Əsas məzmuna keç
Sayfa 358/461 İlkİlk ... 258308348356357358359360368408458 ... SonSon
4610 sonuçtan 3.571 ile 3.580 arası

Azərbaycan Xəbərləri

1. #3571
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Zaur Tağızadə dörd aydan sonra oynayacaq

[b]Zaur Tağızadə dörd aydan sonra oynayacaq[b]

Bakı. Mehman Süleymanov - APA-SPORT. "Neftçi" futbol komandasının kapitanı Zaur Tağızadə Almaniyada cərrahiyyə əməliyyatı olunub. "APA-SPORT"un məlumatına görə, Münhendə dizində əməliyyat aparılan 29 yaşlı yarımmüdafiəçi artıq Bakıya qayıdıb.Zaur bir aydan sonra bərpa prosesi keçmək üçün yenidən Almaniyaya gedəcək. Bərpa prosesi uğurla alınarsa, Tağızadə dörd aydan sonra komanda ilə birgə məşqlərə başlayacaq. Bu isə futbolçunun cari ildə çıxış etməməsi anlamına gəlir. O, ən yaxşı halda, ikinci dövrədə "Neftçi"yə yardım edə biləcək.Qeyd edək ki, cari mövsümdə meydana çıxmayan "Neftçi"nin kapitanı bu ilin mayında Türkiyədə qasıq nahiyəsindən əməliyyat olunub.

2. #3572
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti İslam ölkələri ali təhsil və elm nazirlərinin Bakıda keçirilən 4-cü konfransının nümayəndələrini qəbul edib

[b]Azərbaycan prezidenti İslam ölkələri ali təhsil və elm nazirlərinin Bakıda keçirilən 4-cü konfransının nümayəndələrini qəbul edib[b]

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da İslam ölkələri ali təhsil və elm nazirlərinin Bakıda keçirilən 4-cü konfransının nümayəndələrini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Bakı konfransının əhəmiyyətindən danışaraq, bu tədbirin İslam dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə xidmət etdiyini deyib: "Təhsil sahəsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Dövlət büdcəsindən ayrılan vəsaitin həcminə görə təhsil ikinci yerdədir və Azərbaycanın iqtisadi imkanları genişləndikcə, bu sahəyə diqqət daha da artırılır".Prezident Azərbaycan torpaqlarının bir hissəsinin uzun müddətdir, ermənilər tərəfindən işğal edildiyini, 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu diqqətə çatdırıb: "Bu, ölkənin inkişafına mənfi təsir göstərsə də, qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə də müasir tipli məktəblər fəaliyyət göstərir". Dövlət başçısı ümumtəhsil məktəblərinin kompüterləşməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb: "Bir neçə il əvvəl 1000 şagirdə bir kompüter düşürdüsə, indi 29 məktəbliyə bir kompüter düşür. Azərbaycanlı gənclərin xaricdə təhsilinə də xüsusi diqqət yetirilir. Bir sözlə, Azərbaycanda təhsil prioritet istiqamətlərdən biridir".İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransın Bakıda keçirilməsini mühüm hadisə adlandıraraq bildirib ki, İslam ölkələri, xüsusilə İSESCO Azərbaycanın sürətli inkişafından xəbərdardır. Azərbaycanın təhsilində də böyük inkişaf olduğunu deyən baş direktor dövlətin bu sahədə uğurlu siyasətini xüsusi vurğulayıb.

3. #3573
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Tovuzdakı N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib

[b]Tovuzdakı N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib[b]

Tovuz-Nəzakət Məşədiəliqızı-APA. Bu gün Tovuzda Ermənistanla sərhəddə yerləşən hərbi hissələrdən birində əsgərlərlə görüş keçirilib.

APA-nın qərb bürosunun məlumatına görə, görüşdə millət vəkili Qənirə Paşayeva və Müdafiə Nazirliyinin bölgədəki nümayəndələri iştirak ediblər. Görüşdə hərbi xidmətdə fərqlənən əsgərlər də mükafatlandırılıblar. Daha sonra isə əsgərlər üçün konsert proqramı təşkil olunub. Proqramda müğənnilərdən Elza Seyidcahan, muğam müsabiqəsinin iştirakçıları və başqaları iştirak ediblər.

4. #3574
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakı sakini intihar edib

[b]Bakı sakini intihar edib[b]

Bakı. Hafiz Heydərov-APA. Bu gün saat 15-16 radələrində Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.

Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsindən APA-ya verilən məlumata görə, Bakı sakini, 1974-cü il təvəllüdlü Emin Yunsur oğlu Cəbrayılov rayonun Qulu Quluyev küçəsi 21 ünvanında tikilməkdə olan çoxmərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.

5. #3575
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub[b]

Bakı - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 6-da saat 15.20-dən 5.30-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini, oktyabrın 7-də saat 00.50-dən 01.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.00-dan 01.15-dək Tərtər rayonunun Göyarx və Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

6. #3576
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin sentyabr renkinqinə «Standard Capital» başçılıq edir

[b]Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin sentyabr renkinqinə «Standard Capital» başçılıq edir[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sentyabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Standard Capital» şirkəti başçılıq edir.Bakı Fond Birjasından (BFB) «APA-ECONOMICS»ə verilən məlumata görə, şirkət 4 müştəriyə ümumi dəyəri 27 716 404,8 manat olan broker xidmətləri göstərib. İkinci yeri 1 müştəriyə ümumi həcmi 27 508 466,26 manatlıq broker xidməti göstərmiş «YapıKredi Invest» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 207 938,54 manat azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 16 599 451,16 manatla «Respublika Invest» şirkəti qərarlaşıb. Qeyd edək ki, sentyabr ayında brokerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə artıb. Belə ki, avqust ayında göstərilmiş broker xidmətlərinin maksimal həcmi 25 895 870,76 manat olub. Bundan başqa, bu ilin sentyabr ayında dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı 9-dan 8-ə düşüb.Mövqe (avqust) Mövqe (sentyabr) Brokerlər Müştərilər (avqust) Müştərilər (sentyabr) Əməliyyatların həcmi (AZN)1 1 «Standard Capital» 7 4 27 716 404,807 2 «YapıKredi Invest» 1 1 27 508 466,263 3 «Respublika Invest» 5 5 16 599 451,162 4 «BoB Broker» 3 1 13 306 448,425 5 «Azerintertrade» 3 3 11 402 735,364 6 «UniCapital» 8 4 7 013 276,026 7 «Texnika Capital Managment» 4 5 2 745 326,828 8 «Brokdil-Az» 1 1 2 667 690,88

7. #3577
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AMB-nin rəsmi valyuta məzənnələr

[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]

1 USD

8. #3578
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gələn ay Əmmanda İordaniya-Azərbaycan hökumətlərarası komissiyasının iclası və biznes-forum keçiriləcək

[b]Gələn ay Əmmanda İordaniya-Azərbaycan hökumətlərarası komissiyasının iclası və biznes-forum keçiriləcək[b]

Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın İordaniyada fövqəladə və səlahiyyətli səfiri Elman Araslı ötən ay bu ölkənin bir sıra hökumət nümayəndələri ilə görüşlər keçirib. Səfirlikdən APA-ya daxil olan məlumata görə, səfir İordaniyanın ticarət və sənaye naziri, tərbiyə və təlim naziri, ali təhsil və elmi tədqiqatlar naziri, İxracın Təşviqi Qurumunun baş icraçı direktoru, Ticarət Palatasının sədri, Sənaye Palatasının sədri, İnvestisiya Şurasının Sədri, Kral II Abdullah Dizayn və İnkişaf Bürosunun baş icraçı direktoru, İordaniya Qadınlarının Milli Komissiyasının baş katibi və Jandarmeriyanın rəisi ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan-İordaniya hökumətlərarası müştərək Komissiyasının ilk toplantısına və İordaniya-Azərbaycan iş adamlarının iştirakı ilə biznes-foruma hazırlıq məsələləri, İordaniyanın ali təhsil və elmi tədqiqatlar nazirinin Azərbaycana səfəri, gələn ay Azərbaycan Təhsil Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətinin İordaniyaya səfəri, İordaniya ilə Azərbaycan arasında birgə sənaye istehsalı imkanlarının öyrənilməsi, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər noyabrın ilk həftəsində Əmmanda hökumətlərarası müştərək komissiyanın ilk iclasının və biznes forumun keçirilməsi barədə razılığa gəliblər. Həmin tədbirlərdə iştirak məqsədilə Azərbaycan iqtisadi inkişaf nazirinin rəhbərliyi altında rəsmi şəxslərdən və iş adamlarından ibarət geniştərkibli Azərbaycan nümayəndə heyəti İordaniyaya səfər edəcək. Səfər zamanı İordaniyanın yüksək vəzifəli şəxslərilə görüşlər də nəzərdə tutulub. Danışıqlar zamanı həmçinin İordaniyanın ali təhsil və elmi tədqiqatlar nazirinin Bakıya səfərinə, noyabrda isə Azərbaycan Təhsil Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətinin İordaniyaya səfərinə dair razılıq əldə olunub. İordaniyanın mədəniyyət naziri xanım N. Bəkir isə azərbaycanlı həmkarı Ə. Qarayevin dəvətinə əsasən cari ilin dekabrında Bakıya səfər edəcək.

9. #3579
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Zaqatalada yanğın olub

[b]Zaqatalada yanğın olub[b]

Zaqatala. Vüqar Heydərov-APA. Ötən gecə Zaqatalada güclü yanğın baş verib. Bu barədə APA-nın yerli bürosuna Fövqəladə Hallar Nazirliyinin Zaqatala Yanğından Mühafizə Xidmətindən (YMX) məlumat verilib. Yanğın saat 2.10 radələrində rayonun Aşağı Tala kəndində Bəxtiyar Ocaq oğlu Uluxanova məxsus çörək sexində baş verib. Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub. B. Uluxanova məxsus çörək və şirniyyat sexi tamamilə yanıb. YMX-nin əməkdaşlarının səyi nəticəsində yanğının çörək və şirniyyat sexinə yaxın olan digər sexlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı çörək sexində işləyən fəhlələrin xəsarət almadığı bildirilib. Hazırda Zaqatala YMX tərəfindən yanğının səbəbləri barədə araşdırma aparılır.

10. #3580
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtındakı barlardan birində xadimə barmeni qətlə yetirib

[b]Azərbaycan paytaxtındakı barlardan birində xadimə barmeni qətlə yetirib[b]

Bakı. Hafiz Heydərov - APA. Ötən gecə Azərbaycan paytaxtındakı barların birində dəhşətli qətl hadisəsi baş verib.

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Nəsimi rayonu ərazisində yerləşən, Nofəl Qocayevə məxsus "N-Klub" barında xadimə işləyən, Xətai rayon sakini, 1973-cü il təvəllüdlü Arzu Fail qızı Əliyeva şəxsi münaqişə zəminində orada barmen işləyən, 1980-cı il təvəllüdlü, Xətai rayon sakini Rasim Valeh oğlu Əliyevi bıçaqla qətlə yetirib. Meyitin müayinə zamanı məlum olub ki, R. Əliyev qarın nahiyəsindən aldığı bıçaq xəsarətindən dünyasını dəyişib. Hadisəni törədən A. Əliyeva isə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.