[b]ATƏT-in müşahidə missiyası AVCİYA-nın Saatlıdakı ofisinin seçkilərlə bağlı fəaliyyəti ilə tanış olub[b]
Bakı. Ramil Məmmədli-APA. Bu gün ATƏT-in Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının üzvləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Saatlı rayonundakı ofisində olublar. AVCİYA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATƏT-in müşahidə missiyasının üzvləri AVCİYA-nın Saatlıdakı ofisində qurumun regional nümayəndəliyinin seçkilərlə bağlı fəaliyyəti ilə maraqlanıblar. Görüşdə ATƏT-in müşahidəçilərinin diqqətinə çatdırılıb ki, AVCİYA "ELS" təşkilatı ilə birlikdə 800 məntəqədə "exit-poll", "quick-count" (səslərin paralel sayılması) tədqiqatları aparacaq. Qonaqlar AVCİYA-nın seçkilərlə bağlı nəşrləri ilə də tanış olublar. AVCİYA-dan verilən digər məlumatda isə bildirib ki, qurum Bakı, Abşeron və Sumqayıtda seçki günü müşahidə fəaliyyəti ilə məşğul olanlar üçün treninqlərə başlayıb. AVCİYA-nın Seçki Qərargahı prezident seçkiləri ərəfəsi ölkənin 12 regional mərkəzində müşahidəçilərə treninqlər keçib. Treninqlərdə müşahidəçilərə seçki zamanı fəaliyyətlərini istiqamətləndirmək bacarığı aşılanıb.
4610 sonuçtan 3.591 ile 3.600 arası

10-07-2008, 01:50 PM #3591Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda Qida Sınaq Laboratoriyası yaradılır
[b]Bakıda Qida Sınaq Laboratoriyası yaradılır[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bakıda İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Mərkəzi Qida Sınaq Laboratoriyası yaradılır. «APA-ECONOMICS»in məlumatına görə, bunu Xidmətin rəis əvəzi Aslan Cəfərov bildirib.A.Cəfərovun sözlərinə görə, artıq dövlət büdcəsindən bu məqsədlə maliyyə vəsaiti ayrılıb, laboratoriyanın layihə-smeta sənədləri hazırlanıb və müasir avadanlıqlar alınıb. Laboratoriyanın 2010-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.

10-07-2008, 02:00 PM #3592Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ATƏT-in müşahidə missiyası AVCİYA-nın Saatlıdakı ofisinin seçkilərlə bağlı fəaliyyəti ilə tanış olub

10-07-2008, 02:10 PM #3593Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyə hökuməti İraqın şimalında "bufer zonası" yaradılmasını müzakirə edəcək
[b]Türkiyə hökuməti İraqın şimalında "bufer zonası" yaradılmasını müzakirə edəcək[b]
Ankara - APA. "Türkiyəyə qarşı açıq bir düşmənçilik ortadadır. Bu əngəllənməzsə, xəyanətkar quldur dəstəsi ölkəmizi qanlı bir parçalanma prosesinə sürükləyə bilər.
Türkiyə dövləti olaraq bu xəyanətin belini qıracağıq. Başqa yol yoxdur". APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı bu sözləri partiyasının parlament qrupunun toplantısındakı çıxışında deyib. O, bildirib ki, yalnız hərbi vasitələrlə terror probleminin həlli mümkün deyil: "Terror təşkilatına siyasi və maliyyə dəstəyi verənlər ortaya çıxarılmalıdır. Separatçılara himayəçilik edən Şimali İraq rəhbərliyi ilə danışıqlar aparmaqla məsələ həll olunası deyil. Terroru himayə etməyin müharibə səbəbi olduğu Bərzaniyə və İraq dövlətinə ultimatum şəklində bildirilməlidir. Ölkəmizin təhlükəsizliyi digər məsələlərdən üstün tutulmalıdır. Hökumət Türkiyə Silahlı Qüvvələrinə lazımi səlahiyyətlərin və tapşırıqların verilməsi üçün iradə göstərməlidir". D. Bağçalı Türkiyənin cənub-şərq vilayətlərində fövqəladə vəziyyət rejimi elan edilməsi də daxil olmaqla, bütün zəruri tədbirlərin görülməsini istəyib. O, PKK terrorçularının Türkiyəyə sızmasını əngəlləmək məqsədilə İraqın şimalında "bufer zonası" yaradılması təklifi ilə də çıxış edib. MHP liderinin təklifinə münasibət bildirən hökumət sözçüsü Cəmil Çiçək "bufer zonası"nın yaradılması məsələsinin müzakirə ediləcəyini söyləyib.

10-07-2008, 02:20 PM #3594Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Nazir müavini Niyazi Səfərov: «Dünya maliyyə bazarındakı böhran Azərbaycana da təsir göstərə bilər»
[b]Nazir müavini Niyazi Səfərov: «Dünya maliyyə bazarındakı böhran Azərbaycana da təsir göstərə bilər»[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanda «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub. «APA-ECONOMICS»in məlumatına görə, bunu iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.N.Səfərovun sözlərinə görə, qanunda müəyyən ərazilərdə müəyyən fəaliyyət növlərinə imtiyazlı rejimin yaradılması nəzərdə tutulur. Bu zonalarda vergi, valyuta tənzimlənməsi və s. kimi güzəştlər olacaq. N.Səfərov onu da əlavə edib ki, hazırda dünyanın maliyyə bazarlarında baş verən böhran müəyyən qədər Azərbaycana da təsir göstərə bilər: «Bu qlobal hadisədir. Hər hansı bir ölkə bundan 100% sığortalanıb demək də düz olmaz. Azərbaycan qoruyucu və qabaqlayıcı tədbirlər görür».

10-07-2008, 02:30 PM #3595Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Yaprak dökümü"ndə Fikrət rolunu canlandıran aktrisa serialın Azərbaycanda böyük maraqla seyr edildiyini öyrənib
[b]"Yaprak dökümü"ndə Fikrət rolunu canlandıran aktrisa serialın Azərbaycanda böyük maraqla seyr edildiyini öyrənib[b]
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin "Kanal D" və Azərbaycanın ATV telekanallarında nümayişi davam edən "Yaprak dökümü" serialında Fikrət rolunu canlandıran Bennu Yıldırımlar serialın Azərbaycanda də böyük maraqla qarşılandığından xəbərdardır. APA-nın məlumatına görə, Türkiyənin "Cine-5" telekanalına müsahibə verən aktrisa bildirib ki, türk seriallarının digər ölkələrdə də izlənilməsi çox gözəl hadisədir: "Məsələn, cümə günü Azərbaycan televiziyasından gələcəklər və mənim evimdə çəkiliş aparacaqlar. Azərbaycanda "Yaprak dökümü"nü böyük bir zövqlə seyr edirlərmiş. Mən onlardan da mail alırdım, amma bu qədər sevildiyimizin fərqində deyildim. İndi öz evimdə onları qonaq edəcəyəm". Teatrda çalışan B. Yıldırımlar işinin çox olmasına baxmayaraq, "Yaprak dökümü"nün çəkilişinə qatılmaqdan böyük zövq aldığını deyib. O, pərəstişkarlarına çox böyük önəm verdiyini və elektron ünvanına gələn məktubları şəxsən özünün cavablandırdığını açıqlayıb.

10-07-2008, 02:40 PM #3596Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
IFC ilin sonunadək «Rabitəbank»da pay ala bilər
[b]IFC ilin sonunadək «Rabitəbank»da pay ala bilər[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sonuna kimi Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarları sırasına qoşula bilər. Bu barədə «APA-ECONOMICS»ə IFC-nin Bakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova məlumat verib. A.Əzimovanın sözlərinə görə, hazırda IFC-nin «Rabitəbank»da neçə faiz paya malik olacağı müzakirə olunur: «IFC «Rabitəbank»da maksimum 20% paya malik ola bilər. Bütün məsələlərə dair aparılan danışıqlar cari ilin sonunadək başa çatacaq».Qeyd edək ki, 2007-ci ildə «Rabitəbank» IFC-dən 2 mln. ABŞ dolları həcmində kreditin alınmasına dair saziş imzalayıb. Kredit Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi layihələrinə yönəldilib. Sazişə əsasən, IFC sonradan kreditin bir hissəsini bankın səhmlərinə (10-20%) çevirmək imkanı əldə edib.

10-07-2008, 03:20 PM #3597Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Tolişi Sədo" qəzetinin həbsdə olan baş redaktorunun oğlu məhkəmə zalından azadlığa buraxılıb
[b]"Tolişi Sədo" qəzetinin həbsdə olan baş redaktorunun oğlu məhkəmə zalından azadlığa buraxılıb[b]
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Milli Elmlər Akademiyasının sabiq şöbə müdiri, "Tolişi Sədo" qəzetinin həbsdə olan baş redaktoru Novruzəli Məmmədovun oğlu Emil Məmmədov bu gün məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə APA-ya N. Məmmədovun hüquqlarının müdafiə komitəsinin sədri Hilal Məmmədov məlumat verib. H. Məmmədovun sözlərinə görə, bu gün Səbayel Rayon Məhkəməsində E. Məmmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə sədrlik edən hakim Rauf Əhmədov təqsirləndirilən şəxsin barəsində açılmış cinayət işində kifayət qədər sübutların olmamasını əsas tutaraq cinayət işinə xitam verilməsinə və təqsirləndirilən şəxsin məhkəmə zalından azadlığa buraxılmasına qərar verib. Qeyd edək ki, E. Məmmədov bu il iyulun 16-da üzərində az miqdarda narkotik vasitə ilə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik maddələri əldə etmə, hazırlama, saxlama və satma) maddəsi ilə ittiham irəli sürülüb.

10-07-2008, 03:30 PM #3598Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan sentyabrda maye qaz istehsalını 13% azaldıb
[b]Azərbaycan sentyabrda maye qaz istehsalını 13% azaldıb[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin sentyabr ayında Azərbaycanda 16,15 min ton maye qaz istehsal edilib ki, bu da avqust ayının istehsalından 13,4% azdır. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.Cari ilin yanvar-sentyabr aylarında maye qaz istehsalı 134,92 min ton təşkil edib. Bu da 2007-ci ilin 9 ayına nisbətən 21,5% çoxdur.

10-07-2008, 03:40 PM #3599Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidentinin cənub bölgəsinə səfəri başlayıb
[b]Azərbaycan prezidentinin cənub bölgəsinə səfəri başlayıb[b]
Biləsuvar. Ağəddin Babayev - APA. Azərbaycan prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri başlayıb.
APA-nın cənub bürosunun məlumatına görə, dövlət başçısı ilk olaraq Biləsuvar rayonuna səfər edib. Prezident xanımı Mehriban Əliyeva ilə birgə xüsusi istedadlı uşaqlar üçün tikilmiş peşə liseyinin açılışına qatılıb. Sonra dövlət başçısı "Biləsuvaraqro" MMC tərəfindən tikilən, smeta dəyəri 7 milyon avro olan Süd Zavodunun açılışında iştirak edib. Xanımı ilə birgə Heydər Əliyevin abidəsini ziyarət edən prezident Heydər Əliyev Muzeyi ilə tanış olub, bunun ardınca isə Biləsuvarda inşa edilmiş Olimpiya İdman Kompleksinin açılışına qatılıb.Bununla da, ölkə başçısının Biləsuvara səfəri başa çatıb.

10-07-2008, 03:50 PM #3600Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Beşiktaş" klubunun baş məşqçisi Ərtoğrul Sağlam istefa verib
[b]"Beşiktaş" klubunun baş məşqçisi Ərtoğrul Sağlam istefa verib[b]
Bakı - APA-SPORT. "Beşiktaş" klubunun baş məşqçisi Ərtoğrul Sağlam istefa verib. "APA-SPORT"un məlumatına görə, 39 yaşlı çalışdırıcı bu addımını son vaxtlar kəskin tənqidlərə məruz qalması ilə əlaqələndirib. İstefa ərizəsi rəhbərliyə bu gün təqdim olunub.Lakin "Beşiktaş" rəsmiləri hələlik yekun qərar verməyiblər. Ərtoğrul Sağlamın vəzifəsində qalıb-qalmayacağı tezliklə məlum olacaq.Qeyd edək ki, Sağlamın komandası ötən həftə Ukrayna "Metallist"inə uduzduğundan UEFA kubokunda mübarizəni erkən dayandırıb. Ötən ilin yayından "Beşiktaş"ı çalışdıran türkiyəli məşqçinin postuna real namizədlər arasında Mirça Luçesku, Stanislav Çerçesov və başqaları göstərilir.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri