[b]Rusiya MSK-nın sədri Azərbaycandakı seçki təcrübəsindən istifadə etməyi zəruri sayır[b]
Bakı. Laçın Sultanova - APA. Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov azərbaycanlı həmkarlarının təcrübəsini öyrənməyi təklif edir. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, V. Çurov bunu jurnalistlərə açıqlamasında deyib. O, oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərini izlədiyini xatırladaraq seçki məntəqələrində veb-kameraların quraşdırılmasını xüsusi qeyd edib. MSK sədri kameraların məntəqələrin girişinə və komissiya üzvlərinə istiqamətləndiyini, səsvermə kabinələrinin isə kameraların əhatə dairəsində olmadığını söyləyib. Seçicilərin gizli səsvermə hüququnun qorunduğunu vurğulayan V. Çurov hesab edir ki, bu yenilik öyrənilməli və dəyərləndirilməlidir.
4610 sonuçtan 4.181 ile 4.190 arası

10-22-2008, 01:40 PM #4181Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Səfir Nasir Həmidi Zare: «İran Şimal-Cənub layihəsi üzrə işləri sürətləndirəcək»
[b]Səfir Nasir Həmidi Zare: «İran Şimal-Cənub layihəsi üzrə işləri sürətləndirəcək»[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. İran Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması layihəsi üzrə işləri sürətləndirməyi planlaşdırır. «APA-ECONOMICS»in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib.Səfirin sözlərinə görə, hazırda dəmir yolu layihəsinin reallaşdırılması və işlərin sürətləndirilməsi məqsədi ilə İran, Azərbaycan və Rusiya dəmir yolu administrasiyaları konsorsiumun yaradılması üzərində iş aparır: «İran Qəzvin-Rəşt və Rəşt-Ənzəli layihələri üzrə tikinti aparmağı planlaşdırır. Əgər Azərbaycan ərazisindəki 8 km-lik hissədə yeni dəmir yolunun tikintisi reallaşarsa, biz tikintini Ənzəlidən deyil, İran Astarasından Rəştə kimi layihəsi üzrə başlaya bilərik».Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə - dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq.Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək.

10-22-2008, 01:50 PM #4182Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya MSK-nın sədri Azərbaycandakı seçki təcrübəsindən istifadə etməyi zəruri sayır

10-22-2008, 02:00 PM #4183Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda əmlak sığortasına dair treninq keçiriləcək
[b]Bakıda əmlak sığortasına dair treninq keçiriləcək[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Bu ilin oktyabr ayının 28-30-da Bakıda əmlak sığortasına dair treninq keçiriləcək. Treninqin təşkilatçısı olan «Allianz Group» konsaltinq şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, tədbirdə əmlak sığortası növünün inkişafı, əmlak sığortası üzrə təminat, şərtlər, istehsalda fasilənin yaranmasından sığortalanma, əmlak sığortasının kombinasiya və zərf polisləri, əmlak sığortası üzrə risklərin araşdırması, iddiaların prinsip və proseduraları kimi mövzular müzakirə olunacaq.Treninqdə Azərbaycandakı sığorta şirkətlərinin anderrayterləri, tarif siyasətini tərtib edən mütəxəssislər, risk-menecerləri, ödənişlər üzrə bölmələrin mütəxəssislərin iştirakı gözlənilir.Treninq «Marsh» sığorta və təkrarsığorta şirkətinin baş direktoru Şahin Əhmədov və ARDNŞ-in İnvestisiyalar üzrə İdarəsinin sığorta və risklərin idarə edilməsi şöbəsinin müdiri Hüseyn Kazımov tərəfindən aparılacaq.

10-22-2008, 02:10 PM #4184Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Göyçay rayonunda qohumlar arasında baş verən münaqişə iki nəfərin bıçaqlanması ilə nəticələnib
[b]Azərbaycanın Göyçay rayonunda qohumlar arasında baş verən münaqişə iki nəfərin bıçaqlanması ilə nəticələnib[b]
Göyçay. Şahnəzər Bəşirov-APA. Bu gün Göyçay rayonunun Bəydovul kəndində qohumlar arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib.
Göyçay rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumatına görə, Bəydovul kənd sakini 1964-cü il təvəllüdlü Xudiyev Ağababa Ağabala oğlu və onun 20 yaşlı oğlu Əziz Xudiyev bu gün saat 1.20 radələrində yaxın qohumları olan Yadigar və Nicat Xudiyev qardaşlarının hücumuna məruz qalıblar. Xudiyev qardaşları münaqişə nəticəsində Ağababa Xudiyevə və Əzizə bıçaq zərbələri endiriblər. A. Xudiyev qarın, döş qəfəsi nahiyələrindən və ayağından aldığı 8 kəsilmiş-deşilmiş yara ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, hazırda vəziyyəti ağır olaraq qalır. Sol qolundan və budundan yaralanan Ə. Xudiyev isə xəstəxananın travmatologiya şöbəsində müalicə olunur. Məlumata görə, faktla bağlı Göyçay rayon Polis Şöbəsində cinayət işi başlanıb. Yadigar Xudiyev artıq tutulub, onun qardaşının barəsində isə axtarış elan olunub. N. Xudiyevin əvvəllər məhkum olunduğu bildirilib.

10-22-2008, 02:20 PM #4185Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda avronun məzənnəsi 5 illik minimuma enib
[b]Azərbaycanda avronun məzənnəsi 5 illik minimuma enib[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda avronun manata qarşı rəsmi məzənnəsi 5 illik minimuma enib.
Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, oktyabrın 22-də avronun məzənnəsi 1,0414 manat təşkil edib və sonuncu dəfə analoji məzənnə 2003-cü ilin aprelin 8-də qeydə alınıb.Qeyd edək ki, bu müddət ərzində avro Azərbaycanda qeyri-sabitlik göstərərək, əsasən 1,15-1,32 AZN/EUR civarında dəyişib. Ümumilikdə, avronun məzənnəsinin dinamikası bu müddət ərzində aşağıdakı kimi olub: Qeyd edək ki, bu müddət ərzində avronun məzənnəsinin illik dinamikasının dəyişməsi isə aşağıdakı kimi olub: 200320042005200620072008 (indiyədək)

10-22-2008, 02:30 PM #4186Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sabah Tiranada QDİƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclası keçiriləcək
[b]Sabah Tiranada QDİƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclası keçiriləcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Albaniya paytaxtında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yüksək vəzifəli rəsmilərinin toplantısı keçirilir. APA-nın məlumatına görə, toplantıda məqsəd QDİƏT Xarici İşlər Nazirləri Şurasının sabah keçiriləcək 19-cu iclasına hazırlıq işlərini müzakirə etməkdir. Azərbaycanı QDİƏT Xarici İşlər Nazirləri Şurasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Albaniya xarici siyasət idarəsinin rəhbəri Lulzima Başinin sədrliyi ilə keçiriləcək iclasda QDİƏT çərçivəsində əməkdaşlığın hazırkı mərhələsi, təşkilatın fəaliyyətinin effektivliyinin artırılmasına yönəlik qərarların qəbulu, Albaniyanın bu quruma sədrliyi dövründə görülən işlər müzakirə olunacaq. İclasın əsas müzakirə mövzuları sırasında biznesmen və sürücülər üçün viza rejiminin sadələşdirilməsi, bəzi ölkələrə müşahidəçi statusu verilməsi, sektorlar üzrə dialoqun təşkili kimi məsələlər var. Toplantının sonunda Tirana Bəyannaməsi qəbul olunacaq və sədrlik Albaniyadan Ermənistana keçəcək. Qeyd edək ki, Azərbaycan 1992-ci ildən QDİƏT-in üzvüdür.

10-22-2008, 02:40 PM #4187Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi oktyabrın 24-də keçiriləcək
[b]Yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi oktyabrın 24-də keçiriləcək[b]
Bakı - APA. Növbəti müddətə Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi 2008-ci il oktyabrın 24-də keçiriləcək.
APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilmiş iclasında İlham Heydər oğlu Əliyevin oktyabrın 15-də keçirilmiş seçkilərdə qalib gəldiyini rəsmən elan edilib.Hazırkı dövlət başçısı 3 milyon 232 min 259 (88,73%) seçicinin səsini alıb. Azərbaycan Konstitusiyasına əsasən, prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsinin seçkilərin yekunları barədə məlumatı rəsmən elan etdiyi gündən etibarən üç gün ərzində and içməlidir.Prezident and içdiyi gündən səlahiyyətlərinin icrasına başlamış sayılır.

10-22-2008, 02:50 PM #4188Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan və Belarus incəsənət muzeyləri əməkdaşlıq edəcək
[b]Azərbaycan və Belarus incəsənət muzeyləri əməkdaşlıq edəcək[b]
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan və Belarus incəsənət muzeyləri əməkdaşlıq edəcək. APA-nın məlumatına görə, bu məlumatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazir bildirib ki, bu ilin sonunda birinci binasında əsaslı təmiri başa çatacaq Azərbaycan Dövlət İncəsənət Muzeyinin bir sıra tanınmış muzeylərlə əməkdaşlığı nəzərdə tutulur: "İlin sonuna kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin birinci hissəsini təhvil verəcəyik və artıq tam gücü ilə yeni şəraitdə işləyəcəyik. Gələn ildən etibarən isə rəssamların fərdi sərgilərinin təşkilini həyata keçirməliyik. Xalça Muzeyinin də tikintisini nəzərdə tutduğumuz vaxtda yekunlaşdırmaq istəyirik. Ondan sonra bizim qalereya imkanlarımız xeyli genişlənəcək". Nazir Azərbaycan və Belarus teatrları arasında da mübadilənin gücləndirəcəyini vurğulayıb. O, yaxın vaxtlarda hər iki ölkənin opera və balet teatrlarının qarşılıqlı qastrollarının təşkil olunacağını açıqlayıb.

10-22-2008, 03:00 PM #4189Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Qızıl əsrin qızıl nəşrləri" III beynəlxalq kitab satış-sərgisində Azərbaycanda nəşr olunmuş kitablar nümayiş etdirilib
[b]"Qızıl əsrin qızıl nəşrləri" III beynəlxalq kitab satış-sərgisində Azərbaycanda nəşr olunmuş kitablar nümayiş etdirilib[b]
Bakı. Ülkər Qasımova-APA. Türkmənistanın Müstəqilliyi günü münasibəti ilə Aşqabadda keçirilən "Qızıl əsrin qızıl nəşrləri" III beynəlxalq kitab satış-sərgisində Azərbaycanda nəşr olunmuş kitablar nümayiş etdirilib. Bu barədə APA-ya məlumat verən Bakı Kitab Klubunun rəhbəri Elxan Rzayev bildirib ki, sərgi "Sərgi Köşgi" deyilən sarayda keçirilib: "Sərgidə 22 ölkədən 108 nümayəndə heyəti iştirak edirdi. Bu il sərgidə Rusiya kitabı ili elan edildiyindən ən böyük nümayəndə heyəti də onlara məxsus idi. Bu nümayəndə heyətinin tərkibində Tatarıstan Milli kitabxanası ayrıca bölmə ilə təmsil olunmuşdu. Sərgidə ABŞ, İngiltərə, Almaniya, İtaliya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ermənistan, Tacikistan və s. ölkələrin nümayəndələri iştirak edirdi". Klub rəhbəri beynəlxalq sərgidə Azərbaycan nümayəndə heyətinin 250 addan çox kitab nümayiş etdirdiyini bildirib.

10-22-2008, 03:10 PM #4190Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Qətər şeyxi Azərbaycana yeni səfir təyin edib
[b]Qətər şeyxi Azərbaycana yeni səfir təyin edib[b]
Bakı. Tamara Qriqoryeva-APA. Şeyx Mübarək bin Fahad bin Jassem əl-Tani Qətər dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub. APA-nın ərəb mətbuatına istinadən yaydığı məlumata görə, bununla bağlı müvafiq sərəncamı Qətər şeyxi Xamad bin Xəlifə əl-Tani imzalayıb.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri