[b]İran İtaliyaya nota verib[b]
Tehran-APA. İtaliyanın baş naziri Silvio Berluskoninin İran prezidentini Hitlerlə müqayisə etməsi Tehranda ciddi etiraza səbəb olub. APA-nın məlumatına görə, Parisdə "Keren Xaseyod" yəhudi ictimai birliyinin üzvləri ilə görüşən Silvio Berluskoni konkret ad çəkməsə də, Mahmud Əhmədinejadın fəaliyyətini Hitleri fəaliyyətinə bənzədib.
Rəsmi Tehran bu bənzətmə ilə əlaqədar İraliya Xarici İşlər Nazirliyinə nota təqdim edib. Notada bildirilir ki, Berluskoninin bəyanatları yüksək mədəniyyətə malik italyan xalqının mövqeyinə yaraşmır: "İran beynəlxalq arenada daha məsuliyyətli mövqe tutaraq bəyan edir ki, bütün xalqlara və mədəniyyətlərə hörmətlə yanaşır". İranın İtaliyaya nota verməsi Romada birmənalı qarşılanmayıb. İtaliya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, İran tərəfi Xolokostu, həmçinin İsrail dövlətinin mövcudluğunu şübhə altına alıb və Silvio Berluskoninin sözləri bu kimi bəyanatlara cavabdır. Berluskoninin lideri olduğu "Azadlıq Xalqı" hakim koalisiyasının üzvlərindən Enriko Pyanetta isə bildirib ki, Əhmədinejad Hitlerdən də təhlükəlidir, çünki təkcə bütöv xalqı deyil, həm də İsrail dövlətini məhv etmək istəyir. Mahmud Əhmədinejad isə İsrail əleyhinə bəyanatları davam etdirib. İran prezidenti bildirib ki, İsrail əlini nüvə düyməsinə basmazdan əvvəl bu təcavüzkarın əlinin sındıracaq: "İran istənilən təcavüzü dayandırmağa qabildir". Bundan başqa dünən İranda keçirilən hərbi paradda ölkənin əldə etdiyi yeni silah və texnika növləri nümayiş olunub. Paradda "ABŞ-a ölüm!", "İsrailə ölüm" şüarları səsləndirilib.
4610 sonuçtan 3.091 ile 3.100 arası

09-22-2008, 11:00 AM #3091Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Qafqaz Xalqları Konqresi yaradılıb
[b]Qafqaz Xalqları Konqresi yaradılıb[b]
Bakı. Viktoriya Dementyeva - APA. Gürcüstanda Qafqaz Xalqları Konqresi adlı qeyri-hökuməti təşkilatı yaradılıb. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, qurumun təsisçilərindən olan Tamaz Ququnişvili bildirib ki, qurumun yaradılmasında məqsəd Qafqaz xalqlarının yaxınlaşmasına nail olmaq, onları birləşdirməkdir: "Bizim təşkilatımız Qafqaz xalqları arasında mövcud olmuş tarixi əlaqələri bərpa etmək, onların milli-mədəni və dini dəyərlərini qorumağı qarşısına məqsəd qoyub". T. Ququnişvili konqresin Rusiyanın regiondakı imperialist siyasətinə qarı fəaliyyət göstərəcəyini də söyləyib.

09-22-2008, 11:10 AM #3092Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İran İtaliyaya nota verib

09-22-2008, 11:20 AM #3093Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AFFA Bakıda dünya çempionatı keçirmək istəyir
[b]AFFA Bakıda dünya çempionatı keçirmək istəyir[b]
Elşad Nəsirov: "Təkliflərimizi FİFA-ya göndərəcəyik"
Bakı. Mehman Süleymanov - APA-SPORT. AFFA-nın vitse-prezidenti Elşad Nəsirov assosiasiyanın rəsmi saytına müsahibə verib. O, Bakıda keçirilən çimərlik futbolu üzrə Avropa kuboku oyunlarının yekununu, yığmamızın çıxışı, qarşıda duran planlar haqda danışıb. - Azərbaycan yığması ilk dəfə iştirak etdiyi çimərlik futbolu üzrə Avropa kuboku oyunlarında üçüncü yeri tutdu. Təəssüratlarınızı bilmək maraqlı olardı…- Bildiyiniz kimi, Azərbaycan Çimərlik Futbol Federasiyası cəmi bir neçə aydır ki, aktiv fəaliyyətə başlayıb. Qısa müddətdə belə bir nəticəni qazanmaq yüksək göstəricidir. İngiltərə, Norveç və İtaliya kimi güclü yığmaları geridə qoyduq. Adlarını sadaladığım komandalar böyük təcrübəyə malikdirlər. Deməzdim ki, biz çimərlik futbolunu peşəkar səviyyədə oynayırıq. Çünki az vaxt ərzində bu mümkün də deyil. Amma qısa zaman çərçivəsində görülən işlər, inkişaf göz qabağındadır. Artıq bizdə inam var ki, yaxın vaxtlarda çalışqan futbolçularımızın və güclü baş məşqçimizin sayəsində daha da ciddi uğurlar qazanacağıq. Bu turnir göstərdi ki, komandamızda qələbə ruhu formalaşıb. Uşaqlar axıra kimi mübarizə apardılar. Rəqibin adından çəkinməmələrini xüsusi vurğulamaq istərdim. Onlar dünyanın, Avropanın ən yaxşı oyunçularına qarşı mübarizə apardılar.- Gələcəkdə Azərbaycanda belə turnirlərin keçirilməsi planlaşdırılırmı?- Seçmə mərhələ oyunlarını yəqin ki, Bakıda keçirə biləcəyik. 2011-ci il dünya çempionatını paytaxtımızda təşkil etmək üçün FİFA-ya təkliflərimizi irəli sürəcəyik. Ümumiyyətlə, çimərlik futbolu ilə bağlı planlarımız böyükdür.- Söylədiyiniz turnirlər kifayət qədər səviyyəli və məsuliyət tələb edən yarışlardır. Yeni inşa edilən bu arena həmin yarışların təşkil olunmasına kifayət edəcəkmi?- Bilirsiniz ki, belə stadion dünyada iki ölkədədir - Braziliyada, bir də Azərbaycanda. Yalnız İsveçrədə qapalı arena var. Ancaq bu stadion bizə kifayət etməyəcək. Yeni arenaların inşası üçün layihələr hazırlanacaq. Buzovnada, Novxanıda, Şüvəlanda yaxın gələcəkdə yeni arenalar istifadəyə veriləcək. Stadionların sayını çoxaldacağıq ki, gənclərin idmana marağı daha da artsın. Bizim məqsədimiz yalnız böyük futbolu inkişaf etdirmək deyil. Futbolun digər sahələrini də dirçəltmək lazımdır. Ölkəmizi dünyada, Avropada tanıtdıra biləcək bütün idman növlərinə diqqət yüksək səiyyədədir və gələcəkdə daha da çox olacaq.

09-22-2008, 11:30 AM #3094Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bu il Azərbaycanda aparılan inşaat işlərinin həcmi 55% artıb
[b]Bu il Azərbaycanda aparılan inşaat işlərinin həcmi 55% artıb[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin həcmi əvvəlki ilin analoji göstəricisini 55,1% üstələyərək 2 115,3 mln. manat təşkil edib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, görülən işlərin 1 629,3 mln. manatını (ümumi həcmin 77%-i) yeni tikinti, yenidənqurma və genişləndirmə, 285,9 mln. manatını (13,5%-i) əsaslı təmir, 90 mln. manatını (4,3%-i) cari təmir, 110,1 mln. manatını (5,2%-i) isə sair tikinti işləri təşkil edib. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri 1 574,5 mln. manatlıq, dövlət tikinti müəssisələri isə 540,8 mln. manatlıq inşaat işləri görüb.Hesabat dövründə inşaat bölməsində çalışmış işçilərin orta aylıq nominal əmək haqqı 398,7 manat təşkil edib. Eyni zamanda iri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 459,9 manat olub.

09-22-2008, 11:40 AM #3095Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib
[b]Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib[b]
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz Azərbaycan paytaxtında ev almaq qərarına gəlib. APA-nın məlumatına görə, sənətçi bunu dünən Yaşıl Teatr Bakı Konsert Kompleksində verdiyi konsertdə açıqlayıb. O, tamaşaçılara müraciət edərək Bakıda ev sahibi olmaq istəyini və burada qalmaq arzusunu dilə gətirib: "Sizin aranızda ev satan varmı? Ürəyimdən burada ev almaq keçir. İstəyirəm Bakıda evim olsun. Bəlkə gəlib burada qaldım". Ö. Dəniz Azərbaycan tamaşaçılarının sənətçilərə gül dəstəsi vermək adətini çox bəyəndiyini söyləyib: "Azərbaycanda tamaşaçıların səviyyəsi tamamilə başqadır. Sizin gül vermək adətinizi çox sevirəm. Ümumiyyətlə, ölkənizi öz vətənimdən ayrımıram. Türkiyə və Azərbaycan ayrılmaz iki dövlətdir. Bu gəlişimdə Bakıdakı yenilikləri görüb fərəh hiss keçirdim. Bakı artıq bir çox tanınmış şəhərləri geridə qoyub və Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bir-iki ildən sonra isə buranı ümumiyyətlə, tanımaq olmayacaq. Həm insanlar, həm şəhərin görüntüsü insanda gözəl ab-hava yaradır". Yaşıl Teatrın səhnəsində alqış sədaları altında repertuarındakı köhnə və yeni mahnıları oxuyan türkiyəli sənətçi Azərbaycan mahnılarına da müraciət edib. Konsertin sonuna yaxın tamaşaçıların yanına gələn Ö. Dənizi qız pərəstişkarları dövrəyə alıb və şəkil çəkdiriblər. O, yeni serialı haqqında da məlumat verərək 20 gündən sonra baş rol ifa etdiyi "Aşk yakar" serialının "Kanal D" efirində yayımlanmağa başlayacağını deyib: "İndiyə kimi canlandırdığım heç bir obraz özümdən və içimdən xəbər verməyib. Mən hiperaktiv, ətrafla çox tez ünsiyyət yaradan, gülüb-danışmağı sevən insanam. Ancaq Baran və Seymən belə bir obraz olmayıb. Yeni serialıma baxarkən çox ağlayacaqsınız. Ancaq rica edirəm ki, çox ağlamayın". Sənətçi 5 ay müddətində yeni albomunun işıq üzü görəcəyini və yeni bir filmə çəkiləcəyini də açıqlayıb. O, yeni albomu işıq üzü gördükdən sonra yenidən Bakıya gələcəyinə söz verib.Xatırladaq ki, Özcan Dənizin konserti Kamal Cenk İçtənin və Yaşıl Teatrın birgə təşkil etdiyi "Payız festivalı - 2008" layihəsi çərçivəsində baş tutub. Bu, "Payız festivalı" çərçivəsində təşkil olunan son konsert proqramı idi. Qeyd edək ki, konsertə informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də olub.

09-22-2008, 11:50 AM #3096Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Berlində "Azərbaycan və Avropa Birliyi: yeni istiqamətlər və strateji əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir
[b]Berlində "Azərbaycan və Avropa Birliyi: yeni istiqamətlər və strateji əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün Berlində Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Xarici Siyasət üzrə Alman Şurasının (DGAP) təşkilatçılığı ilə "Azərbaycan və Avropa Birliyi: yeni istiqamətlər və strateji əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans başlayır. SAM-dan APA-ya verilən məlumata görə, Azərbaycan və Almaniya hökumət rəsmilərinin və Almaniyanın tanınmış siyasi ekspertlərinin dəvət edildiyi konfrans məruzələrin dinlənilməsi və geniş müzakirə formatında təşkil olunub. Almaniya tərəfi xarici işlər nazirinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə məruzəçisi Hans Diter Lukas, Bundestaqın üzvləri Eduard Lintner, Ştefan Rayhe və yerli siyasətsünaslar səviyyəsində təmsil edilir. Azərbaycan nümayəndə heyətinin tərkibində isə SAM-ın rəhbəri Elxan Nuriyev, Almaniyadakı səfir Pərviz Şahbazov, ATƏT-dəki daimi nümayəndə Fuad İsmayılov, Milli Məclisin üzvü Fuad Muradov, İslam Konfransı Təşkilatının Azərbaycan Gənclər Forumunun baş katibi Elşad İsgəndərov və Azərbaycan İnsan Hüquqları Fondunun sədri Tural Kərimli təmsil olunur.

09-22-2008, 12:00 PM #3097Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Antalyada gənclərin beynəlxalq mədəniyyətlərarası görüşü keçirilib
[b]Antalyada gənclərin beynəlxalq mədəniyyətlərarası görüşü keçirilib[b]
Antalya-APA. Antalyada Avropa Şurasının təşkilatçıliğı ilə gənclərin beynəlxalq mədəniyyətlərarası görüşü keçirilib. APA-nın məlumatına görə, altı gün davam edən tədbirə Moldova, Belarus, İsveçrə, Azərbaycan, Gürcüstan, Türkiyə, Ermənistan və digər ölkələrdən olan gənclərin qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb. Konfransda qadının cəmiyyətdə rolu, qadınlara qarşı zorakılıq, qadın alveri, insan hüquqları və onların qorunması kimi mövzular ətrafında müzakirələr aparılıb. Tədbir çərçivəsində həmçinin qeyd olunan mövzular ətrafında treninqlər, seminarlar keçirilib. Azərbaycanın konfransda Təfəkkür Gənclər Assosiasiyasının nümayəndələri təmsil edib.

09-22-2008, 12:10 PM #3098Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupunun iclası keçirilib
[b]Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupunun iclası keçirilib[b]
Bakı. Elnur Məmmədli-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində mətbuat qrupunun iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadənin vaxtından əvvəl təbliğat-təşviqat kampaniyasına başlaması ilə bağlı müraciəti yenidən müzakirə edilib. Qrupun rəhbəri Azər Tağıyev bildirib ki, həqiqətən də İ. Ağazadə vaxtından əvvəl təbliğata başlayıb: "Amma biz istəmirik ki, sərt tədbirlər görülsün. Məsələyə bir qədər loyal yanaşılmasına tərəfdarıq". A.Tağıyev sadəcə Ümid Partiyasına qanunun tələblərinə əməl edilməsinin tapşırılması barədə qərar qəbul olunmasını təklif edib. Təklif müzakirələrdən sonra qəbul edilib.İclasda Ümid Partiyasının YAP-ın sentyabrın 17-də keçirdiyi mitinqdə dövlət rəsmilərinin iştirakı ilə bağlı müraciətinə də baxılıb. A. Tağıyev bildirib ki, müraciətdə adı çəkilən dövlət rəsmiləri, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Prezident Aparatının şöbə müdiri Əli Həsənov həm də YAP üzvüdür: "Digər tərəfdən onlar aksiyada çıxış edərək hər hansı çağırış səsləndirməyiblər. Sadəcə, aksiyanı müşahidə edib, dinləyiblər. Dinləmək hüququnu heç kimə qadağan etmək olmaz". Qrup partiyanın müraciətini əsassız sayıb.

09-22-2008, 12:30 PM #3099Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İsrailin baş naziri Ehud Olmert istefa verib
[b]İsrailin baş naziri Ehud Olmert istefa verib[b]
Tel-Əviv-APA. İsrailin baş naziri Ehud Olmert istefa verib. APA-nın məlumatına görə, bu istefa qərarı ilə növbədənkənar seçkilərə qədər hökumət başçısının dəyişdirilməsinə dair formal prosedur başa çatmış olub. Yaxın günlərdə hökumət başçısı postunun xarici işlər naziri Çipi Livniyə tapşırılması gözlənilir. Artıq prezident Şimon Peres bununla bağlı Knessetdəki fraksiya liderləri ilə danışıqlara başlayıb. Prezident öz yekun qərarını axşam saatlarında danışıqlar başa çatdıqdan sonra açıqlayacaq. Qanunvericiliyə görə, yeni hökumət formalaşdırmaq missiyası Knessetin 120 deputatından hər birinə tapşırıla bilər. Amma analitiklər bu postun partiyadaxili seçkilərdə qalib gələrək "Kadima" lideri postunda Olmerti əvəzləyən XİN başçısı Çipi Livniyə tapşırılacağını ehtimal edirlər.

09-22-2008, 12:40 PM #3100Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyəli sənətçi Devrim Erden: "Bu ilin sonuna kimi ailə qurmağı düşünürəm" - FOTOSESSİYA
[b]Türkiyəli sənətçi Devrim Erden: "Bu ilin sonuna kimi ailə qurmağı düşünürəm" - FOTOSESSİYA[b]
Bakı. Ülkər Qasımova-APA. "Bu ilin sonuna kimi ailə qurmağı fikirləşirəm. Bu şanslı kişinin kim olduğunu hələ bilmirəm, ancaq ailə qurmağı qərarlaşdırmışam. Yəni hələ də subayam". Bu sözləri APA-ya açıqlamasında Bakıda səfərdə olan türkiyəli müğənni Devrim Erden deyib. Sənətçi bildirib ki, noyabrdan etibarən onun baş rolu canlandıracağı yeni serialın çəkilişlərinə başlanacaq: "Artıq yeni serialla bağlı danışıqlar baş tutub və bir imzanı atmaq qalıb. Bu zamana kimi serialla bağlı mənə bir çox təkliflər oldu, ancaq bu təkliflərini qəbul etməmişəm. Bu ilk serialım olacaq və "Kanal D" ekranlarında yayımlanacaq". Azərbaycanın mədəniyyətini və xalqını çox sevdiyini də deyən D. Erden Bakıda tez-tez konsert vermək istəyini də gizlətməyib. İkinci dəfə Bakıya səfər etdiyini bildirən sənətçi, burada yaşamaq istədiyini vurğulayıb: "Mənim ailəm Türkiyədədir. O səbəbdən də burada yaşaya bilmirəm. Anacq evləndikdən sonra Azərbaycanda yaşaya bilərəm. Azərbaycan şou-biznesini yaxından izləyirəm və şou-biznes nümayəndələrini bəyənirəm". Türkiyə şou-biznesində o qədər də qalmaqallı sənətçi kimi tanınmadığını qeyd edən D. Erden sənətçilərin çoxu ilə də dostluq münasibətinin olduğunu bildirib. D. Erden Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın sənətinə pərəstiş etdiyini və ona böyük sevgisinin olduğunu da qeyd edib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Rəsmi Tehran bu bənzətmə ilə əlaqədar İraliya Xarici İşlər Nazirliyinə nota təqdim edib. Notada bildirilir ki, Berluskoninin bəyanatları yüksək mədəniyyətə malik italyan xalqının mövqeyinə yaraşmır: "İran beynəlxalq arenada daha məsuliyyətli mövqe tutaraq bəyan edir ki, bütün xalqlara və mədəniyyətlərə hörmətlə yanaşır". İranın İtaliyaya nota verməsi Romada birmənalı qarşılanmayıb. İtaliya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, İran tərəfi Xolokostu, həmçinin İsrail dövlətinin mövcudluğunu şübhə altına alıb və Silvio Berluskoninin sözləri bu kimi bəyanatlara cavabdır. Berluskoninin lideri olduğu "Azadlıq Xalqı" hakim koalisiyasının üzvlərindən Enriko Pyanetta isə bildirib ki, Əhmədinejad Hitlerdən də təhlükəlidir, çünki təkcə bütöv xalqı deyil, həm də İsrail dövlətini məhv etmək istəyir. Mahmud Əhmədinejad isə İsrail əleyhinə bəyanatları davam etdirib. İran prezidenti bildirib ki, İsrail əlini nüvə düyməsinə basmazdan əvvəl bu təcavüzkarın əlinin sındıracaq: "İran istənilən təcavüzü dayandırmağa qabildir". Bundan başqa dünən İranda keçirilən hərbi paradda ölkənin əldə etdiyi yeni silah və texnika növləri nümayiş olunub. Paradda "ABŞ-a ölüm!", "İsrailə ölüm" şüarları səsləndirilib.

Yer imleri