[b]Permdə təyyarə qəzasında həlak olmuş sərnişinlərin zinət əşyalarını oğurlamış milislər həbs edilib[b]
Bakı. Laçın Sultanova-APA. Rusiyanın Perm şəhərində "Boinq-737" təyyarəsində həlak olan sərnişinlərin zinət əşyalarını oğurlamaqda günahlandırılan milis əməkdaşları barəsində cinayət işi başlanıb.
[APA-nın məlumatına görə, sentyabrın 14-də təyyarənin qəzaya uğradığı yerdə rəsmi orqanlar tərəfindən aparılan təhqiqat zamanı həlak olanlar məxsus minlərlə şəxsi əşyalar, sənədlər, zinət əşyaları, pul, avadanlıq və s. götürülüb. Əşyalar həlak olanların yaxınlarına qaytarmaq üçün sistemləşdirilib, şəkilləri çəkilib və təsvirləri yazılıb. Lakin oktyabrın 7-də məlum olub ki, həlak olanlara məxsus bütün zinət əşyaları oğurlanıb. Faktla bağlı cinayət işi açılıb və bir sutka ərzində cinayətin üstü açılıb. Araşdırma zamanı oğurluğu 2 milis işçisinin törətdiyi müəyyənləşdirilib. Xatırladaq ki, həmin qəza nəticəsində 8 azərbaycanlı və əslən Azərbaycanın Quba rayonundan olan Naxumovlar ailəsi həlak olub.
Azərbaycan Xəbərləri
Printable View

10-10-2008, 02:20 PMAPAPermdə təyyarə qəzasında həlak olmuş sərnişinlərin zinət əşyalarını oğurlamış milislər həbs edilib

10-10-2008, 02:30 PMAPAAzərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib
[b]Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib[b]
Bakı. Laçın Sultanova-APA. Bişkekdə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib.
[APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparılıb. Qeyd edək ki, görüş Müstəqil Dövlətlər Birliyinin xarici işlər nazirləri Şurasının iclası çərçivəsində keçirilib. -
10-10-2008, 02:40 PMAPAİraqın şimalından Türkiyəyə keçməyə çalışan xeyli terrorçu məhv edilib
[b]İraqın şimalından Türkiyəyə keçməyə çalışan xeyli terrorçu məhv edilib[b]
[Ankara - APA. İraqın şimalından Türkiyə ərazisinə keçməyə çalışan böyük terrorçu qrup məhv edilib. APA-nın məlumatına görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb. Baş Qərargahın ictimaiyyətlə əlaqə idarəsinin rəisi, general Mətin Gürak oktyabrın 9-da axşam saatlarında İraqın şimalından Türkiyə ərazisinə keçməyə cəhd göstərən xeyli PKK-çının müəyyən edildiyini, terrorçulara havadan və yerdən zərbələr endirildiyini deyib. O, keçirdiyi həftəlik brifinqdə bildirib ki, əməliyyat nəticəsində terrorçuların böyük hissəsi məhv edilib. M. Gürak oktyabrın 3-də Aktütün sərhəd zastavasına hücum etmiş terrorçuları təqib etməyə davam etdiklərini söyləyib. Xatırladaq ki, terrorçuların Türkiyə-İraq sərhədindəki Aktütün zastavasına hücumu zamanı 17 türk hərbçisi şəhid olub. -
10-10-2008, 03:00 PMAPAAzərbaycanın Gözdən Əlillər Cəmiyyəti 5 minədək trafaret hazırlayaraq seçki məntəqələrinə paylayıb
[b]Azərbaycanın Gözdən Əlillər Cəmiyyəti 5 minədək trafaret hazırlayaraq seçki məntəqələrinə paylayıb[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın Gözdən Əlillər Cəmiyyəti 5 minədək trafaret hazırlayaraq seçki məntəqələrinə paylayıb. Bu barədə APA-ya Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib. Cəmiyyət sədrinin sözlərinə görə, gözdən əlillərin gizli səsvermə hüququnu təmin edəcək həmin trafaretlər Mərkəzi Seçki Komissiyasının sifarişi ilə çap edilib. S. Abdullayev həmin trafaretlərdə prezidentliyə namizədlərinin adının Brayl üsulu ilə yazıldığını deyib. Qeyd olunan trafaretlərdən hər məntəqəyə 3-4 ədəd verilib. S. Abdullayev ölkədə 30 mindən artıq gözdən əlil insanın 20 mindən çoxunun səsvermə hüququna malik olduğunu bildirib. -
10-10-2008, 03:10 PMAPAPrezidentliyə namizəd İlham Əliyevin vəkilləri ölkənin şimal bölgəsində seçicilərlə görüşlər keçiriblər
[b]Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri ölkənin şimal bölgəsində seçicilərlə görüşlər keçiriblər[b]
[Bakı. Ramil Məmmədli - APA. Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd İlham Əliyevin vəkilləri ölkənin şimal bölgəsində seçicilərlə təbliğat xarakterli görüşlər keçiriblər. Namizədin vəkili Ceyhun Osmanlının APA-ya verdiyi məlumata görə, İ. Əliyevin vəkilləri Ziyad Səmədzadə, Nizami Xudiyev və Ceyhun Osmanlı seçicilərlə görüşərək, onları qarşıdakı prezident seçkilərində fəal olmağa çağırıblar. Dünən və bu gün namizədin vəkilləri Qusarın və Xaçmazın bir neçə kəndində olub, o cümlədən Qubanın Aqrar Elm Mərkəzində, Nizami kinoteatrında və rayon Müəllimlər İnstitutunda görüşlər keçiriblər. Oktyabrın 9-da Qusar rayonunun şəhər stadionunda seçicilərin iştirakı ilə mədəni-kütləvi tədbir də keçirilib. Bu gün isə Xaçmaz stadionunda seçicilərin iştirakı ilə analoji tədbirin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, şimal-şərq zonası üzrə YAP namizədi İlham Əliyevin vəkilləri sabah - oktyabrın 11-də Quba şəhər stadionunda görüş keçirəcək. -
10-10-2008, 03:20 PMAPAAzərbaycan paytaxtında gözdən əlillər üçün səsli işıqforlar quraşdırılıb
[b]Azərbaycan paytaxtında gözdən əlillər üçün səsli işıqforlar quraşdırılıb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan paytaxtında gözdən əlil insanlar üçün 30-dək səsli işıqfor quraşdırılıb. Bu barədə APA-ya açıqlamasında Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə quraşdırılan bu işıqforların gözdən əlillərin küçələri təhlükəsiz şəraitdə keçməsinə imkan yaratdığını deyən S. Abdullayev yaxın gələcəkdə işıqforların sayının artırılmasının nəzərdə tutulduğunu bildirib. Cəmiyyət sədri belə işıqforlarda bəzən texniki problemlərin yarandığını da bildirib: "Bu işıqforların səsi zəif çıxdığı üçün bəzən gözdən əlil insanlar eşitmir. Biz istəyirik ki, səsli işıqforlar beynəlxalq standartlara tam cavab versin". S. Abdullayev yeni inşa olunan yollarda gözdən əlil insanların sərbəst keçidini təmin edəcək vasitələrin quraşdırılmasının da vacib olduğunu bildirib. -
10-10-2008, 03:30 PMAPAAzərbaycan prezidenti Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılışında iştirak edib
[b]Azərbaycan prezidenti Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılışında iştirak edib[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da paytaxtın yaxınlığında yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılış mərasimində iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı kompleksin açılışını bildirən rəmzi lenti kəsib. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, ölkənin turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edəcək. Burada hələ 1988-ci ildə Qala Dövlət Tarix Etnoqrafiya qoruğu yaradılıb. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrə aid kurqanlar, sərdabələr, yaşayış evləri, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam mövcuddur. Bu abidələrin qorunması, eləcə də Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədi ilə 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb. İki hektar ərazisi olan muzey kompleksi Abşeron yarımadasında tapılıb və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. yerləşdirilib.Prezident və xanımı muzey kompleksi ilə yaxından tanış olublar. Sonra dövlət başçısı qəsəbə sakinləri ilə görüşüb söhbət edib. -
10-10-2008, 03:40 PMAPASəlim Müslümov: «Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsinə olduqca həssas yanaşmaq lazımdır»
[b]Səlim Müslümov: «Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsinə olduqca həssas yanaşmaq lazımdır»[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. «Azərbaycanda maliyyə bazarlarının inkişafı ilə qeyri-dövlət pensiya fondlarının fəaliyyətə başlaması məsələləri uzlaşdırmalıdır». Bunu «APA-ECONOMICS»ə açıqlamasında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib. Fondun sədri hesab edir ki, hazırda dünyada baş verən maliyyə böhranı şəraitində Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsinə olduqca həssas yanaşmaq lazımdır. S.Müslümovun sözlərinə görə, qeyri-dövlət pensiya fondları fəaliyyətə başlayarsa, bu qurumlar qeydiyyata saldıqları və onlara sosial sığorta haqqı ödəyən vətəndaşlardan aldıqları vəsaitləri yerləşdirilməlidir. Bunun üçün isə ilk növbədə həmin vəsaitlərin yerləşdiriləcəyi mənbələr müəyyənləşdirilməlidir: «Vəsaitlər elə yerlərə yerləşdirilməlidir ki, likvidlik dərəcəsi aşağı, gəlirlik isə yüksək, ən azından inflyasiya faizindən yüksək olsun. Ancaq bu gün vəsaitləri həmin şəkildə yerləşdirə bilən pensiya fondlarının fəaliyyət göstərməsi mümkündürmü? Ona görə də, hesab edirəm ki, bu, son dərəcə incə məsələdir». -
10-10-2008, 03:50 PMAPAQAT ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı son açıqlamalarına dair bəyanat yayıb
[b]QAT ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı son açıqlamalarına dair bəyanat yayıb[b]
[Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ və Rusiya rəsmilərinin, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı son açıqlamalarına dair bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda işğal faktına hüquqi qiymət verilməsi məqsədəuyğun hesab edilib: "Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, danışıqların prinsiplərinə dair yaranmış müsbət meyl müvəqqəti və kompaniya xarakteri daşımamalı, Ermənistanın bu mövqeni qəbul etməsi üçün ardıcıl addımlar atılmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, işğalçı və təcavüzkar hərəkətlərinə görə cəzalandırılmalı, işğalçı qoşunlar Azərbaycanın ərazilərindən çıxarılmalıdır. Yalnız bundan sonra digər məsələlərin müzakirələrinə başlamaq olar. Əks halda müharibə qaçılmaz olacaq. Bunu dünya birliyi bilməli və Azərbaycanın haqlı mövqeyini başa düşməlidir. Dünya birliyi Rusiyanın işğalına məruz qalmış Gürcüstanı müdafiə etdiyi kimi, 18 ildir ki, işğaldan əziyyət çəkən Azərbaycanın da haqq işinə ədalətli mövqedən yanaşmalıdır". -
10-10-2008, 04:00 PMAPAAFFA-nın baş katibi UEFA-da sədr müavini oldu
[b]AFFA-nın baş katibi UEFA-da sədr müavini oldu[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-da da çalışacaq. "APA-SPORT"un məlumatına görə, Məmmədov qitə futbol qurumunun Fransanın Bordo şəhərində keçirilən son iclasında UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsi sədrinin ikinci müavini təyin edilib. Baş katibin bu qurumda fəaliyyəti gələn ilin iyunun 30-dək nəzərdə tutulub. Onun bu vəzifəyə namizədliyi AFFA rəhbərliyi tərəfindən irəli sürülüb.