Əsas məzmuna keç
Sayfa 359/461 İlkİlk ... 259309349357358359360361369409459 ... SonSon
4610 sonuçtan 3.581 ile 3.590 arası

Azərbaycan Xəbərləri

1. #3581
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sabah qoşunların təmas xəttində monitorinq keçiriləcək

[b]Sabah qoşunların təmas xəttində monitorinq keçiriləcək[b]

Bakı-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 8-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Vladimir Çountulov keçirəcəklər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Antal Herdiç və İrci Aberle keçirəcəklər.

2. #3582
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Çin ABŞ-la hərbi əməkdaşlığı dondurduğunu bəyan edib

[b]Çin ABŞ-la hərbi əməkdaşlığı dondurduğunu bəyan edib[b]

Pekin-APA. Amerika Birləşmiş Ştatlarının Tayvana 6,5 milyard dollar həcmində silah satması rəsmi Pekinin ciddi narazılığına səbəb olub. APA-nın məlumatına görə, bu gün Çin hökuməti ABŞ-la hərbi sahədə əməkdaşlığı qeyri-müəyyən müddətə dondurduğunu açıqlayıb. ÇİN Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Vaşinqtonun son addımı Çin-ABŞ münasibətlərinə ciddi zərbə vuracaq. Bununla belə ABŞ hökuməti ötən həftə Konqresi Tayvana silah satışına dair planlarla tanış edib. Pentaqon Tayvana "Patriot III" raket əleyhinə müdafiə sistemləri, radiolokasiya təyyarələri, "Apaçi" vertolyotları satmağı planlaşdırır.

3. #3583
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT Azərbaycanda tolerantlıq sahəsində görülən işləri yüksək qiymətləndirir

[b]ATƏT Azərbaycanda tolerantlıq sahəsində görülən işləri yüksək qiymətləndirir[b]

Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanın tolerantlıq sahəsində səylərini yüksək qiymətləndirib.

APA-nın məlumatına görə, "2007-ci ildə ATƏT regionunda nifrət zəminində cinayətlər: insidentlər və cavablar" adlı hesabatda bildirilir ki, Azərbaycan Təhsil Nazirliyi bu istiqamətdə aktiv iş aparır: "Təhsil Nazirliyi mədəni, milli və dini baxımdan insanların bərabərliyini təbliğ edən materiallar hazırlayır. Azərbaycanda tolerantlığın əhəmiyyətinə həsr olunmuş seminar, konfrans və dəyirmi masalar keçirilir". Hesabatda qeyd olunur ki, Rusiyada yaşayan azərbaycanlılara qarşı dözümsüzlük nümayiş olunmasına dair faktlar var, bundan başqa azərbaycanlılara qarşı milli zəmində cinayət törədilməsinə dair insidentlər qeydə alınıb.

4. #3584
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyə hərbi təyyarələri İraqın şimalındakı 21 hədəfə zərbə endirib

[b]Türkiyə hərbi təyyarələri İraqın şimalındakı 21 hədəfə zərbə endirib[b]

Ankara - APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr bu gün səhər PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini növbəti dəfə bombalayıb. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqın şimalındakı Avaşin-Basyan bölgəsi, İki Yaxa dağları və Buzul dağı istiqamətlərində müəyyənləşdirilmiş 21 hədəfin bombardman edildiyini açıqlayıb. Baş Qərargah PKK-çıların Aktütün sərhəd zastavasına hücumundan sonra itkin düşmüş sayılan 2 türk hərbçisinin meyitinin tapıldığını da elan edib. Bunlar Nurullah Oymak və Bahəddin Ərturhan adlı çavuşlardır.

5. #3585
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Samux rayonunun Sarıqamış kənd orta məktəbi təmir olunur

[b]Samux rayonunun Sarıqamış kənd orta məktəbi təmir olunur[b]

Bakı. Laçın Sultanova-APA. Polşanın Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu Samux rayonunun Sarıqamış kənd orta məktəbini birgə təmir etdirirlər. Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyindən bildirilib. Təmir Polşa Xarici İşlər Nazirliyinin "Polşa Yardımı" (Polish Aid) proqramı çərçivəsində ayırdığı vəsait hesabına həyata keçirilir. Səfirlikdən onu da bildiriblər ki, bu layihənin birinci mərhələsi 2007-ci ildə başa çatıb. Həmin mərhələ çərçivəsində Sarıqamış kənd orta məktəbinin sinif otaqları kompyuterlərlə təchiz edilib.

6. #3586
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qurban Yetirmişli: "Azərbaycan ərazisində maksimum 7-7,5 bal gücündə zəlzələ ola bilər"

[b]Qurban Yetirmişli: "Azərbaycan ərazisində maksimum 7-7,5 bal gücündə zəlzələ ola bilər"[b]

Bakı. Laura Cəbrayıllı - APA. "Dünyanın müxtəlif bölgələrində zəlzələlər baş verməsi seysmoloji vəziyyətin aktivləşməsini göstərir. Alp-Himalay seysmik qurşağında yerləşən Azərbaycan da seysmik zonadır.

Hesablamalara görə, Azərbaycanın zəlzələ ocaqlarının maksimal gücü Rixter cədvəli üzrə 7-7,5 bal gücündə ola bilər. Amma Azərbaycan ərazisində hazırda hər hansı aktivləşmə baş vermir". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. O, Azərbaycan ərazisində xırda yeraltı təkanların qeydə alındığını bildirib: "Biz hiss olunan zəlzələlər barəsində məlumat veririk. Xırda təkanlar həssas cihazlarla qeydə alınır və belə zəif təkanlar seysmik zonalar üçün normal sayılır. Bugünkü məlumatlara görə, Azərbaycanın hər hansı ərazisində güclü seysmik aktivləşmə yoxdur".

7. #3587
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda bank kreditləşməsinin məhdudlaşdırılması SKMF-nin fəaliyyətinə təsir göstərməyib

[b]Azərbaycanda bank kreditləşməsinin məhdudlaşdırılması SKMF-nin fəaliyyətinə təsir göstərməyib[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Gələn il dövlət büdcəsindən sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi üçün Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) ayrılmış vəsaitin həcmi 2 dəfə artırılacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Fondun icraçı direktoru Xaliq Məmmədov bildirib.X.Məmmədovun sözlərinə görə, 2009-cu ildə dövlət büdcəsindən SKMF-yə ayrılan vəsaitin 160 mln. manata çatdırılması nəzərdə tutulur. Artıq bu məqsədlə təkliflər hazırlanaraq hökumətə təqdim olunub. Fond rəhbərinin bildirdiyinə görə, bu günədək 2008-ci il büdcəsindən SKMF-yə ayrılan vəsaitin təxminən 68 mln. manatı sahibkarlara güzəştli kredit şəklində verilib. «Kreditlərin böyük hissəsi kənd təsərrüfatı təyinatlı layihələrin maliyyələşdirilməsinə yönəldilir. Kreditlərin və faizlərin qaytarılması 100% təşkil edir və heç bir problem yoxdur», - deyə X.Məmmədov əlavə edib.X.Məmmədov onu da vurğulayıb ki, Fondun vəsaitinin banklar vasitəsi ilə verilməsində qarşıya çıxan problemlər kiçik layihələrin maliyyələşdirilməsi zamanı fermerlərin girov problemləri, sənədləşmə, bankla münasibətlərin düzgün qurulmaması və s. bağlıdır. X.Məmmədov əlavə edib ki, bankların kredit verilməsini dayandırmaları SKMF-nin fəaliyyətinə heç bir təsir göstərməyib. Qed edək ki, SKMF vəsaiti banklara illik 1%-dən, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə verir. Bu il üçün dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi üçün SKMF-yə 80 mln. manat ayrılması nəzərdə tutulub (o cümlədən, 6 mln. manat Naxçıvan Muxtar Respublikasına). Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir.

8. #3588
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatının təkmilləşdirilməsi ilə bağlı layihənin təqdimatı keçirilib

[b]Azərbaycanda ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatının təkmilləşdirilməsi ilə bağlı layihənin təqdimatı keçirilib[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Bakıda İqtisadi İnkişaf Nazirliyi və Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə «Azərbaycanın ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatı və Azərbaycan mənşəli balıq məhsullarının sertifikatlaşdırılmasının hüquqi və texniki təkmilləşdirilməsinə dəstək» tvininq layihəsinin təqdimat mərasimi keçirilib.

«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, Aİ tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 1 mln. avro olan layihənin icra müddəti iki il, icraçısı isə Hollandiya-Latviya konsorsiumudur. Nazir müavini qeyd edib ki, layihə balıq və digər dəniz məhsullarının beynəlxalq bazarlara ixracının tənzimlənməsi sahəsində səlahiyyətli orqanın institusional təşkilatlanmasının sürətləndirilməsi, inspeksiya fəaliyyəti üzrə təcrübə və peşəkar mütəxəssislərin hazırlanması, laboratoriya xidmətinin beynəlxalq standartların tələblərinə uyğun qurulması, məhsulların keyfiyyətinə və təhlükəsizliyinə daha effektiv nəzarətin həyata keçirilməsi sahəsində əhəmiyyətli olacaq. «Bu sahədə əldə ediləcək təcrübə həmçinin, digər yeyinti məhsullarının Avropa bazarlarına ixracında istifadə oluna bilər. Bundan başqa, layihənin icrası balıq və digər dəniz məhsullarının Avropa İttifaqı ölkələrinə və beynəlxalq bazarlara ixrac potensialının genişləndirilməsinə, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək», - deyə N.Səfərov vurğulayıb. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəis əvəzi Aslan Cəfərov isə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, yerli məhsulların keyfiyyətinin yüksəldilməsi və rəqabət qabiliyyətliliyinin artırılması sahəsində görülən işlərdən danışıb. A.Cəfərov bildirilib ki, balıqçılıq müəssisələrində ekspertizalar həyata keçirilib, çatışmazlıqların aradan qaldırılması istiqamətində lazımi təşkilati və metodiki köməkliklər göstərilib, müəssisələrdə beynəlxalq qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tətbiqi üzrə işlər aparılıb, bu sahədə çalışanlar üçün təlim kursları keçirilib. Konfransa çıxış edən dövlət orqanlarının, Hollandiyanın Ərzaq və İstehlak Mallarının Təhlükəsizliyi üzrə Səlahiyyətli Orqanın, Latviyanın Ərzaq və Baytarlıq Xidmətinin, Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin rəhbərləri və s. layihənin icra mexanizmi, eləcə də onun əhəmiyyəti, iqtisadi nəticələri barədə fikir mübadiləsi aparıblar.Konfransda çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Alan Vaadams isə bu cür layihələrin Aİ-yə qatılmaq istəyən ölkələrdə uğur qazandığını vurğulayıb. Gələcəkdə bu layihənin davamlı olacağını qeyd edən səfir layihənin ərzaq təhlükəsizliyini və rəqabəti gücləndirəcəyi, həmçinin Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayacağını bildirib.

9. #3589
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezident seçkiləri günü 10 mindən artıq Azərbaycan vətəndaşı xaricdə yaradılmış seçki məntəqələrində səs verəcək

[b]Prezident seçkiləri günü 10 mindən artıq Azərbaycan vətəndaşı xaricdə yaradılmış seçki məntəqələrində səs verəcək[b]

Bakı. Laçın Sultanova - APA. 15 oktyabr prezident seçkiləri günü 10 mindən artıq Azərbaycan vətəndaşı xarici ölkələrdə yaradılmış seçki məntəqələrində səs verəcək. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim APA-ya bildirib ki, bu məqsədlə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində 33 seçki məntəqəsi yaradılıb. Azərbaycanlıların daha çox yaşadıqları ölkələrdə isə bir neçə seçki məntəqəsi fəaliyyət göstərəcək: "Məsələn, Rusiyada 3, Türkiyə, ABŞ və Qazaxıstan 2 seçki məntəqəsi yaradılıb. Məntəqələr səfirliklərdə və baş konsulluqlarda fəaliyyət göstərəcək".

10. #3590
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yaqub Zurufçu solo-konsertə hazırlaşır

[b]Yaqub Zurufçu solo-konsertə hazırlaşır[b]

Bakı. Ülkər Qasımova-APA. Sənətçi Yaqub Zurufçu Heydər Əliyev Sarayda solo konsert proqramı ilə çıxış edəcək. Bu barədə APA-ya məlumat verən müğənni konserti bu ilin son ayında keçirmək istədiyini deyib. Hazırda konsertə hazırlaşan Yaqub Zurufçu konsertin Azərbaycan Dövlət Xalq Çalğı Orkestrinin iştirakı ilə keçiriləcəyini vurğulayıb. Y. Zurufçu üç saata yaxın davam edəcək konsert proqrmında yeni yazılan mahnıları da ifa edəcək: "Konsertdə tamaşaçılarımın həsrətinə son qoyacağam. Həmin konsretdə yeni albomumda yer alan mahnıları da səsləndirəcəym. Hələlik konsertin adını müəyyənləşdirməmişik". Müğənni onu da deyib ki, bir müddət bundan əvvəl onun Amerikada yaşayan qızı Dəniz Bakıya gəlib, lakin burada qala bilməyib: "Dəniz bir aydan artıq Bakıda qaldı. Onu gözəl bir işə də düzəltdim. Ancaq təəssüf ki, Azərbaycanda qala bilmədi və yenidən Amerikaya qayıtdı".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.