[b]Bir qrup təhsil işçisinə fəxri adlar və "Tərəqqi" medalı verilib[b]
Bakı - APA. Azərbaycan prezidenti təhsil işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinə "Azərbaycan Respublikasının əməkdar müəllimi", İsgəndərov Asəf Daşdəmir oğluna "Azərbaycan Respublikasının əməkdar elm xadimi", Babayeva Həcər Teymur qızı və Əliyev Eldar Hacıməmməd oğluna "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", Məmmədov Şamxəlil Hətəm oğluna isə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı verilib. Prezident İ. Əliyev Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.
4610 sonuçtan 3.491 ile 3.500 arası

10-03-2008, 08:00 PM #3491Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Stasionar müəssisələrdə müalicə olunan xəstələrə verilən pulsuz dərman və tibbi ləvazimatların siyahısına əlavələr edilib
[b]Stasionar müəssisələrdə müalicə olunan xəstələrə verilən pulsuz dərman və tibbi ləvazimatların siyahısına əlavələr edilib[b]
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyi stasionar müəssisələrdə müalicə olunan xəstələrə verilən pulsuz dərman preparatları və tibbi ləvazimatların siyahısına əlavələr edib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildiriblər ki, imzalanmış ilkin əmrə əsasən stasionar tibb müəssisələrində müalicə olunan xəstələrə 60 adda dərman preparatları təmənnasız təqdim olunurdusa, nazir Oqtay Şirəliyevin oktyabrın 2-də imzaladığı əmrə əsasən siyahıya daha 55 adda həyati əhəmiyyətli əlavə olunub. Beləliklə, ümumilikdə əhalinin sağlamlığı üçün nəzərdə tutulmuş 115 adda vitaminlər, müxtəlif çeşid antibiotik və tibbi preparatlar əmr imzalandığı gündən etibarən stasionarda müalicə alan xəstələrə təmənnasız veriləcək.Xatırladırıq ki, həmin dərman preparatlarının siyahısı Səhiyyə Nazirliyinin mətbu orqanı sayılan "Tibb Qəzeti"nin növbəti sayında dərc olunacaq.

10-03-2008, 08:10 PM #3492Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bir qrup təhsil işçisinə fəxri adlar və "Tərəqqi" medalı verilib

10-04-2008, 10:50 AM #3493Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
Bakı. Hafiz Heydərov-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 3-də saat 16.30-dan 16.40-dək və 23.00-dan 23.10-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.40-dan 20.45-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, oktyabrın 4-də isə saat 00.10-dan 00.30-dək və 02.10-dan 02.30-dək Ağdam rayonunun Baş Qərvənd və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

10-04-2008, 11:00 AM #3494Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ETA İspaniyanın şimalında daha bir terror aktı törədib
[b]ETA İspaniyanın şimalında daha bir terror aktı törədib[b]
Bakı. Vüqar Mustafayev - APA. Ötən gecə İspaniyanın şimalında yerləşən Tolosa şəhərində məhkəmə binasının qarşısında quraşdırılmış partlayıcı qurğu partlayıb. APA-nın «Europa Press» agentliyinə istinadən verdiyi məlumata görə, partlayış yerli vaxtla saat 01:15-də (Bakı vaxtı ilə 03:15-də) baş verib, xəsarət alan olmayıb. Hadisədən yarım saat əvvəl Yollarda Yardım Xidmətinə hazırlanan terror aktı haqqında anonim telefon zəngi daxil olub, zəng edən isə özünü ETA qruplaşmasının üzvü kimi təqdim edib. Xatırladaq ki, bu ilin sentyabr ayının 21-22-də İspaniyanın şimalında ETA yaraqlıları tərəfindən törədilən bir neçə terror aktı nəticəsində bir nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

10-04-2008, 11:10 AM #3495Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Daha iki ölkə dollardan imtina edib
[b]Daha iki ölkə dollardan imtina edib[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Bu ilin oktyabr ayının 6-dan etibarən Argentina və Braziliya qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dollarından istifadə etməyəcək. «APA-ECONOMICS»in məlumatına görə, bu bəyanatla Argentina prezidenti Kristina Fernandes çıxış edib. Dövlət başçısı qeyd edib ki, bundan sonra iki ölkə arasında ticarət əməliyyatları yalnız bu dövlətlərin valyutaları əsasında aparılacaq. K.Fernandesin fikrincə, bu addım iki ölkənin iqtisadiyyatının inteqrasiyasına və möhkəmlənməsinə müsbət təsir göstərəcək. Qeyd edək ki, Braziliya ilə Argentina arasında ticarət dövriyyəsinin həcminin 2008-ci ilin sonuna kimi 30 mlrd. dollara çatacağı proqnozlaşdırılır.Hər iki ölkənin iş adamları və iqtisadçıları isə öz növbəsində dövlət başçılarının bu addımına pessimist yanaşırlar. Onlar hesab edirlər ki, dünya bazarında müşahidə olunan maliyyə böhranına baxmayaraq, dollar hələ də peso və realdan daha sabit valyutadır. İqtisadçıların fikrincə, argentinalıların əksəriyyəti 2001-ci ildə ölkədə baş vermiş iqtisadi böhrandan sonra öz vəsaitlərini əsasən dollarda saxlayır və son qərar daha çox siyasi maraqlara xidmət edir. «Çox az sayda ixracatçı yeni sxem üzrə işləyəcək», - deyə Argentinanın İxracat Palatasının vitse-prezidenti Elvio Baldinelli bildirib.Qeyd edək ki, Argentina və Braziliyadan əvvəl xarici ticarət əməliyyatlarında dollardan Fars körfəzinin 5 ölkəsi, o cümlədən Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Qatar və BƏƏ imtina edib. Bu ölkələr valyuta birliyinin yaradılması və vahid valyuta haqqında qərara gəlib. Bu prosesə 2010-cu ildən start veriləcək.

10-04-2008, 11:20 AM #3496Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Luçesku "Beşiktaş"a qayıdır
[b]Luçesku "Beşiktaş"a qayıdır[b]
Bakı - APA-SPORT. UEFA kubokunda mübarizəni erkən dayandıran Türkiyənin "Beşiktaş" klubunda baş məşqçi dəyişikliyi gözlənilir. "APA-SPORT"un məlumatına görə, uğursuz çıxışda günahkar sayılan Ərtuğrul Sağlam yaxın günlərdə istefaya göndəriləcək. Böyük ehtimalla, onu Mirça Luçesku əvəzləyəcək.Belə ki, "Beşiktaş"ın prezidenti Yıldırım Dəmirörən hazırda Ukraynanın "Şaxtyor" klubuna başçılıq edən rumıniyalı mütəxəssislə görüşüb. Bütün məsələlərdə anlaşan tərəflər bu haqda ictimaiyyəti oktyabrın 6-da daha geniş məlumatlandıracaqlar.Qeyd edək ki, Luçesku 2002-04-cü illərdə "Beşiktaş"ı çalışdırıb və komandaya 100 illiyində ölkə çempionluğunu qazandırıb.

10-04-2008, 11:30 AM #3497Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiyanı Gürcüstanda İsveçrə səfirliyi təmsil edəcək
[b]Rusiyanı Gürcüstanda İsveçrə səfirliyi təmsil edəcək[b]
Bakı. Vüqar Mustafayev - APA. Rəsmi Moskva ilə Tiflis arasında diplomatik əlaqələrin kəsilməsi ilə əlaqədar Rusiyanın Gürcüstanda maraqlarını İsveçrə səfirliyi təmsil edəcək. APA-nın verdiyi xəbərə görə, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Məlumatda bildirilir ki, bu qərar Rusiya və Gürcüstan vətəndaşlarının maraqlarının təmin edilməsi məqsədi ilə qəbul olunub. Artıq oktyabrın 2-də İsveçrənin Tiflisdəki səfirliyi nəzdində Rusiyanın Maraqları Seksiyasının açılması ilə bağlı bütün məsələlər razılaşdırılıb. Yaxın vaxtlarda Rusiya-İsveçrə ekspert qrupları səviyyəsində məsləhətləşmələr aparılacaq. Xatırladaq ki, Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdıqdan sonra rəsmi Tiflis avqustun sonunda Moskva ilə diplomatik əlaqələrin kəsilməsinə dair qərar qəbul edib. Rusiyanın Gürcüstandakı səfirliyi isə sentyabrın 3-də işini dayandırıb və həmin ayın 22-də rusiyalı səfir Vyaçeslav Kovalenko və səfirliyin daha 22 əməkdaşı Moskvaya dönüb.

10-04-2008, 11:40 AM #3498Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ABŞ Konqresi «Polson planı»nı təsdiqləyib
[b]ABŞ Konqresi «Polson planı»nı təsdiqləyib[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Ötən gün ABŞ Senatının ardınca Konqres də ölkə iqtisadiyyatının sağlamlaşdırılması üçün nəzərdə tutulan 700 mlrd. dollar həcmində maliyyə yardımının yönəldilməsinə dair qanun layihəsini təsdiqləyib.
«APA-ECONOMICS»in məlumatına görə, «Polson planı» adlanan bu sənədin lehinə 263, əleyhinə isə 171 konqresmen səs verib. Xatırladaq ki, qanun maliyyə sistemində qeyri-sağlam aktivlərin (əsasən, ipoteka kreditləri üzrə törəmə aktivləri) alınmasını nəzərdə tutur. Maliyyə naziri Polson və ümumiyyətlə ABŞ rəhbərliyi hesab edir ki, bu addımın atılması maliyyə sistemində böhranın aradan qaldırılması üçün zəruri tədbirdir. Qanunun tərəfdarları hesab edirlər ki, ölkənin tam maliyyə böhranı bürüyüb və bu sənəd qəbul olunmasa, böhran daha da kəskinləşəcək. Sənədin qəbulundan dərhal sonra qanun layihəsini ABŞ prezidenti Corc Buş da təsdiqləyib. Maraqlıdır ki, qanunun qəbul edilməsi ABŞ-ın fond bazarında son günlər müşahidə olunan enmə prosesini dayandırmayıb. Oktyabrın 3-də Dow Jones indeksi 1,5%, NASDAQ isə 1,48% düşüb. Qeyd edək ki, ABŞ parlamenti qanunu qəbul edərkən iki mühüm bəndi sənədə əlavə edib. İlk növbədə bank depozitlərinin sığorta təminatının limiti 100 min dollardan 250 min dollara qədər artırılıb, həmçinin biznes və fərdi vergi ödəyiciləri üçün 110 mlrd. dollar həcmində vergi güzəştləri əlavə edilib. Bəzi analitiklərin fikrincə, 700 mlrd. dollarlıq maliyyə axını ABŞ iqtisadiyyatında çox saylı neqativ nəticələrə (inflyasiyanın sürətlənməsi, dolların kəskin ucuzlaşması, korporativ sektorda məsuliyyətsizlik və s.) səbəb olacaq. Bunların isə dünya maliyyə sisteminə də təsir edəcəyi şübhəsizdir. Artıq indi Avropa və Asiyada ABŞ-la bağlı olmayan aktivlərə tələbat kəskin artır, yəni investorlar dollar aktivlərindən çəkinir. Son sözü isə ABŞ-ın dünən qəbul etdiyi qanunun icrasının ilkin nəticələri deyəcək: ya böhran tendensiyaları azalmağa doğru gedəcək, ya da Amerika iqtisadiyyatı və valyutasının dünya miqyasında dominantlığına son qoyulacaq.

10-04-2008, 12:00 PM #3499Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan ilin sonunadək 3G standartının tətbiqinə başlayacaq
[b]Azərbaycan ilin sonunadək 3G standartının tətbiqinə başlayacaq[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sonunadək Azərbaycanda 3G rabitə standartının tətbiqinə başlanılacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.Nazir müavininin sözlərinə görə, 3G üzrə lisenziyaların verilməsi üçün tarifləri müəyyənləşdirmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi artıq Tarif (Qiymət) Şurasına müraciət edib və yaxın vaxtlarda Şura bu təkliflərə baxacaq.Qeyd edək ki, 3G standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən hazırlanıb və İMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G - İnternet şəbəkəsi xidmətləri ilə yüksəksürətli mobil çıxışı, məlumatların ötürülməsi kanallarını yaradan radioəlaqə texnologiyalarını birləşdirən «üçüncü nəsil» xidmətlər toplusudur. Üçüncü nəsil şəbəkələri 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/s sürəti ilə göndərir, həmçinin videotelefon əlaqəni təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır.

10-04-2008, 12:10 PM #3500Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri başlayıb
[b]Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri başlayıb[b]
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri başlayıb. Bununla əlaqədar Tatarıstanın baş nazirinin müavini, mədəniyyət naziri Ziliya Valayevanın rəhbərliyi ilə 60 nəfərlik nümayəndə heyəti Bakıya gəlib. APA-nın məlumatına görə, bu gün nümayəndə heyəti və Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fəxri Xiyabanda Heydər Əliyev, xanımı Zərifə Əliyevanın məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Qeyd edək ki, Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri çərçivəsində bu gün M.F.Axundov adına Milli Kitabxanada tədbir keçiriləcək. Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşün və mətbuat konfransının, Muzey Mərkəzində «Tatarıstanın müasir incəsənəti» adlı sərginin keçirilməsi nəzərdə tutulub. Bu gün axşam isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Tatarıstanın incəsənət ustaları konsert proqramı ilə təntənəli açılış mərasimi keçiriləcək. Oktyabrın 5-də incəsənət ustalarının Mərdəkanda konsert keçirməsi planlaşdırılır. Oktyabrın 6-dək həmçinin nümayəndə heyətinin muzeylərə ekskursiyaları və şəhər gəzintisi təşkil olunacaq.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri