[b]Azərbaycan paytaxtında Nəqliyyatın intellektual idarə edilməsi Sisteminin təqdimatı keçirilib[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Azərbaycan Nəqliyyat Nazirliyində «Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi Sistemi»nin qurulması layihəsinin təqdimatı keçirilib.
[«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, sistemin yaradılmasına dair müqavilə cari ilin may ayında imzalanıb.«Bu, MDB məkanında yaradılmış ilk analoji sistem olacaq. Sistemin tətbiqi nəticəsində şəhər nəqliyyatı tənzimlənəcək, mövcud problemlərin böyük əksəriyyəti aradan qalxacaq. Bu sistem eyni zamanda ictimai nəqliyyatda elektron ödəmənin təşkilinə imkan verəcək», - deyə nazir müavini vurğulayıb. Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çol isə son illər Azərbaycan və Koreyanın nəqliyyat sektorunda birgə layihələrə imza atdığını bildirib. Koreya səfiri qeyd edib ki, Bakıda qurulacaq yeni sistem gələcəkdə Qafqazın digər şəhərləri üçün nümunə ola bilər. Daha sonra layihənin təqdimatını keçirən Koreyanın «SK C&C» şirkətinin nümayəndəsi bildirib ki, layihə çərçivəsində görüləcək işlərdən birincisi sərnişin avtobuslarını idarəetmə sisteminin yaradılmasıdır. Bu sistemin tətbiqi nəticəsində marşrutların hərəkəti tənzimlənəcək, onların hərəkət qrafikinə nəzarət imkanı yaranacaq. Bu çərçivədə fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunmasının təşkili, yollarda, yol ötürücülərində, dayanacaqlarda və parklanma yerlərində qəzalar (yol-nəqliyyat hadisələri, terror aktları və s.) haqqında məlumatların yığılması, qeydə alınması və aidiyyəti təşkilatlara ötürülməsi həyata keçiriləcək. Qurulacaq digər sistem isə «Nəqliyyat informasiyasının yığım sistemi» adlanır. Video, mikrodalğalı aşkarlayıcılar, aşkarlayıcı halqalar vasitəsilə real zamanda nəqliyyatın cari vəziyyəti haqqında informasiyanın İTS (İntelligent Transport System - İntellektual Nəqliyyat Sistemi) serverlərinə toplanması təmin ediləcək. Üçüncü sistem - «Nəqliyyatın tənzimlənməsi üzrə məlumatların ötürülməsi və göstərişlərin verilməsi Sistemi» adlanır. Bu sistemə kabel televiziyası, İnternet, mobil telefonlar, elektrik rəqəmsal tablolar, avtobus dayanacaqlarında quraşdırılan informasiya tabloları kimi müxtəlif informasiya təminatı vasitələrinin köməyi ilə nəqliyyatın ümumi vəziyyəti, qəzalar və s. üzrə informasiyanın istifadəçilərə ötürülməsi, parklanmanın idarə olunması və məsafədən icbari idarəetmə üzrə İTS serverləri vasitəsilə göstəriş komandalarının formalaşdırılması və s. daxildir. Bu çərçivədə dayanacaqlarda, şəhərin giriş və radial yollarında elektron idarəetmə sistemli məlumat tabloları quraşdırılacaq. Layihənin sonrakı mərhələsində isə elektron-kart ödəmə sisteminin tətbiqi nəzərdə tutulur. Sistem Bakı şəhərinin Mətbuat prospekti, Zərdabi küçəsi, 20 Yanvar meydanı, Cəfərov küçəsi, A.Mustafayev, Z.Bunyadov, Böyük-Şor küçəsi, «Əzizbəyov» metro stansiyası dairəsi, Q.Qarayev prospekti, M.Hadi küçəsi, Sadıxcan küçəsi, Əbilov küçəsi, Zığ şosesi, Nobel prospekti, A.Cəlilov küçəsi, Ü.Hacıbəyov küçəsi, Neftçilər prospekti, M.Hüseynov küçəsi, Q.Abbasov küçəsi, Səbail meydanı, Ə.Yaqubov küçəsi, Salyan şosesi 20-ci sahə, Badamdar şosesi Badamdar qəsəbəsi, Badamdar şosesi M.Müşfiq küçəsi, Mətbuat prospekti, Bakı şəhərinin mərkəzini onun ətraf hissələri ilə birləşdirən istiqamətlər üzrə Xırdalan dairəsi, Sumqayıt şosesi 20 Yanvar meydanı, Tiflis prospekti, Bakıxanov küçəsi, Azadlıq prospekti, Binəqədi şosesi - Binəqədi qəsəbəsi, M.Əzizbəyov dairəsi - Böyük Şor şosesi, Mərdəkan şosesi, Buzovna dairəsi, Babək prospekti, Yeni Günəşli - «A-B» və «D» yaşayış massivləri, Atəşgah dairəsi, Bakıxanov küçəsi, Mehmandarov küçəsi, Gənclik küçəsi, Qaraçuxur dairəsi - Yeni Günəşli, Ukrayna meydanı, Neapol dairəsi, Mehmandarov küçəsi, Q.Yəhya küçəsi, İ.İsmaylov küçəsi və Zığ şosesini əhatə edəcək.Layihə çərçivəsində bütün yollarda elektron-optik müşahidə cihazları quraşdırılacaq. Birinci mərhələdə sistemin əhatə etdiyi ərazidə 20 elektron informasiya tablosu, 77 video-aşkarlayıcı, 30 ədəd qanunsuz parklanmaya nəzarət tənzimləyicisi, 55 müşahidə kamerası və 546 ədəd aşkarlayıcı halqa quraşdırılacaq. Layihənin 2 il müddətində həyata keçirilməsi planlaşdırılır. Layihənin idarəetmə qrupunun rəhbəri Sədrəddin Məmmədov «APA-ECONOMICS»ə açıqlamasında bildirib ki, Bakıda qurulacaq sistem Seul şəhərində (Cənubi Koreya) qurulmuş analoji sistemdən bir sıra üstünlüklərinə görə fərqlənir. Bakıda ən müasir kompüter və müşahidə sistemləri tətbiq ediləcək. Layihəyə Azərbaycan tərəfinin təklifi ilə bir sıra yeni detallar da əlavə edilib. Dayanacaqlarda qurulacaq tablolarda dayanacaqlardakı mövcud vəziyyət, yerin olub-olmaması, həmçinin yaxın küçələrdəki vəziyyət göstəriləcək.
Azərbaycan Xəbərləri
Printable View

10-08-2008, 04:00 PMAPAAzərbaycan paytaxtında Nəqliyyatın intellektual idarə edilməsi Sisteminin təqdimatı keçirilib

10-08-2008, 04:10 PMAPA«Texnikabank» son bir ildə aktivlərinİ 50% artırıb
[b]«Texnikabank» son bir ildə aktivlərinİ 50% artırıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin oktyabr ayının 1-nə 439,644 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 48,4% çoxdur.Bankın İdarə Heyətinin sədri Samir Hüseynovun «APA-ECONOMICS»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 48,3% artaraq 305,886 mln. manata, əhalidən cəlb edilmiş əmanətlər isə 21,7% genişlənərək 78,663 mln. manata çatıb. Həmçinin, bu dövr ərzində bankın məcmu kapitalı 55,2% artaraq 57,438 mln. manat, xalis mənfəəti isə 2,5 dəfə artaraq 20,042 mln. manat olub.S.Hüseynovun sözlərinə görə, strateji plana uyğun olaraq, bu il ərzində bank bir sıra nailiyyət əldə edib: «Hazırda bankın respublika üzrə 35 filialı, 2 şöbə, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir. Bankımız Milli Ödəmə Sistemləri üzrə Dövlət Proqramına aktiv qoşularaq ticarət və iaşə obyektlərində POS-terminalların sayını 327-yə çatdırıb. «MasterCard» və «Visa İnternational» sistemlərinin prinsipial üzvü olan «Texnikabank» indiyədək hər iki sistem üzrə müştərilərə 40 662 aktiv plastik kart təqdim edib». S.Hüseynov qeyd edib ki, 2008-ci ildə «Texnikabank»ın fəaliyyətində əsas prioritet kimi institusional inkişaf nəzərdə tutulub. Bu baxımdan bank risklərinin idarə edilməsi proqramının daha da təkmilləşdirilməsi, informasiya texnologiyaları sisteminin gücləndirilməsi və insan resurslarının inkişafı istiqamətində bir sıra addımlar atıb. Belə ki, bank Almaniya, Hollandiya, Avstriya və Belçikanın müxtəlif maliyyə qurumlarına konsultasiya xidmətləri göstərən Türkiyənin «İnterfed Danışmanlık Hizmetleri Ltd.» şirkəti ilə risklərin idarə edilməsi proqramının yenidən qiymətləndirilməsi və yaxşılaşdırılması məqsədilə bir illik müqavilə bağlayıb. Eyni zamanda, proqram təminatının alınması üçün bank İsveçrənin «Temenos» şirkəti ilə müqavilə bağlayıb. Bank yeni proqram təminatının implementasiyasını 2009-cu ilin birinci yarısında yekunlaşdırmağı planlaşdırır.Xatırladaq ki, Azərbaycanın ən iri banklarından olan «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. -
10-08-2008, 04:20 PMAPABakı-Sumqayıt avtomagistralı üzərində yerləşən üç yol ötürücüsü ilin sonunadək istifadəyə veriləcək
[b]Bakı-Sumqayıt avtomagistralı üzərində yerləşən üç yol ötürücüsü ilin sonunadək istifadəyə veriləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu ilin sonunadək Bakı-Rusiya dövlət sərhədi avtomobil magistralının Bakı-Sumqayıt hissəsinin üzərində yerləşən 3 yol ötürücüsünün istifadəyə verilməsi planlaşdırılır. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.Bu yol ötürücüləri Xırdalan dairəsi (Respublika Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı), Masazır dairəsi (Masazır və Xırdalanı birləşdirir) və avtomobil yolunun 16-cı km-də («Neapol» oteli yaxınlığındakı dairədə) yerləşir. Hər üç yol ötürücüsünün tikintisinə bu ilin ortalarında başlanılıb. Hazırda tikinti işləri aparıldığından həmin ərazilərdə böyük tıxaclar yaranır.M.Pənahov Bakı-Rusiya sərhədi avtomobil yolunun 134-cü km-dən dövlət sərhədinədək məsafənin də (74 km) beton örtüklü olacağını bildirib. Bunun üçün yeni tender keçiriləcək və ayrıca podratçı seçiləcək. Bakı-Rusiya dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 208 km-dir. Yolun 16-134-cü km hissəsində beton örtüyün tikintisi «Akkord» şirkəti tərəfindən həyata keçirilir. Yolun 16-31-ci km sahəsində beton yol 6 hərəkət zolaqlı, 31-134-cü km-də isə 4 hərəkət zolaqlıdır. Qeyd edək ki, Azərbaycanın ümumi istifadədə olan avtomobil yollarının 22 134 kilometrinə Nəqliyyat Nazirliyi tərəfindən xidmət göstərilir. Bu yolların 1 684 kilometri beynəlxalq magistrallar, 2 669 kilometri respublika əhəmiyyətli, 13 min kilometri yerli əhəmiyyətli, 1,5 min kilometri Bakı şəhərinin ərazisində, 3,3 min kilometri rayon və digər şəhərlərin ərazilərində olan yollar, prospektlər və küçələrdir. Körpülərin ümumi sayı isə 1 201-dir. -
10-08-2008, 04:30 PMAPAAtom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə elmləri üzrə hesabat yığıncağı keçiriləcək
[b]Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə elmləri üzrə hesabat yığıncağı keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Noyabrın 1-5-də Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nüvə elmləri üzrə informasiya sisteminin illik hesabat yığıncağı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. 100-dən çox ölkənin təmsilçilərinin qatılacağı toplantıda Azərbaycanı təmsil edəcək A. Qəribovun sözlərinə görə, AEBA Azərbaycanda nəzərdə tutulan layihələri ilin sonunda təsdiqləyəcək: "Bu layihələr təsdiqlənəndən sonra artıq iş başlanacaq. Layihənin həyata keçirilməsi üçün Azərbaycanın 2011-ci ildə maliyyə vəsaiti ayırması nəzərdə tutulur. O vaxta qədər isə AEBA-nın maliyyə vəsaiti hesabına hazırlıq mərhələsi həyata keçiriləcək". Tədqiqat nüvə reaktorunun ətraf mühitə ciddi təsiri olmadığını deyən A. Qəribov nəzərdə tutulan ərazinin məqsədə uyğun olduğunu və hazırda sənədləşdirilmə işlərinin aparıldığını bildirib. Qeyd edək ki, Azərbaycanda tədqiqat nüvə reaktoru və sterilizasiya qurğusunun inşası üçün Xırdalan yaxınlığında xüsusi sahə ayrılıb. -
10-08-2008, 04:40 PMAPAAzərbaycan Nəqliyyat Nazirliyi dəniz körpüsü layihəsinin təqdimatını hazırlayır
[b]Azərbaycan Nəqliyyat Nazirliyi dəniz körpüsü layihəsinin təqdimatını hazırlayır[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Nəqliyyat Nazirliyi «Bakı Körfəzi Dəniz Körpüsü» Layihəsinin təqdimatını hazırlayır. «APA-ECONOMICS»in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib: «Çalışırıq ki, bu körpü şəhərin görünüşünü pozmasın».Qeyd edək ki, körpünün layihəsini Koreyanın «Dong Sung Engineering» şirkəti hazırlayıb. Şıx qəsəbəsindən Zığ qəsəbəsinə qədər dənizin üzəri ilə salınacaq körpünün əsas hissəsinin (dənizin üzərindəki hissə) uzunluğu 13,5-15 km təşkil edəcək. Bakını əhatə edən Dairəvi Yola birləşəcək körpünün kommunikasiyaları ilə birlikdə uzunluğunun 20 km-dən çox olacaq. Qeyd edək ki, bu tip körpülər Türkiyə, Koreya və digər ölkələrdə mövcuddur.Dəniz körpüsü gəmilərin hərəkətinə mane olmamaq üçün hündür dayaqlar üzərində inşa olunacaq. Körpünün dayanıqlığını və elastikliyini təmin etmək məqsədi ilə kanatlardan istifadə olunacaq. Körpü Bakı buxtasında yerləşən Nargin adasından da keçəcək. Dövlət rəhbərliyi tərəfindən razılıq veriləndən sonra körpünün tikintisi istiqamətində işlərə başlanacaq. Ümumilikdə, dəniz körpüsünün 2015-ci ilə qədər tikilib istifadəyə verilməsi mümkündür. -
10-08-2008, 04:50 PMAPANazir müavini Musa Pənahov: «Bakı-Tiflis-Qars dəmir yolunun inşası qrafikə uyğun gedir»
[b]Nazir müavini Musa Pənahov: «Bakı-Tiflis-Qars dəmir yolunun inşası qrafikə uyğun gedir»[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu bağlantısı layihəsi üzrə işlər qrafikə uyğun davam etdirilir. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib: «Layihənin icrasında heç bir problem yoxdur. Yolun istər Gürcüstan, istərsə də Türkiyə hissəsində işlər qrafikə uyğun aparılır və hesab edirik ki, dəmir yolu qarşıya qoyulan vaxt ərzində tikilib istifadəyə veriləcək».Nazir müavininin sözlərinə görə, hazırda Gürcüstan ərazisində hava şəraiti ilə əlaqədar müəyyən kiçik problemlər yaranıb. M.Pənahov onu da əlavə edib ki, yeni yolun tikintisi ilə yanaşı mövcud 160 km-ə yaxın yolun reabilitasiyası nəzərdə tutulur. Mövcud yolun hissələr üzrə reabilitasiası layihələri hazırlanır. Nazir müavininin sözlərinə görə, artıq 30 km-lik hissəsinin reabilitasiya layihəsi hazırdır və işlər Azərbaycanın ayırdığı kreditlər hesabına maliyyələşdiriləcək.Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Karsi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır. -
10-08-2008, 05:00 PMAPAAzərbaycanda ilk biosfer qoruq yaradılacaq
[b]Azərbaycanda ilk biosfer qoruq yaradılacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisini genişləndirməyi nəzərdə tutur.Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, hazırda bununla bağlı müvafiq sənədlər hazırlanır. Gələcəkdə həmin ərazidə Azərbaycanda ilk Biosfer Qoruğun yaradılması da planlaşdırılır.Qeyd edək ki, respublikanın ən qədim qoruqlarından olan Zaqatala Dövlət Təbiət Qoruğu 1929-cu ildə Zaqatala və Balakən rayonlarının inzibati ərazisində - Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikro yamaclarında təşkil edilib. Qoruğun ərazisi 23 844 hektardır.Ümumilikdə isə Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 748,4 min hektardır ki, bu da ölkə ərazisinin 8,7%-ni təşkil edir. -
10-08-2008, 05:10 PMAPADaha 4 PKK terrorçusu məhv edilib
[b]Daha 4 PKK terrorçusu məhv edilib[b]
[Şırnak - APA. Türkiyənin cənub-şərqindəki Şırnak rayonu ərazisində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında toqquşma baş verib. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, oktyabrın 7-də Şırnakın Güclükonak qəsəbəsinin dağlıq ərazisində baş verən döyüşdə 4 terrorçu məhv edilib. Beləliklə, son 5 gün ərzində məhv edilən terrorçuların sayı 29-a çatıb. -
10-08-2008, 05:20 PMAPASumqayıtda qaz sızmasından partlayış baş verib
[b]Sumqayıtda qaz sızmasından partlayış baş verib[b]
[Bakı-APA. Bu gün saat 03.20 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ev 31/71, mənzil 2-də yaşayan Solmaz İbrahimovanın mənzilində təbii qazın sızmasından partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə mənzilin pəncərə şüşələri sınıb. Xəsarət alan S. İbrahimovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Faktla bağlı araşdırmalar aparılır. -
10-08-2008, 05:30 PMAPAQadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilən şəxs tutulub
[b]Qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilən şəxs tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mətanət Məmmədova tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, M. Məmmədova bir qrup şəxslə əlbir olaraq qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilir.