[b]Azərbaycan sentyabrda dizel yanacağının istehsalını 4% azaldıb[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin sentyabr ayında Azərbaycanda 207,27 min ton dizel yanacağı, 81,02 min ton əmtəəlik soba mazutu istehsal edilib. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.Cari ilin avqust ayı ilə müqayisədə dizel yanacağı istehsalı 4,1% azalıb, əmtəəlik soba mazutunun həcmi isə 12,4% artıb.Cari ilin yanvar-sentyabr aylarında dizel yanacağının istehsalı 1 752,55 min ton, əmtəəlik soba mazutunun istehsalı isə 879,29 min ton təşkil edib. Ötən ilin 9 ayına nisbətən dizel yanacağının istehsalında 12,1% artım, əmtəəlik soba mazutunun istehsalında isə təxminən 94% azalma olub.
4610 sonuçtan 3.601 ile 3.610 arası

10-07-2008, 04:00 PM #3601Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda yeni radionun açılması ilə bağlı elan olunmuş müsabiqəyə sənəd qəbulu sabah başa çatır
[b]Azərbaycanda yeni radionun açılması ilə bağlı elan olunmuş müsabiqəyə sənəd qəbulu sabah başa çatır[b]
Bakı. Laura Cəbrayıllı - APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) yeni radio yayım proqramının açılması üçün elan etdiyi müsabiqəyə sənəd verənlərin sayı artıb. Bu barədə APA-ya MTRŞ-nin hüquq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Tohid Əliyev məlumat verib. Baş məsləhətçi bildirib ki, Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün elan edilən müsabiqəyə sənəd verənlərin sayı digər tenderlərlə müqayisədə qat-qat çoxdur: "Hələ də davam edən sənəd qəbulu sabah başa çatacaq. Növbəti 30 gün ərzində şura üzvləri tərəfindən sənədlərə baxılacaq. Nəticələr şuranın iclasında müzakirə olunacaq və münasib iştirakçı müsabiqənin qalibi elan ediləcək". T. Əliyev onu da qeyd edib ki, qanunvericiliyə əsasən, yeni radio yayım proqramı qalib elan ediləndən sonrakı 6 ay ərzində fəaliyyətə başlamalıdır.

10-07-2008, 04:20 PM #3602Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan sentyabrda dizel yanacağının istehsalını 4% azaldıb

10-07-2008, 04:30 PM #3603Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Qulamhüseyn Əlibəyli: "Yaradacağım partiyanı AXCP və ya digər partiyanın bazasında qurmaq fikrində deyiləm"
[b]Qulamhüseyn Əlibəyli: "Yaradacağım partiyanı AXCP və ya digər partiyanın bazasında qurmaq fikrində deyiləm"[b]
Bakı. Elnur Məmmədli-APA. Aydınlar Partiyasının Təsis Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, prezidentliyə namizəd Qulamhüseyn Əlibəylinin APA-ya müsahibəsi: - Seçkilərin təbliğat-təşviqat kampaniyasının gedişi sizi qane edirmi? - Ümumi şəkildə götürdükdə kampaniyanın gedişini normal hesab edirəm. Ona görə ki, bizim kampaniyamız daha çox təbliğat xarakterli məsələlərə həsr olunub. Təbliğat prosesinin gedişi mənim üçün kifayət qədər normaldır. İctimai televiziyada çıxışlarım olur. Əslində, hesab edirəm ki, debat adlanan bu format düzgün təşkil olunmayıb. Bu debat deyil, sadəcə namizədlərin çıxışlarıdır. Seçicilərlə görüşlərdə yerli əhəmiyyətli xırda maneələr olur. Məsələn seçicilərlə görüşlər üçün daha uzaq, bəzən də şəraiti olmayan yerlər ayrılır. Məsələn, Lənkəranda biz belə bir hadisə ilə üzləşdik. Bəzi hallarda texniki səbəblərdən görüşlərin keçirilməsinə mane olmasalar da, görüşün vaxtını dəyişirlər. Biz Şəmkirdə oktyabrın 5-də görüş keçirməyi nəzərdə tutmuşduq, icra hakimiyyəti də həmin gün yer ayıracağına söz vermişdi, sonradan görüşün vaxtını ayın 6-na dəyişdiriblər. Bu cür xırda problemlər olar. Əslində, mən bu problemlərə o qədər də ciddi əhəmiyyət vermirəm. Amma problemlərə baxmayaraq, ümumi proses qənaətbəxşdir. Bununla belə müəyyən məsələlərə diqqəti cəlb etmək istəyirəm. Bu, namizədlərin imkanlarının bərabər olmaması məsələsidir. Amma əvvəlki seçkilərə baxanda bu kampaniyanın gedişi normaldır. Yəni, indi seçki kampaniyasının gedişində müəyyən qədər yumşalma var, ciddi maneələr yoxdur. Əvvəlki seçkilərdə ciddi polis maneələri olurdu, seçicilərlə görüşlər polis vasitəsilə dağıdırdılar. Amma indi bir qədər sivil üsullara keçiblər, yeri, şəraiti bir qədər pisləşdirirlər. İndiki addımlar qüvvədə olan qanunvericiliyə daha uyğun gəlir. - Qanuna əsasən, seçki təbliğatı üçün 28 gün müddət nəzərdə tutulub. Bu müddətdə normal təbliğat aparmaq mümkündür?- Xeyr. Təbliğat üçün ayrılan müddət çox azdır. Bu müddət bəlkə də parlament seçkiləri üçün kifayət edər, çünki bu zaman bir dairə ərazisində təbliğat aparılır. Bələdiyyə seçkiləri üçün bu normadan da artıq müddətdir. 28 gün müddətində bütün regionları əhatə etmək mümkün deyil. Ona görə də seçki qanunvericiliyi dəyişdirilərsə, bu nəzərə alınmalıdır, referendum və prezident seçkilərinin təbliğatı üçün bir vaxt, digərləri üçün başqa vaxt müəyyənləşməlidir. Amma biz ayrılan müddət ərzində bütün seçki dairələrində təbliğat kampaniyası aparmağa müəyyən qədər nail olmuşuq. Düzdür, seçki kampaniyası çox sakit getdiyi üçün kənardan bu, passivlik kimi qiymətləndirilir. Həqiqətən də Azərbaycan cəmiyyətində seçkilərdə iştirak məsələsində passivlik var. Bu passivlik həmişə olub. Tərəfdarları seçkiyə cəlb etmək yolu ilə bu passivliyi müəyyən qədər aradan qaldırmaq mümkün olur. Mən hesab edirəm ki, tam olmasa da, tərəfdarlarımızı müəyyən qədər prosesə cəlb edə bilmişik. - Digər müxalifət partiyaları prosesdə iştirak etsəydilər, bu aktivlik yarada bilərdimi?- Güman edirəm ki, müəyyən qədər aktivlik arta bilərdi. Çünki həmin partiyaların da tərəfdarları var, həmin tərəfdarlar da prosesə cəlb olunacaqdılar. Bu baxımdan boykot taktikasını seçən partiyalar seçkiyə qoşulsaydı, aktivlik olacaqdı. - Seçkilərin sakit məcrada keçdiyinə görə sevinməyə dəyərmi?- Əslində, bəli hesab edirəm ki, seçki prosesi belə olmalıdır. Hələ bundan da sakit şəraitdə keçməlidir. Hər bir insanın öz sözünü demək, təbliğatını aparmaq imkanı olmalıdır. Polis isə proseslərə qarışmamalıdır. Ona görə də bir balaca sevinmək olar ki, əvvəlki illərə nisbətən proses sakit keçir.- Namizədliyinizi irəli sürəndə təşkilatınız yox idi və prosesə bitərəf namizəd kimi qoşuldunuz. Bu, sizə problemlər yaratdımı?- Təbii ki, müəyyən problemlər yarandı. Baxmayaraq ki, bəzi qəzetlərdə yazılır ki, guya mən imzaları 5 gün müddətinə toplamışam. Bu, düz deyil. Mən imzatoplama kampaniyasını 20 günə başa çatdırdım. Yəni təşkilati strukturlar olmadığına görə, bu proses uzun çəkdi. Amma müəyyən yaxın adamlar var, rayonlarda fəallar var. Bunlardan başqa bəzi partiyaların nümayəndələri də mənə kömək edirlər. Bunu açıq şəkildə deyirəm, onlar mənə həm imza toplama, həm də təbliğat-təşviqat kampaniyasında kömək ediblər. - Sonrakı mərhələdə necə, həmin şəxslər sizə kömək edəcəklər?- Sonrakı mərhələ partiya quruculuğu ilə bağlıdır. Təbii ki, onların bir hissəsi artıq bu prosesə qoşulacaqlarını açıq şəkildə bildiriblər. Amma başqa partiyanın üzvləri sadəcə seçki kampaniyasında mənə kömək etmək istədiklərini bildiriblər. - Siz Aydınlar Partiyasını yaratmaq qərarı vermisiniz. Nəyə görə partiyanın adını tam fərqli seçdiniz?- Biz bir neçə variant üzərində fikirləşdik. Bunların içərisində standart variantlar da vardı, bir neçə sözdən ibarət adlar da vardı. Amma biz qısa və şablondan uzaq olan varianta üstünlük verdik. Aydın sözünün mənası təkcə ziyalı demək deyil. Aydın - yol göstərən, işıqlığa çıxaran, aparıcı mənalarını verən sözdür. Biz də hesab etdik ki, Azərbaycanda bir aydınlığa çıxma mərhələsi olmalıdır. Buna görə də öz ətrafımıza yol göstərə bilən adamları toplamağa çalışacağıq. - Hansı şablondan qaçmağa çalışdınız?- Məsələn "Demokratik Azərbaycan" və ardınca daha bir neçə söz olan partiya adları. Demokratik Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik Dünya Partiyası və digər çoxlu variantlar vardı. Amma hesab edirəm ki, partiyanın adında dövlətlə bağlı müddəaların olması düzgün deyil. Təbii ki mənim keçmiş partiyamın da adında Azərbaycanın adı vardı. Amma düşünürəm ki, dövlətin atributlarından istifadə etmək düzgün deyil. Amma bunu qanun da qadağan etmir. Və yaxud təmtəraqlı adlar da seçmək istəmədik.- Amma siyasi partiyanın adında siyasi çaların olması da qəribə deyil…- Aydın sözünün özündə də siyasi çalar var. Bu söz bütünlüklə mənəvi bir çalar ifadə etmir.- Partiya yaradanda uzun müddət fəaliyyət göstərdiyiniz Xalq Cəbhəsi adından da imtina etdiniz. Bu, çətin olmadı ki? - Yox. Bəri başdan deyim ki, o zaman mənim iki prinsipim vardı. Onlardan biri keçmişə hörmətlə yanaşıb keçmişi təftiş etməmək idi. Mən AXCP-də 20 ilə yaxın dövr keçmişəm, partiyanın rəhbərliyində olmuşam. Hesab edirəm ki, bu partiya Azərbaycan xalqı üçün xeyli işlər görüb. Müəyyən fikirlərə, fikir ayrılıqlara görə partiyanı tərk etdim. Bu o demək deyil ki mən həmin addan istifadə etməli idim. Həmin adda partiya var və mən həmin adın təkrar olunmasını istəmədim. Bu, mənim keçmişimdir və həmin keçmişə görə xəcalət çəkmirəm. Gələcəyə, aydınlığa baxmaq lazımdır. İkinci prinsipim də ondan ibarət idi ki, bu addımıma müxtəlif şərhlər veriləcək. Bəyənən də olacaq, bəyənməyən də, tənqid və hətta daha çox təhqir edən olacaq. Çünki Azərbaycanın siyasi elitasının davranışı mənə məlumdur. Ona görə də bildirmişdim ki, haqqımda deyilənlərə heç bir reaksiya verməyəcəyəm. Bundan sonra da belə olacaq. İndi keçmiş partiyadaşlarım da mənim haqqımda yazırlar, yazdırırlar. - Partiyadan istefadan sonra keçmiş sədriniz Əli Kərimli ilə hər hansı ünsiyyətiniz olubmu?- Xeyr. Bu addımımdan sonra heç bir əlaqəmiz olmayıb. Nə telefon əlaqəsi olub, nə görüşmüşük, nə də rastlaşmışıq. Ən azından mənim siyasi xəttimlə, AXCP-nin, Əli Kərimlinin siyasi xətti kökündən fərqlənir. Və yəqin ki, seçki prosesi dövründə də hər hansı əlaqələrin olması mümkün deyil.- Yeni partiyanızın mövqeyi nə olacaq?- İndiki hakimiyyətə münasibətdə müxalifət partiyası olacağıq. Düzdür, bəzən deyirlər ki, müxalifət partiyası olmaq üçün kimsə arayış verməlidir. Azərbaycan cəmiyyətində bir neçə partiya var ki, o cümlədən mənim də vaxtilə təmsil olunduğum AXCP-də belə fikir var ki, müxalifətlik haqda arayışı məhz onlar verməlidirlər. Mən hesab edirəm ki, müxalifət öz dairəsini müəyyənləşdirə bilməz. Müxalifət dağınıq bir anlayışdır, vahid qüvvə deyil. Hakimiyyətə qarşı çıxan, hakimiyyətin siyasətini tənqid edən, hakimiyyətin dəyişməsinə çalışan istənilən şəxs və ya partiya müxalifətdir. O cümlədən hesab edirəm ki, hakimiyyət də özü-özünə müxalifət yarada bilməz. Biz hazırda hakimiyyətin siyasətini qəbul etmirik. Düzdür, müəyyən işlər görürlər, amma bunlar daha çox görüntü xarakteri daşıyan işlərdir. Ona görə də bizim mövqeyimiz müxalifətdir. İdeoloji baxımdan isə daha çox cəmiyyətin orta təbəqəsinə yönəlmiş sağ mərkəzçi mövqeyində olacağıq.- AXCP-nin rəhbərliyində təmsil olunan şəxslərdən sizə qoşulan olacaqmı?- Mənim belə bir fikrim var ki, partiyanı AXCP-nin və ya başqa bir partiyanın bazasında qurmayaq. Biz əsasən siyasi fəaliyyətlə məşğul olmayan, yaxud vaxtilə siyasətlə məşğul olub sonra kənara çəkilmiş insanların hesabına partiya yaradaq. Həmçinin partiyaya gəlmək istəyənlərin də qarşısını kəsməyəcəyik. Sadəcə baxacağıq ki, gələn şəxsin bizim partiyanın məramnaməsinə uyğun fəaliyyəti var, ya yox. Məxsusi olaraq çalışmayacağıq ki, hansısa partiyanın rəhbərliyindən kimsə bizə qoşulsun. - Seçki platformanızda əsas müddəalar hansılardır?- Burada daha çox idarəetmə islahatı ilə bağlı məsələlərə yer verilir. Yəni mən hesab edirəm ki, bir çox problemlər idarəetmənin düzgün təşkil olunmaması ilə bağlıdır. Ona görə də hakimiyyətin təşkili mexanizminin islah olunması ilə bağlı məsələlər var. Dağlıq Qarabağ problemi, insan haqlarının müdafiəsi mexanizmi, iqtisadi və sosial problemlərin həlli ilə bağlı təkliflər var. Seçki platformamda demək olar ki, cəmiyyətin bütün sahələri öz əksini tapıb.

10-07-2008, 04:40 PM #3604Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Fizika üzrə Nobel mükafatının laureatları açıqlanıb
[b]Fizika üzrə Nobel mükafatının laureatları açıqlanıb[b]
Stokholm - APA. Bu gün İsveçin paytaxtı Stokholm şəhərində 2008-ci il üçün "Fizika" nominasiyası üzrə Nobel mükafatının laureatları açıqlanıb. APA-nın məlumatına görə, fizika üzrə Nobel mükafatları yapon əsilli amerikalı Yoitiru Nambu və iki yaponiyalı alim - Makoto Kobayaşi ilə Tosixide Maskavaya verilib. Mükafatın yarısını (500 min avroya yaxın) 1921-ci il təvəllüdlü Y. Nambu alacaq. M. Kobayaşi və T. Maskava isə hərəyə 250 min avroya yaxın pul alacaqlar.

10-07-2008, 04:50 PM #3605Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Moskvada «Cisco Expo-2008» beynəlxalq İT sərgi-konfransı keçiriləcək
[b]Moskvada «Cisco Expo-2008» beynəlxalq İT sərgi-konfransı keçiriləcək[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. ABŞ-ın «Cisco» şirkəti oktyabrın 14-16-da Moskvada informasiya texnologiyaları üzrə «Cisco Expo-2008» konfransı keçirəcək. «Cisco» şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, «Optimallaşdırma. Təcrübə. Şəbəkə» şüarı altında keçirilən tədbirə şirkətin Azərbaycandakı tərəfdaşlarının nümayəndələri, həmçinin müştərilər də daxil olmaqla, marağı olan tərəflər dəvət olunub.Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi qəzeti olan «Rabitə dünyası» konfransın media-tərəfdaşı statusu alıb. Konfransın açılış nitqini «Cisco»nun Rusiya üzrə vitse-prezidenti Robert Eyci və tədbirin sponsor şirkətlərinin nümayəndələri söyləyəcək. Açılış nitqindən sonra ilin ən yaxşı tərəfdaş layihələrinin mükafatlandırma mərasimi keçiriləcək. Konfransın keçiriləcəyi üç gün ərzində «Cisco» şirkətinin və tərəfdaşlarının iştirakı ilə texnologiyalar sərgisi də təşkil olunacaq.

10-07-2008, 05:00 PM #3606Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Real"a yollanan azərbaycanlı futbolçuların adları açıqlandı
[b]"Real"a yollanan azərbaycanlı futbolçuların adları açıqlandı[b]
Bakı. Mehman Süleymanov - APA-SPORT. Madridin "Real" klubunun düşərgəsində yer alacaq azərbaycanlı futbolçuların adları müəyyənləşib. "APA-SPORT"un məlumatına görə, bunlar 17 yaşlılardan ibarət milli komandamızın üzvləri Araz Abdullayev, Məhəmməd Qurbanov, Qara Qarayev və Tərlan Quliyevdir.

10-07-2008, 05:10 PM #3607Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın ən iri lizinq şirkəti «İlin şirkəti» milli mükafatına layiq görülüb
[b]Azərbaycanın ən iri lizinq şirkəti «İlin şirkəti» milli mükafatına layiq görülüb[b]
Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın ən iri lizinq şirkəti sayılan «Joint Leasing» 2008-ci ildə lizinq sahəsində əldə etdiyi uğurlara görə «Consultıng & Busıness» jurnalı tərəfindən «Lizinq» nominasiyasında «İlin Şirkəti» milli mükafatına layiq görülüb.Şirkətin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, mükafatın əsas məqsədi yüksək rentabellik, bazarda sabit mövqe və intensiv inkişaf nümayiş etdirən, maliyyə şəffaflığı və informasiyanın açıqlığı barədə beynəlxalq standartları əsas götürərək korporativ siyasət yürüdən şirkətlərin nailiyyətlərini qeyd etməkdir: «Bu baxımdan «Joint Leasing» şirkətinin belə bir mükafata layiq görülməsi təsadüfi deyil». Qeyd edək ki, şirkət bu ilin yanvar-sentyabr aylarında lizinq portfelini 75 mln. ABŞ dollarına çatdırıb və bu, 2007-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 40% çoxdur. Həmçinin, cari ilin əvvəlindən şirkət bazara iki yeni məhsul (avtolizinq və kommersiya tipli daşınmaz əmlakın lizinqi) çıxarıb. Hazırda «Joint Leasing» şirkəti texnika və avadanlıqlar, istehsal xidmətləri, avtomobil və kommersiya tipli daşınmaz əmlakın lizinqi də nəzərə alınmaqla, bütün növ lizinq xidmətlərini təklif edir. Fəaliyyət göstərdiyi dövr ərzində şirkət 375 lizinq layihəsini maliyyələşdirib ki, bunlardan 55-i cari ilin yanvar-sentyabr aylarının payına düşüb.«Şirkət nailiyyətlərini davam etdirərək ilk növbədə lizinq portfelini gələcəkdə sürətlə artırmaq niyyətindədir. Regional layihələrin maliyyələşdirilməsi vasitəsi ilə regionlarda fəaliyyətin daha da aktivləşdirilməsi, portfelin sektorlar üzrə diversifikasiyasının gücləndirilməsi də şirkətin inkişaf planlarına aiddir», - deyə «Joint Leasing»in baş ofisindən bildirilib.Xatırladaq ki, Azərbaycanın ən iri lizinq şirkəti olan «Joint Leasing» 2007-ci il iyun ayının 14-dən «Azərlizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankı (47,6%) çıxış edir.Qeyd edək ki, «Joint Lizinq» şirkətinin sələfi Azərbaycanın ilk lizinq şirkəti olan «Azərilizinq» Birgə Müəssisəsi 1999-cu ildə yaradılıb.

10-07-2008, 05:20 PM #3608Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bina istifadəyə verilib
[b]İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bina istifadəyə verilib[b]
İsmayıllı. Şahnəzər Bəşirov-APA. İsmayıllı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 4 mərtəbəli 36 mənzilli binanın açılışı keçirilib. APA-nın Şirvan bürosunun məlumatına görə, açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov iştirak edib. Nazir evlərin orderlərini təqdim edib. Hər ailəyə televizorlar hədiyyə edilib. Daha sonra F. Ələkbərovun iştirakı ilə 12 rayondan olan Qarabağ müharibəsi əlillərinə 20 "Oka" markalı avtomobil və 65 ədəd əlil arabası təqdim olunub.

10-07-2008, 05:30 PM #3609Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Dövlət Neft Şirkəti sentyabrda təhvil verilmiş qazın həcmini 6% artırıb
[b]Azərbaycan Dövlət Neft Şirkəti sentyabrda təhvil verilmiş qazın həcmini 6% artırıb[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin sentyabrında qaz təhvili üzrə göstəriciləri açıqlayıb. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.Ötən ay ARDNŞ tərəfindən cəmi 931,52 mln. kubmetr həcmində qaz təhvil verilib. O cümlədən, «Azəriqaz» QSC-yə 490,75 mln. kubmetr, «Azərenerji» ASC-yə 398,52 mln. kubmetr qaz təhvil verilib, 42,25 mln. kubmetr həcmində qaz ixrac olunub.Sentyabr ayında təhvil verilmiş qazın həcmi avqust ayına nisbətən 5,7% çoxdur.Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNŞ 7 973,25 mln. kubmetr həcmində qaz təhvil verib ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur.

10-07-2008, 05:40 PM #3610Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Dövlət Neft Şirkətində Yaponiyanın JCCP şirkətinin nümayəndələri ilə görüş keçirilib
[b]Azərbaycan Dövlət Neft Şirkətində Yaponiyanın JCCP şirkətinin nümayəndələri ilə görüş keçirilib[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentində (TTSD) Yaponiyanın JCCP şirkətinin nümayəndələri ilə görüş keçirilib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Görüşdə Yaponiyada neft sənayesi üzrə fəaliyyət göstərən Tədris Mərkəzində ixtisasartırma kurslarına TTSD-nin mütəxəssislərinin cəlb olunması, əməkdaşlıq əlaqələri və tədris sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə edilib. JCCP-nin nümayəndə heyəti TTSD ilə texniki əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını bəyan ediblər. TTSD-nin direktoru Asif Bəkirli isə bildirib ki, beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğun fəaliyyət göstərən departament neft sənayesinin müəssisələri üçün ixtisaslı kadrların hazırlanması, onların peşə təhsilinin artırılması, eləcə də mühəndis texniki işçilərin ixtisaslarının artırılması kimi mühüm vəzifələri yerinə yetirir. İnteraktiv təlim metodlarına əsaslanan Mərkəzdə neft sənayesi üçün 40-dan çox ixtisas üzrə kurslar təşkil edilir. JCCP-nin nümayəndələri ilə TTSD-nin mütəxəssisləri arasında yeni texnologiyaların tətbiqi ilə əlaqədar ixtisasartırma kurslarının keçirilməsi, təlimlərin əsasən simulyasiya proqramları ilə tədris edilməsi və daha əhatəli işgüzar əlaqələr qurmaq istiqamətində texniki əməkdaşlıq haqda razılıq əldə olunub.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri