[b]Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının Avropa Komissiyası Azərbaycanda baytarlıq xidmətinin səviyyəsini qiymətləndirməyə başlayıb[b]
Bakı. İlhamə İsabalayeva-APA. Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının (OİE) Avropa Komissiyası Azərbaycanda baytarlıq xidmətinin Avropa və beynəlxalq standartlara uyğunluq səviyyəsinin qiymətləndirməsinə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, qiymətləndirmə oktyabrın 5-dək həyata keçiriləcək. Ekspert qrupu Dövlət Baytarlıq Xidmətində, ölkənin baytarlıq idarə və laboratoriyalarında, elmi-tədqiqat və tədris müəssisələrində, ət kəsimi və emalı məntəqələrində, eləcə də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində olacaqlar. Ekspertlər ölkədə aparılan baytarlıq tədbirləri və müayinələrinin standartlara uyğunluğu, kadr hazırlığı, maddi-texniki bazanın günün tələblərinə cavab verməsi, ölkənin biopreparatarlarla təminatı, onun saxlanma şəraiti və digər məsələlərlə yaxından tanış olacaq, aparılan tədbirlərin beynəlxalq tələblərə və standartlara uyğunluğuna nəzarəti həyata keçirəcəklər. Ekspertlərin tövsiyə xarakterli araşdırmaları başa çatdıqdan sonra Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının (OİE) Avropa Komissiyası üçün məlumat hazırlamaları nəzərdə tutulur.
4610 sonuçtan 3.171 ile 3.180 arası

09-23-2008, 05:50 PM #3171Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın aparıcı mobil rabitə operatoru bazarda 65% paya malikdir
[b]Azərbaycanın aparıcı mobil rabitə operatoru bazarda 65% paya malikdir[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu ilin sonuna kimi «Azercell Telecom» şirkətinin abonentlərinin sayının 14,3% artaraq 4 mln. nəfərə çatacağı gözlənilir. «APA-ECONOMICS»in məlumatına görə, bunu «Azercell Telecom»un prezidenti Halim Ateş bildirib. H.Atesin sözlərinə görə, hazırda 3,5 mln. nəfər abonenti olan şirkət Azərbaycanda fəaliyyət göstərdiyi 12 il ərzində ümumilikdə 1 mlrd. ABŞ dollarına yaxın sərmayə yatırıb. Bu ilin yanvar-iyun aylarında «Azercell»in yatırdığı sərmayənin həcmi isə 40 mln. dollar olub. Həmin müddətdə dövlətə 50 mln. dollar, ümumilikdə 12 il ərzində isə 500 mln. dollara yaxın vergi ödənilib. Hazırda «Azercell» Azərbaycanda qeyri-neft sektorunda ən çox sərmayə yatıran şirkətdir.H.Ateş onu da əlavə edib ki, 12 ildə «Azercell»in 6-7 mln. mobil telefon nömrəsi satılıb. Amma həmin nömrələrin yalnız 3,5 mln-u istifadə edilir.H.Ateş hazırda şirkətin Azərbaycanın mobil rabitə xidmətləri bazarında 65% paya sahib olduğunu da açıqlayıb. Şirkət prezidenti qeyd edib ki, hazırda «Azercell»də çalışan 740 işçinin yalnız 5-i (4-ü Türkiyə, 1-i Özbəkistan) xarici vətəndaşdır. H.Ateşin sözlərinə görə, şirkətdə ondan sonra ən yüksək vəzifəni tutanların biri türk, biri özbəkdir. Qalan rəhbər vəzifələrdə isə azərbaycanlılar çalışır.

09-23-2008, 06:00 PM #3172Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının Avropa Komissiyası Azərbaycanda baytarlıq xidmətinin səviyyəsini qiymətləndirməyə başlayıb

09-23-2008, 06:10 PM #3173Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gələn il MDB məkanında ən yüksək inflyasiya Azərbaycanda olacaq
[b]Gələn il MDB məkanında ən yüksək inflyasiya Azərbaycanda olacaq[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda inflyasiyanın tempi 2009-cu il üçün 18% səviyyəsində proqnozlaşdırılır. «APA-ECONOMICS»in xəbərinə görə, bu barədə MDB-nin Statistika Komitəsinin proqnozlarında deyilir.
Komitənin proqnozlarına əsasən, gələn il Azərbaycandakı inflyasiya MDB məkanında ən yüksək olacaq.Bu göstəriciyə görə, ikinci yeri Ukrayna, üçüncü yeri isə Belarus tutur:Ölkə2009-cu il (proqnoz, %)

09-23-2008, 06:20 PM #3174Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Tahir Süleymanov "Şöhrət" ordeni ilə təltif edilib
[b]Tahir Süleymanov "Şöhrət" ordeni ilə təltif edilib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Tahir Süleymanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, T. Süleymanov bu təltifə ictimai-siyasi həyatdakı fəal iştirakına görə layiq görülüb.

09-23-2008, 06:30 PM #3175Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Heroin satmaq istəyən Şirvan sakini tutulub
[b]Heroin satmaq istəyən Şirvan sakini tutulub[b]
Tərtər. Teymur Zahidoğlu-APA. Tərtər rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində heroin satmaq istəyən şəxsi tutublar. APA-nın Qarabağ bürosunun məlumatına görə, saxlanılan şəxs 1972-ci il təvəllüdlü Şirvan şəhər sakini Tarıverdiyev Yavər Ələsgər oğludur. Onun üzərindən 1,223 qram heroin götürülüb. Faktla bağlı araşdırma aparılır.

09-23-2008, 06:40 PM #3176Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Transparency İnternational" təşkilatının Azərbaycandakı Milli Bölməsi ölkənin Korrupsiyanı Qavrama İndeksi üzrə aşağı reytinq almasını düzgün hesab etmir
[b]"Transparency İnternational" təşkilatının Azərbaycandakı Milli Bölməsi ölkənin Korrupsiyanı Qavrama İndeksi üzrə aşağı reytinq almasını düzgün hesab etmir[b]
Bakı-APA. "Transparency İnternational" təşkilatının Azərbaycandakı Milli Bölməsi Azərbaycanın Korrupsiyanı Qavrama İndeksi üzrə son iki ildə aldığı reytinqin aşağı olmasından narahatlıq keçirir". APA-nın məlumatına görə, bu fikirlər "Transparency İnternational" təşkilatının Azərbaycandakı Milli Bölməsinin yaydığı press-relizdə öz əksini tapıb. Təşkilat Azərbaycanın bu indeks üzrə 2007-ci ildə 2,1, bu il isə 1,9 bal aldığını xatırladıb: "Ölkə 2003-cü ildə olan 1,8 ballıq reytinqini artırmaq üçün uğurlu addımlar atıb və 2004-cü ildə bu göstərici öz pik nöqtəsinə - 2,4 bala çatıb. Bu sabit artım tempinə ilk növbədə hökumət və vətəndaş cəmiyyətlərinin gördüyü bir sıra tədbirlər nəticəsində nail olunub". Sənəddə bildirilir ki, hökumət korrupsiyaya qarşı mübarizə sahəsində 2007-2010 illəri əhatə edən milli strategiya həyata keçirir. "Bu strategiyanın icrasına daha çox vətəndaş cəmiyyətlərinin və beynəlxalq təşkilatların cəlb olunması görülən işi 2004-2006-cı illərdə korrupsiyaya qarşı mübarizəyə dair Dövlət Proqramına nəzərən daha effektli edib. Korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər göz qabağındadır: bu sahədə bir sıra mühüm qanunlar qəbul olunub, Azərbaycanda Korrupsiyaya qarşı mübarizəyə dair dövlət komissiyası, Azərbaycan Respublikası baş prokuroru yanında korrupsiyaya qarşı mübarizə idarəsi, bu problemin həlli ilə məşğul olan vətəndaş cəmiyyətlərinin şəbəkəsi fəaliyyət göstərir. Press-relizdə qeyd olunur ki, Azərbaycan "Transparency İnternational"ın fəaliyyət göstərdiyi 90 ölkə arasında yeganə dövlətdir ki, burada korrupsiyanın qurbanı olan vətəndaşlara hüquqi yardım göstərən 5 ictimai mərkəz fəaliyyət göstərir. 2005-ci ilin iyulundan başlayaraq bu mərkəzlərə 15 mindən artıq şəxs müraciət edib, onlardan 2000 nəfəri müxtəlif problemlərlə bağlı yazılı şikayət edib ki, bu şikayətlərin 80 faizi mərkəzlərlə əməkdaşlıq edən dövlət qurumları tərəfindən həll olunub. "Transparency İnternational" təşkilatının Azərbaycandakı Milli Bölməsi Dünya Bankının hesabatına əsasən Azərbaycanın 2007/2008-ci illərdə dünyada ən çox islahatlar həyata keçirən ölkə olduğunu, tənzimləyici islahatlar üzrə 10 göstəricidən 7-də normallaşma halının qeydə alındığını xatırladıb: "Azərbaycan hökumətinin və vətəndaş cəmiyyətinin konkret cəhdləri EİTİ, GRECO, Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən müsbət qiymətləndirilib. Lakin bu münasibət geniş biznes cəmiyyətində hələ rezonans doğurmayıb, adətən bu cür reaksiyalar gecikir. Bununla əlaqədar "Transparency İnternational" təşkilatının Azərbaycandakı Milli Bölməsi təəssüf edir ki, mövcud olan metodologiya qeydə alınan müsbət dəyişikliklərin İndeksdə öz əksini tapmasına imkan vermir və Azərbaycanın layiq olduğu yüksək yerlərdə təmsil olunmasına şərait yaratmır".

09-23-2008, 06:50 PM #3177Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sabah Odessada «Qara dəniz kruizləri» mövzusunda beynəlxalq konfrans keçiriləcək
[b]Sabah Odessada «Qara dəniz kruizləri» mövzusunda beynəlxalq konfrans keçiriləcək[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Sentyabrın 24-25-də Odessa şəhərində (Ukrayna) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) dəstəyi ilə «Qara dəniz kruizləri» mövzusunda I beynəlxalq konfrans keçiriləcək. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.Konfransda Dövlət Dəniz Administrasiyasının əməkdaşı Fuad Mərdiyev iştirak edəcək.Tədbirdə həmçinin Türkiyə, ABŞ, İtaliya, Ukrayna, Bolgarıstan, Rumıniya, Rusiya, Yunanıstan, Gürcüstan, İspaniya və digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir. Konfransda Qara dəniz sahillərində turizmin inkişafı, Krım yarımadasında dəniz turizmi və s. məsələlərin müzakirəsi gözlənilir.

09-23-2008, 07:00 PM #3178Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Ruslar Azərbaycanın tarixində" kitabının təqdimatı keçirilib
[b]"Ruslar Azərbaycanın tarixində" kitabının təqdimatı keçirilib[b]
Bakı. Laçın Sultanova-APA. Bu gün Bakıda "Ruslar Azərbaycanın tarixində" kitabının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, kitab Azərbaycan Rus İcmasının yaradılmasının 15 iliyi ilə bağlı nəşr olunub. Kitabın müəllifləri Georgi Zapletin və Gülnarə Şirinzadədir. Təqdimat mərasimində çıxış edən Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin bildirib ki, kitabda rusların Azərbaycan tarixindəki rolundan danışılsa da, kitab ümumiyyətlə, Azərbaycan xalqı haqqındadır. Azərbaycan Rus İcmasının Cənubi Qafqazda ən böyük rus icması olduğunu bildirən M. Zabelin bəyan edib ki, Azərbaycan onların vətənidir: "Biz Azərbaycanın gələcək inkişafı üçün əlimizdən gələni edəcəyik. Azərbaycanda millətindən, dinindən asılı olmayaraq bütün əhali üçün eyni şərait yaradılıb". Akademik Akif Əlizadə, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, professor Rafiq Zeynalov, Xəzəryanı və Bakı Yepiskopu Aleksandr Ata rusların Azərbaycanda əsrlər boyu yaşaması, ölkənin inkişafında, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə rolları barədə danışıblar.

09-23-2008, 08:00 PM #3179Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Moskvanın Tuşinsk bazarında partlayış baş verib, dörd nəfər xəsarət alıb
[b]Moskvanın Tuşinsk bazarında partlayış baş verib, dörd nəfər xəsarət alıb[b]
Moskva-APA. Moskvanın Tuşinsk bazarında partlayış baş verib. APA-nın məlumatına görə, hüquq-mühafizə orqanları partlayış nəticəsində 4 nəfərin xəsarət aldığını bildirirlər. Xəsarət alanlardan üçü xəstəxanaya yerləşdirilib, bir nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib. Partlayışı səbəbləri məlum deyil. Mütəxəssislər partlayışın qaz balonundakı nasazlıqdan, yaxud əldəqayırma partlayıcı qurğunun işə salınmasından qaynaqlandığını araşdırırlar.

09-23-2008, 08:10 PM #3180Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib
[b]Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib[b]
Ağcabədi. Teymur Zahidoğlu-APA. Bu gün Aran-Bəhramtəpə yolunun 87-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Ağcabədi rayon Afşar kənd sakini 1984-cü il təvəllüdlü Ağamalıyev Elmurad Cahangir oğlu idarə etdiyi "Mersedes"- 200 markalı, 50-BT-131 dövlət nömrə nişanlı maşını aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri