[b]Azərbaycanda neft hasilatı 10 ildən sonra kəskin azalacaq[b]
Bakı. Elmin İbrahimov - APA-ECONOMICS. Azərbaycanda neft hasilatı yaxın 7-8 il ərzində pik həddə çatdıqdan sonra 2018-ci ildə kəskin şəkildə azalaraq təxminən indiki səviyyəyə çatacaq.
[«APA-ECONOMICS»in məlumatına görə, bunu Dövlət Neft Şirkətinin əməliyyat idarəsinin rəis müavini Vidadi Rüstəmov Qazaxıstanda keçirilən beynəlxalq neft və qaz konfransında deyib.«Azərbaycanda 2018-ci ildə maye karbohidrogen hasilatı təxminən 45-50 mln. ton həcminə düşəcək ki, bu həcm heç Bakı-Ceyhan kəmərinə də bəs etməyəcək. «Azəri-Çırag-Günəşli» strukturunda isə hasilat həcminin 35-40 mln. tona düşəcəyi gözlənilir», - deyə şirkət rəsmisi vurğulayıb. Məlumat üçün qeyd edək ki, bu il Azərbaycanda neft hasilatı həcminin 50-52 mln. ton, 2015-ci ildə isə 60 mln. ton olacağı proqnozlaşdırılır. Şirkətin strateji planları barədə danışan V.Rüstəmov 2018-ci ilə qədər investisiya dəyəri 4 mlrd. ABŞ dolları olan müasir standartlara uyğun neftayırma zavodu inşa olunacağını və bunun ildə 15 mln. ton Qazaxıstan nefti emal edəcəyini bildirib.
Azərbaycan Xəbərləri
Printable View

10-10-2008, 12:30 PMAPAAzərbaycanda neft hasilatı 10 ildən sonra kəskin azalacaq

10-10-2008, 12:40 PMAPAYaxın 17 il ərzində Bakıda 41 yeni metro stansiyası tikiləcək
[b]Yaxın 17 il ərzində Bakıda 41 yeni metro stansiyası tikiləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Yaxın 17 il ərzində Bakı Metropolitenində daha 41 stansiyanın tikintisi nəzərdə tutulur. «APA-ECONOMICS»in bildirdiyinə görə, bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.Metropoliten rəisinin bildirdiyinə görə, paytaxtda inşa olunan yeni avtovağzal kompleksinin ərazisində də metro stansiyasının tikintisi nəzərdə tutulur. Bundan başqa, gələn il «Azadlıq» stansiyası istismara veriləcək.Bu dövrdə Sumqayıta, Heydər Əliyev Beynəlxalq Hava Limanına və Badamdar qəsəbəsinə də metro xətlərinin çəkilməsi nəzərdə tutulur.Qeyd edək ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin 21 stansiyası və 1 deposu var. -
10-10-2008, 12:50 PMAPABişkek sammitinin qərarı ilə gürcü-abxaz münaqişə zonasında MDB kollektiv qüvvələrin fəaliyyəti dayandırılıb
[b]Bişkek sammitinin qərarı ilə gürcü-abxaz münaqişə zonasında MDB kollektiv qüvvələrin fəaliyyəti dayandırılıb[b]
[Bakı. Laçın Sultanova-APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) Bişkek sammiti başa çatıb. APA-nın məlumatına görə, sammitin yekun qərarına əsasən, gürcü-abxaz münaqişə zonasında sülhün qorunması üzrə MDB kollektiv qüvvələrin fəaliyyəti dayandırılıb. Bu qərar Rusiyanın təşəbbüsü ilə gündəliyə daxil edilib və qəbul olunub. Dövlət başçıları həmçinin MDB məkanında 2009-cu ildə əməkdaşlığın əsas sahəsi olaraq enerji sahəsini müəyyən ediblər. Bundan başqa 2020-ci ilə kimi MDB-nin İqtisadi İnkişaf Strategiyası layihəsinin yenidən işlənməsi barədə qərar qəbul olunub. Sammitin qərarı ilə dünyada gedən maliyyə böhranının MDB ölkələrinə neqativ nəticələrinin qarşısını almaq yollarını müəyyənləşdirmək üçün işçi qrup yaradılıb. Bu qrupun maliyyə nazirləri səviyyəsində ilk iclası yaxın 10 gündə Moskvada keçiriləcək. -
10-10-2008, 01:00 PMAPAQDİƏT Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısı oktyabrın sonunda Tiranada keçiriləcək
[b]QDİƏT Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısı oktyabrın sonunda Tiranada keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Oktyabrın 23-də Tiranada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 19-cu toplantısı keçiriləcək. APA-nın məlumatına görə, toplantıya Albaniyanın xarici işlər naziri Luzlim Başa sədrlik edəcək. Toplantıda "QDİƏT fəaliyyətinin yaxşılaşdırılmasına dair təlimatlar" adlı sənəd müzakirə olunacaq. Bu məsələ Türkiyənin xarici işlər naziri Əli Babacanın təşəbbüsü ilə qurumun Nyu-Yorkda keçirilən qeyri-formal sammitində müzakirə olunub. XİN başçıları həmçinin peşəkar yük maşını sürücüləri və iş adamları üçün viza rejiminin asanlaşdırılmasına dair saziş imzalanması məsələsini də müzakirə etmək niyyətindədir. Toplantıda həmçinin QDİƏT-Avropa İttifaqı əməkdaşlığı, QDİƏT milli koordinatorlarının təyin olunması, quruma müşahidəçi statusla üzvlüyə dair ərizələrə baxılması məsələləri müzakirə olunacaq. Görüşün sonunda QDİƏT Xarici İşlər Nazirləri Şurasının Tirana Bəyannaməsi müzakirə olunacaq. Toplantının sonunda QDİƏT-ə sədrlik Albaniyadan Ermənistana keçəcək. Ermənistan bu quruma bu ilin noyabrın 1-dən 2009-cu ilin 30 aprelinə kimi sədrlik edəcək. Daha sonra sədrlik rotasiya qaydasında altı ay müddətinə Azərbaycana keçəcək. -
10-10-2008, 01:20 PMAPAQarabağ müharibəsi əlili yeni aldığı "Oka" markalı avtomobildə qəzaya düşərək ölüb
[b]Qarabağ müharibəsi əlili yeni aldığı "Oka" markalı avtomobildə qəzaya düşərək ölüb[b]
[Balakən - Oğuz. Vüqar Heydərov. APA. Qarabağ Müharibəsi əlili, 1972-ci il təvəllüdlü Balakən rayonu Tülü kənd sakini Alagözov Elçin Məhəmməd oğlu Oğuz rayonunda baş verən yol qəzasında dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzası oktyabrın 7-də saat 14.00 radələrində E. Alagözov İsmayıllı rayonunda əlillərə "Oka" markalı avtomobillərin təqdim etmə mərasimindən qayıdarkən baş verib. Bildirilib ki, E. Alagözovun idarə etdiyi "Oka" markalı avtomobil idarə etmənin itməsi səbəbindən Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 102-ci kilometrliyində yolun soluna çıxıb və əks istiqamətdə hərəkət edən 1979-cu il təvəllüdlü Şəki şəhər sakini Mustafayev Elçin Rafiq oğlunun idarə etdiyi "Toyata" markalı, 10-RL-655 dövlət nişan nömrəli avtomaşınla toqquşaraq ağaca dəyib. Bədən xəsarətləri alan E. Alagözov Oğuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib. E. Alagözovun sərnişin 1989-cu il təvəllüdlü Balakən rayon Talalar kənd sakini Süleymanov Bəhruz Bilal oğlu ağır bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. -
10-10-2008, 01:30 PMAPAAzərbaycan dünya mətbuatında haqqında məlumat gedən ölkələrin siyahısında 60-cı yeri tutub
[b]Azərbaycan dünya mətbuatında haqqında məlumat gedən ölkələrin siyahısında 60-cı yeri tutub[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan dünya mətbuatında ölkələr haqqında məlumatların sayına görə müəyyənləşən "East West Global Index 200" reytinqində 60-cı yeri tutub. APA-nın məlumatına görə, reytinq cədvəli aprel-iyul aylarında dünyanın 38 aparıcı kütləvi informasiya vasitələrində keçirilən monitorinq əsasında hazırlanıb. Bu müddət ərzində 38 media orqanında Azərbaycanın adı 869 dəfə çəkilib. Reytinq cədvəlində ilk yeri 32155 xatırlatma ilə Sinqapur tutur. Ermənistan 1140 xatırlatma ilə 151-ci yerdədir. -
10-10-2008, 01:40 PMAPAÇelik: "Mənim üçün Türkiyə, bayraq sözü nə qədər önəmlidirsə, Ergenekon sözü də o qədər önəmlidir" - FOTOSESSİYA
[b]Çelik: "Mənim üçün Türkiyə, bayraq sözü nə qədər önəmlidirsə, Ergenekon sözü də o qədər önəmlidir" - FOTOSESSİYA[b]
Türkiyəli sənətçi Qafqaz rəqslərinə heyran olduğunu, Azərbaycanın bütün görməli yerlərini gəzəcəyini deyir
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin məşhur sənətçisi Çelik Erişçinin APA-ya eksklüziv müsahibəsi- Yaşamaq üçün Azərbaycanı seçməyiniz nə ilə bağlıdır?- Dövlət olaraq Azərbaycanın, ticarət layihələri baxımından isə Bakının gələcəyi çox parlaqdır. Bura gəldiyimdən bəri sadəcə bunu deyirəm ki, yaxın vaxtlarda Bakı Qafqazın Parisi olacaq. Burada çox gözəl ticarət quracağam və gəlişimin əsas məqsədi də budur. - Deyəsən, ticarətə restoran biznesi ilə başlamaq niyyətindəsiniz.- Əslinə qalsa, restoran mənim bu yolda ilk addımımdır. Bakıda həyata keçirmək istədiyim azı 3 layihə var. Hazırda onların üzərində işləyirəm. Bunlardan birincisi otel açmaq, digərləri isə menecerlik və təşkilatçılıqla bağlı layihələrdir. Əsas məqsədimiz buradakı sənətçiləri Türkiyə və dünya miqyasına çıxarmaq, Azərbaycanda isə Türkiyə sənətçilərinin konsertlərini təşkil etməkdir. Ancaq buradakı sənətçilərdə və mediada yanlış anlaşılan bir məsələ var. Onlar yalnız populyar və daha tanınmış olan şəxsləri sənətçi olaraq görürlər. Bu, çox böyük bir xətadır. Burada populyar olmayan çox dəyərli sənətçilər var. Biz onlara da menecerlik etmək fikrindəyik. - Paytaxtımızda saysız-hesabsız restoranlar və otellər fəaliyyət göstərir. Siz bu rəqabətə tam hazırsınızmı? - Rəqabətə hazıram, özü də lap çoxdan. Bu sahədə təcrübəmiz var. Şəxsən mən Türkiyədə çoxsaylı restoranlar işlətmişəm, yəni həmin restoranlara sahiblik etmişəm. Bu sahədə uğur qazanacağıma tam əminəm. Amma işimi buradakı sistemlə aparmayacağam. - Bu işə təkbaşına girişmədiyiniz bəllidir. Ticarət ortağınızın kimliyini açıqlaya bilərsinizmi? - Düzdür, ticarət ortaqlarım var. Ancaq onların kimliyini sirr olaraq saxlamağı lazım bilirəm. Bircə onu deyim ki, Azərbaycanda çoxlu dostlarım var. - Hansı Azərbaycan sənətçiləri ilə əməkdaşlıq etməyi düşünürsünüz? - Bunu hələ dəqiq müəyyənləşdirməmişik. Belələri var, ancaq onları daha çox tanımaq lazımdır. Əsas məsələ səs və sənətdir, bizim üçün başqa meyarlar yoxdur. Mən Qafqaz rəqslərinə heyranam. Burada Qafqaz rəqslərini ifa edən kollektivlərin çıxışlarına baxmaq istəyirəm, onları Türkiyəyə aparmaq arzum var. Amma bizim anladığımız anlamda populyar olmadığı üçün kimsə bu rəqslə maraqlanmır. Burada qalacağım müddətdə yerli sənətçilərin konsertlərinə, rəqs göstərilərinə, opera tamaşalarına, teatrlara, klassik musiqi konsertlərə getmək istəyirəm. Eyni zamanda muzeyləri, kinoteatrları, tarixi abidələri görmək niyyətindəyəm. Qazaxda dövlət başçısının qatıldığı bir konsertdə çıxışım oldu. Oraya gedərkən yol boyunca gördüklərim inanılmazdır. Mən burada Dədə Qorqudun abidəsinin olduğunu bilmirdim. Belə şeylərin hamısını görmək istəyirəm. Yəni daha populyar və göz önündə olan şeylərlə yox, diqqətdən bir az kənarda qalmış məsələlərlə bağlı layihələrim çoxdur. - Azərbaycan və Türkiyə şou-biznesi arasında fərqlər çoxdur. Maraqlıdır, Azərbaycanın şou-biznes aləminə qatılmaq istəyən Çelik buranın, yoxsa Türkiyənin standartlarına üstünlük verəcək? - Tamamilə doğrudur, fərqlər çox böyükdür. Amma bu prinsiplə Türkiyə ilə Amerika və Avropa arasında da fərqlilik çoxdur. Azərbaycanda şou-biznes inkişaf etməlidir. Əslində bütün ölkələrə aid olan daimi kriteriya, ümumi tələblər var. Kimsə dünya səviyyəsinə uyğunlaşmaq istəyirlərsə, həmin tələbələri yerinə yetirməlidir. Mən də həmin ümumi kriteyaları və tələbləri həm ölkəmdə, həm də burada həyata keçirəcəyəm. Bununla da şou-biznesin ümumi yolunu buradakılara öyrətmiş olacağam. - Bu istiqamətdə hər hansı tövsiyələriniz və addımlarınız olacaqmı?- Əlbəttə, olacaq. Bu tövsiyələrimi iş əsnasında verəcəyəm. Amma yaxın vaxtlarda kiçik bir layihə həyata keçirmək istəyirəm. Dərs verəcək bir yer açmaq fikrindəyəm. Bu, əsasən assistentlik kursu olacaq. Media koordinatorluğu və assistentliklə bağlı mütləq bir şeylər etmək lazımdır. Bu sahədə çoxlu çatışmazlıqlar var. Bu əksikliklərin tamamlanması üçün lazımi işlər görülməlidir. Tövsiyə vermək yerinə, bir məktəb açıb öyrətməyi üstün tuturam. - Türkiyə televiziyalarında, maqazin proqramlarında ən az görünən sənətçilərdən birisiniz. Bu, nə ilə əlaqədardır, yoxsa gündəmdə olmaqdan xoşlanmırsınız? - Gündəmlə əlaqəli deyil. Hər bir kəs gündəmdə olmağı çox sevir, mən də bunu xoşlayıram. Ancaq mən səviyyəli şəkildə - işimlə, sənətimlə, ifamla gündəmdə olmağa üstünlük verirəm. Səviyyəsiz bir şəkildə gündəmdə qalmaq mənə yaddır. - İndiyədək iki evliliyiniz olub. İkinci evliliyinizdən bir oğlunuz var. Onu Bakıya gətirmək fikriniz yoxdur ki?- Oğlum Atilla 4 yaşındadır. Hələ çox balaca olduğu üçün buraya gətirmək mümkün deyil. O, anasının yanındadır və artıq məktəbə getmə zamanı yaxınlaşır. İndi onu bura gətirsəm, iş görə bilməyəcəyəm. Yanında mütləq biri olmalıdır. - Burada olduğunuz müddətdə oğlunuz üçün darıxmayacaqsınızmı?- Türkiyəyə tez-tez gedib-gələcəyəm, həftənin bir-iki gününü onunla keçirəcəyəm. Daim yollarda olacağam... - Hər iki evliliyinizin pozulmasına səbəb nə olub? Evliliyə xarakteriniz imkan vermir, yoxsa sənətiniz? - Bizim çox çətin həyatımız var. Kənardan baxanda çox maraqlı, cəlbedici, arzu edilən bir həyat kimi görünə bilər, amma göründüyü kimi deyil. Bir qadınla bərabərliyi davam etdirərkən, işində-gücündə olmaq həqiqətən çox çətindir. Məsələn, hansısa xanım sənətçi ilə konsert üçün birgə turneyə çıxmaq birlikdə olduğun qadının xoşuna gəlməyə bilər, amma bu, bizim işimizdir. Yəni belə məsələlər ortaya çıxanda evliliyi davam etdirmək olmur, bu üzdən daim problemlər yaşanır. Bu, cansıxıcı bir durumdur, bütün bunlara tab gətirmək çətin olur. - Türkiyədə seriallara çəkilməyi gələcək planlarınız sırasına daxil etmisinizmi?- Ola bilər. Əgər səviyyəli, özümə layiq serial olarsa, çəkilərəm. Səviyyəli bir şey deyəndə maddiyyəti qətiyyən nəzərdə tutmuram. Ümumiyyətlə, mən heç nəyi maddiyyətlə ölçmürəm. İstər filmdə, istərsə də serialda ifa edəcəyim obraz mənə uyğun olmalıdır. Məsələn, həyatım boyu filmdə və ya serialda narkoman obrazını canlandırmaram. Lap bu rol üçün mənə 1 milyon dollar versələr belə... - Bəs hansı rolu təklif etsələr razılıq verərdiniz? - Müəllim, vəkil, qanun adamı rolunu oynaya bilərəm, amma mənfi rolları sevmirəm. Mən öz gücümə inandığım üçün mənfi rolları oynamaq istəmirəm, çünki bu rolla tamaşaçıda başqa fikirlər oyadacağam. Bu üzdən də seriala çəkilməklə bağlı çoxsaylı dəvətlərdən imtina etmişəm. Azərbaycanda da filmə dəvət alsam, eyni şərtlər irəli sürəcəyəm. Bu fikrim Hollivud və ya Paris üçün də dəyişməzdir. - Siyasətlə maraqlanırsınızmı?- Siyasətlə çox yaxından maraqlanıram və qəti, konkret mövqeyim var. Vətənimi çox sevirəm və dövlətimin quruluş ideallarına sadiqəm. Ölkəmin qurucusu və lideri Mustafa Kamal Atatürkə çox bağlıyam. Partiya mənsubluğum yoxdur. Doğru saydığım hər şeyi azad şəkildə söyləyə bilmək azadlığım var. - Gələcəkdə millət vəkili seçilmək iddianız varmı?- Əlbəttə. Yaxın illərdə mütləq siyasətə atılıb, bu düşüncəmi həyata keçirəcəyəm. - Türkiyədə cərəyan edən "Ergenekon" məsələsinə münasibətimiz necədir?- Ergenekon türklüklə bağlı çox müqəddəs sözlərdən biridir. Mənim üçün Türkiyə, bayraq sözləri nə qədər önəmlidirsə, Ergenekon sözü də o qədər önəmlidir. O ada zərər vermək üçün atılan hər bir addımı səhv hesab edirəm. Bu mövzuda yazılanların heç birinin doğruluğuna inanmıram. Bu məsələ ilə bağlı hazırda Türkiyədə çox ciddi basqı var. - Bəlkə sizi Türkiyədən qaçıran da elə bu basqıdır?- Yox, mənim bu anlamda bir sıxıntım yoxdur. Ancaq Türkiyədə ölkəsini, xalqını qoruyan insanlara qarşı çox ciddi basqılar var. İnsanlar bundan dolayı çox sıxıntı çəkirlər. Məqamı yetişəndə sizin mətbuata bəzi siyasi məsələlər barəsində açıqlama verəcəyəm. - Türkiyənin hansı futbol komandasına azarkeşlik edirsiniz? - "Qalatasaray"lıyam, amma fanat deyiləm. Ümumiyyətlə, idmanı çox sevirəm. Azərbaycanın voleybol yığmasının kapitanı olan qız hazırda İstanbuldadır və onu seyr edirəm. Özüm də həmişə voleybol, basketbol oynayıram, digər idman növləri ilə də məşğul oluram. - Çelik polad deməkdir. Adınız xarakterinizə nə qədər uyğundur?- Eyibdir söyləməsi, amma mən elə əsl çelikəm. Yaxşı insan olduğumu düşünürəm. Dürüstəm və hər zaman verdiyim sözləri yerinə yetirirəm. - Azərbaycan sənətçilərindən kiminlə duet oxumaq fikrindəsiniz? Bəstələrinizdən ifa üçün bizim sənətçilərə verə bilərsinizmi?- Hələ ki seçim etməmişəm. Noyabrın sonuna kimi Bakıda bütün Azərbaycan televiziyalarını seyr edəcəyəm, sonra Azərbaycan türkcəsini mükəmməl öyrənmək istəyirəm. Yəni bu dili tamlığı ilə anlamaq və danışmaq arzusundayam. Duet məsələsinə gəlincə, bu, bir az vaxt aparan işdir. Öncə bir mahnı olmalı və sonra bu mahnını hansı sənətçi ilə birlikdə oxumağın daha yaxşı alınacağını düşünmək lazımdır. Mənim "Sən yoluna, bən yoluma" mahnımı Əbru Gündəş, "Qızımız olacaq" mahnımı isə İzel oxuyur. Əgər Əbru Gündəşin oxuduğunu İzel, İzelin oxuduğunu isə Əbru oxusaydı, çox pis alınardı. Mən mahnı seçimi edərkən çox götür-qoy edirəm. Ağlımda bir-iki sənətçi var, ancaq hələ dəqiqləşdirməmişəm. Bu gün üçün hələlik bir nəfərin adını çəkə bilərəm, o da Azərindir. Onun ifası olduqca diqqətimi çəkdi. - Gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul etmək fikriniz yoxdur ki? - Siz necə öz vətəndaşlığınızdan vaz keçməzsinizsə, mən də Türkiyə vətəndaşlığımdan imtina etmərəm. Amma sizin mərhum lideriniz Heydər Əliyevin bir sözü var və Türkiyədə o söz çox sevilir - "Bir millət, iki dövlət". İki ayrı dövlət kimi görünsək də, bir millətik. Mən bir fərq görmürəm. Azərbaycanda və bölgədə rus dili də çox işlək olduğu üçün bu dili də öyrənmək istəyirəm. Burada gördüyüm işlər Türkiyədəki işlərimə qətiyyən mane olmur. Orada restoranım var və indi də işləyir. Noyabrda yeni albomum çıxacaq və təqdimatını Türkiyədə keçirəcəyəm. Amma burada ticarət baxımından Amerikadan, Avropadan və Türkiyədən daha yaxşı imkanlar var. - Bakının tarixi yerlərində olmusunuzmu?- Bəli, İçərişəhərdə olmuşam və oranı çox sevirəm. Amma Azərbaycanın çox az yerini tanıyıram, bu dəfə ölkənizi daha çox gəzib öyrənəcəyəm. Məqsədim bütün əyalətlərinizdə konsert proqramı ilə çıxış etməkdir. - Azərbaycan mətbəxində ən çox sevdiyiniz yemək hansıdır?- Qutabı çox sevirəm. İndi yeməklərin adını çox da bilmirəm, ancaq mətbəxiniz çox zəngin və ləzzətlidir. Tezliklə hər birinin adını öyrənəcəyəm. - İmicinizə dəyişiklik etmək fikriniz varmı? - Yeni albomum çıxdıqdan sonra imicimdə dəyişiklik etməyi düşünürəm. -
10-10-2008, 01:50 PMAPATQDK qəbul imtahanlarında açıq test banklarından istifadəni dayandıracaq
[b]TQDK qəbul imtahanlarında açıq test banklarından istifadəni dayandıracaq[b]
[Bakı. İlhamə İsabalayeva-APA. "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2000-ci ildə test bankını çap edib. Biz bu testləri imtahana hazırlıq kimi deyil, pedaqoji işçiləri onlarla tanış etmək üçün açıqladıq. Hazırda həmin test bankı bugünki test bankının 30 faizini təşkil edir. Gələcək imtahanlarda isə o test bankından bir sual da istifadə ediılməyəcək". APA-nın məlumatına görə, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında TQDK-nın sədri Məleykə Abbaszadə deyib. Komissiya sədri təəssüflə qeyd edib ki, bu gün repetitorluqla məşğul olan müəllimlər açıq test bankından abituriyentləri hazırlaşdırmaq üçün istifadə edirlər. Bunu səhv yol sayan M. Abbaszadənin sözlərinə görə, ötən müddətdə saxta test bankı dərc edənlər də çox olub: "Müəllimlər test banklarını toplayırlar və hesab edirlər ki, artıq bankın bir hissəsi onlarda var. Ancaq hansı müəllimlər "məndə test bankı var, sizi hazırlaşdıracağam" deyirsə, onlar düzgün hazırlaşdırmırlar. Abituriyent test tapşırıqlarını əzbərləməli deyil, qəbul proqramlarını mənimsəməlidir". M. Abbaszadənin sözlərinə görə, artıq qapalı bankda kifayət qədər sual olduğu üçün açıq test bankından istifadə etməmək olar. -
10-10-2008, 02:00 PMAPATRT-də "Sən türkünü söylə" adlı solist yarışması başlayır
[b]TRT-də "Sən türkünü söylə" adlı solist yarışması başlayır[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Oktyabrın 11-də Bakı vaxtı ilə saat 23.00-da Türkiyənin TRT-1 və "TRT İnt" telekanallarında xalq musiqisi janrında "Sən türkünü söylə" adlı solist yarışması başlayacaq. Bu barədə APA-ya TRT-nin Bakı təmsilçiliyinin mətbuat xidmətindən məlumat verilib. Qaliblərin SMS vasitəsilə seçiləcəyi yarışmada Azərbaycanı Qızılgül Babayeva təmsil edəcək. Q. Babayevanı Azərbaycan, Türkiyə və Avropada yaşayan azərbaycanlılar SMS-lə dəstəkləyə bilərlər. Onun SMS nömrəsi yarışma başlayan andan efirdən elan ediləcək. -
10-10-2008, 02:10 PMAPAAli məktəblərə qəbul imtahanlarının test tapşırıqlarında dəyişikliklər ediləcək
[b]Ali məktəblərə qəbul imtahanlarının test tapşırıqlarında dəyişikliklər ediləcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanları zamanı təqdim edilən test tapşırıqlarında müəyyən dəyişikliklər edəcək. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, dəyişikliklər testin təqdim olunma forması, onun metodiki cəhətdən işlənməsi ilə bağlı olacaq. O, model testlərin "Abituriyent" jurnalının gələn il çıxacaq 1-ci və 2-ci saylarında çap ediləcəyini söyləyib: "İndiyə qədər istifadə edilən testlərdə təklif olunan cavablardan biri seçilirdi. Amma elə testlər var ki, cavab yazılmır. Sual verilirsə, cavabı yazılmalıdır". M. Abbaszadə ümumilikdə qəbul imtahanlarının məzmununda, ixtisas qruplarında heç bir dəyişiklik olmayacağını vurğulayıb: "Növbəti tədris ili üçün qəbul imtahanlarında ötənilki modeldən istifadə olunacaq. Biz hər il elmi-metodiki seminarlarda müxtəlif modelləri müzakirə edirik. Amma hüququ qərar olmadan heç bir dəyişiklik tətbiq edilə bilməz". Yanvarda fənlər üzrə qəbul proqramlarının da çap ediləcəyini açıqlayan M. Abbaszadənin sözlərinə görə, imtahanların təhlükəsizliyinə təsir göstərməmək şərti ilə sənəd verilmə prosesi sadələşdiriləcək.