[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
[(08.10.2008/10:00)Alış (manat)Satış (manat)
Azərbaycan Xəbərləri
Printable View

10-08-2008, 10:20 AMAPA«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri

10-08-2008, 10:30 AMAPAGələn ay Bakıda "PCO" çərçivəsində hərbi əməkdaşlığa dair beynəlxalq seminar keçiriləcək
[b]Gələn ay Bakıda "PCO" çərçivəsində hərbi əməkdaşlığa dair beynəlxalq seminar keçiriləcək[b]
[Bakı. Viktoriya Dementyeva-APA. Noyabrın 4-5-də Bakıda "Peace-keeping cooperation" (PCO) çərçivəsində hərbi əməkdaşlığa dair beynəlxalq seminar keçiriləcək. Bu barədə APA-ya Norveç Krallığının Azərbaycandakı səfiri Yon Ramberq məlumat verib. Onun sözlərinə görə, seminarda iştirak məqsədilə Norveçdən ölkəmizə 4 hərbi inspektor gələcək. Onların səfərində məqsəd həmçinin Azərbaycan hərbçiləri ilə fikir mübadiləsi aparmaqdır. -
10-08-2008, 10:50 AMAPAUkraynada parlamentin buraxılması ilə bağlı prosedur başlayıb
[b]Ukraynada parlamentin buraxılması ilə bağlı prosedur başlayıb[b]
Kiyev - APA. Ukrayna prezidenti Viktor Yuşşenko parlamentin buraxılması ilə bağlı prosedura start verib.
[APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, dövlət başçısı bu gün səhər Ali Radanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün siyasi məsləhətləşmələr keçirəcək. Konstitusiyanın tələbinə əsasən prezident parlamentin buraxılmasına dair fərman imzalamazdan əvvəl Ali Radanın sədri, onun müavinləri və fraksiya liderləri ilə məsləhətləşmələr keçirməlidir. Növbədənkənar seçkilərin dekabr ayına təyin ediləcəyi gözlənilir. -
10-08-2008, 11:00 AMAPANovruz Məmmədov: "Azərbaycan ümumilikdə Minsk Qrupunun fəaliyyətindən razı deyil, amma gündəlikdə formatın dəyişdirilməsi məsələsi yoxdur"
[b]Novruz Məmmədov: "Azərbaycan ümumilikdə Minsk Qrupunun fəaliyyətindən razı deyil, amma gündəlikdə formatın dəyişdirilməsi məsələsi yoxdur"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "ATƏT-in Minsk Qrupunun üzvlərinin və ya həmsədrlərini dəyişdirilməsi məsələsi gündəmdə deyil. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə hüquqi baxımdan ATƏT-in Minsk Qrupu məşğuldur".
[Bu açıqlamanı APA-ya Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov verib. O, münaqişənin nizamlanması istiqamətində istənilən təşəbbüsün dəstəkləndiyini bildirib: "Azərbaycan münaqişənin həllində yardımçı olmaq istəyən hər hansı maraqlı tərəfin təşəbbüslərini alqışlayır. Əgər bu yardım cəhdlərinin münaqişənin həllinə bir köməyi olacaqsa, biz buna yalnız şad olarıq". ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Gürcüstanda son hadisələrdən sonra Minsk Qrupu daxilində vəziyyətin mürəkkəbləşəcəyi barədə fikirlərinə münasibət bildirən Novruz Məmmədov bunun qeyri-ardıcıl mövqe olduğunu bildirib: "O zaman onlar vəziyyəti özünəməxsus şəkildə dəyərləndirirdilər. Hələlik hər şey normaldır. Minsk Qrupunu ATƏT təsis edib və hələlik onun formatının dəyişdirilməsi məsələsi gündəlikdə yoxdur". Novruz Məmmədov Azərbaycanın Minsk Qrupunun fəaliyyətindən tam razı olmadığını dilə gətirib: "Azərbaycan ümumilikdə Minsk Qrupunun fəaliyyətindən razı deyil, çünki ötən illər ərzində heç bir iş görülməyib. Lakin hazırda münaqişəni nizamlanmasına dair mövcud format budur və biz səbirlə Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik". -
10-08-2008, 11:10 AMAPATiqana Sağlamın müdafiəsinə qalxdı
[b]Tiqana Sağlamın müdafiəsinə qalxdı[b]
[Bakı - APA-SPORT. "Beşiktaş"ın sabiq baş məşqçisi Jan Tiqana komandada baş verən son hadisələri dəyərləndirib. "APA-SPORT"un məlumatına görə, fransalı mütəxəssis Ərtoğrul Sağlamın istefaya göndərilməsini səhv addım kimi qiymətləndirib. "Ərtoğrulun ayrılmasına çox üzüldüm. O, həqiqətən ən yaxşı gənc mütəxəssislərdəndir. Son dərəcə düzgün və mədəni insandır. Superliqada məğlubiyyəti olmayan və çempionluğa ən real namizəd sayılan komandanın baş məşqçisinin istefaya məcbur edilməsi axmaqlıqdır".Tiqana bütün problemlərin kökünü klub rəhbərliyində axtarmağı tövsiyə edib: "Komandanın bir nömrəli problemi Sinan Engindir. O, menecer olduğu zamanda "Beşiktaş"ın heç bir məşqçisi uğur qazana bilməyəcək. Engin bir xərçəngdir. Kəsilib atılmayınca, komandada problemlər həllini tapmayacaq. Digər əngəl isə rəhbərliyin sifarişi ilə işləyən və aranı qarışdıran iki jurnalistdir". Qeyd edək ki, Tiqana "Beşiktaş"da işlədiyi dönəmdə iki Türkiyə kuboku və bir Superkubok qazanıb. -
10-08-2008, 11:20 AMAPAKrım Tatarları Məclisi sədrinin birinci müavini: "Biz Ukraynanın tərkibində milli-ərazi muxtariyyəti istəyirik"
[b]Krım Tatarları Məclisi sədrinin birinci müavini: "Biz Ukraynanın tərkibində milli-ərazi muxtariyyəti istəyirik"[b]
[Bakı. Laçın Sultanova-APA. "Krım Muxtar Respublikasının statusu burada yaşayan tatarları qane etmir". APA-nın məlumatına görə, bu fikirləri Krım Tatarları Məclisi sədrinin birinci müavini Refat Çubarov Avropa Parlamentinin deputatları ilə görüşdə bəyan edib: "Krım tatarlarının bir xalq kimi öz müqəddəratını həll etmək hüququ var. Biz Ukraynanın tərkibində milli-ərazi muxtariyyəti istəyirik. Öz vətənində yaşayan bizim xalq hətta hazırkı muxtariyyətin verdiyi səlahiyyətlərdən belə səmərəli istifadə edə bilmir. Krımın siyasətçilərinin əsaslandığı "kim çoxdur, o haqlıdır" prinsipinin demokratiyaya heç bir aidiyyəti yoxdur. Həm də nəzərə almaq lazımdır ki, Krım tatarları öz istəyi ilə torpaqlarında azlıqda qalmayıblar". -
10-08-2008, 11:30 AMAPABelarusun tikinti şirkətlərinin təmsilçiləri ölkəmizə səfər edəcəklər
[b]Belarusun tikinti şirkətlərinin təmsilçiləri ölkəmizə səfər edəcəklər[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Bu ay Belarusdan olan bir qrup arxitektor Bakının memarlıq üslubu ilə yaxından tanış olmaq üçün ölkəmizə səfər edəcək. Bu barədə APA-ya Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat verib. Onun sözlərinə görə, arxitektorlar Bakının memarlıq tarixi və müasir binaları ilə maraqlanırlar. Bundan başqa Belarusun tikinti şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyətinin də Azərbaycana səfəri planlaşdırılır. Onlar azərbaycanlı həmkarlarına yeni tikinti layihələri təqdim edəcəklər. Səfir oktyabrın 22-23-də Bakıda Belarus Mədəniyyət Günlərinin keçiriləcəyini bildirib. Bu tədbir çərçivəsində Bakıya "Eurovison Yunior" müsabiqəsinin qalibləri, "Sebrı" qrupu, bir sıra gənc ifaçı və aktyorlardan ibarət nümayəndə heyətinin gəlməsi planlaşdırılır. -
10-08-2008, 11:40 AMAPAAzərbaycanda 7 il axtarışda olan bank işçisi həbs edilib
[b]Azərbaycanda 7 il axtarışda olan bank işçisi həbs edilib[b]
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda 7 il axtarışda olan bank işçisi həbs edilib.
[Binəqədi Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, Biləcəri qəsəbə sakini, 1955-ci il təvəllüdlü Dadaş Baladadaş oğlu Dadaşov çalışdığı bankda vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinir. Törətdiyi cinayət əməlinə görə Nərimanov Rayon Məhkəməsi 2001-ci ildə onun barəsində həbs-qətimkan tədbiri seçsə də, D. Dadaşovun Azərbaycanı tərk edərək, 7 il ərzində Rusiyanın müxtəlif şəhərlərində gizləndiyi bildirilir. Bir müddət əvvəl isə onun Azərbaycana qayıtması barədə Binəqədi RPİ-nə məlumat daxil olub. RPİ-nin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində D. Dadaşov həbs edilib. Onun barəsində 2001-ci ildə başlanmış cinayət işinin yenidən icrasına başlanılıb.Qeyd edək ki, keçmiş bank işçisi D. Dadaşov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə təqsirli bilinir. Onun hansı bankda çalışdığı isə açıqlanmır. -
10-08-2008, 11:50 AMAPAMilli komanda Helsinkiyə getdi
[b]Milli komanda Helsinkiyə getdi[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsinin oyunları ilə əlaqədar milli komandamız bu gün səhər saatlarında Finlandiyaya yollanıb. "APA-SPORT"un məlumatına görə, Helsinkiyə çarter reysilə yola düşən Azərbaycan nümayəndə heyəti üçün 55 nəfərlik tutuma malik təyyarə sifariş edilib. Bunlardan 21 nəfəri finlandiyalılarla rəsmi matça çağırılan futbolçulardır. Təyyarədə yer məhdud olduğundan Helsinkiyə jurnalist və azarkeş aparılmayıb. Milli komanda Helsinkiyə Bakı vaxtı ilə günorta saatlarında çatacaq. Yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts yerli iqlimə uyğunlaşmaq üçün səfərə daha tez çıxmağı məqsədəuyğun sayıb. Komandamızın Finlandiyada oyuna yaxşı hazırlaşmaq üçün üç gün vaxtı olacaq. Günün ikinci yarısında Helsinkidə ilk məşqinə çıxacaq millimizin sabah və ertəsi gün iki hazırlıq prosesi keçəcəyi gözlənilir. Foqts Azərbaycan Premyer Liqasında axırıncı turun oyunlarından sonra Bakıda cəmi iki gün hazırlıq keçdi ki, bu da ümumilikdə üç məşq prosesindən ibarət olub. 21 futbolçudan üçü ölkədən kənarda çıxış edənlər - Saşa Yunisoğlu ("Poloniya", Polşa), Anatoli Ponomaryov ("Degerfors", İsveç) və Branimir Subaşiçdir ("Srvena Zvezda"). Subaşiç digər iki oyunçudan fərqli, hazırlığa daha gec qatılıb. Helsinkiyə tam heyətlə yollanan milli komandamız oktyabrın 11-də Bakı vaxtı ilə saat 19:00-da "Olimpiya" stadionunda Finlandiya ilə rəsmi matça çıxacaq. Oyundan dərhal sonra nümayəndə heyətini Vətənə gətirəcək təyyarə Bakıda yanacaq dolduraraq Bəhreynə uçacaq. Buna səbəb yığmamızın oktyabrın 15-də Manamada meydan sahibləri ilə keçirilməsi planlaşdırılan yoldaşlıq görüşüdür. -
10-08-2008, 12:00 PMAPAUkraynada istintaq təcridxanasında saxlanan azərbaycanlı vəfat edib, soydaşlarımız milis şöbəsi qarşısında aksiya keçirirlər
[b]Ukraynada istintaq təcridxanasında saxlanan azərbaycanlı vəfat edib, soydaşlarımız milis şöbəsi qarşısında aksiya keçirirlər[b]
[Kirovoqrad-APA. Ukraynanın Kirovoqrad şəhərində milis şöbəsinin istintaq təcridxanasında saxlanan 38 yaşlı azərbaycanlı kəskin ürək çatışmazlığından vəfat edib. APA-nın məlumatına görə, soydaşımız Kirovoqrad bazarlarından birində baş verən atışmada iştirak etməkdə şübhəli şəxs qismində saxlanaraq milis şöbəsinə gətirilib. Cəsədin məhkəmə-tibbi ekspertizası zamanı azərbaycanlının kəskin ürək çatışmazlığından vəfat etməsi faktı təsdiqlənib. Ekspertiza zamanı mərhumun bədənində bəzi fiziki xəsarət yerləri aşkarlansa da, bunun ölümə səbəb olacağı ehtimalı təsdiqlənməyib. Faktla bağlı şöbənin heyəti arasında xidməti yoxlama keçirilib, azərbaycanlının fiziki işgəncə verilərək öldürülməsi ehtimalı hazırda araşdırılır. Araşdırmaya vilayət prokuroru Gennadi Tyurin nəzarət edir. Qeyd edək ki, mərhum soydaşımızın saxlanmasına səbəb olan insident Kirovoqrad bazarlarından birində baş verib. Atışma nəticəsində güllə yarası alan iki şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Son məlumatlara görə, hazırda Kirovoqradda yaşayan 400-ə yaxın azərbaycanlı şəhər milis idarəsinin qarşısına toplaşaraq soydaşımızın ölümündə günahkar şəxslərin cəzalandırılmasını tələb edirlər. Onlar soydaşımızın milislər tərəfindən verilən işgəncə nəticəsində öldürüldüyünü iddia edərək, günahkarların cəzalandırılmasını tələb edirlər.