<span style="color:#FF0000;font-size:18px;">[b]Qazaxıstanın Azərbaycandakı səfiri baş nazir Artur Rəsizadə ilə görüşüb[b]</span>
[Bakı. Tamara Qriqoryeva - APA. Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov baş nazir Artur Rəsizadə ilə görüş keçirib. APA-nın "Kazinform"a istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə əməkdaşlığının perspektivləri müzakirə edilib. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsinin və ticarət dövriyyəsinin həcminin artırılmasının vacibliyini vurğulayıblar.
Azərbaycan Xəbərləri
Printable View
-
07-21-2008, 12:21 PMAPAQazaxıstanın Azərbaycandakı səfiri baş nazir Artur Rəsizadə ilə görüşüb
-
07-21-2008, 12:31 PMAPAABŞ-da Azərbaycan bəstəkarının diskinin təqdimatı keçiriləcək
<span style="color:#FF0000;font-size:18px;">[b]ABŞ-da Azərbaycan bəstəkarının diskinin təqdimatı keçiriləcək[b]</span>
[Bakı. Zaur Nurməmmədov - APA. Hollandiyada yaşayan tanınmış caz ifaçısı və bəstəkar, milliyyətcə azərbaycanlı olan Əminə Fiqarova "Above the Clouds" adlı yeni albom buraxıb. Ə. Fiqarovanın APA-ya verdiyi məlumata görə, sentyabrda Hollandiyada, oktyabrda isə ABŞ-da yeni albomun rəsmi təqdimatı keçiriləcək. Aprel-iyun aylarında Ə. Fiqarova Kanada və ABŞ turnesi çərçivəsində 18 konsert verib.Qeyd edək ki, Ə.Fiqarova 1990-cı ildən Hollandiyada yaşayır. Onun ilk albomu 1994-cü ildə işıq üzü görüb. İndiyədək sənətçi 10-dan çox albom buraxıb. -
07-21-2008, 12:41 PMAPAYanvar-iyun aylarında Azərbaycanda 10338 cinayət qeydə alınıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Yanvar-iyun aylarında Azərbaycanda 10338 cinayət qeydə alınıb[b]</span>
[Bakı. Hacı Zeynalov-APA. 2008-ci ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən respublikada 10338 cinayət qeydə alınıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məlumat verilib. Məlumata görə, DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 4259-u (42,9%) böyük ictimai təhlükə törətməyən, 4517-i (45,8%) az ağır, 1156-ı (11,6%) ağır və xüsusilə ağır cinayətlər olub. Qeydə alınmış cinayətlərin strukturunda 3557 (2007-ci ilin 1-ci rübü ilə müqayisədə +380 və ya 11,9%) şəxsiyyət əleyhinə, 2658 (+611; 29,8%) iqtisadi sahədə törədilən, onlardan 2603 (+611; 30,7%) mülkiyyət əleyhinə, 3354 (+279; 9,1%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 363 (-13; 3,4%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. Daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış cinayətlərin 90,4%, onlardan ekoloji cinayətlərin 98,8%, mənimsəmə və israetmə cinayətlərinin 97,8%, şəxsiyyət əleyhinə olan cinayətlərin 96,9%, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərin 96,3%, insan alveri ilə bağlı cinayətlərin 96,1%, narkotik vasitələrlə bağlı cinayətlərin 94,7%, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərin 93,8%, dələduzluq cinayətlərin 93,3%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin 92,5%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 93,6%, xuliqanlıq cinayətlərinin 92,2%, qaçaqmalçılıq cinayətlərinin 91,2%, adam oğurluqları cinayətlərin 88,9%, soyğunçuluq cinayətlərinin 85,5%, qəsdən adam öldürmə cinayətlərinin 84,6%, zorlama (cəhdlərlə) cinayətlərinin 83,3%, avtonəqliyyat qaçırılmaları cinayətlərinin 79,4%, hədə-qorxu ilə tələb etmə cinayətlərinin 78,9% açılması təmin edilib. 2008-ci ilin 1-ci yarımilliyində hədə-qorxu ilə tələb etmə cinayətlərinin 43,6% (-17; 22-39), avtonəqliyyat oğurluğu cinayətlərinin 38,5% (-5; 8-13), mal-qara oğurluğu cinayətlərinin 28,8% (-34; 84-118), mənimsəmə və israf etmə cinayətlərinin 24,4% (-11; 34-45), qəsdən adam öldürmə cinayətlərinin 4,7% (-4; 81-85), qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin 4,2% (-5; 114-119), ekoloji cinayətlərin 4,2% (-4; 90-94), zorlama cinayətlərinin 2 dəfə (-8; 8-16), rüşvət cinayətlərinin 2 dəfə (-2; 2-4) azalması ilə xarakterizə olunub, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmayıb. -
07-21-2008, 02:31 PMAPAXəzər İbrahim: "Bizim üçün əsas məsələ Türkiyənin Ermənistanla münasibətlərə dair rəsmi mövqeyidir"
<span style="color:#FF0000;font-size:18px;">[b]Xəzər İbrahim: "Bizim üçün əsas məsələ Türkiyənin Ermənistanla münasibətlərə dair rəsmi mövqeyidir"[b]</span>
Bakı. Tamara Qriqoryeva-APA. "Bizim üçün əsas məsələ Türkiyənin Ermənistanla münasibətlərə dair rəsmi mövqeyidir.
[Əgər xarici işlər naziri Əli Babacan ölkəsinin bu məsələdə mövqeyinin dəyişməz qaldığını bildiribsə, ümid edə bilərik ki, Türkiyənin atdığı addımlar da bu siyasət üzərində qurulacaq". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün Bakıda keçirdiyi mətbuat konfransında söyləyib. O, Türkiyə və Azərbaycanın dost və qardaş ölkələr olduğunu xatırladıb. O, Türkiyə ilə Ermənistan arasında aparılan məxfi danışıqlarla bağlı Azərbaycanın Türkiyə səfirliyinə heç bir sorğu göndərmədiyini bildirib. -
07-21-2008, 02:41 PMAPAXanlar Hacıyev: "Strasburqa yollananda xəzinə axtarmağa getmədiyimi bilirdim"
<span style="color:#FF0000;font-size:18px;">[b]Xanlar Hacıyev: "Strasburqa yollananda xəzinə axtarmağa getmədiyimi bilirdim"[b]</span>
"Əvvəlki illərlə müqayisədə Azərbaycandan Avropa Məhkəməsinə daxil olan perspektivli şikayətlərin sayı çoxalıb" Bakı. Məhbubə Qasımbəyli - APA. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyevin APA-ya müsahibəsi
[- Beş ildən çoxdur ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimisiniz. Azərbaycanda hakim kimi çalışmaqla Avropa Məhkəməsinin hakimi olmaq arasında fərq böyükdürmü? - Əlbəttə. Avropa Məhkəməsi tamamilə başqa bir sistemdir. Etiraf edim ki, orada çalışmaq üçün müəyyən müddət adaptasiya keçməlisən, bu yolu tez keçib uyğunlaşmalısan. Avropa Məhkəməsinin hakimi olmaq üçün müəyyən meyarlara cavab verməlisən. Təbii ki, hər məhkəmənin özünəməxsus xüsusiyyətləri, prosedur qaydaları var. Avropa Məhkəməsində hakim kimi çalışmağın müsbət cəhətləri çoxdur. Çalışdığım məhkəmənin çox effektiv aparatı var, orada çox yüksək səviyyəli mütəxəssislər çalışırlar. Hərdən mən öz-özümə təəccüblənirəm ki, bu insanları bir araya necə toplaya biliblər. Məncə, hər məhkəmə bu cür olmalıdır. Bizdə də o cümlədən. Düşünürəm, yəqin ki, biz vaxtilə məhkəmə aparatının fəaliyyətinə, orada çalışan hüquqşünaslara diqqət yetirməmişik. Amma bu məsələ xüsusi olaraq diqqətdə saxlanmalıdır.- Qaydalara əsasən Avropa Məhkəməsində Azərbaycanla bağlı bütün işlərdə iştirak edirsiniz. İndiyə kimi çətinlik çəkdiyiniz məqamlar olubmu? - Orada hansı ölkənin işinə baxılırsa, milli hakimlər prosesdə iştirak etməlidirlər. Mən də Azərbaycanla bağlı bütün proseslərdə iştirak edirəm. Amma elə bir çətinliyim olmayıb. Bu günə kimi ölkəmizlə əlaqəli 13 qərar qəbul edilib. Bəzən komitə işlərində çətinliklər olur. Sizə deyim ki, get-gedə mübahisələrin xarakteri də dəyişir. Yəqin ki, Avropa Məhkəməsi məzuniyyətdən qayıdandan sonra daha ciddi mübahisələrə baxılacaq. Mən ötən dəfə də sizə müsahibəmdə demişdim ki, milli hakimin rolu ondan ibarət deyil ki, orada dövlətini müdafiə etsin. Milli hakim ancaq ölkəsini təmsil edir. Baxılan işlərdə dövlətini səbatsız şəkildə müdafiə edəndə sən öz ölkəndə hüquqi, demokratik mədəniyyətin olmadığı barədə təsəvvür yaratmış olarsan. Bu, ən azı həmkarların tərəfindən anlaşılmazlıqla qarşılana, bəlkə də ədalətsizlik, qəribəlik kimi dəyərləndirilə bilər. Hakim qaydalara əməl etməlidir. Bir də, nəzərə almaq lazımdır ki, məhkəmənin qərarları faktlar əsasında verilir. - Adətən təmin edilən şikayətlər haqqında danışanda onları Azərbaycanın əleyhinə olan qərarlar kimi təqdim edirlər. Belədirmi? - Avropa Məhkəməsinin hər bir qərarı həmin ölkəyə, orada hüququn inkişafına xidmət edir. həmin qərarlardan Azərbaycanın bu günü və sabahı üçün bəhrələnmək lazımdır. Başqa ölkələrdə bağlı çıxarılan qərarlarla da tanış olub ölkədəki, qanunvericilikdəki problemləri aradan qaldırmaq mümkündür. Biz insan hüquqları üzrə Avropa Konvensiyasına könüllü qoşulmuşuq. Üzərimizə də öhdəlik götürmüşük ki, konvensiyada təsbit olunan hüquqları müdafiə edəcəyik. Həmin hüquqlar Azərbaycan Konstitusiyasında da öz əksini tapıb. Ona görə də heç kim heç kimə minnət qoymamalıdır. - Mətbuat nümayəndələri ilə söhbətdə bildirdiniz ki, hazırda Avropa Məhkəməsinin gündəmində Azərbaycanla bağlı təxminən 1000 iş var və onlardan 40-a yaxını icraata götürülüb. Bəs yerdə qalan işlər hansı mərhələdədir? - Azərbaycan Avropa Konvensiyasına qoşulduqdan sonra ölkəmizdən Avropa İnsan Hüquqları Məhkəməsinə 1726 şikayət daxil olub. Bu gün həmin işlərdən 1043-ü aktivdir. Yəni hazırda bu qədər şikayətə baxılır. Digər şikayətlər isə bu illər ərzində öz həllini tapıb. Bu gün işlərin sayı həm də ona görə çoxdur ki, onların sırasında ermənilərin Azərbaycana qarşı qaldırdıqları iddialar da var. Belə iddiaların sayı 495-dir. Yerdə qalan şikayətlər isə Azərbaycandan gedib. Bu günə qədər onlardan hökumətə 37 işlə bağlı bildiriş verilib. Deməli, 37 iş üzrə qərar qəbul oluna bilər. Qalan şikayətlərə isə baxılacaq və onların qəbul olunub-olunmayacağı barədə qərar veriləcək. - Azərbaycanın kiçik ölkə olduğunu və Avropa Məhkəməsinin yurisdiksiyasına yenicə qoşulduğumuzu nəzərə alsaq, şikayətlərin sayı çox deyil ki? - Mən bununla bağlı öz fikrimi demirəm. Məhkəmədə fikir belədir ki, şikayətlərin sayı artıb və onların keyfiyyəti dəyişib. Yəni artıq Azərbaycandan gələn şikayətlər perspektivli hesab olunur. O mənada ki, onlarla bağlı qərarlar çıxa bilər. Əvvəlki illərlə müqayisədə belə şikayətlərin sayı çoxalıb. Görünür, insanlar Avropa Konvensiyanın tələblərini daha yaxşı öyrənirlər və bu, şikayətlərin də keyfiyyətinə təsir edir. Onu da deyim ki, mən işə başlayanda orada Azərbaycandan bir hüquqşünas vardı, artıq ikinci hüquqşünas da işə götürülüb. Gələcəkdə üçüncü hüquqşünasın da işə cəlb olunması nəzərdə tutulur. - Şikayətlərin məzmunu barədə nə deyə bilərsiniz? - Edilən şikayətlərin 40-a yaxını məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır. Qeyd edim ki, məhkəmə qərarlarının icra olunmaması halları keçmiş sosialist dövlətləri üçün xarakterikdir. Başqa ölkələrdə bu cür hallar olmur. Biz də bu mərhələni keçməliyik, yəni qərar qəbul olunubsa, onu icra etmək lazımdır. Azərbaycandan edilən şikayətlərin bir qismi də mülki mübahisələrlə bağlıdır. Şikayət edənlər hesab edirlər ki, burada onların işlərinə düzgün baxılmayıb. Belə şikayətlər çoxdur. Parlament seçkilərinin nəticələri ilə bağlı təxminən 40 şikayət var. - İndiyə kimi qəbul edilən qərarlardan çıxarılan nəticələr sizi qane edirmi? - Çıxarılan qərarları qəbul etmək, onları öyrənmək lazımdır. Biz düşünməliyik. Hakimlərlə bağlı hansı problemlərin olduğunu, onların nəyə görə bu cür qərarlar qəbul etdiklərini öyrənməliyik. Biz sadəcə, fərdi problemləri həll edib, fundamental məsələləri kənarda qoymamalıyıq. Belə olsa, heç vaxt yaxşı nəticə əldə edə bilmərik. Fundamental problemlər varsa, bunlar aradan qaldırılmalıdır.- Demişdiniz ki, Avropa Konvensiyası ilə Azərbaycan milli qanunvericiliyi arasında mövcud olan ziddiyyətləri həll etmək üçün qanunvericilikdəki boşluqları aradan qaldırmaq lazımdır. Sizcə, belə boşluqlar çoxdurmu? - Müəyyən qərarlarla bağlı qanunvericiliyə hansısa dəyişiklik oluna bilər. Bu, ilk növbədə hüququn bərpa olunmasında effektivliyin artırılması istiqamətində tədbirlərin görülməsi üçün lazımdır. Bu gün qəbul olunan qərarlardan irəli gələn məsələlərin həll edilməsi, yeni pozuntular aşkar olunmaması üçün təbii ki, qanunvericiliyə və məhkəmə təcrübəsinə müəyyən dəyişikliklər edilə bilər. Məsələn, qəbul edilən qərardan sonra yenidən məhkəmə hansısa şikayət əsasında həmin məsələyə aid təkrar qərar verirsə, bu, onu göstərir ki, milli məhkəmələrin təcrübəsində, ya da ki, qanunvericilikdə hansısa çatışmazlıqlar var. Dövlət çalışıb onları aradan qaldırmalıdır. Ona görə ki, söhbət vətəndaşların hüquqlarından gedir. Bəzi hallarda məhkəmələr qeyri-proporsional qərarlar qəbul edir. Bu hal insanın azadlığının məhdudlaşdırılması ilə bağlı olur. Halbuki başqa qərar da qəbul etmək olardı. Necə ki, başqa dövlətlərdə həmin hallarda azadlıqdan məhrumetmə tətbiq olunmur. Bizim hakimlər qərar qəbul edən zaman başqa Avropa ölkələrinin, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından yararlanmalıdırlar.- Azərbaycan hökuməti Avropa Məhkəməsinin qəbul etdiyi qərarlardan məhkəmənin böyük palatasına şikayət etməyib ki? - Yox, belə bir hal baş verməyib. Düşünürəm ki, bu, çox düzgün yanaşmadır. Şikayət etmək üçün əsas olmalıdır. Elə bir əsas da yoxdur. Hesab edirəm ki, bu, müdrik yanaşmadır. Dövlət öz dözümlülüyünü, Konvensiyaya, məhkəməyə hörmətini göstərir. Bu, həm də pozuntunun baş verməsi və onun aradan qaldırılmasının etirafıdır. Qəbul edilən qərarlar vacibdir, amma hüquqi mahiyyəti üzrə elə də çətin qərarlar deyil. - Qəbul edilən qərarların hamısı icra edilib? - Əsasən icra edilib. Bəlkə də hansısa problemlər var. Avropa Konvensiyasına görə, dövlət qərarın icrası yolunu özü azad şəkildə tutmalıdır. Dövlət nümayiş etdirməlidir ki, pozulan hüququn bərpa edilməsində özü maraqlıdır. Bizim Konstitusiyamıza əsasən insanların hüquq və azadlıqlarına, insan ləyaqətinə hörmət etmək ali məqsəddir. Bu mənada böyük işlər görmək lazımdır. Məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı hansısa iradı varsa, bu barədə düşünmək gərəkdir. Əks halda problemləri aradan qaldırmaq, cəmiyyətin inkişafına nail olmaq çətin olar. - Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə irəli sürülən namizədlərin siyahısının bir neçə dəfə geri qaytarılması Azərbaycanda geniş müzakirələrə səbəb oldu. Bəzi şəxslər bu halı sizin şəxsinizlə bağladılar və qeyd etdilər ki, Strasburqda Xanlar Hacıyevlə işləmək istəmirlər. - Mən elə bir tərbiyə almışam ki, bir yerdə arzulanmayanda çalışıram ki, bir də ora getməyim. O məhkəmədə mənim çalışmağımı istəməsəydilər, orada qalıb işləməzdim. Çox razıyam ki, Allah mənə insanları duymaq, anlamaq xüsusiyyəti verib. Əgər bilsəydim ki, bu gün mənim orada olmağımı istəmirlər, dünəndən oradan ayrılardım. Məni ora bağlayan tellər beləmi çoxdur? Qəriblikdə çalışmaq, vətəndən ayrı olmaq mənim üçün çoxmu asandır? Avropa Məhkəməsinin sədri ilk gündən sona kimi mənim orada çalışmağımı istəyib. Hakim məsələsini Avropa Şurası Parlament Assambleyasının xüsusi komissiyası həll edib. Onlar iki dəfə namizədlərdən yalnız birinin tələblərə cavab verdiyində israr ediblər. Onu da deyim ki, mənim üçün də aylar ərzində dilemma qarşısında qalmaq asan deyildi. Nəzərə aldım ki, qalib gəlmək istəyən insan dözümlü olmalıdır. İndiyə kimi çox yollar keçmişəm. Hələ düşünmürəm ki, nəzərdə tutduğum vəzifələrin hamısını yerinə yetirmişəm. Ölkəmizi təmsil etmək üçün başladığım işi yarıda qoyub geri dönmək istəmədim. Bir də ki, artıq gələcəyə baxıram. Geriyə baxsam, kimlər mənim barəmdə nə deyib, nə danışıb, açığı, onları analiz etmək istəmirəm. Allah hər şeyi görür. Mən onların hamısına yalnız xoşbəxtlik arzu edirəm. Yenə də mənə dəstək olan insanların hər birinə minnətdarlığımı bildirirəm.- 2013-cü ilin oktyabrına kimi bu vəzifədə olacaqsınız. Ondan sonra Azərbaycana qayıtmaq, məsələn, burada hakim kimi çalışmaq istəyirsinizmi?- İndidən bu barədə nəsə demək çətindir. Sağlıq olsun. Əlbəttə, fəaliyyətimi başa vurandan sonra Azərbaycana qayıtmaq, burada işləmək istəyirəm. Hər şeyi zaman göstərəcək. İnsan həmişə ona tələbat olan yerdə olmalıdır. Mən də özümə, ağlıma ehtiyac olan yerdə xalqıma, dövlətimə xidmət etmək istəyirəm. Vaxtilə işlədiyim SSRİ Ali Məhkəməsindən Bakıya qayıdanda mənə demişdilər ki, Qafqazdan SSRİ Ali Məhkəməsində həmişə hakim olub. O zaman orada Qafqazdan İsmayıl Alxasov hakim kimi çalışırdı. Çox yaxşı hüquqşünas, gözəl insan idi. Mən xoşbəxtəm ki, onunla bir yerdə işləmişəm. Orada bəzi adamlar dedilər ki, ondan sonra Qafqazı burada sən təmsil edə bilərsən. Mən işləmək üçün Bakıya gəldim və onda bilmirdim ki, SSRİ qısa zamanda dağılacaq və Azərbaycanda Ali Məhkəmənin, sonra Konstitusiya Məhkəməsinin sədri olacağam. Hər iki vəzifəyə təyin olunmağım mərhum Heydər Əliyevin təşəbbüsü və etimadı əsasında oldu. Mən həmişə bu halı minnətdarlıqla yad edirəm. İndi də xoşbəxtəm ki, müstəqil Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edirəm və çalışıram ki, ölkəmizi layiqincə təmsil edim. Ən böyük arzum bu vəzifədəki fəaliyyətimi başa vurandan sonra vətənimə dönüb burada yaşamaqdır. Koelyonun maraqlı bir əsəri var - "Kimyagər". Əsərin qəhrəmanı xəzinə axtarmaq üçün yola çıxır və uzun axtarışlardan sonra başa düşür ki, axtardığı xəzinə elə vətənindədir. Mən Strasburqa gedəndə xəzinə axtarmağa getmədiyimi, ən böyük sərvətin vətənimdə olduğunu bilirdim. Bu dünyada ən böyük sərvət insandır. Mənim vətənimin də ən böyük xəzinəsi Azərbaycan vətəndaşlarıdır. -
07-21-2008, 02:51 PMAPADünən Azərbaycanda baş verən yol qəzalarında 4 nəfər ölüb
<span style="color:#FF0000;font-size:18px;">[b]Dünən Azərbaycanda baş verən yol qəzalarında 4 nəfər ölüb[b]</span>
[Bakı-APA. İyulun 20-də saat 19.30 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində, Bakı şəhər sakini Akif Məlikov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Bakı şəhər sakini Azad Şıxəliyevə məxsus "Hundai" markalı avtomaşına vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə A. Məlikov hadisə yerində ölüb, xəsarət alan sərnişinləri, Ramana qəsəbə sakinləri Məlik Nərimanov, Vüqar Şahverdiyev və Bilgəh qəsəbə sakini Elvin Qurbanov xəstəxanaya yerləşdiriliblər. Həmin gün saat 10.30 radələrində isə Göygöl rayonunun Aşıqlı kəndində, Gəncə şəhər sakini Rauf Qasımov "Mercedes" markalı avtomaşını idarə edərkən həmyerlisi Rəşad Mehdiyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən R. Mehdiyev orada ölüb. Abşeron rayonunun Cəngi qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Məlumata görə, Ağdaş rayon sakini Rəşad Soltanov "Azsamand" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə R. Soltanovun sərnişinləri, qardaşı Kamal və Bakı şəhər sakini Ənvər Quliyev hadisə yerində ölüblər. -
07-21-2008, 03:01 PMAPAAzərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 1-də Madrid təklifləri üzrə müzakirələri davam etdirəcəklər
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 1-də Madrid təklifləri üzrə müzakirələri davam etdirəcəklər[b]</span>
[Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında növbəti görüş avqustun 1-nə planlaşdırılır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim deyib. O, nazirlərin Madrid təklifləri üzrə müzakirələri davam etdirəcəyini söyləyib. X. İbrahim bildirib ki, həll prosesində əsas prinsip ərazi bütövlüyü olub və olacaq. -
07-21-2008, 03:11 PMAPAMədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İranda səfərdədir
<span style="color:#FF0000;font-size:18px;">[b]Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İranda səfərdədir[b]</span>
[Bakı. Ülkər Qasımova-APA. Bu gün mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti İran İslam Respublikasına səfər edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, səfər İran İslam Respublikası prezidentinin müşaviri, Mədəniyyət və İslam əlaqələri Təşkilatının sədri Mehdi Mustəfəvinin dəvəti ilə baş tutub. Səfər iyulun 27-nə kimi davam edəcək. Ə.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətində nazirliyin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, kinematoqrafiya şöbəsinin Milli filmlərin istehsalı sektorunun müdiri Cəmil Fərəcov, Turizm şöbəsinin xarici turizm sektorunun müdiri Mahir Qəhrəmanov və beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə daxildir. Səfər çərçivəsində İranda Azərbaycan Mədəniyyət Günlərinin və Azərbaycanda İran Mədəniyyət Günlərinin keçirilməsi, iki ölkə arasında mədəniyyət, incəsənət, kino, reklam, kitabxana və turizm sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur. Ə. Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikası prezidentinin müşaviri, Mədəniyyət və İslam əlaqələri Təşkilatının sədri M.Mustəfəvi və İran İslam Respublikasının Vitse-prezidenti, Mədəni İrsin Qorunması və Turizm Təşkilatının rəhbəri İsfəndiyar Rəhim Məşayi, həmçinin digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır. -
07-21-2008, 04:31 PMAPABAXCP-nin rayon təşkilatlarında seçki qərargahları yaradılıb
<span style="color:#FF0000;font-size:18px;">[b]BAXCP-nin rayon təşkilatlarında seçki qərargahları yaradılıb[b]</span>
[Bakı. Ramil Məmmədli-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda İdarə Heyətinin üzvləri əsas diqqəti partiyanın seçkilərə hazırlığına yönəldiblər. Yığıncaqda bildirilib ki, partiyanın bütün rayon təşkilatlarında seçki qərargahlarının yaradılıb. BAXCP sədri Qüdrət Həsənquliyev seçki platformasının iqtisadiyyat, sosial siyasət və digər bölmələrinə yeni tezislər təklif edib. Sonra yığıncaqda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. -
07-21-2008, 04:41 PMAPAİnsan alverində ittiham olunan Bakı sakinin məhkəməsi başlayıb
<span style="color:#FF0000;font-size:18px;">[b]İnsan alverində ittiham olunan Bakı sakinin məhkəməsi başlayıb[b]</span>
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Cavid Hüseynovun sədrliyi ilə insan alverində ittiham olunan Bakı şəhər sakini Fərqanə Hüseyn qızı Əliyevanın məhkəməsi başlayıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirlən şəxs qismində ifadə verən F. Əliyeva ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə prosesi iyulun 24-də davam edəcək.Qeyd edək ki, F. Əliyeva Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri ilə ittiham olunur.
