[b]Milli Teleradio Şurası: Azərbaycanda radio kanalının açılması üçün elan edilən müsabiqəyə hələ sənəd verən olmayıb[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Milli Televiziya və Radio Şurasının (MTRŞ) yeni radio yayım proqramının açılması üçün elan etdiyi müsabiqəyə indiyədək sənəd verən olmayıb. Bu il sentyabrın 8-dən Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün başlayan müsabiqə ilə hələlik yalnız şifahi maraqlananlar var". Bu açıqlamanı APA-ya MTRŞ-nin üzvü Qafar Cəbiyev verib. O, müsabiqənin şərtlərinin ağır olmadığını, yalnız hamı üçün eyni olan prinsiplərin tələb edildiyini bildirib: "Hələ vaxta var. Adətən, maraqlananlar müsabiqənin sonunda daha fəallaşırlar". Qeyd edək ki, müsabiqəyə oktyabrın 8-də yekun vurulacaq.
Azərbaycan Xəbərləri
Printable View

09-22-2008, 06:50 PMAPAMilli Teleradio Şurası: Azərbaycanda radio kanalının açılması üçün elan edilən müsabiqəyə hələ sənəd verən olmayıb

09-22-2008, 07:10 PMAPAMilli Teleradio Şurası televiziya verilişləri ilə bağlı yeni qərar qəbul edəcək
[b]Milli Teleradio Şurası televiziya verilişləri ilə bağlı yeni qərar qəbul edəcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Biz Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarında milli mənəviyyatın, dövlət dilinin, mənəvi dəyərlərin həmişə ön planda olmasını arzu edirik. Bu mövzuların televiziyamızda üstünlük təşkil etməsi ilə bağlı Milli Teleradio Şurasının müəyyən qərar qəbul etməsi nəzərdə tutulur". Bu açıqlamanı APA-ya Milli Televiziya və Radio Şurasının üzvü Qafar Cəbiyev verib. O, qəbul ediləcək qərarda televiziya kanallarında yayımlanan proqramlarla bağlı müəyyən tövsiyələrin əks olunacağını bildirib. -
09-22-2008, 07:30 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adlarla təltif edib
[b]Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adlarla təltif edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, Vaqif Novruzov "Azərbaycan Respublikasının əməkdar elm xadimi", Mahal Əliyev, Tamara Qasımova, Ramiz Məmmədov və Famil Şərifov "Azərbaycan Respublikasının əməkdar müəllimi", Könül Ələkbərov və Anubat Nəzərli "Azərbaycan Respublikasının əməkdar həkimi", Tural Abdullayev və Zərinə Abdullayeva "Azərbaycan Respublikasının əməkdar artisti", Nazim Babayev və Rövşən Süleymanov "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülüb. -
09-22-2008, 07:40 PMAPAAzərbaycan prezidenti XIII Pekin Paralimpiya Oyunlarında iştirak edən idmançıları və onların məşqçilərini qəbul edib
[b]Azərbaycan prezidenti XIII Pekin Paralimpiya Oyunlarında iştirak edən idmançıları və onların məşqçilərini qəbul edib[b]
[Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev XIII Pekin Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançıları və onların məşqçilərini qəbul edib. APA-nın xəbərinə görə, prezident görüş iştirakçılarını Pekin Paralimpiya Oyunlarında qazanılmış qələbə münasibətilə təbrik edib: "Müstəqil Azərbaycanın tarixində ilk dəfə bizim paralimpiyaçılarımız 10 medal qazanıblar. Onlardan 2-si qızıl, 3-ü gümüş, 5-i bürünc medaldır. Bu, çox böyük nailiyyətdir, çox böyük qələbədir". Ölkədə idmanla məşğul olmaq üçün yeni imkanlar yaradıldığını deyən prezident daha bir neçə idman kompleksinin açılacağını söyləyib. Daha sonra prezident idmançılara və onların məşqçilərinə mükafatları təqdim edib. -
09-23-2008, 10:30 AMAPATüryançay Dövlət Təbiət Qoruğu ərazisində yanğın baş verib
[b]Türyançay Dövlət Təbiət Qoruğu ərazisində yanğın baş verib[b]
[Ağdaş. Şahnəzər Bəşirov-APA. Sentyabrın 22-də saat 18.25 radələrində Türyançay Dövlət Təbiət Qoruğunun Ağdaş rayonu ərazisində yerləşən hissəsində yanğın baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, qoruqda, yüksək dağlıq ərazidə yerləşən 18-ci əsr tarixi memarlıq abidəsi olan Surxay Qalasında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin Ağdaş və Göyçay Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları hadisə yerinə gəliblər. Havanın qaranlıq olması, keçilməz yollar yanğının tez söndürülməsinə imkan verməyib. Yanğın saat 23-də söndürülüb. Məlumata görə, yanğın nəticəsində qoruğun 0, 5 hektar ərazisi - ağaclar, kollar yanıb. 5 min hektar qoruq ərazisi yanğından mühafizə olunub. Yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır. -
09-23-2008, 10:40 AMAPAAzərbaycan hərbçiləri Türkiyə, Çin, Polşa, Bolqarıstanda keçiriləcək tədbirlərə qatılacaqlar
[b]Azərbaycan hərbçiləri Türkiyə, Çin, Polşa, Bolqarıstanda keçiriləcək tədbirlərə qatılacaqlar[b]
[Bakı-APA. Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq sentyabrın 23-25-də Ankara şəhərində Türkiyə Respublikasının REM Komandanlığını ziyarət keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycanla Çin arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq bu gündən başlayaraq Nankin şəhərində «Qərargah zabitlərinin hazırlıq kursu» təşkil olunacaq. Azərbaycanla ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Regional Response - 2009 təliminin növbəti planlaşdırma konfransı 29 sentyabr- 3 oktyabr tarixlərində keçiriləcək. Azərbaycanla Polşa arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Varşava, Torun şəhərlərində Polşa Respublikasının Qərargah Komandanlıq və Təlim mərkəzləri ilə tanışlıq səfəri olacaq. Səfər 29 sentyabr-4 oktyabr tarixlərində gerçəkləşəcək. 29 sentyabr-10 noyabr tarixlərində isə Azərbaycanla Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində Çoxmillətli Əməliyyatlarda mülki-hərbi əməkdaşlıq mövzusunda kurs keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək. -
09-23-2008, 10:50 AMAPAMoskvada "Azərbaycan - 2008: prezident seçkiləri və daxili siyasətin strategiyası" adlı dəyirmi masa keçiriləcək
[b]Moskvada "Azərbaycan - 2008: prezident seçkiləri və daxili siyasətin strategiyası" adlı dəyirmi masa keçiriləcək[b]
[Bakı. Laçın Sultanova - APA. Sentyabrın 24-də Moskvada "Vahid Rusiya Naminə" Fondu və "Rusiyanın strategiyası" jurnalının təşkilatçılığı ilə "Azərbaycan - 2008: prezident seçkiləri və daxili siyasətin strategiyası" mövzusunda dəyirmi masa keçiriləcək. APA-nın məlumatına görə, dəyirmi masada Azərbaycanı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev təmsil edəcək. Tədbirə 50-dən çox rusiyalı ekspert və Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları dəvət olunub. -
09-23-2008, 11:10 AMAPAKondoliza Rays: "Türkiyə mükəmməl müttəfiq və Qafqazda önəmli bir gücdür"
[b]Kondoliza Rays: "Türkiyə mükəmməl müttəfiq və Qafqazda önəmli bir gücdür"[b]
[Bakı. Viktoriya Dementyeva - APA. "Türkiyə mükəmməl müttəfiqdir və son Gürcüstan hadisələri də daxil olmaqla, bir çox böhranlı vəziyyətdə çox önəmli rol oynayıb". APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Kondoliza Rays bu sözləri Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşündə deyib. O, Gürcüstan məsələsi ilə bağlı Ankara ilə müntəzəm əlaqə saxladıqlarını, Türkiyənin Qafqazda çox önəmli bir güc olduğunu bildirib. Görüş 40 dəqiqə davam edib. -
09-23-2008, 11:20 AMAPAMoldova səfiri İon Robu: "Ölkəmiz Azərbaycanın karbohidrogen resurslarının hasilatı sahəsində topladığı təcrübəyə böyük maraq göstərir" - EKSKLÜZİV
[b]Moldova səfiri İon Robu: "Ölkəmiz Azərbaycanın karbohidrogen resurslarının hasilatı sahəsində topladığı təcrübəyə böyük maraq göstərir" - EKSKLÜZİV[b]
Bakı. Arzu Yaqubova-APA. Moldovanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İon Robunun APA-ya müsahibəsi
[- Cənab səfir, Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq tempini necə qiymətləndirirsiniz? İki ölkənin hökumətləri arasında imzalanmış uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında saziş necə həyata keçirilir? - Mən ölkələrimizin iqtisadi sahədə əməkdaşlıq tempini pozitiv dəyərləndirərdim. Moldova-Azərbaycan iqtisadi-ticarət münasibətlərinin analizi stabil inkişafdan müsbət irəliləyişlərdən xəbər verir. Ötən il Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi bir il əvvələ nisbətən 1,5 dəfə artıb, mal dövriyyəsinin strukturu genişlənib. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanla Moldova atasında iqtisadi münasibətlərin indiki səviyyəsi mövcud potensiala cavab vermir. Buna görə də iqtisadi əməkdaşlığı ölkələrimiz arasında münasibətlərin mərkəz nöqtəsinə çevirmək qarşımızda duran təxirəsalınmaz vəzifədir. Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün real imkanlar var. Son illər həm Moldova, həm də Azərbaycan biznes dairələri və sərmayədarlar üçün cəlbedici ölkələrə çevrilib. İqtisadi əlaqələri daha da möhkəmlətmək üçün Azərbaycan şirkətlərinin Moldova iqtisadiyyatına sərmayə qoymasına bütün zəruri şəraiti yaratmağa hazırıq.- Azərbaycan-Moldova hökumətlərarası komissiyasının gündəliyində müzakirəsi son dərəcə zəruri olan məsələlər varmı?- Ölkələrimizin iqtisadiyyatının inkişafı üçün ən perspektivli yol - qarşılıqlı investisiya layihələridir. Hər iki ölkənin prezidentləri müvafiq qurumlar qarşısında qoyduğu vəzifələrdən biri konkret sahələr üzrə əməkdaşlıq layihələri təqdim etmək və reallaşdırmaqdır. Bütün bu layihələr Hökumətlərarası komissiyanın növbəti iclasında diqqətlə nəzərdən keçiriləcək. Komissiyanın iclasının noyabr-dekabr aylarında keçiriləcəyi nəzərdə tutulur. - İki ölkə arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramının müddəalarından biri neft-kimya sənayesi sahəsində əməkdaşlığı nəzərdə tutur. Bu razılaşma necə həyata keçirilir?- Qeyd etdiyiniz proqramda neft-kimya sənayesi məhsullarının qarşılıqlı daşımalarının təşkili nəzərdə tutulur. Ticarət dövriyyəsində bu məhsulların yeri var, amma təəssüf ki, çox az miqdardadır. Hazırda Moldova şirkətləri Azərbaycandan bu məhsulların idxalının reallaşdırılması üzərində aktiv çalışırlar. - Birgə müəssisələrin yaradılması prosesi necə gedir? Azərbaycan və Moldovada qarşılıqlı ticarət nümayəndəliklərinin açılması istiqamətində irəliləyiş varmı?- Moldovada mövcud olan statistikaya əsasən, hələ iki ilə əvvələ qədər 20 Moldova-Azərbaycan birgə müəssisəsi qeydiyyatdan keçib və fəaliyyət göstərir. Birgə müəssisələrin yaradılması istiqamətində işlər uzunmüddətli əməkdaşlıq proqramına uyğun olaraq davam etdirilir. Bu il "Moldovanın Azərbaycanda Ticarət Evi" məhdud məsuliyyətli cəmiyyəti və qurumun nizamnaməsi qeydiyyatdan keçib. - İki ölkənin neft-qaz sektorunda əməkdaşlığı necə inkişaf edir?- Azərbaycanla Moldova arasında əməkdaşlığın əsas prioritet sahələrindən biri - energetika sahəsidir. Moldova Azərbaycanın karbohidrogen resurslarının hasilatı sahəsində topladığı təcrübəyə böyük maraq göstərir. Biz daha çox texniki yardım göstərilməsində maraqlıyıq. Azərbaycanın ölkəmizdə neft və qaz yataqlarının geoloji kəşfiyyat işlərində köməklik göstərməsini istəyirik. Martda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekspertləri ikinci dəfə Moldovada səfərdə olublar. Onlar mövcud geoloji və geofiziki məlumatları, əvvəllər aparılmış geoloji kəşfiyyat işlərinin nəticələrini öyrəniblər. - Moldova Xəzərin enerji resurslarının Avropaya nəqli marşrutlarının müxtəlifləşdirilməsi ideyasına necə yanaşır?- Azərbaycanın Avropa ölkələrinə enerji resursları ixrac edən ölkə kimi rolu çox böyükdür. Xəzərin enerji resurslarının Avropaya nəqli üçün yeni nəqliyyat dəhlizlərinin yaradılmasında Moldovanın ikitərəfli və çoxtərəfli səviyyədə iştirakı nəzərdən keçirilir. Bununla əlaqədar Moldovanın cənubunda yerləşən Curculeştı neft terminalının Xəzər neftinin Avropaya nəqli sisteminə qoşulması imkanları dəyərləndirilir. -
09-23-2008, 11:30 AMAPATürkiyə, Almaniya və Belçikada hərbi kurslar keçiriləcək
[b]Türkiyə, Almaniya və Belçikada hərbi kurslar keçiriləcək[b]
[Bakı-APA. Bu gün Türkiyənin Ankara şəhərində Anadolu Qartalı 2009 təliminin ilkin planlaşdırma toplantısı keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, 26 sentyabr-19 dekabr tarixlərində Almaniyanın Qarmiş şəhərində C. Marşal adına Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzində təhlükəsizlik proqramı üzrə kurs baş tutacaq. 29 sentyabr-10 oktyabrda isə Norveçin Oslo şəhərində isə «Komandanlıq zabitlərinin Beynəlxalq kursu» keçiriləcək. Bundan başqa, sentyabrın 30-da Belçikanın Brüssel şəhərində «Sənaye günü» konfransı, 30 sentyabr-1 oktyabr tarixlərində isə Almaniyanın Berlin şəhərində adi silahlara nəzarətlə bağlı Berlin seminarı keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.