Lakin hələlik hökumət bu müraciəti cavablandırmayıb. Qeyd edək ki, baş nazir Yuliya Timoşenko Ali Radanın buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərarı Konstitusiyaya zidd addım adlandırıb. -
10-11-2008, 12:10 PMAPABeynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri Azərbaycanın bölgələrinə səfər edəcəklər
[b]Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri Azərbaycanın bölgələrinə səfər edəcəklər[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri "Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması Layihəsi" çərçivəsində ölkənin bir sıra regionlarına səfər edəcək. "APA-ECONOMICS»in məlumatına görə, bu barədə layihənin rəhbəri Boris Devyak məlumat verib. Onun sözlərinə görə, səfərin əsas məqsədi Azərbaycan regionlarında mövcud olan vəziyyətlə tanış olmaqdır: "Gələn ilin əvvəlində Azərbaycan regionlarına səfər edəcəyik və regionlarda fəaliyət göstərən sahibkarlarla görüşüb mövcud vəziyyəti öyrənəcəyik". -
10-11-2008, 12:20 PMAPAYussi Yaskelaynen: "Azərbaycanla oyunda qələbəni əziyyət çəkmədən qazanmayacağıq"
[b]Yussi Yaskelaynen: "Azərbaycanla oyunda qələbəni əziyyət çəkmədən qazanmayacağıq"[b]
[Bakı. Vüqar Xeyrullayev-APA-SPORT. "Azərbaycanla oyunda qələbəni əziyyət çəkmədən qazanmayacağıq. Asan xallar əldə edəcəyimizi xəyalımıza gətirməyimiz belə düz olmazdı". "APA-SPORT"un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının qapıçısı Yussi Yaskelaynen deyib. Dünya çempionatının bu gün keçiriləcək seçmə oyununda Azərbaycan yığması ilə qarşılaşacaq skandinaviyalıların 33 yaşlı futbolçusu erkən qol arzusundadır: "Hamımız bilirik ki, bu qələbə bizə nə qədər zəruridir. Bu vəzifənin yerinə yetirilməsi üçün isə baş məşqçinin tapşırıqlarına əməl olunmalıdır. Qüvvəmizi cinahlar üzrə bərabər paylaşıb kollektiv oyun nümayiş etdirməliyik. Erkən qol vurmaqla istəyimizi gerçəkləşdirməyə bir az da yaxınlaşarıq. Əks halda da istedadlı futbolçularımız Azərbaycanın müdafiə səddini yarmaq iqtidarındadır. Ən önəmlisi isə 85 dəqiqə oynamaqla da kifayətlənməyərək matç boyu konsentrasiyanı itirməməliyik". Qeyd edək ki, Yaskelaynen Finlandiya milli komandasında 44 oyun keçirib. -
10-11-2008, 12:30 PMAPATofiq Əhmədov: "Mütəllibovun tərəfdarları ASDP-dən uzaqlaşıb"
[b]Tofiq Əhmədov: "Mütəllibovun tərəfdarları ASDP-dən uzaqlaşıb"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Araz Əlizadə nə müxalifətçi deyil, nə də iqtidar tərəfindən qəbul olunmur. Belə siyasətçilər nə iqtidara, nə də müxalifətə lazım deyil. O, alverçidir və heç vaxt da siyasətçi olmayıb. Mən ona dəfələrlə demişdim ki, siyasətçi söyüşlə danışmaz, təhqirə yol verməz. Bizim bu ziddiyyətimiz hətta Ayaz Mütəllibova qədər gedib çıxmışdı". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) keçmiş təşkilatı məsələlər üzrə katibi Tofiq Əhmədov deyib. Onun sözlərinə görə, ASDP-dən çıxdıqdan sonra partiyadaxili problemlərə və təşkilatın həmsədri Araz Əlizadənin fəaliyyəti haqda danışmaq istəməyib. Lakin partiya funksionerləri və A. Əlizadə tərəfindən mətbuatda ona yönələn ittihamlara cavab vermək məcburiyyətində qalıb: "Ayaz Mütəllibov ASDP-nin lideri olandan sonra - 2003-cü il avqustun 8-də bu partiyaya gələndə, burada çox az adam gördük. Araz həmişə deyir ki, həmin adamlar "kabab iyinə gəlmişdilər, gördülər ki, burda heç eşşək də dağlamırlar". Əslində o düz deyir. Ayaz Mütəllibovun tərəfdarları toplu şəklində ASDP-yə gələndə orada heç eşşək də dağlamırdılar". Azərbaycandakı "mütəllibovçuların" onun ətrafında toplaşdığını da deyən T. Əhmədov A. Mütəllibovun tərəfdarlarının ASDP-dən uzaqlaşdığını vurğulayıb. O, mətbuatda A. Əlizadə tərəfindən təhqir olunması ilə bağlı məhkəməyə müraciət etməyəcəyini də deyib. ASDP həmsədri Araz Əlizadə isə ona yönələn ittihamları fərqli şəkildə cavablandırıb: "Mənim üçün partiyadan xaric edilən adam rəhmətə getmiş sayılır. Allahdan onlara yalnız rəhm eləməsini diləyə bilərəm". -
10-11-2008, 12:40 PMAPAABŞ rəsmisi: "Təqribən altı ay sonra Mərkəzi Asiya qazının Rusiya ərazisindən keçmədən Avropaya nəqlinə dair saziş imzalanacaq"
[b]ABŞ rəsmisi: "Təqribən altı ay sonra Mərkəzi Asiya qazının Rusiya ərazisindən keçmədən Avropaya nəqlinə dair saziş imzalanacaq"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Təqribən altı ay sonra Mərkəzi Asiya qazının Rusiya ərazisindən keçmədən Avropaya nəqlinə dair saziş imzalanacaq".
[APA-nın məlumatına görə, bu bəyanatla ABŞ prezidentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qrey çıxış edib. Romada jurnalistlərin suallarını cavablandıran Qrey bildirib ki, tezliklə Mərkəzi Asiya qazının tranzitinə dair Türkiyə ilə qarşılıqlı anlaşmaya nail olacaqlarına inanır. Lakin ABŞ rəsmisi söhbətin hansı qaz kəmərindən getdiyinə aydınlıq gətirməyib.