[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 9-da saat 11.30-dan 11.40-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.00-dan 17.15-dək, 21.30-dan 21.55-dək, 22.35-dən 23.05-dək və oktyabrın 10-da saat 03.20-dən 04.00-dək, 05.20-dən 05.30-dək fasilələrlə Tərtər rayonunun Göyarx, Seysulan və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.25-dən 22.30-dək və oktyabrın 10-da saat 01.45-dən 02.05-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Azərbaycan Xəbərləri
Printable View

10-10-2008, 10:20 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

10-10-2008, 10:30 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
10-10-2008, 11:00 AMAPABakı-Şamaxı yolunda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb
[b]Bakı-Şamaxı yolunda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb[b]
Bakı. Hafiz Heydərov - APA. Bakı-Şamaxı yolunda dəhşətli yol qəzası baş verib. "KamAZ"-la sərnişin mikroavtobusunun toqquşması nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.
[Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə Bakı-Şamaxı magistral yolunun 41-ci kilometrliyində, Abşeron rayonu ərazisində baş verib. Şamaxı istiqamətində hərəkət edən, Sülh Hüseynovun idarə etdiyi "Ford" markalı sərnişin mikroavtobusu əks istiqamətdə hərəkət edən Vahid Həsənovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 3 nəfər hadisə yerindəcə keçinib. Ölənlərin Şamaxı sakinləri olduğu, hazırda onların şəxsiyyətinin müəyyənləşdirildiyi bildirilir. Bundan başqa, mikroavtobusda olan bir neçə nəfər ağır yaralanıb. Faktla bağlı Abşeron RPİ tərəfindən araşdırma aparılır. -
10-10-2008, 11:10 AMAPAQulamhüseyn Əlibəyli: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıl əlverişli geosiyasi şərait yaranıb"
[b]Qulamhüseyn Əlibəyli: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıl əlverişli geosiyasi şərait yaranıb"[b]
Prezidentliyə namizəd, Azərbaycan Aydınlar Partiyasının Təşəbbüs Qrupunun sədri Qulamhüseyn Əlibəylinin APA-ya müsahibəsi
[- Prezidentliyə namizəd olaraq seçkilərə hansı şüarlarla gedirsiniz, qarşıya qoyduğunuz əsas məqsədlər hansılardır?- Seçkilərə namizədliyimi irəli sürərkən ən müxtəlif şüarlar üzərində düşündüm. Və elə bir şüar seçməyə çalışdım ki, bütün məqamları özündə əks etdirsin. Amma Azərbaycanda problemli sahələr çox olduğundan belə bir şüar seçmək mümkün deyildi. Ona görə də bir neçə şüar irəli sürüldü. Bunlar "Azad vətəndaş, məğrur millət, güclü dövlət!", "Korrupsiyasız və səmərəli idarəetmə!", "Fasiləsiz və davamlı demokratiya!", "Nizamlı həyat vasitəsilə aydınlığa doğru!" şüarlarıdır. - Seçicilərlə görüşlərdə daha çox Azərbaycanda idarəetmə sistemindən narazılığınızı bildirirsiniz?- Azərbaycanda idarəetmənin təşkili ilə bağlı nöqsanlar var. Yəni idarəetmə mexanizmi düzgün təşkil olunmayıb. Prezidentin əlində həddən artıq rəsmi səlahiyyətlər cəmləşib. Milli Məclis demək olar ki, real səlahiyyətə malik olmayan orqandır. Nazirlər Kabinetinin isə ümumiyyətlə səlahiyyəti yoxdur. Ona görə də, bir nəfərin əlində səlahiyyət çox cəmləşəndə həmin səlahiyyətləri ilə necə rəftar etməyi bilmir. Mən prezident seçiləndə ilk addımlardan biri kimi dövlət başçısının səlahiyyətlərini referendum yolu ilə xeyli məhdudlaşdıracağam. Seçkilərdə qalib gələcəyim halda referendum yolu ilə Konstitusiyada dəyişikliklər ediləcək və hakimiyyət strukturları arasında səlahiyyətlər bölgüsü dəqiqləşdiriləcək. Yəni icra hakimiyyətinin həyata keçirilməsi ilə əlaqədar prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasına, həmin səlahiyyətlərin Milli Məclis və Nazirlər Kabineti arasında bölüşdürülməsinə ehtiyac var. Dövlət idarəetməsinin həyata keçirilməsində Nazirlər Kabinetinin rolu artırılmalı, Nazirlər Kabinetinin respublika hökuməti statusu təmin olunmalı, Nazirlər Kabineti parlament seçkilərində qalib gəlmiş siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən formalaşdırılmalıdır. Mən hesab edirəm ki, yerli hakimiyyətin həyata keçirilməsi mexanizmində də əsaslı dəyişikliklərin edilməsinə ehtiyac var. - Bu yanaşma bələdiyyələrə də aiddir?- Bəli. Bələdiyyələrin statusu artırılmalıdır. Onların səlahiyyətləri və maliyyə iqtisadi fəaliyyətini tənzimləyən yeni təkmil qanunlar qəbul olunmalıdır. Yerli icra hakimiyyəti orqanlarının kənd və qəsəbələr üzrə ərazi nümayəndəlikləri ləğv edilməlidir. Bu məsələlər bizim seçki platformamızda öz əksini tapıb. Bu gün Azərbaycanda bələdiyyələrin təşkilati strukturu təkmil deyil, biz bu institutun təkmilləşməsinə tərəfdarıq. Bakı və Gəncədə şəhər bələdiyyələri yaradılmasına ehtiyac var. Bələdiyyə təkcə öz fəaliyyəti hesabına maliyyələşməməlidir. Dövlət büdcəsinə ödənilən bir sıra vergi və ödənişlər bələdiyyə büdcəsinə keçirilməsinə, dövlət büdcəsindən bələdiyyələrin inkişafına dotasiya, subsidiya və uzunmüddətli faizsiz kreditlərin verilməsinə dair sistemli tədbirlərin görülməsinə çalışacağam. - Seçki sahəsində islahatların aparılmasına nə qədər ehtiyac var?- Hesab edirəm ki, seçki sistemində əsaslı islahatlar aparılmalıdır. Bir neçə il əvvəl Azərbaycanda proporsional seçki sistemi ləğv edildi. Bu, düzgün addım deyildi. Bu sistemi bərpa etmək və yenidən qarışıq sistemə keçməyə ehtiyac var. Həmçinin, bütün pillələrdən olan seçki komissiyalarının üzvləri dövlət məmurları kimi test imtahanları vasitəsilə seçilməlidir ki, onlar öz işlərini daha qanunauyğun yerinə yetirə bilsinlər. Bundan başqa məşvərətçi səs hüquqlu komissiya üzvlərinin səlahiyyətləri genişləndirilməli, müşahidəçilərin rəyi və müşahidə zamanı topladığı materiallar qanuni yolla əldə olunmuş sübut növü sayılmalıdır. - Sizin seçki platformanızda əsas yerlərdən biri də Qarabağ problemi ilə bağlı müddəalar tutur. Münaqişənin nizamlanmasına dair yeni bir təklifiniz varmı?- Bu gün Azərbaycanın problemləri çox olsa da, başlıca problemimiz Qarabağ problemidir. İşğalçı işğal etdiyi torpaqları danışıqlar yolu ilə qaytarmayacaq. Ermənilərin torpaqları təhvil verməsi o halda mümkün ola bilər ki, Azərbaycan dövləti özünə arxayın olsun. Amma bu günə qədər Azərbaycan dövləti daim güzəşt etmək mövqeyi tutub. Təsəvvür edin, Minsk Qrupu, ABŞ, Avropa İttifaqı gəlir və çox vaxt Azərbaycanla danışıq aparmırlar. Sadəcə gəlib təklif verirlər ki, ermənilər bunu təklif edir, razısınız, ya yox. Çünki onlar əmindir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinin elan olunması istisna olmaqla hər şeyə razılıq verir. Vasitəçilərin də obyektivliyinə inanmaq şübhəli məsələdir. Müharibə edən tərəflərdən birinin dostu necə vasitəçi ola bilər? Vasitəçilərdən biri olan Rusiya Ermənistanla dostluq əməkdaşlıq və hərbi yardım barədə müqavilə imzalayıb. Fransa ermənilər nə deyirsə, həmin dəqiqə rəsmiləşdirir. ABŞ-a gəlincə, fikirləri həmişə Fransa ilə üst-üstə düşür. Bir cavan oğlan göndəriblər, ağzında saqqız çeynəyə-çeynəyə gəlir, hər gün qəribə bir bəyanat verir. Sonra da deyir ki, "yox, mən elə deməmişəm, məni düzgün başa düşməyiblər". Deməli, Qarabağ probleminə münasibətdə həmsədrlərin üçünün də mövqeyi bir-birindən fərqlənmir. Ona görə də, Azərbaycan dövləti onların vasitəçilik missiyasından rəsmən imtina etməlidir. Mən hesab edirəm ki, problemin həlli ilə bağlı Azərbaycanda əlverişli geosiyasi şərait yaranıb. Yəni Azərbaycan neft amilindən istifadə edib danışıqlarda sərt mövqe nümayiş etdirməlidir və öz şərtini diktə etməyə çalışmalıdır.- Sizin hansı yeni variant təklif edirsiniz? - Dağlıq Qarabağ probleminin ədalətli və xalqımızın milli maraqlarına uyğun həlli üçün ilk növbədə danışıqlar zamanı Azərbaycanın rəhbər tutmalı olduğu əsas prinsiplər Milli Məclis tərəfindən təsdiq edilməlidir. Mən prezident seçilsəm, atacağım ilk addımlardan biri bu olacaq. Danışıqlarda daim güzəştə getmək və ya güzəştə hazır olmaq barədə bəyanatlardan imtina olunmalı, Dağlıq Qarabağ ermənilərinin statusu haqqında məsələ deyil, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olaraq təcavüzün nəticələrinin aradan qaldırılması prioritet sahə kimi müəyyənləşməlidir. Problemin dinc yolla həlli üçün nisbətən optimal variant sayılan "mərhələli həll" planı əsas götürülə bilər. Yəni işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması, həmin ərazilərdə torpaqların təmizlənməsi, qaçqınların öz doğma yurdlarına qaytarılması və onların təhlükəsizliyinin təmin olunması məsələsi həll olunduqdan sonra Dağlıq Qarabağ ermənilərinin statusu haqqında müzakirələrə başlamaq mümkündür. Mən həmçinin Azərbaycan ordusunun NATO standartları əsasında qurulmasının tərəfdarıyam. Bu sahədə Qərblə əməkdaşlıq daha da inkişaf etdirilməli, ordunun yüksək döyüş hazırlığına malik peşəkarlardan formalaşdırılmasına başlanmalıdır. Bu gün ordunun inkişafına mane olan məsələlərdən biri də korrupsiyaya və özbaşınalıqdır. Biz bunlara qarşı mübarizənin gücləndirilməsini və ordu üzərində parlament nəzarəti həyata keçirilməsini istəyirik.- İqtisadi sahədə hansı islahatların həyata keçirilməsini vacib sayırsınız?- İqtisadiyyat sahəsində problemlərimiz həddindən artıq çoxdur. Bu gün dövlət büdcəsinin 90 faizini neftdən gələn gəlirlər təşkil edir. Neft isə tükənən sərvətdir, 2030-cu ilə qədər Azərbaycan neftinin böyük bir hissəsi tükənə bilər. Ondan sonra necə olacaq Azərbaycan iqtisadiyyatı? Azərbaycan dövləti 10 milyarda yaxın neft pullarının bir hissəsini ən aşağı faizlə iflas təhlükəsi altında olan xarici banklarda qoyub. Halbuki daha nüfuzlu, nisbətən yuxarı faiz təklif edən və iflas təhlükəsi olmayan banklar var ki, o pulları həmin banklarda yerləşdirmək olardı. Biz neft gəlirlərini daha çox lazım olmayan istiqamətlərə yönəldirik. Bəlkə neft gəlirlərini daha çox gəlirli sahələrə, gələcəkdə investisiya və yaxud istehsal gətirə bilən sahələrə yönəldək? İqtisadiyyatın inkişafına mane olan əsas amillərdən biri rüşvətxorluq və korrupsiyadır. Bu neqativ halları aradan qaldırmaq üçün dövlət məmurlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilməlidir. Sahibkarlıqla, inhisarçılıqla məşğul olan məmurlar barəsində ciddi ölçü götürülməli, rüşvətxorluğu aradan qaldırmaqla özəl sahibkarlığı inkişaf etdirmək lazımdır. Bu da fikrimcə ilk növbədə regionların hesabına olmalıdır. Vaxtilə Azərbaycanda çayçılıq, tərəvəzçilik pambıqçılıq, üzümçülük və digər sahələr yüksək səviyyədə inkişaf edib. Bu sahələri yenidən əvvəlki səviyyəsinə qaldırmaq üçün güzəştli kreditlər vermək və vergilərdən azad etmək olar. Həmçinin pensiya sahəsində əsaslı islahatlar həyata keçirilməlidir ki, hər bir vətəndaş işlədiyinə uyğun pensiya alsın. Ən əsası onun aldığı pensiya kommunal xərcləri ödəsin. Amma bugünkü minimum əmək haqqı və pensiyalar kommunal xərcləri ödəməyə çatmır. Təhsil və səhiyyə ilə bağlı xeyli problemlərimiz var. Bu sahədə ciddi islahatlara ehtiyac var. Ən azı müəllimlərin maaşı artırılmalıdır ki, gedib başqa işlərlə məşğul olmasın, şagirdlərin, tələbələrin cibinə baxmasın. Yəni Azərbaycanda bütün sahələrdə problemlər mövcuddur. Buna baxmayaraq, onları aradan qaldırmaq mümkündür. - Siz ölkədə insan haqlarının vəziyyətindən narazı olan şəxslərdən birisiniz... - Son illər insanların Azərbaycan Konstitusiyası, Avropa Konvensiyası və digər beynəlxalq sənədlərlə nəzərdə tutulmuş hüquqları və əsas azadlıqlarının təmin olunması üçün heç bir ciddi addım atılmayıb. İnsan hüquqları və azadlıqlarının məhdudlaşdırılması sahəsində hüquq-mühafizə orqanlarının səlahiyyətləri azaldılmalı və əvəzində insan hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın səlahiyyətləri artırılmalıdır. Vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak etmək, seçmək, seçilmək, birləşmək hüquqlarının, fikir və söz, sərbəst toplaşmaq, məlumat azadlıqlarının real həyata keçirilməsi üçün şərait yaradılmasına ehtiyac var. Uzun illərdir ki, Azərbaycanda insanlar siyasi mənsubiyyətə görə təqib olunur. Biz istəyirik ki, bu kimi təzyiqlər aradan qaldırılsın, insanlar arasındakı ayrı-seçkiliyə son qoyulsun, bu və ya digər siyasi partiyanın üzvü olmasına görə insanlar sıxışdırılmasın, işdən çıxarılmasın və təqiblərə məruz qalmasın, hüquqlarının məhdudlaşdırılması hallarına yol verilməsin. - Siyasi partiyaların fəaliyyəti üçün hansı dəyişikliklərə ehtiyac var?- Azərbaycanda hakimiyyətə əks düşərgədə olan partiyaların fəaliyyəti üçün bu gün minimum imkanlar belə yoxdur. Əvvəlki illərdə ən azından qərargahları olan partiyalar bu gün qərargahsız fəaliyyət göstərmək məcburiyyətində qalıblar. Bizim seçki platformamızda bu məqamlar öz əksini tapıb. Ölkədə partiyaların fəaliyyəti üçün normal mühitin yaradılmasına ehtiyac var. Siyasi partiyaların normal fəaliyyəti üçün bərabər imkanlar yaradılmalı, partiyalar dövlət tərəfindən maliyyələşdirilməlidir. Əgər mən bu seçkidə qalib gəlsəm, siyasi partiyalar və onların yerli təşkilatları qərargahlarla təmin ediləcək, dövlət və ictimai televiziyalarda müxalifət partiyaları üçün ayrıca vaxt nəzərdə tutulacaq. Sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi həqiqətən xəbərdarlıq qaydasında tətbiq ediləcək, icra hakimiyyəti orqanları dinc toplantılara icazə vermək, toplantını qadağan etmək və məhdudlaşdırmaq səlahiyyətlərindən məhrum ediləcək, yalnız xüsusi əhəmiyyətli dövlət tədbirləri üçün nəzərdə tutulmuş məhdud sayda yerlər istisna olmaqla, dinc toplantıların istənilən yerlərdə keçirilməsinə yol veriləcək. -
10-10-2008, 11:20 AMAPAAkif Şahbazov: "Rəsul Quliyev İlham Əliyevə dəstək qərarımızı nə birmənalı müdafiə elədi, nə də əleyhinə çıxdı"
[b]Akif Şahbazov: "Rəsul Quliyev İlham Əliyevə dəstək qərarımızı nə birmənalı müdafiə elədi, nə də əleyhinə çıxdı"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin iclasından dərhal sonra partiya lideri Rəsul Quliyevlə telefon əlaqəsi yaratdım. Prezidentliyə namizəd İlham Əliyevin dəstəklənməsi ilə bağlı qərarı və iclasın gedişini onun diqqətinə çatdırdım. Rəsul Quliyev bildirdi ki, qəbul etdiyimiz qərar Azərbaycan xalqı üçün xeyirli olacaqsa, Azərbaycan dövlətinə xidmət mövqeyindədirsə, bu qərarın əleyhinə deyil". Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov deyib.Onun sözlərinə görə, partiyanın lideri Rəsul Quliyev İlham Əliyevin dəstəklənməsi ilə bağlı qərarı birmənalı olaraq müdafiə etmək və ya əleyhinə çıxmaq mövqeyində olmayıb: "O yalnız dediyim kontekstdə qərara öz münasibətini bildirdi". A. Şahbazov onu da qeyd edib ki, belə qərar qəbul etməkdə prezidentdən müəyyən gözləntiləri var: "Biz İlham Əliyevin prezident seçiləcəyinə inanırıq və seçiləndən sonra bir sıra ciddi islahatlar həyata keçiriləcəyini gözləyirik. Müsbət addımlar bizim tərəfimizdən təqdir olunacaq, nöqsanlar isə müxalifət partiyası olaraq tərəfimizdən tənqid ediləcək". -
10-10-2008, 11:30 AMAPASeçki Müşahidəçilərinin Dünya Şəbəkəsi Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
[b]Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsi Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək[b]
[Bakı. Ramil Məmmədli-APA. Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsi (SMDŞ) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. SMDŞ-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəbəkə Mərkəzi Seçki Komissiyasından (MSK) tərəfindən dəvət alıb və müşahidəçilərinin siyahısını akkreditasiyadan keçmək üçün komissiyaya təqdim edib. Missiyanın tərkibində dünyanın 34 ölkəsindən nümayəndə olacaq. Onlar Göyçay, Mingəçevir, Lənkəran, Quba və Bakıda yerləşən 350 məntəqədə müşahidə aparacaqlar. SMDŞ-nın müşahidə missiyası oktyabrın 13-dən etibarən Bakıda olacaqlar. Oktyabrın 16-da isə müşahidəçilərinin rəyi əsasında yekun hesabat hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, SMDŞ-nin təsis yığıncağı 2008-ci il iyulun 3-də Tiflisdə keçirilib. SMDŞ-nin təsisçiləri arasında Bolqarıstan, Sloveniya, Gürcüstan, Moldova, Çexiya, Polşa, Finlandiya, Estoniya və Azərbaycandan olan QHT-lər var. Şəbəkənin əsas missiyası postsovet məkanı və inkişaf etməkdə olan ölkələrdə parlament və prezident seçkilərində qısamüddətli müşahidəçiliyini həyata keçirməkdir. -
10-10-2008, 11:40 AMAPATerim "Bavariya" və "Tottenhem" klublarından da təklif alıb
[b]Terim "Bavariya" və "Tottenhem" klublarından da təklif alıb[b]
[Bakı - APA-SPORT. Türkiyə Futbol Federasiyası ilə müqaviləsinin müddətini uzatmayan Fatih Terimin müştərilərinin sayı artır. "APA-SPORT"un məlumatına görə, "Qalatasaray"dan sonra iki əcnəbi klub da 55 yaşlı mütəxəssisə təklif göndərib.Belə ki, bir neçə gün öncə İtaliyada səfərdə olan Terimlə Almaniyanın "Bavariya" və İngiltərənin "Tottenhem" klublarının menecerləri görüşüblər. Amma türkiyəli mütəxəssis hələ ki, aldığı cəlbedici təkliflərə cavab verməyib.Cari mövsümdə daxili birinciliklərində uğursuz çıxış edən "Bavariya" və "Tottenhem" klublarının rəhbərliyi vəziyyətdən çıxış yolunu Terimi baş məşqçi postuna gətirməkdə görürlər. -
10-10-2008, 11:50 AMAPAÇernoqoriya və Makedoniya Kosovonu tanyıblar
[b]Çernoqoriya və Makedoniya Kosovonu tanyıblar[b]
[Priştina - APA. Çernoqoriya və Makedoniya hökumətləri Kosovonun müstəqilliyinin tanınması və bu ölkə ilə diplomatik münasibətlərin qurulması barədə qərar qəbul ediblər. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ hər iki ölkənin qərarını alqışlayıb. Xatırladaq ki, Çernoqoriya və Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində olublar. Əvvəl Serbiyanın tərkibində olan Kosovo isə bu il fevralın 17-də müstəqilliyini elan edib. -
10-10-2008, 12:00 PMAPAAvropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı qərarını açıqlayıb
[b]Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı qərarını açıqlayıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Avropa İnsan Haqları Məhkəməsi 19853/03 saylı iş ("Akimova Azərbaycana qarşı") üzrə qərarını açıqlayıb. APA-nın məlumatına görə, 1950-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Valentina Akimova evinin məcburi köçkünlər tərəfindən qeyri-qanuni olaraq zəbt edildiyini bildirərək Strasburq məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti haqlı sayaraq iddiaçıya dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün ona Azərbaycan hökuməti tərəfindən 10 min manat təzminat verilməsi barədə qərar çıxarıb. Bundan başqa, Azərbaycan Ali Məhkəməsinin 21 yanvar 2008-ci il tarixli qərarına uyğun olaraq V. Akimovanın öz mənzili üzərindəki bütün hüquqları bərpa edilməlidir. -
10-10-2008, 12:20 PMAPAAzərbaycan Texniki Universitetinin müəllimi saxta sənəd satmaq faktı ilə bağlı tutulub
[b]Azərbaycan Texniki Universitetinin müəllimi saxta sənəd satmaq faktı ilə bağlı tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nadir Musəvi saxta doğum haqqında şəhadətnaməni 350 manata satarkən tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, şəhadətnaməni N. Müsəviyə satmaq məqsədi ilə vermiş, Azərbaycan Texniki Universitetinin baş müəllimi, Bakı şəhər sakini Faiq Əliyev də tutulub. F. Əliyevin evinə baxış zamanı 50 ədəd müxtəlif sənədlər və 200 ədəd müxtəlif blanklar aşkar edilərək götürülüb.