Əsas məzmuna keç
Sayfa 379/461 İlkİlk ... 279329369377378379380381389429 ... SonSon
4610 sonuçtan 3.781 ile 3.790 arası

Azərbaycan Xəbərləri

1. #3781
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Şimali Qafqazda zəlzələ baş verib, 12 nəfər ölüb, 116 nəfər yaralanıb

[b]Şimali Qafqazda zəlzələ baş verib, 12 nəfər ölüb, 116 nəfər yaralanıb[b]

Moskva-APA. Bu gün Şimali Qafqazda zəlzələ baş verib. APA-nın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, episentri Çeçenistan ərazisində olan zəlzələdə 12 nəfər ölüb, 116 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zəlzələ Şimali Osetiya, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Stavropol bölgəsində, Cənubi Osetiya və Gürcüstanda da hiss olunub. Zəlzələnin episentrinin Qudermesin 15 kilometr şimalında, 10-12 kilometr dərinlikdə olduğu bildirilib. Episentrdə təkanların gücü Rixter şkalası ilə 5,5 bal olub. Təkanlar ard-arda iki dəfə olub. Hazırda Çeçenistanın Səhiyyə Nazirliyi hadisə nəticəsində 12 nəfərin ölməsi barədə məlumat verib. Fövqəladə Hallar Nazirliyi isə ən son 6 nəfərin ölməsi, 116 nəfərin müxtəlif bədən xəsarətləri aldığını bildirib. Təkcə Qudermesdə xəstəxanalara 60-a qədər insan yerləşdirilib. Hazırda xilasetmə işləri aparılır. Xilasetmə işlərinə Rusiya FHN-nin bölgə üzrə koordinatorluğu nəzarət edir. Çeçenistan ərazisindəki bütün rayonlarda evlər və obyektlər zərər çəkib. Zəlzələdən ən çox zərər çəkən rayonlar isə Kurçaloyev rayonu və Qudermesdir. Təkcə Qudermesdə 7 çoxmərtəbəli bina zəlzələdən ciddi ziyan çəkib. Bölgəyə elektrik enerjisinin verilişi dayandırılıb. İnquşetiyada isə zəlzələ Rixter şkalası ilə 3,5-4 bal gücündə hiss edilib. Burada bir neçə köhnə məktəb, yaşayış evi və çoxmərtəbəli bina təkanlardan zərər çəkib. Lakin hadisə nəticəsində yaralanan və ölən olmayıb. Kabardin-Balkarda zəlzələ 2-2,5 bal gücündə hiss olunub. Rusiya FHN-nin yerli bürosundan bildirilənə görə, burada dağıntı baş verməyib, həmçinin ölən və xəsarət alan olmayıb. Sadəcə, dərslərin ikinci növbə keçirildiyi bir neçə məktəbdə təkanlar hiss edilərkən, şagirdlər arasında panika yaşanıb. Təkanların hiss edildiyi digər bölgələrdə də ciddi dağıntılar və zərər çəkənlər olmayıb.

2. #3782
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA-nın Azərbaycanda prezident seçkilərini izləyəcək missiyası Bakıya gəlib

[b]AŞ PA-nın Azərbaycanda prezident seçkilərini izləyəcək missiyası Bakıya gəlib[b]

Bakı. Elnur Məmmədli-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda prezident seçkilərini izləyəcək missiyası bu gün ölkəyə gəlib.

MSK-nın müstəqil Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, 26 nəfərdən ibarət nümayəndə heyətinə AŞ PA Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkelin rəhbərlik edir. Səfər çərçivəsində AŞ PA nümayəndələri prezidentliyə namizədlərlə görüşəcək, prosesi izləyəcəklər. Nümayəndə heyətinin tərkibinə Avropa Şurası Venesiya Komissiyasının mütəxəssisləri də daxildir.

3. #3783
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

[b]Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub[b]

Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 12-də saat 16.45-dən 17.10-dək, 18.45-dən 20.22-dək və 20.40-dan 20.50-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi, Qarasu dağı və Noyemberyan rayonu Voskevan kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli kəndi və Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində yerləşən mövqelərini, saat 15.05-dən 15.10-dək və oktyabrın 13-də saat 02.00-dan 02.15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.08-dən 20.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.10-dan 20.35-dək və oktyabrın 13-də saat 01.20-dən 02.00-dək isə fasilələrlə Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və avtomatik qumbaraatanlardan atəşə tutub.Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

4. #3784
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dəhşətli sel Azərbaycanın Lənkəran və Astara rayonlarında güclü dağıntılar törədib

[b]Dəhşətli sel Azərbaycanın Lənkəran və Astara rayonlarında güclü dağıntılar törədib[b]

Lənkəran. Ağəddin Babayev-APA. Oktyabrın 11-i və 12-də cənub bölgəsinə yağan intensiv yağışlar Lənkəran və Astara rayonları üçün ciddi problemlər yaradıb.

APA-nın Cənub bürosunun məlumatına görə, yağıntının leysan xarakteri alması çaylarda suyun səviyyəsini artırıb, Lənkəran çayı məcrasından çıxıb. Su ötürücü kanallarının dolması nəticəsində şəhərin mərkəzi küçələrində gediş-gəliş çətinləşib. Rayonun Hirkan, Parakənd, Gərmətürk, Şağlaküçə, Girdəni, Separadi, Xarxatan və digər kəndlərində fərdi həyətyani və əkin sahələrini su basıb. İstisu qəsəbəsi ərazisindəki su anbarı daşıb. Gəgiran və Günəhir dağ kəndlərinə gedən yollarda bir neçə körpü uçub. Həmin ərazidə sürüşmə təhlükəsi yaranıb. Biləsər dağ yolu yağlıntı nəticəsində yararsız hala düşüb. Yağıntının küləklə müşahidə olunması Lənkəranın elektrik təsərrüfatına da ciddi ziyan vurub. Dünən axşam saat 19.30 - dan rayonun əksər yaşayış məntəqələrinə enerjinin verilişi dayandırılıb. Rayon paylayıcı elektrik şəbəkəsinin qəza briqadası gərgin iş rejiminə keçib. Şəhər İcra Hakimiyyəti tərəfindən isə yerlərə ağır texnika cəlb olunub və ötürücü su kanalları operativ şəkildə təmizlənib. Məlumata görə, gclü yağışlar Astarada da təbii fəlakət yaradıb. Astara çayının daşması nəticəsində Məsçidməhəllə kəndində 100 - dən artıq fərd ev suyun altında qalıb. 50-yə yaxın evin sakini dərhal evukasiya olunub. Pəlikeş ərazi icra nümayəndəliyinin Düriyyə kəndindən keçən Pensərçayın üzərindəki körpünü su aparıb və 11 kəndlə əlaqə kəsilib. Hamuşam - Siyəkü kənd yolunun "Üləsi" adlanan ərazisində dağ sürşməsi nəticəsində 50 metrlik yolun bağlanması ətraf 7-8 kəndlə əlaqənin kəsilməsi ilə nəticələnib. Ərçivan kəndindəki Ərçivan çayı daşaraq 300-ə yaxın evin həyətini basıb. Miki kəndində 1 ev, Siyəkü kəndində isə 3 ev torpaq sürüşməsinə məruz qalıb. Şəmətürk və Şüvü kəndlərindəki körpüləri sel suları aparıb.Təbii fəlakətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin nümayəndələri yerlərdə mövcud vəziyyətlə tanış olublar. Ərazilərə texnikalar gətirilib. Rayonlara dəyən ziyanın məbləği dəqiqləşdirilir.

5. #3785
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dollar Azərbaycanda da ucuzlaşmağa başlayıb

[b]Dollar Azərbaycanda da ucuzlaşmağa başlayıb[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cari ilin oktyabrın 6-dan 10-dək birja valyuta bazarının dövriyyəsinin həcmi 51,63 mln. ABŞ dolları təşkil edib.

"APA-ECONOMICS"in məlumatına görə, dövriyyənin gündəlik həcm göstəriciləri aşağıdakı kimi olub: Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,8094 manatdan 0,8089 manata və ya 0,06% düşüb. Qeyd edək ki, hesabat dövründə rəsmi məzənnə 0,03%, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,03% enib, nağd satış məzənnəsi isə 0,04% artıb: Göründüyü kimi, ötən həftə dolların məzənnəsi demək olar ki, dəyişməyib. Buna səbəb dünya bazarlarında analoji, sabit vəziyyət olub. Belə ki, həftə ərzində dollar avroya qarşı cüzi səviyyədə dəyişib. Azərbaycanda da avronun məzənnəsinin həftəlik dinamikası cəmi 0,6% olub və qəribədir ki, avro da dollar kimi ucuzlaşıb. Yəni dünya bazarlarında, adətən, əks istiqamətlərdə «hərəkət edən» dollar və avronun məzənnələri Azərbaycanda eyni istiqamətdə dəyişib. Ümumilikdə isə, ötən həftə valyuta bazarında gözə çarpan hadisələr baş verməyib.Bu, həmçinin dünya bazarlarına aiddir. ABŞ iqtisadiyyatının sərhədlərini aşaraq artıq Avropaya daxil olan maliyyə böhranının dərinləşməsinə baxmayaraq, ötən həftə dollar və avronun məzənnəsinin dinamikası dəyişkən olub. Qeyd edək ki, maliyyə böhranı bir sıra iri maliyyə qurumunu müflisləşmə təhlükəsi qarşısında qoyub. Nəticədə, praktiki olaraq bütün Avropa ölkələrinin mərkəzi bankları maliyyə bazarının müdafiəsi üçün müəyyən həcmdə vəsait ayırıb, həmçinin uçot dərəcəsi orta hesabla 0,5 faiz bəndi azalıb. Bundan başqa, ötən həftə ərzində həm Amerika, həm də Avropa və Asiya fond indeksləri kəskin azalma nümayiş edib. Amerika və Asiya indeksləri hətta çoxillik minimumlarını keçib. Bundan başqa, azalma həm də neft bazarında müşahidə olunub. Burada qiymət 80 dollar/barel səviyyəsindən bir qədər yüksək olub. Lakin bu, dünya bazarlarında valyuta məzənnəsinə olduqca zəif təsir göstərib və müvafiq olaraq, analoji vəziyyət Azərbaycanda da müşahidə olunub.Qeyd edək ki, bu fonda daxili valyuta bazarının həcm göstəriciləri artıb. Belə ki, BBVB-da həftəlik dövriyyə sentyabrın analoji göstəricilərini üstələyib. Bu da bank və onların müştərilərinin valyuta əməliyyatlarına olan cari ehtiyaclarının artdığını göstərir.Ötən həftənin əsas göstəricisi isə dolların məzənnəsinin son 5 həftə ərzində ilk dəfə azalması olub. Bu, dünya bazarlarındakı dolların avroya qarşı dinamikasının tendensiyasının Azərbaycan bazarına da daxil olduğunu təsdiqləyir.

6. #3786
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Naxçıvanda yeni pivə zavodu fəaliyyətə başlayıb

[b]Naxçıvanda yeni pivə zavodu fəaliyyətə başlayıb[b]

Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasında (MR) yeni pivə zavodu fəaliyyətə başlayıb. Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, «Prestij» Naxçıvan Pivəsi adı altında fəaliyyət göstərəcək zavodun illik istehsal gücü 300 min dekalitrdir. 4 min 600 kvadratmetr sahəni əhatə edən müəssisənin qurulmasına 1 milyon 770 min manat vəsait sərf olunub. Zavodda ABŞ, İtaliya, Çexiya və Macarıstandan gətirilən avadanlıqlar quraşdırılıb. Bütün texnoloji proseslər avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Açıq və tünd olmaqla 2 çeşiddə istehsal ediləcək məhsullar istehlakçılara regiona idxal olunan pivədən 33-35 % ucuz qiymətə satılacaq. Qeyd edək ki, Naxçıvan MR əhalisinin pivə məhsullarına olan illik tələbatı 300 min dekalitrdir. Hər il 145 min dekolitr pivə xarici ölkələrdən idxal olunur.

7. #3787
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Koxa Nəbi kəndini 6 saatdan artıq atəşə tutması nəticəsində kəndə ciddi ziyan dəyib

[b]Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Koxa Nəbi kəndini 6 saatdan artıq atəşə tutması nəticəsində kəndə ciddi ziyan dəyib[b]

Tovuz. Nəzakət Məşədiəliqızı-APA. Ermənistan Silahlı Qüvvələri oktyabrın 11-də Tovuz rayonunun Koxa Nəbi kəndini intensiv atəşə tutub. APA-nın Qərb bürosunun yerli sakinlərə istinadən məlumatına görə, Ermənistan Silahlı Qüvvələri Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini və Koxa Nəbi kəndini oktyabrın 11-də saat 20 -30 radələrindən başlayaraq gecə 03.00-a qədər fasiləsiz atəşə tutub. İri çaplı avtomat və pulemyotlardan açılan atəş nəticəsində kəndə ciddi ziyan dəyib. Evlər, inzibati binalar, təhsil ocaqları yarasız vəziyyətə düşüb. Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub. Məlumata görə, itki yoxdur.

8. #3788
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AMB-nin rəsmi valyuta məzənnələr

[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]

1 USD

9. #3789
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yığmanın baş məşqçisi 4-cü liqa klubunda oynayır

[b]Yığmanın baş məşqçisi 4-cü liqa klubunda oynayır[b]

Bakı - APA-SPORT. Futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsində Türkiyə milli komandasının növbəti rəqibi Estoniyanın vəziyyəti ürəkaçan deyil. "APA-SPORT"un məlumatına görə, Baltikyanı ölkənin yığması qrupda keçirdiyi hər 3 görüşdə məğlubiyyətlə üzləşib. Öncə Belçikaya uduzan (2:3) estoniyalılar Bosniya və Herseqovina (0:7), eləcə də İspaniyadan (0:3) da ağır zərbə alıblar.Ancaq Estoniya ilə bağlı ən təəccüblü məqam komandanın yarış cədvəlindəki mövqeyi deyil. Ən qəribəsi budur ki, yığmanın baş məşqçisi Tarmo Ruutli hələ də futbolçu karyerasını davam etdirir. 54 yaşlı məşqçi-futbolçu Estoniyanın 4-cü liqasında mübarizə aparan "Sokkernet" klubunda oynayır. Cari mövsümdə 13 oyuna 3 qol vuran Ruutli futbolçu karyerasını davam etdirdiyi üçün dünyadakı bütün həmkarlarından fərqlənir.Qeyd edək ki, Estoniya - Türkiyə matçı oktyabrın 15-də Tallində keçiriləcək.

10. #3790
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Kristina Aquilera Türkiyənin "Varmısın, yokmusun?" yarışmasına qatılacaq

[b]Kristina Aquilera Türkiyənin "Varmısın, yokmusun?" yarışmasına qatılacaq[b]

Bakı. Ülkər Qasımova-APA. Türkiyənin "Show TV" telekanalında yayımlanan və artıq Azərbaycanda da xeyli tamaşaçı auditoriyası toplayan "Varmısın, yokmusun?" yarışmasında Amerikanın tanınmış pop müğənnisi Kristina Aquilera oynayacaq. APA-nın məlumatına görə, tanınmış müğənninin bu verilişdə oyunu otkyabrın 19-da, yəni bu həftənin bazar günündə olacaq. Yarışa qatılmaqla yanaşı K. Aquilera türkiyəli pərəstişkarları ilə görüşəcək və canlı yayımda repertuarındakı mahnıları ifa edəcək. K. Aquileranın bu yarışmada iştirakı layihənin rəhbəri və verilişin aparıcıs olan Acun İlcalın dəvəti ilə gerçəkləşəcək. Belə ki, bir müddət əvvəl Acun İlcal tərəfindən yarışmaya dəvət alan sənətçi bu dəvəti tez bir zamanda qəbul edib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.