Əsas məzmuna keç
Sayfa 459/461 İlkİlk ... 359409449457458459460461 SonSon
4610 sonuçtan 4.581 ile 4.590 arası

Azərbaycan Xəbərləri

1. #4581
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Polis rəisinin müavini: "Yaxın günlərdə "Əbu Bəkr" məscidinə baxış keçiriləcək, dəymiş ziyan müəyyənləşdiriləcək"

[b]Polis rəisinin müavini: "Yaxın günlərdə "Əbu Bəkr" məscidinə baxış keçiriləcək, dəymiş ziyan müəyyənləşdiriləcək"[b]

Bakı. Hafiz Heydərov - APA. "Biz baş verə biləcək hər hansı təhlükəni nəzərə alaraq, hələlik "Əbu Bəkr" məscidinin açılmasının əleyhinəyik". Bu sözləri APA-ya Nərimanov rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov deyib. Rəis müavininin sözlərinə görə, məsciddə baş vermiş partlayışla bağlı aparılan istintaq hələ yekunlaşmayıb. Ə. İsmayılov məscidin yenidən fəaliyyətə başlamasının əleyhinə olmalarında bu amili də nəzərə aldıqlarının deyib. Rəis müavini yaxın günlərdə "Əbu Bəkr"ə baxış keçiriləcəyini, partlayış nəticəsində məscidə dəymiş ziyanın hesablanacağını bildirib: "Bütün bu məsələlər həllini tapmamış biz məscidə heç kimi buraxa bilmərik". Ə. İsmayılov, noyabrın 12-ə təyin olunmuş məhkəmə prosesində bütün bu məsələləri qaldıracaqlarını bildirib.

2. #4582
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Aztelekom» limitsiz ADSL xidmətləri üzrə tarifləri aşağı salıb

[b]«Aztelekom» limitsiz ADSL xidmətləri üzrə tarifləri aşağı salıb[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi (İB) genişzolaqlı İnternet xidmətlərinin (limitsiz ADSL) tariflərini yenidən aşağı salıb. «Aztelekom»dan «APA-ECONOMICS»ə verilən məlumata görə, noyabrın 1-dən birdəfəlik qoşulma haqqı 20 manatdan 10 manata (50%), sürətə görə limitsiz kanalların qiyməti təqribən 30% aşağı salınır. Nəticədə, sürəti 64/64 kbit/s olan kanaldan aylıq istifadə haqqı 35 manatdan 28 manata, müvafiq olaraq, 128/64 kbit/s kanaldan aylıq istifadə haqqı 50 manatdan 35 manata, 128/128 kbit/s kanaldan aylıq istifadə haqqı 60 manatdan 45 manata, 256/128 kbit/s kanaldan aylıq istifadə haqqı 100 manatdan 70 manata, 256/256 kbit/s kanaldan aylıq istifadə haqqı 115 manatdan 90 manata, 512/256 kbit/s kanaldan aylıq istifadə haqqı 250 manatdan 170 manata, 512/512 kbit/s kanaldan aylıq istifadə haqqı 300 manatdan 220 manata, 1024/512 kbit/s kanaldan aylıq istifadə haqqı 450 manatdan 320 manata, 1024/1024 kbit/s kanaldan aylıq istifadə haqqı 720 manatdan 500 manata endirilib.

3. #4583
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Nar Mobile» abunəçiləri üçün «Bonus Mövsmü» kampaniyasını dekabra kimi uzadılıb

[b]«Nar Mobile» abunəçiləri üçün «Bonus Mövsmü» kampaniyasını dekabra kimi uzadılıb[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın üçüncü GSM operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) «Bonus Mövsmü» kampaniyasını bu ilin dekabr ayınadək uzadıb.Şirkətin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, kampaniyada bütün öncədən ödənişli «Nar Mobile» tarif planlarının («Tələbə», «Nar Mobile Məkanı», «Həvəskar», «Xoş Xəbər», «Rəngarəng Zövqlər», «Məqsədə Doğru») abunəçiləri iştirak edir. Kampaniyada yalnız 5 manat, 10 manat, 20 manat və 50 manat nominallı ödəniş kartları iştirak edir.«Bonus Mövsümü» kampaniyasının şərtlərinə əsasən, abunəçilər sadəcə balanslarını artırmaqla ölkədaxili bütün istiqamətlərə 525 pulsuz dəqiqə, 50 SMS və 50 MMS-ə qədər pulsuz bonus əldə edirlər. Toplanmış bonuslar haqqında məlumat almaq üçün *777#20#Yes şifrəsini yığmaq kifayətdir.Qeyd edək ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb.Balansın bir neçə dəfə artırıldığı halda bütün bonuslar - Pulsuz Dəqiqələr, SMS və MMS-lər cəmlənir:Balansın artırılmasıPulsuz DəqiqəPulsuz SMSPulsuz MMS50 AZN525505020 AZN195202010 AZN9010105 AZN4555

4. #4584
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

[b]Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb[b]

Bakı. Laçın Sultanova - APA. Moskvada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) binasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başlayıb.

Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, görüşün yekununa dair mətbuata açıqlama veriləcək.Qeyd edək ki, nazirlər sabah ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə məsləhətləşmələr aparacaqlar. Bu görüşlərin məqsədi Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dmitri Medvedyev, İlham Əliyev və Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı noyabrın 2-də Moskvada aparacağı danışıqlara hazırlıq xarakteri daşıyır.

5. #4585
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Akif Aşırlı: "Bu gün "Şərq" qəzetinin bayram etməyə haqqı var"

[b]Akif Aşırlı: "Bu gün "Şərq" qəzetinin bayram etməyə haqqı var"[b]

Bakı. Kəmalə Quliyeva - APA. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının APA-ya müsahibəsi

- Qəzetin 12 yaşında özünüzü necə hiss edirsiniz?- Çox gənc və enerjili hiss edirik. Azərbaycanda çox az sayda qəzet öz dövriliyini və davamlılığını uzun müddət qoruyub saxlaya bilib. Belə qəzetlərdən biri, bəlkə də birincilərdən biri "Şərq" qəzetidir. Bu, bizim fədakarlığımızın və Azərbaycanda azad, müstəqil mətbuatın formalaşması üçün apardığımız mübarizənin nəticəsidir. "Şərq" həmişə olduğu kimi, bu gün də Azərbaycanda milli dəyərlərə ən çox sadiq olan qəzetdir. Qəzetimizin peşəkar kollektivi var və həmişə digər kollektivlərə ancaq peşəkarları təqdim edib. Ad günümüzü redaksiyada qeyd etdik. "Şərq"in 12 illik tarixində onunla yoldaşlıq edən insanların bir qismi bu gün də bizimlə çalışır. Həmişə çalışmışıq ki, peşəkarlıq öndə olsun, yalnız doğru bildiklərimizi yazaq. Mən inanıram ki, bu yolda "Şərq" hələ çox illəri geridə qoyacaq. - "Şərq"in loqosunda "Ən çox oxunan qəzet" yazılıb. Doğrudanmı ən çox oxunan qəzetsiniz?- Bu gün "Şərq" onlarla təbrik alıb. Həm yazılı, həm də şifahi şəkildə bizə təbriklərini çatdıran insanlara minnətdarlığımızı bildiririk. Çünki bu gün "Şərq"in ad günü olduğunu əvvəlcədən xəbər verməmişdik. Amma qəzetin loqosunun altında qeyd olunmuş yaranma tarixini əzbər bilən oxucular "Şərq"i təbrik etdilər. Çox istərdik ki, Azərbaycanda müstəqil qəzetlərin sıraları genişlənsin, jurnalistlərin sosial problemləri öz həllini tapsın, sözün bütün mənalarında müstəqil və azad mətbuatın təmsilçiləri olaraq çıxış edək. Həmişə bu iddia ilə çıxış etmişik və hesab edirəm ki, "Şərq" qəzetinin bu gün bayram etməyə haqqı var. - "Şərq" azsaylı qəzetlərdəndir ki, türkçülüyü özünün prioriteti elan edib. - İndiyədək bizi hansısa məsələlərdə çox suçlayıblar. Amma bizim suçlanmadığımız yeganə məqam var ki, o da milli mövqe, türkçülük, millətçilik və Azərbaycan dövlətinin qorunması məsələsidir. Bu detallara görə heç vaxt qınanmamışıq. Bu, "Şərq"in ən böyük uğurudur. "Şərq"ə gələn gənc jurnalistlər də məhz bu örnəyi bizdən götürür, bu atmosferdə formalaşır və qələmlərini məhz bu istiqamətdə kökləyə bilirlər.- Bu illər ərzində dəstək və ya təzyiqlər çoxmu olub?- Bizi o biri qəzetlərdən ayırmaq düzgün deyil. "Şərq" də sıxıntı və problemlərdən xali olmayıb. Ancaq "Şərq"in ən böyük üstünlüyü ondadır ki, burada demokratik ab-hava var. Hər kəs öz fikrini deyir. Maliyyə vəsaitinin ədalətli bölüşdürülməsinə həmişə diqqət etmişik. Şəxsən mən çalışıram ki, yaradıcı heyətin heç bir üzvünün şəxsi problemini diqqət və qayğıdan kənar qoymayım. Onların sosial problemlərinin həlli istiqamətində əlimdən nə gəlibsə, etmişəm. Əminəm ki, məndən sonra bu qəzeti idarə edən insanlar da bu meyarı öndə tutacaqlar. - "Şərq"in sadiq oxucuları üçün hansı yeniliklər gözlənilir?- Rəngli qəzet buraxmaq istəyirik. Yanvar ayında KİV-lərə Dəstək Fondunun yaradılacağına inanıram. Yanvardan sonra yeni yaradıcılıq layihələrimiz var. Şənbə sayımızı 24 səhifə həcmində çıxarmaq fikrindəyik. Cəmiyyət tərəfindən müsbət qarşılanacaq yeni ideyalarımız var. Hesab edirəm ki, Azərbaycan prezidentinin azad sözə yaratdığı imkanlardan "Şərq" də kifayət qədər yararlanmaq imkanı qazanacaq.

6. #4586
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın iqtisadi inkişaf naziri dəyişdirilib

[b]Azərbaycanın iqtisadi inkişaf naziri dəyişdirilib[b]

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün hökumətin yeni üzvlərini təsdiqləyib.

APA-nın məlumatına görə, iqtisadi inkişaf nazirinin səlahiyyətlərini icra edən Heydər Babayev yeni hökumətdə təmsil olunmayıb. Onun yerinə iqtisadi inkişaf naziri vəzifəsinə Şahin Mustafayev təyin olunub. Qeyd edək ki, Şahin Mustafayev bundan əvvəl ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb, bir müddət əvvəl isə vergilər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

7. #4587
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti baş nazirin müavinlərinin təyin olunması haqqında sərəncam imzalayıb

[b]Azərbaycan prezidenti baş nazirin müavinlərinin təyin olunması haqqında sərəncam imzalayıb[b]

Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan baş nazirinin müavinlərinin təyin olunması haqqında sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Yaqub Eyyubov Azərbaycan baş nazirinin birinci müavini, Abid Şərifov, Elçin Əfəndiyev və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə baş nazirin müavinləri vəzifələrinə təyin olunublar.

8. #4588
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti nazirlərin təyin olunması haqqında sərəncam imzalayıb

[b]Azərbaycan prezidenti nazirlərin təyin olunması haqqında sərəncam imzalayıb[b]

Bakı-APA. Prezident İlham Əliyev nazirlərin təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, prezidentin sərəncamı Azad Rəhimov gənclər və idman, Eldar Mahmudov mili təhlükəsizlik, Elmar Məmmədyarov xarici işlər, Əbülfəs Qarayev mədəniyyət və turizm, Əli Abbasov rabitə və informasiya texnologiyaları, Fazil Məmmədov vergilər, Fikrət Məmmədov ədliyyə, Füzuli Ələkbərov əmək və əhalinin sosial müdafiəsi, Hüseynqulu Bağırov ekologiya və təbii sərvətlər, İsmət Abasov kənd təsərrüfatı, Kəmaləddin Heydərov fövqəladə hallar, Misir Mərdanov təhsil, Natiq Əliyev sənaye və energetika, Oqtay Şirəliyev səhiyyə, Samir Şərifov maliyyə, Ramil Usubov daxili işlər, Səfər Əbiyev müdafiə, Şahin Mustafayev iqtisadi inkişaf, Ziya Məmmədov nəqliyyat, Yavər Camalov müafiə sənayesi naziri təyin olunublar.

9. #4589
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın daha iki rayonunda əmək yarmarkası keçirilib

[b]Azərbaycanın daha iki rayonunda əmək yarmarkası keçirilib[b]

Naxçıvan. C.Qurbanoğlu - APA. Naxçıvan Muxtar Respublikasının (NMR) Kəngərli və Sədərək rayonlarında növbəti əmək yarmarkaları keçirilib. NMR Məşğulluq İdarəsinin rəisi Sevindik Vəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, Kəngərli rayonunda təşkil olunan yarmarkada 8 idarə, müəssisə və təşkilatdan 75 vakant iş yeri çıxarılıb. Nəticədə, 26 nəfərə işə göndəriş verilib.Sədərək rayon Məşğulluq Mərkəzinin xətti ilə rayon ərazisində keçirilən yarmarkada isə 16 təşkilat tərəfindən 85 vakant iş yeri təqdim olunub ki, 14 nəfər daimi işlə təmin olunub.Qeyd edək ki, növbəti mərhələdə şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə növbəti əmək yarmarkaları noyabr ayının ortalarınadək regionun bütün bölgələrini əhatə edəcək. İlin sonuncu yarmarkası isə noyabrın 11-də Naxçıvan şəhərində təşkil olunacaq. Məlumat üçün bildirək ki, 2008-ci ilin yanvar-sentyabr aylarında 2 351 nəfər işaxtaran qeydiyyata alınıb və onlardan 1 722 nəfəri əmək fəaliyyəti ilə təmin edilib.

10. #4590
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan MSK-nın sədri ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkəyə gedib

[b]Azərbaycan MSK-nın sədri ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkəyə gedib[b]

Bakı. Ramil Məmmədli - APA. Amerika Birləşmiş Ştatlarında (ABŞ) noyabrın 4-də keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərliyi bu ölkəyə səfər edib. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, MSK sədri Məzahir Pənahov və qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov noyabrın 1-dən 6-dək ABŞ-da səfərdə olacaqlar. MSK rəhbərliyini ABŞ-a Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) prezidenti Jan Pyer Kinqli dəvət edib. Səfərdə məqsəd ABŞ-la seçki sahəsində təcrübə mübadiləsi aparmaq, bu ölkənin seçki praktikası ilə bir daha yaxından tanış olmaq və İFES-in seçkilərlə bağlı təşkil etdiyi tədbirlərdə iştirak etməkdir.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.