Əsas məzmuna keç
Sayfa 362/461 İlkİlk ... 262312352360361362363364372412 ... SonSon
4610 sonuçtan 3.611 ile 3.620 arası

Azərbaycan Xəbərləri

1. #3611
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri Balakəndə seçicilərlə görüşlər keçirir

[b]Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri Balakəndə seçicilərlə görüşlər keçirir[b]

Balakən. Vüqar Heydərov-APA. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin vəkilləri bu gün Balakəndə rayon ictimaiəti ilə görüş keçirib. Bu barədə APA-nın yerli bürosuna Balakən rayon icra hakimiyyətindən məlumat verilib. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin vəkillərindən Rəbiyyət Aslanova, Bünyamin Xəlilov, Hikmət Atayev və Yaqub Mahmudov iştirak ediblər. Görüşdə çıxış edən natiqlər İ.Əliyevin prezidentlik dövründə ölkənin şimal-qərb bölgəsində apardığı quruculuq və abadlıq işlərindən danışıblar. Görüş axşam saatlarında konsert proqramı ilə davam edəcək.

2. #3612
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yuliya Timoşenko: "Prezident mənimlə görüşmür, telefon zənglərimə cavab vermir"

[b]Yuliya Timoşenko: "Prezident mənimlə görüşmür, telefon zənglərimə cavab vermir"[b]

Kiyev - APA. Ukraynanın baş naziri Yuliya Timoşenko dəfələrlə prezident Viktor Yuşşenko ilə görüşə cəhd etsə də, bu cəhdlərin nəticəsiz qaldığını bildirib.

APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, mətbuat konfransı keçirən Y. Timoşenko demokratik koalisiyanın bərpası üçün V. Yuşşenkonun irəli sürdüyü bütün şərtləri qəbul etdiklərini deyib: "Fraksiyamız prezidentin bütün ultimatumlarını istisnasız qəbul etdi. Koalisiyanın bərpası üçün başqa bir şey edə bilmərik". Baş nazir jurnalistlərin yanında hökumət telefonu ilə dövlət başçısına zəng də edib, amma danışıq baş tutmayıb: "Bu telefon prezidentlə birbaşa əlaqə telefonudur. İstənilən situasiyada prezident və baş nazir bu telefonun dəstəyini qaldırırlar. Ancaq son altı ay ərzində bu telefon birtərəfli çalışır. Belə ki, mən dəstəyi qaldıranda qarşı tərəfdən cavab verən olmur".

3. #3613
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu gün BBVB-nin valyuta bölməsində 12,15 mln. dollarlıq əqd bağlanıb

[b]Bu gün BBVB-nin valyuta bölməsində 12,15 mln. dollarlıq əqd bağlanıb[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8093 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8094 AZN/$1 təşkil edib, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 7 265 700 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 2 574 239 AZN, manatın orta məzənnəsi isə 0,8093 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 12,15 mln. dollar və ya 9 839 939 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 735 714 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,00%, ABŞ dolları üzrə isə illik 16,75% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

4. #3614
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri paytaxtda və müxtəlif bölgələrdə seçicilərlə görüşlər keçiriblər

[b]Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri paytaxtda və müxtəlif bölgələrdə seçicilərlə görüşlər keçiriblər[b]

Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin "İlhamla irəli" çağırışı altında seçki kampaniyası çərçivəsində bu gün bir sıra rayonlarda təbliğat mitinq-görüşləri keçirilib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Namizədin vəkilləri Qəbələ, Şəki, Zaqatala, Astara, Şəmkir, Dəvəçi, Xaçmaz, Hacıqabul, Ağcabədi, Mingəçevir, Tərtər, Ağsu, Balakən, Qazax, Siyəzən rayonlarının şəhər mərkəzlərində və bir sıra yaşayış məntəqələrində, Bakının Nərimanov, Yasamal, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Nəsimi, Nizami rayonlarında seçicilərlə görüş keçiriblər. Görüşlərdə İlham Əliyevin vəkillərindən MM-in deputatları, YAP İdarə Heyətinin üzvləri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, BDU-nun professoru Musa Qasımov, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri Kamal Abdullayev, Olimpiya çempionu Elnur Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Yurddaş" partiyasının sədri Mais Səfərli, Milli Vəhdət Partiyasının sədri Yunis Əliyev və digərləri iştirak edib. Mitinq-görüşlərdə namizədin həyat və fəaliyyəti, seçki platforması ilə bağlı seçicilərə məlumat verilib.

5. #3615
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Çelik: "Azərbaycan şou-biznesində özümə yol açıb bu cığırla gedəcəyəm"

[b]Çelik: "Azərbaycan şou-biznesində özümə yol açıb bu cığırla gedəcəyəm"[b]

Bakı. Ülkər Qasımova-APA. "Azərbaycanı çox sevirəm. Hər dəfə Azərbaycana gələndə fərəh hissi duyuram". APA-nın xəbərinə görə, bu sözləri bu gün Bakıya gələn türkiyəli sənətçi Çelik Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib. Azərbaycanın mühiti, şou-biznesi ilə yaxından tanış olmaq istədiyini bildirən sənətçi bunun üçün kifayət qədər vaxtının olduğunu bildirib: "Bu müddətdə çalışacam ki, Azərbaycan mühitini istədiyim qədər tanıyım. Bu tanışlıqdan sonra artıq Azərbaycanda yaradıcılıq planlarımı həyata keçirməyə başlayacağam. Azərbaycan şou-biznesində özümə yol açıb bu cığırla gedəcəyəm. Bundan sonra özümə yaxın olan Azərbaycan sənətçiləri ilə duet oxuyacağam". Çelik Azərbaycanda yaxın gələcəkdə hotel açmaq fikrinin olduğunu bildirib. Sənətçi noyabrda hit mahnılardan ibarət albomunun işıq üzü görəcəyini də deyib. Qeyd edək ki, sənətçinin ölkəmizə səfəri Bakıda açılacaq "Le Paris" restoranının açılış mərasimində iştirak etmək məqsədi daşıyır. Oktyabrın 10-da baş tutacaq açılış mərasimində bir çox tanınmış simaların, eləcə də Azərbaycanın bir neçə sənətçisiinin iştirakı nəzərdə tutulur. Restoranın sahibi hesab olunan Celik "Le Paris"də həftənin 3-4 günü canlı musiqi proqramı ilə çıxış edəcək. Çelik Bakıda ev alana qədər "Ambassador" hotelində qalacaq. Şeyx Şamil küçəsi, 16 ünvanında yerləşən "Le Paris" restoranı gün ərzində yalnız əvvəlcədən yer sifariş edən 70-dək müştərini qəbul edəcək. Restoranda dünya mətbəxi ilə yanaşı, Türk və Azərbaycan mətbəxinin yeməkləri təqdim olunacaq.

6. #3616
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Maradona Qafqaza gəlir

[b]Maradona Qafqaza gəlir[b]

Əfsanəvi futbolçu Argentina yığmasını da özü ilə gətirir

Bakı. Mehman Süleymanov - APA-SPORT. Məşhur Dieqo Maradona oktyabrın 22-də Gürcüstana səfər edəcək. "APA-SPORT"un məlumatına görə, əfsanəvi futbolçu Argentinanın veteranlarından ibarət yığma komandanın heyətində Tiflisdə meydana çıxacaq. Oktyabrın 26-da Tiflisin yaranma günü münasibətilə yoldaşlıq görüşü keçiriləcək ki, həmin oyunda Gürcüstan və Argentinanın ulduz futbolçuları üz-üzə gələcəklər. Maradonanın komanda yoldaşları arasında yığmada birgə çıxış etdiyi Klaudiu Kanica da var. Qeyd edək ki, görüşü Gürcüstan Futbol Federasiyasının iştirakı ilə gürcü biznesmen Nikoloz Patarkalişvili təşkil edir.

7. #3617
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ombudsman ATƏT-in seçkiləri müşahidə missiyasının nümayəndəsini qəbul edib

[b]Ombudsman ATƏT-in seçkiləri müşahidə missiyasının nümayəndəsini qəbul edib[b]

Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ATƏT-in seçkiləri müşahidə missiyasının hüquq üzrə təhlilçisi Fransin Berini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova seçki hüququnun digər insan hüquqları sırasında mühüm yer tutduğunu, seçkilərin xalqın iradəsinin ən yüksək ifadəsi olduğunu söyləyib. Ombudsman ölkənin ayrı-ayrı bölgələrində əhalinin müxtəlif təbəqələri üçün keçirilən tədbirlər zamanı onlara seçki hüququnun izah edildiyini, bu mövzuda geniş iş aparıldığını vurğulayıb. Ombudsman əhali ilə görüşlər zamanı vətəndaşların seçkilərdə fəal iştiraka dəvət edildiyini qonağın nəzərinə çatdırıb. E. Süleymanova seçki günü təsisatın əməkdaşları ilə birlikdə ayrı-ayrı səsvermə məntəqələrində olacağını, seçki prosesini izləyəcəyini deyib. Görüşdə müvəkkil və onun Aparatının 25 əməkdaşının müşahidəçi qismində regionlarda seçkilərə qatılacağı barədə qonağa məlumat verilib. F. Beri seçkilərin obyektiv və şəffaf keçirilməsinin zəruriliyini qeyd edib.

8. #3618
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mingəçevirin 60 illik yubileyi ilə əlaqədar kitablar hazırlanıb

[b]Mingəçevirin 60 illik yubileyi ilə əlaqədar kitablar hazırlanıb[b]

Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir şəhərinin 60 illik yubileyi münasibəti ilə hazırlanan 2 kitab bu günlərdə oxuculara təqdim olunacaq. APA-nın yerli bürosunun məlumatına görə, kitablar Mingəçevir şəhər İcra Hakimiyyətinin və Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının təşəbbüsü və dəstəyi ilə nəfis tərtibatda hazırlanıb. "Mingəçevir bu gün" kitabında şəhərin salınma tarixinə və ötən 60 ilin bəzi məqamlarına qısa nəzər salınıb. "Mingəçevir şivəsi" adlanan digər kitab isə dialektoloji lüğətdir. Kitabda ədəbi dildə təsadüf olunmayan və xalqın dilində işlənərək qorunub saxlanılan 1000-ə yaxın dialekt və şivə öz əksini tapıb.

9. #3619
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın baş naziri Vladimir Putinə zəng edib

[b]Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın baş naziri Vladimir Putinə zəng edib[b]

Bakı - APA. Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə zəng edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı V. Putini ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. V. Putin təbrikə və diqqətə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.Telefon danışığında Azərbaycan prezidentinin Rusiyaya bu yaxınlarda etdiyi səfərin ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

10. #3620
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AMB-nin rəsmi valyuta məzənnələr (08.10.2008)

[b]AMB-nin rəsmi valyuta məzənnələr (08.10.2008)[b]

1 USD

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.