[b]Qusarda keçirilmiş əməliyyat zamanı həbs olunan vəhhabilər arasında Azərbaycan komandalarında çıxış etmiş futbolçu da var[b]
Bakı - APA-SPORT. Qusarın "Şahdağ" və İmişlinin "MKT-Araz" klublarının sabiq futbolçusu Aleksandr Nurəliyev həbs edilib.
["APA-SPORT"un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi bu ilin avqust-sentyabr aylarında Azərbaycanın Qusar rayonu ərazisində keçirilən əməliyyatlar zamanı həbs edilmiş vəhhabilər arasında olub.A. Nurəliyevin "Meşə qardaşları" adlanan dəstə ilə əlbir olması artıq təsdiqlənib. Məhz bu səbəbdən əslən dağıstanlı futbolçu saxlanılaraq, istintaqa cəlb edilib. Qeyd edək ki, "Meşə qardaşları"nın üzvləri Azərbaycan və Rusiya ərazisində müxtəlif cinayətlər törətməklə yanaşı, paytaxt Bakıdakı "Əbu Bəkr" məscidində 2 nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən terror aktı törətməkdə günahlandırılırlar. "Meşə qardaşları"nın başçısı, Zaqatala rayon sakini İlqar Mollaçiyev isə Dağıstan ərazisində keçirilən əməliyyat zamanı öldürülüb.
Azərbaycan Xəbərləri
Printable View

10-23-2008, 11:20 AMAPAQusarda keçirilmiş əməliyyat zamanı həbs olunan vəhhabilər arasında Azərbaycan komandalarında çıxış etmiş futbolçu da var

10-23-2008, 11:30 AMAPAAzərbaycan paytaxtında məktəb direktorunun evi yandırılıb
[b]Azərbaycan paytaxtında məktəb direktorunun evi yandırılıb[b]
Bakı. Hafiz Heydərov - APA. Bakının Sabunçu rayonunda məktəb direktorunun evi qardaşı tərəfindən yandırılıb.
[Sabunçu rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hadisə bu gecə baş verib. Səbayel rayon sakini, 1945-ci il təvəllüdlü Arif Cavadov Sabunçu rayonunda yaşayan, həmin rayondakı 107 saylı orta məktəbin direktoru vəzifəsində çalışan, bacısı, 1953-cü il təvəllüdlü Brilyant Cavadovanın evini yandırıb. Baş vermiş hadisə nəticəsində xəsarət alan olmasa da, ev içərisindəki əşyalarla birgə tamam yanıb. Hadisədən dərhal sonra polisə müraciət edən məktəb direktorunun qardaşı saxlanılıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, A. Cavadovun bacısı ilə mülk davası var. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırmalar davam etdirilir. -
10-23-2008, 11:40 AMAPAAzərbaycanda Xəzər dənizinə çirkab sular axıdan bir sıra müəssisə aşkarlanıb
[b]Azərbaycanda Xəzər dənizinə çirkab sular axıdan bir sıra müəssisə aşkarlanıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi bır sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktlarını aşkarlayıb. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar departamentin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparıblar. Məlum olub ki, Lənkəran Su Kanal İdarəsinə məxsus Bioloji Təmizləyici Qurğuya və Bakı Kanalizasiya Xidmətləri İdarəsinin balansında olan Sahil və Hövsan Bioloji Təmizləmə Qurğularına daxil olan məişət çirkab suları təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır. «Hacı-Həsən» və «Zığ» Mexaniki Təmizləmə Qurğularına daxil olan müxtəlif tərkibli çirkab suların təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Hacı-Həsən gölünə, daha sonra kanal vasitəsi ilə Bakı-Salyan şosesinin altından Lökbatan çimərliyinə axıdılması faktı aşkarlanıb. Sumqayıt şəhərindəki «Azərikimya» Dövlət Şirkətinə məxsus Üzvi Sintez Zavodunun Bioloji Təmizləmə Qurğusuna daxil olan məişət çirkab və sənaye axıntı suları reqlament normalarına uyğun təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması müəyyənləşib. Neftçala rayonundakı «Azəryod» MMC yod istehsalında istifadədən sonra formalaşan lay sularını təmizlənmədən Mil-Muğan kanalına və buradan Xəzər dənizinə axıdır.Çatışmazlıqların aradan qaldırılması üçün müəssisələr cərimələnib və onlara icrası məcburi olan müddətli «məcburi göstərişÂ»lər verilib. -
10-23-2008, 11:50 AMAPAAMEA-nın Şərqşünaslıq İnstitutu yubileyə hazırlaşır
[b]AMEA-nın Şərqşünaslıq İnstitutu yubileyə hazırlaşır[b]
[Bakı. Kəmalə Quluyeva-APA. Gələn ay Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutu 50 illik yubileyini qeyd edəcək. Bu barədə APA-ya institutun elmi katibliyindən məlumat verilib. Yubiley münasibətilə institut əməkdaşlarına AMEA Rəyasət Heyətinin fəxri fərmanlarının verilməsi, yubiley toplusunun hazırlanması, elmi məqalələrdən ibarət məcmuənin çap olunması və elmi sessiyanın keçirilməsi nəzərdə tutulub. -
10-23-2008, 12:00 PMAPAAzərbaycan Müdafiə Nazirliyinin giziri həbs olunub
[b]Azərbaycan Müdafiə Nazirliyinin giziri həbs olunub[b]
[Bakı. Hafiz Heydərov - APA. Ağstafada yerləşən "N" saylı hərbi hissənin giziri həbs edilib. Sabunçu rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, 1970-ci il təvəllüdlü Mahal Yusif oğlu Yusifov xidmət yerini özbaşına tərk etməkdə təqsirli bilinir. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o paytaxtda saxlanılıb. Ağstafa rayon Polis Şöbəsindən (RPŞ) APA-ya bildirilib ki, M. Yusifov Müdafiə Nazirliyinin rayonda yerləşən "N" saylı hərbi hissəsinin giziri olub. Bu ilin aprel ayında o, xidmət etdiyi hərbi hissəni özbaşına tərk edib. M. Yusifov Cinayət Məcəlləsinin 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə 6 ay axtarışda olub. Hazırda Ağstafa RPŞ-də M. Yusifovun barəsində açılmış cinayət işinin istintaqı davam etdirilir. -
10-23-2008, 12:10 PMAPAAzərbaycanın müdafiə naziri İşgüzar Dairələrin Milli Təhlükəsizlik məsələləri üzrə təşkilatının nümayəndə heyətini qəbul edib
[b]Azərbaycanın müdafiə naziri İşgüzar Dairələrin Milli Təhlükəsizlik məsələləri üzrə təşkilatının nümayəndə heyətini qəbul edib[b]
[Bakı - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İşgüzar Dairələrin Milli Təhlükəsizlik məsələləri üzrə təşkilatının (BENS) geniş tərkibli nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müdafiə naziri görüşdə Azərbaycanın son illər əldə etdiyi iqtisadi-siyasi uğurlarından, ordu quruculuğu prosesində qazanılmış irəliləyişlərdən danışıb. Regionda mövcud olan gərgin hərbi-siyasi durum, Dağlıq Qarabağ probleminin həllini ləngidən amillər və digər məsələlər görüşdə əsas müzakirə mövzusu olub. Nümayəndə heyətinin başçısı istefada olan general Çarlz Boyd, ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının müavini, vitse-admiral Riçard Qallager və nümayəndə heyətinə daxil olan digər şəxslər Azərbaycanla bağlı onları maraqlandıran məsələlər barədə müdafiə naziri ilə geniş fikir mübadiləsi aparıblar. Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Dersi də iştirak edib. -
10-23-2008, 12:20 PMAPABakıda Polşanın "Keramika Paradij" şirkətinin dizayner proqramının təqdimatı keçiriləcək
[b]Bakıda Polşanın "Keramika Paradij" şirkətinin dizayner proqramının təqdimatı keçiriləcək[b]
[Bakı. Laçın Sultanova-APA. Bakıda Polşanın keramik plitələr istehsal edən "Keramika Paradij" şirkətinin dizayner proqramının təqdimatı keçiriləcək. Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsindən məlumat verilib. Təqdimetmə mərasimi oktyabrın 25-də baş tutacaq. -
10-23-2008, 12:40 PMAPABeyin iflici keçirən Milli Məclisin deputatı Vidadi Məmmədov reanimasiyadan palataya köçürülüb
[b]Beyin iflici keçirən Milli Məclisin deputatı Vidadi Məmmədov reanimasiyadan palataya köçürülüb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Oktyabrın 15-də beyin insultu diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Azərbaycan Milli Məclisinin deputatı Vidadi Məmmədov palataya köçürülüb. Bu barədə APA-ya Mərkəzi Neftçilər Xəstəxanasının nevrologiya şöbəsinin müdiri Hikmət Qarayev məlumat verib. Onun sözlərinə görə, artıq özünü yaxşı hiss edən deputat müəyyən fiziki hərəkətlər də edir. Həkim Vidadi Məmmədovun 10-15 gündən sonra evə buraxılacağını bildirib. Qeyd edək ki, Milli Məclisin deputatı Vidadi Məmmədovun beyninin sağ tərəfi iflic olub. -
10-23-2008, 01:00 PMAPA«Akkord» şirkəti gələn il Bakı və Abşeronda 60 yaşayış binası istifadəyə verəcək
[b]«Akkord» şirkəti gələn il Bakı və Abşeronda 60 yaşayış binası istifadəyə verəcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın «Akkord İnşaat Sənaye» tikinti şirkəti 2009-cu il ərzində Bakı və Abşeron yarımadasında təxminən 60 yaşayış binası istifadəyə verəcək. Bu barədə «APA-ECONOMICS»ə şirkətin memarlıq və dizayn departamentindən məlumat verilib.Cari il ərzində «Akkord İnşaat Sənaye» şəhərin müxtəlif yerlərində 2 bloklu 20 mərtəbəli, 2 bloklu 16 mərtəbəli, 8 bloklu 20 mərtəbəli və digər yaşayış binalarını istifadəyə verib. Cari ilin noyabr ayının sonunda isə daha bir 20 mərtəbəli 1 bloklu binanın istifadəyə verilməsi planlaşdırılır.Qeyd edək ki, gələn il ərzində hazırda tikintisi davam etdirilən «Etalon» (18-20 mərtəbəli 8 bina), Bakıxanov qəsəbəsindəki (20 mərtəbəli 8 bina), «Gənclər şəhərciyi» (12 mərtəbəli 34 bina) və «Kosmos» (19-20 mərtəbəli 20 bina) yaşayış kompleksləri də istifadəyə veriləcək. Qeyd edək ki, «Akkord» Şirkətlər Qrupuna daxil olan «Akkord İnşaat Sənaye» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. -
10-23-2008, 01:10 PMAPAAzərbaycanda yanvar-sentyabr aylarında ətraf mühitin qorunması ilə bağlı 1,6 mln. manatlıq cərimə tətbiq olunub
[b]Azərbaycanda yanvar-sentyabr aylarında ətraf mühitin qorunması ilə bağlı 1,6 mln. manatlıq cərimə tətbiq olunub[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2008-ci ilin yanvar-sentyabr ayları ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2 574 akt və protokol tərtib edib, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 648 icrası məcburi olan göstəriş verib. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 716 iş üzrə 1 628 564,3 manat məbləğində cərimə tətbiq edilib və onun 254 507,25 manatı ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 819 iş üzrə 1 661 073 manat məbləğində iddia qaldırılıb, ondan 178 061,8 manatın ödənilməsi təmin edilib. Nazirlik 2 039 iş üzrə 306 961,5 manat məbləğində ödəmə tətbiq edib, onun 207 779,5 manatı ödənilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 67 işdən 22-nə, məhkəmələrə göndərilmiş 163 işdən 58-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 367 işdən 32-nə baxılaraq müvafiq tədbirlər görülüb.