[b]Xocalı faciəsi haqda həqiqətlər müsəlman ölkələrində dərsliklərə salınacaq[b]
Bakı - APA. İslam ölkələrinin elm və təhsil nazirlərinin Bakıda keçirilən IV konfransında İslam Konfransı Gənclər Forumu (İKGF) Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması istiqamətində yeni təşəbbüslə çıxış edib.
Azərbaycan XİN-dən APA-ya verilən xəbərə görə, forum Xocalı qırğını haqqında məlumatların İslam Konfransı Təşkilatına üzv ölkələrin ali təhsil məktəblərinin dərsliklərinə salınması haqqında təklif irəli sürüb. Toplantıda çıxış edən İKT Gənclər Forumunun üzvləri qurumun mədəniyyətlərarası dialoq üzrə koordinatoru Leyla Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında da ətraflı məlumat verərək bu kampaniyanın 2009-2012-ci illərdə üzv ölkələrdə həyata keçirilməsinin vacibliyi bildiriblər. Hər iki təklif bu gün başa çatan konfransın yekun qətnaməsində əksini tapıb. Qətnamə bildirilir ki, İKT ermənilərin törətdikləri Xocalı (1992) və Van (1915) qətliamları haqqında həqiqətlərin ali təhsil dərslikləri vasitəsilə yayımlanmasını dəstəkləyir və "Xocalıya ədalət" beynəlxalq kampaniyasını 2009-2012-ci illərdə üzv ölkələrdə prioritet kimi qəbul edir. Bu kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər vasitəsilə çatdırılmasını nəzərdə tutur.
4610 sonuçtan 3.661 ile 3.670 arası

10-08-2008, 05:40 PM #3661Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda, Dəvəçidə, Astarada, Oğuzda baş verən yol qəzaları ölümlə nəticələnib
[b]Bakıda, Dəvəçidə, Astarada, Oğuzda baş verən yol qəzaları ölümlə nəticələnib[b]
Bakı-APA. Bu gün saat 03. 07-də Bakıda R. Behbudov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Lənkəran rayon sakini Mirzəməmməd Əbilovun idarə etdiyi "İkarus" markalı və Yeni Suraxanı qəsəbə sakini Pərvanə Babayevanın idarə etdiyi "Opel" markalı avtomaşınların toqquşması nəticəsində P. Babayeva hadisə yerində ölüb. Onun sərnişini, Ağdam rayon sakini Aysel Aslanova xəsarət alıb. Dünən saat 19.30 radələrində isə Dəvəçi rayonunun Ağbaş kəndində, Bakı şəhər sakini Sədrəddin Ömərovun idarə etdiyi "Ford" markalı və Ağcabədi rayon sakini Zülfü Quliyevin idarə etdiyi "VAZ-2104" markalı avtomaşınlar toqquşub. Nəticədə Z. Quliyev hadisə yerində ölüb. Həmin gün saat 17.30 radələrində Astara rayonunun Şahağacı kəndində, kənd sakini Ağadadaş Zəkiyev "VAZ-21063" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə A. Zəkiyevin sərnişini, qardaşı Sübhan hadisə yerində ölüb. Oktyabrın 7-də saat 14.00 radələrində Oğuz rayonunun Dəymədərə kəndində, Balakən rayon sakini Elçin Alagözovun idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan "Oka" markalı və Şəki şəhər sakini Elçin Mustafayevin idarə etdiyi "Toyota" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət alan E. Alagözov və sərnişini, Balakən rayon sakini Bəhruz Süleymanov xəstəxanaya yerləşdiriliblər. E. Alagözov orada dünyasını dəyişib. Məlumata görə, dünən saat 22.30 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbə sakini Tural Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə T.Məmmədov hadisə yerində ölüb.

10-08-2008, 05:50 PM #3662Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xocalı faciəsi haqda həqiqətlər müsəlman ölkələrində dərsliklərə salınacaq

10-08-2008, 06:00 PM #3663Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bu gün BFB-da Milli Bankın 50104019S seriyalı 30 mln. manat həcmində notları yerləşdirilib
[b]Bu gün BFB-da Milli Bankın 50104019S seriyalı 30 mln. manat həcmində notları yerləşdirilib[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Oktyabrın 8-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50104019S seriyalı, emissiyanın ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi isə 30 mln. manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata əsasən, hərracda 9 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi həcmi 48 946 200 manat təşkil edib. Sifarişlər 99,18% (gəlirlik 10,63%) - 99,27% (gəlirlik 9,45%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,21% (gəlirlik 10,24%), orta ölçülmüş qiymət isə 99,24% (gəlirlik 9,85%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 5 536 400 manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 30 mln. manat məbləğində müəyyən edilib.Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2008-ci ilin noyabrın 5-də icra olunacaq.

10-08-2008, 06:10 PM #3664Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İREX nümayəndəsi: "Seçkiqabağı vədlərin gerçəkləşməsi heç də həmişə ABŞ prezidentinin səlahiyyətində olmur"
[b]İREX nümayəndəsi: "Seçkiqabağı vədlərin gerçəkləşməsi heç də həmişə ABŞ prezidentinin səlahiyyətində olmur"[b]
Bakı. Laçın Sultanova - APA. İREX mediaya yardım təşkilatının Azərbaycan üzrə nümayəndəsi Şelli Markoff "Women’s Media Watch" Azərbaycan Qadın Jurnalistlər Birliyinin qonağı olub. Birlikdən APA-ya verilən məlumata görə, Amerikada prezident seçkilərinin Azərbaycana mümkün təsirindən danışan İREX rəsmisi seçkiqabağı vədlərin gerçəkləşməsinin heç də həmişə ABŞ prezidentinin səlahiyyətində olmadığını deyib: "Cənab Obama Kaliforniyada erməni soyqırımının tanınması barədə vədlər verib. Amma bu, prezidentin deyil, Konqresin razılığı ilə həll olunan məsələdir. Konqres heç də həmişə hökumətin təklif etdiyini qəbul etmir." Ş. Markoff Azərbaycanda ilk dəfə olaraq Amerikada prezident debatlarının nümayişində İREX-in məqsədinin müxtəlif sistemlərin necə işləməsi barədə təsəvvür yaratmaq olduğunu deyib. O, Amerika debatlarının Azərbaycan debatlarından fərqinə də toxunub: "Amerikada və Azərbaycanda baş verənlər arasında heç bir oxşarlıq yoxdur. Orada debatlar 2 partiya arasında aparılır ki, onlardan da biri çox, digəri isə az təcrübəlidir. Azərbaycana gəldikdə, mən inanmıram ki, prezident Əliyev bu seçkiləri uduza bilər. O, prezident olacaq. Namizədlər düşünüb, vədlər verməlidirlər. Bundan hökumət yalnız qazana bilər".Azərbaycan mətbuatının vəziyyətindən danışan Ş. Markoff mətbuatın əsas probleminin baş redaktorlardan qaynaqlandığı qənaətində olduğunu deyib: "Mənə elə gəlir ki, jurnalistlər jurnalistikanın prinsirlərini, tarazlılıq, obyektivlik, balans və s.-i çox yaxşı bilirlər. Sadəcə, redaktorlar siyasi vəziyyətdən asılı olaraq, buna imkan vermirlər".

10-08-2008, 06:20 PM #3665Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
«Toyota» şirkəti yeni mikroavtomobilini nümayiş edib
[b]«Toyota» şirkəti yeni mikroavtomobilini nümayiş edib[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Yaponiyanın «Toyota» avtomobil şirkəti Parisdə (Fransa) keçirilən beynəlxalq avtomobil sərgisində yeni «iQ» modelini nümayiş etdirib. «APA-ECONOMICS»in məlumatına görə, avtomobilin uzunluğu cəmi 2 985 mm təşkil edir. Bundan başqa, yeni «iQ» modeli iki modifikasiyada buraxılacaq. Bunlardan birincisi ABS əyləc sistemi, 9 təhlükəsizlik yastığı, SD və MP3 sistemi ilə təchiz olunub. Lakin «iQ2» adlanan ikinci versiya isə əlavə olaraq avtomatik sürət qutusu, avtomatik iqlim-kontrol, böyük ekranlı naviqasiya və digər sistemlər ilə təchiz olunacaq.Yeni «iQ» 1,0 litr (68 at gücü) benzin və 1,4 litr (90 at gücü) həcmində olan dizel mühərrikləri ilə təchiz olunacaq ki, avtomobil şəhərdə cəmi 4,8 litr, trasda isə 3,5 litr yanacaq sərf edəcək.Məlumat üçün bildirək ki, Rusiya istehsalı olan «Oka» avtomobilinin uzunluğu 3200 mm-dir.

10-08-2008, 06:30 PM #3666Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Nardaranlılar Azərbaycan prezidentliyinə namizədi məhkəməyə verəcəklər
[b]Nardaranlılar Azərbaycan prezidentliyinə namizədi məhkəməyə verəcəklər[b]
Bakı. Elnur Məmmədli - APA. Böyük Quruluş Partiyasının (BQP) prezidentliyə namizədi Fazil Qəzənfəroğlu və Azərbaycan liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev bu gün Nardaran qəsəbəsində sakinlərlə görüş keçiriblər. Qəsəbə sakinlərinin APA-ya verdikləri məlumata görə, görüşdə ABŞ-ın Azərbaycanda keçmiş səfiri Stenli Eskuderonun Nardaran camaatı ilə bağlı yaranmış problemi namizədlərin diqqətinə çatdırılıb. Sakinlər keçmiş səfirin 30 hektar ərazini ələ keçirməyə çalışdığını bildiriblər. Buna yol verməyəcəklərini deyən sakinlər qanunun imkan verdiyi üsullardan istifadə edəcəklərini vurğulayıblar. Hər iki namizəd bu məsələni diqqətdə saxlayacağını, prezident seçkilərində qalib gələcəkləri halda, nardaranlıların problemlərini həll edəcəklərini deyiblər. Görüş qəsəbənin "Səfixanı" adlanan ərazidə keçirilib. Narazı nardaranlıların səlahiyyətli nümayəndəsi Rasim Ağayev isə APA-ya bildirib ki, qəsəbə sakinləri BAXCP-nin prezidentliyə namizədi Qüdrət Həsənquliyevlə bağlı məhkəməyə müraciət etməyə hazırlaşırlar. Onun sözlərinə görə, ötən gün İTV-dəki çıxışında Q. Həsənquliyev Nardaran camaatını təhqir edib, onları dini ekstremist adlandırıb. Gələn həftə məhkəməyə müraciət olunacağını bildirən R. Ağayev Q. Həsənquliyevin nardaranlılardan üzr istəməsini tələb edəcəklərini vurğulayıb. Qeyd edək ki, Nardaran sakinləri prezident seçkilərində namizədliyi irəli sürülən bütün namizədlərə görüş üçün müraciət ediblər. Görüşə isə 7 namizəddən 2-si qatılıb.

10-08-2008, 06:40 PM #3667Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Mustafa Dənizli "Beşiktaş"ın baş məşqçisi təyin edilib
[b]Mustafa Dənizli "Beşiktaş"ın baş məşqçisi təyin edilib[b]
Bakı - APA-SPORT. "Beşiktaş" klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. "APA-SPORT"un məlumatına görə, "qara qartallar"ı bundan sonra Mustafa Dənizli çalışdıracaq. O, baş məşqçi postunda oktyabrında 7-də istefa vermiş Ərtoğrul Sağlamı əvəzləyib.İstanbul klubunun rəhbərliyi 59 yaşlı çalışdırıcı ilə yaxın 3 gün ərzində rəsmi müqavilə bağlayacaq. Razılaşmanın müddəti və maddi dəyəri hələlik açıqlanmır. Dənizliyə yeni vəzifəsində Türkiyə yığmasının və "Beşiktaş"ın sabiq futbolçusu Sərgən Yalçının yardımçı olacağı bildirilir.İzmirdə doğulan Dənizli futbolçu karyerasına 1965-ci ildə başlayıb. O, 17 il "Altay" komandasının şərəfini qoruyub və 1980-ci ildə 12 qolla Türkiyə Superliqasının bombardiri olub. 1983-cü ildə "Qalatasaray"a transfer edilən Dənizli 4 ildən sonra bu klubun, eyni zamanda yığmanın baş məşqçisinə çevrilib. Elə birinci ildəcə "Cim Bom"a Türkiyə çempionu titulunu qazandırıb. Az sonra isə "Qalatasaray"ı Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinalına daşıyıb.1989-cu ildə "sarı-qırmızılar"dan ayrılan Dənizli Almaniyanın "Aahen" klubu ilə anlaşıb. Ancaq cəmi bir ildən sonra "Qalatasaray"a qayıdıb. Dənizlinin sonrakı məşqçilik karyerasında "Kocaelispor" (1994-96), Türkiyə milli komandası (1996-2000), "Fənərbaxça" (2000-03), "Vestel Manisaspor" (2003-04), İranın "Pas" (2004-06) klubları da var. Onun rəhbərlik etdiyi yığma Avro-2000-in 1/4 finaladək irəliləməyi bacarıb. Bundan başqa, Dənizli "Fənərbaxça"ya ölkə çempionluğunu qazandıran ilk türk məşqçi kimi də tarixə düşüb.

10-08-2008, 06:50 PM #3668Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər davam etdirilir
[b]Prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər davam etdirilir[b]
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün Azərbaycanın bir sıra bölgəsində seçicilərlə görüş keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Dəvəçi şəhər stadionunda, Lerik şəhər stadionunda görüş-mitinq, Samux, Qazax, Ağstafa, Xaçmaz, Sabirabad, Salyan, Tərtər, Füzuli, Yevlax, Zaqatala, Şəki rayonlarının bir sıra yaşayış məntəqəsində, Bakının Nərimanov, Yasamal, Binəqədi, Səbayel, Nəsimi rayonlarında seçicilərlə görüşlər təşkil olunub. Mitinq-görüşlərdə prezidentliyə namizəd İ. Əliyevin seçki platforması seçicilərin diqqətinə çatdırılıb. Tədbirlərdə prezidentliyə namizədin vəkilləri, Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

10-08-2008, 07:00 PM #3669Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gələn il CIBC-nin geniş iclası keçiriləcək
[b]Gələn il CIBC-nin geniş iclası keçiriləcək[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Hazırda Almatıda səfərdə olan Xəzər İnteqrasiya İşgüzar Klubunun (CIBC) baş icraçı direktoru Telman Əliyev Qazaxıstanın aparıcı dövlət strukturlarının nümayəndələri ilə Xəzər-Qara dəniz və Baltik bölgələrinin biznes birliyinin əlaqələrinin fəallaşdırılması məsələlərini müzakirə edib. CIBC-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev, «KazMunayQaz» SC-nin prezidenti Kairgeldı Kabıldin və «KazEnergy» Assosiasiyasının sədri Timur Kulibayevlə görüşlər zamanı Astanada Xəzər-Qara dəniz və Baltik bölgələrindən olan 500 şirkət və təşkilatın iştirakı ilə CIBC-nin geniş iclasının keçirilməsi barədə razılıq əldə edilib. Gələn ilin əvvəlində planlaşdırılan görüş yanacaq-energetika kompleksinin və iqtisadiyyatın onunla bağlı sahələri üzrə bütün təsərrüfat subyektlərinin iştirakı ilə keçiriləcək. Qazaxıstanın rəsmi nümayəndələri hesab edirlər ki, bu kimi görüşlər Xəzər-Qara dəniz və Baltik bölgələri ölkələrinin şirkətləri arasında daha sıx əməkdaşlığın əsasını qoya bilər. Bu görüşlərdə Qazaxıstanda CIBC-nin nümayəndəliyinin yaradılması məsələsinin müzakirəsi də gözlənilir.

10-08-2008, 07:10 PM #3670Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İTV Avropa Yayım İttifaqına cərimə ödəyib
[b]İTV Avropa Yayım İttifaqına cərimə ödəyib[b]
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti "Junior Eurovision-2008" müsabiqəsində iştirakdan imtina etdiyi üçün Avropa Yayım İttifaqına cərimə ödəyib.
Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) musiqi, bədii və əyləncəli verilişlər departamentinin müdiri Füzuli İsmayılov deyb. 2008-ci ildə Azərbaycanın "Eurovision" mahnı və "Eurovision" rəqs müsabiqələrinə ilk dəfə qatıldığını xatırladan F. İsmayılov bu yarışmalarda ilk dəfə çıxış etməsinə baxmayaraq, Azərbaycanın yüksək hazırlığı ilə dünya ictimaiyyətinin diqqətini cəlb edə bildiyini vurğulayıb: "Azərbaycan "Junior Eurovision" müsabiqəsinə də qatılmaq fikrində idi, amma bunun üçün böyük səhnədə özünü tam sərbəst hiss edəcək, milyonlarla tamaşaçının diqqətini cəlb edə biləcək uşaq və ya uşaqlardan ibarət qrup tələb olunurdu. Əlbəttə, Azərbaycanda bu standartlara cavab verən uşaqlar var, sadəcə, onları belə məsuliyyətli çıxışa hazırlamaq lazım idi. Əslində bu məsuliyyətli iş bizdən daha çox bilavasitə aidiyyəti qurumlardan asılıdır. Yaddan çıxarmayaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayım İttifaqının üzvüdür və bütün "Eurovision" tədbirlərinin ilk yayımçısıdır. Bu, kampaniya xarakterli iş deyil". F. İsmayılov dünya səviyyəli yarışmaya layiqli hazırlaşmaq üçün bir qurumun kifayət etmədiyini bildirib: "Namizədlər müvafiq orqanlar tərəfindən təqdim edilməlidir. Məsələn, "Eurovision" rəqs müsabiqəsində Azərbaycanı təmsil edən Anna Sajina və Eldar Cəfərov cütlüyü Azərbaycan İdman Rəqsləri Federasiyası tərəfindən təqdim olunmuşdu. İTV "Eurovision" uşaq müsabiqəsində iştirak üçün tələb olunan ərizəni və iştirak xərclərini təqdim etmişdi. Yəni müsabiqədən imtina etmək marağında deyildik. Amma istedadlı uşaq axtarışında heç bir kömək və məsləhət olmadığından əvvəlki iki parlaq çıxışı kölgəyə salmamaq üçün bu müsabiqədən imtina etməli olduq. Buna görə də Avropa Yayım İttifaqına cərimə ödədik". F. İsmayılov hesab edir ki, gələn il keçiriləcək "Eurovision" müsabiqələrinin hazırlığına indidən başlamaq lazımdır.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Azərbaycan XİN-dən APA-ya verilən xəbərə görə, forum Xocalı qırğını haqqında məlumatların İslam Konfransı Təşkilatına üzv ölkələrin ali təhsil məktəblərinin dərsliklərinə salınması haqqında təklif irəli sürüb. Toplantıda çıxış edən İKT Gənclər Forumunun üzvləri qurumun mədəniyyətlərarası dialoq üzrə koordinatoru Leyla Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında da ətraflı məlumat verərək bu kampaniyanın 2009-2012-ci illərdə üzv ölkələrdə həyata keçirilməsinin vacibliyi bildiriblər. Hər iki təklif bu gün başa çatan konfransın yekun qətnaməsində əksini tapıb. Qətnamə bildirilir ki, İKT ermənilərin törətdikləri Xocalı (1992) və Van (1915) qətliamları haqqında həqiqətlərin ali təhsil dərslikləri vasitəsilə yayımlanmasını dəstəkləyir və "Xocalıya ədalət" beynəlxalq kampaniyasını 2009-2012-ci illərdə üzv ölkələrdə prioritet kimi qəbul edir. Bu kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər vasitəsilə çatdırılmasını nəzərdə tutur.

Yer imleri