[b]Ağdam sakini intihar edib[b]
[Ağdam. Teymur Zahidoğlu-APA. Bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsinin sakini, 1983-cü il təvəllüdlü Abdullayev Yaşar Nizami oğlu özünü asaraq öldürüb. APA-nın Qarabağ bürosunun məlumatına görə, hələlik intiharın səbəbi məlum deyil. Mərhum nişanlı olub. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

06-30-2008, 05:31 PMAPAAğdam sakini intihar edib

06-30-2008, 05:41 PMAPAAraşdırma: Qadınlar gün ərzində kişilərdən 3,5 dəfə çox danışırlar
[b]Araşdırma: Qadınlar gün ərzində kişilərdən 3,5 dəfə çox danışırlar[b]
Vaşinqton-APA. Son zamanlar aparılan elmi araşdırmalar kişi və qadınların beyin fəaliyyətinin bir-birindən fərqli olduğunu ortaya qoyur.
[APA-nın məlumatına görə, Kembric Universitetində aparılan araşdırmalara görə qadın beyni planlaşdırmaya və xəyal qurmağa, kişi beyni isə anlamağa və yaradıcılıqla məşğul olmağa daha meyllidir. Tədqiqatçılar qadınların çox danışmasını da beyin fəaliyyətinin fərqliliyi ilə əlaqələndiriblər. Hesablamalara görə, qadınlar gün ərzində kişilərdən ən azı 3,5 dəfə çox danışırlar. Bir qadın gündə orta hesabla 7 min kəlmədən istifadə etdiyi halda, kişilərdə bu rəqəm 2 mindən artıq deyil. -
06-30-2008, 05:51 PMAPAAzərbaycan prezidenti İlham Əliyev: "Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələr intensivləşir"
[b]Azərbaycan prezidenti İlham Əliyev: "Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələr intensivləşir"[b]
Bakı. Laçın Sultanova-APA. Bakıya işgüzar səfərə gəlmiş Ukrayna prezidenti Viktor Yuşşenko ilə Azərbaycan prezidenti İlham Əliyev arasında əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.
[APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, İ. Əliyev bu ilin may ayında Kiyevə rəsmi səfərini xatırladaraq Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin intensivləşdiyini qeyd edib: "Gündəlikdə duran ikitərəfli məsələlər hər iki dövlətin milli maraqlarına uyğun olaraq razılaşdırılır". Ukrayna prezidenti Viktor Yuşşenko iki ölkənin həyata keçirmək niyyətində olduğu birgə enerji layihələrində pozitiv irəliləyişlərin olduğunu deyib: "Mən praktiki müstəviyə keçən enerji layihələrinin irəliləməsindən məmnunam". Viktor Yuşşenko bu gün Bakıda böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışını mühüm hadisə adlandırıb. Danışıqlarda Ukrayna tərəfindən xarici işlər naziri Vladimir Oqrızko, mədəniyyət və turizm naziri Vasili Vovkun, prezidentin ofisinin rəhbəri Ruslan Demçenko, prezidentin katibliyinin başçısının müavini Aleksandr Çalıy, "Ukrspeseksport" dövlət şirkətinin baş direktoru Sergey Bondarçuk iştirak ediblər. -
06-30-2008, 06:01 PMAPAProkuror dələduzluqda təqsirləndirilən müəlliməyə cəza istəyib
[b]Prokuror dələduzluqda təqsirləndirilən müəlliməyə cəza istəyib[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə dələduzluqda ittiham olunan Səbayel rayonundakı 162 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Rəşidə Əliyeva və onun həyat yoldaşı İlqar Sultanovun cinayət işi üzrə proses keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə çıxış edən dövlət ittihamçısı R. Əliyevaya təyin olunan şərti cəzanın həbs cəzası ilə əvəzlənməsini, digər təqsirləndirilən şəxsin barəsində hökmün isə qüvvədə saxlanılmasını xahiş edib. Məhkəmə qərarını iyunun 3-də elan edəcək.Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İ. Sultanov 7 il müddətinə azadlıqdan məhrum edilib. R. Əliyeva isə 3 il müddətinə şərti cəza alıb. Təqsirləndirilənlər 17 nəfərin pulunu dələduzluq yolu ilə mənimsəyərək ümumilikdə vətəndaşlara 500 min dollara qədər ziyan vurublar. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunublar. -
07-01-2008, 12:01 PMAPAPolşa prezidenti Lissabon sazişini imzalamaqdan imtina edib
[b]Polşa prezidenti Lissabon sazişini imzalamaqdan imtina edib[b]
[Varşava-APA. Polşa prezidenti Lex Kaçinski Avropa İttifaqında islahatların aparılmasını nəzərdə tutan Lissabon sazişini paraflamaqdan imtina edib. APA-nın məlumatına görə, Polşa prezidenti bildirib ki, İrlandiyada referendumun məlum nəticələrindən sonra sazişi imzalamağın heç bir mənası yoxdur. Qeyd edək ki, İrlandiyada keçirilən xalq səsverməsində vətəndaşların əksəriyyəti Lissabon sazişinin imzalanmasının əleyhinə səs veriblər. Kaçinski bildirib ki, Aİ ölkələrindən biri sazişi imzalamaqdan imtina edirsə, digər ölkələrin həmin sənədə imza atması əhəmiyyətsizdir. Bundan əvvəl Almaniya prezidenti Xorst Keler də Lissabon sazişini imzalamaqdan imtina etmişdi. Bu günə kimi Avropa İttifaqına üzv 27 ölkədən yalnız 19-u Lissabon sazişini ratifikasiya edib. -
07-01-2008, 12:11 PMAPAAŞ PA prezidentinin Azərbaycana səfəri başlayıb
[b]AŞ PA prezidentinin Azərbaycana səfəri başlayıb[b]
Bakı. Tamara Qriqoryeva, Elnur Məmmədli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puçun Azərbaycana rəsmi səfəri başlayıb. APA-nın məlumatına görə, AŞ PA sədri artıq Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.
[O, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Bundan başqa, Luis Mariya de Puçun Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, müxtəlif siyasi təşkilat və QHT təmsilçiləri, Bakıda akkreditə olunmuş diplomatlar, həmçinin KİV-lə görüşü nəzərdə tutulur. Görüşlərdə, əsasən, AŞ PA-Azərbaycan münasibətləri, prezident seçkiləri öncəsi ölkədə ictimai-siyasi vəziyyət, mətbuatın durumu, AŞ PA-nın yay sessiyası çərçivəsində Azərbaycanla bağlı qəbul olunmuş qətnamə müzakirə olunacaq. -
07-01-2008, 12:21 PMAPAAŞ PA prezidenti Luis Mariya de Puç: "Azərbaycan artıq demokratikləşmə yolundadır"
[b]AŞ PA prezidenti Luis Mariya de Puç: "Azərbaycan artıq demokratikləşmə yolundadır"[b]
Bakı. Elnur Məmmədli-APA. "Azərbaycan artıq demokratikləşmə yolundadır, ölkədə insan hüquqları qorunur, hüquqi dövlət yaradılmaqdadır". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Mariya de Puç jurnalistlərə açıqlamasında deyib.
[AŞ PA prezidenti səfər zamanı dövlət rəsmiləri ilə demokratiyanın daha da təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparacağını söyləyib. Azərbaycanın AŞ-ın 47 üzvündən biri olduğunu xatırladan Mariya de Puç AŞPA-nın Ermənistanda keçirilən prezident seçkisindən sonra baş verən hadisələrə adekvat reaksiya verməməsi ilə bağlı sualı "mən bura Azərbaycanla bağlı danışmağa gəlmişəm" şəklində cavablandırıb: "AŞ PA-da bu yaxınlarda Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı qətnamə qəbul edib. Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü tanınıb". -
07-01-2008, 12:31 PMAPAAnn Dersi: "Azərbaycan "quş qripi" ilə mübarizədə böyük uğurlara nail olub"
[b]Ann Dersi: "Azərbaycan "quş qripi" ilə mübarizədə böyük uğurlara nail olub"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan "quş qripi" ilə mübarizədə böyük uğurlara nail olub". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. O, Azərbaycana ilk dəfə 2006-cı ildə "quş qripi" problemi ilə məşğul olan alim və həkimlərlə birlikdə gəldiyini xatırladıb. Diplomat ABŞ-ın bu sahədə Azərbaycana həmişə dəstək verdiyini söyləyib: "Amerika bu problem üzərində beynəlxalq miqyasda çalışır. Çünki "quş qripi" virusu sərhəd tanımadan yayılır və biz hamımız virusla mübarizədə birgə çalışmalıyıq. Ən başlıca vəzifə virusun heyvanlardan insanlara keçməsini əngəlləməkdir". Səfirin sözlərinə görə, hər ölkə bu sahədə milli fəaliyyət planı hazırlamalı və treninqlər təşkil etməlidir. -
07-01-2008, 12:41 PMAPABakıda Azərbaycan-Türkiyə ikitərəfli "Sualtı hücum-Sualtı müdafiə" treninq təlimi keçirilir
[b]Bakıda Azərbaycan-Türkiyə ikitərəfli "Sualtı hücum-Sualtı müdafiə" treninq təlimi keçirilir[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Azərbaycan və Türkiyə ikitərəfli SAT-SAS (Sualtı hücum-Sualtı müdafiə) treninq təlimi keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təlimlər iyulun 10-dək davam edəcək. Bundan başqa Azərbaycanla Bolqarıstan arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakıda "Mülki heyətin Silahlı Qüvvələrdə karyera strukturu, şəffaf qiymətləndirmə və xidmətdə irəli çəkilmə mexanizmi» mövzusunda üç günlük seminar keçirilir. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
07-01-2008, 12:51 PMAPAAqil Xəlilin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul olunub
[b]Aqil Xəlilin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul olunub[b]
Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
[APA-nın məlumatına görə, A. Xəlil yenə də prosesə qatılmayıb. Jurnalistin vəkili Elçin Sadıqov A. Xəlilin özünü S. Strekalinin işində zərərçəkmiş hesab etmədiyini, onu S. Strekalinin bıçaqlamadığını bildirib. Dövlət ittihamçısı Eldar Həmzəyev və müdafiə tərəfi isə A. Xəlilin məcburi şəkildə məhkəmədə iştirakının təmin olunmasını istəyib. Məhkəmə heyəti A. Xəlilin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb və bu qərarın icrası Nəsimi rayon Polis İdarəsinə tapşırılıb. Proses iyulun 3-də davam etdiriləcək. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur.