[b]Amerikalı musiqiçi Reni Kaufman Bakıda konsert verəcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Sentyabrın 30-da amerikalı musiqiçisi Reni Kaufman Bakıya gələcək. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Dmitri Tarxovski məlumat verib. Onun sözlərinə görə, Reni Kaufman ABŞ səfirinin rezidensiyasında, Bakının qəsəbələrində yerləşən uşaq evlərində, ölkənin şimal-qərb regionunda konsert proqramları ilə çıxış edəcək. Səfərin oktyabrın 10-da başa çatacağı gözlənilir. Qeyd edək ki, Reni Kaufman ən müxtəlif musiqi janrlarında ifa edir. Ötən il o Bakı və rayonlarda konsert proqramları ilə çıxış edib.
Azərbaycan Xəbərləri
Printable View

09-22-2008, 05:00 PMAPAAmerikalı musiqiçi Reni Kaufman Bakıda konsert verəcək

09-22-2008, 05:10 PMAPAAzərbaycanda İKT-nin inkişafı üzrə yeni Dövlət Proqramının hazırlanması yekunlaşır
[b]Azərbaycanda İKT-nin inkişafı üzrə yeni Dövlət Proqramının hazırlanması yekunlaşır[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2009-2012-ci illər üçün hazırladığı İKT-nin İnkişafı üzrə yeni Dövlət Proqramının layihəsi son variantda müzakirə edilir. «APA-ECONOMICS»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib. Nazir müavininin sözlərinə görə, növbəti dövlət proqramının əsas özəyini elektron hökumətin formalaşdırılması, qurulması və onun tətbiqi ilə bağlı digər məsələlər təşkil edəcək. Sənədə 2008-ci ilədək icrası başa çatmayan layihələr də daxil ediləcək. İ.Məmmədov bildirib ki, Azərbaycanda elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması üçün artıq tender keçirilib. Tender prosedurasının başa çatmaq üzrə olduğu deyən nazir müavini qeyd edib ki, qalib şirkətlə müqavilənin imzalanması Azərbaycanda elektron imzanın tətbiqi, o cümlədən elektron hökumətin yaradılması üçün ən əsas elementinin həyata keçirilməsinə şərait yaradacaq. -
09-22-2008, 05:30 PMAPAAzərbaycan Dövlət Neft Şirkəti gələn il Gürcüstanda yanacaqdoldurma məntəqələrinin sayını 2,5 dəfə artıracaq
[b]Azərbaycan Dövlət Neft Şirkəti gələn il Gürcüstanda yanacaqdoldurma məntəqələrinin sayını 2,5 dəfə artıracaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) gələn il Gürcüstanda daha 30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Bununla da ARDNŞ-in Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin ümumi sayı 50-yə çatacaq. Cari ilin sonuna qədər isə ARDNŞ-in bu ölkədəki yanacaqdoldurma məntəqələrinin sayı 20-yə çatdırılacaq. Avqust ayında Poti şəhərində bir yanacaqdoldurma məntəqəsi açılıb. Yaxın vaxtlarda Kutaisi şəhərində və digər əyalət mərkəzlərində yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsi nəzərdə tutulur. Xatırladaq ki, ARDNŞ cari il aprelin 25-də Gürcüstanın Rustavi şəhərində SOCAR brendli yanacaqdoldurma məntəqələri şəbəkəsinə daxil olan ilk kompleksini istifadəyə verib. Qeyd edək ki, ARDNŞ-in törəmə müəssisəsi olan «SOCAR Energy-Georgia» MMC bu günədək Gürcüstan iqtisadiyyatına 400 mln. ABŞ dollarından artıq investisiya yatırıb. Şirkət 2006-cı ilin mart ayında yaradılıb. -
09-22-2008, 05:40 PMAPABöyük Millət Partiyası Demokratik Azərbaycan Dünyası Partiyası ilə birləşib
[b]Böyük Millət Partiyası Demokratik Azərbaycan Dünyası Partiyası ilə birləşib[b]
[Bakı. Ramil Məmmədli - APA. Böyük Millət Partiyası (BMP) Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) ilə birləşib. DADP sədri Məmməd Əlizadə APA-ya açıqlamasında bildirib ki, bununla bağlı hər iki partiyanın ali qurumlarının qərarı var və bu sənəd müqavilə ilə öz təsdiqini tapıb. Onun sözlərinə görə, BMP sədri Samir Adıgözəlli isə DADP sədrinin müavini təyin olunacaq: "Samir Adıgözəllinin müavin təyin olunması ilə bağlı sərəncam artıq hazırdır. Böyük Millət Partiyasının digər üzvlərinin Demokratik Azərbaycan Dünyası Partiyasına üzv qəbul olunması üçün ərizə ilə müraciət edəcəklər". O, bu prosesin sona çatmasında heç bir problem olmayacağını da deyib. -
09-22-2008, 05:50 PMAPAİqdır bələdiyyə başqanı Nurəddin Aras: "İşğalçı ermənilər Azərbaycan torpaqlarından çıxmayınca, Türkiyə Ermənistanla sərhədləri açmamal
[b]İqdır bələdiyyə başqanı Nurəddin Aras: "İşğalçı ermənilər Azərbaycan torpaqlarından çıxmayınca, Türkiyə Ermənistanla sərhədləri açmamalıdır" - EKSKLÜZİV[b]
İqdır-APA. "Ermənistanla sərhədlərin açılması ilə bağlı fikirlərim ciddi şəkildə təhrif olunub. Siyasi rəqiblərim milləti aldatmaq məqsədilə mənə aid olmayan sözləri mənim adımdan yayımlayıblar. 20 il əvvəl Azərbaycan barədə düşüncələrim necə idisə, indi də dəyişməz qalıb".
[Bu eksklüziv açıqlamanı APA-ya İqdır bələdiyyə başqanı Nurəddin Aras verib. O, guya Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istədiyi barədə xəbərlərin kökündən yalan olduğunu bildirib: "Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır, ortada Dağlıq Qarabağ problemi olduğu, ermənilərin Türkiyəyə qarşı ərazi iddiası irəli sürdüyü bir vaxtda sərhədlərin açılmasını kim istəyə bilər. Türkiyə prezidenti Abdullah Gülün Ermənistana səfəri zamanı bəzi mətbuat orqanlarına verdiyim açıqlamaları bəzi media qurumları təhrif edərək yayımlayıblar. Biz bu sözləri deməyə məcburuq - Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından dərhal geri çəkilməli, Dağlıq Qarabağdakı ev-eşiklərindən qovulmuş azərbaycanlı qardaş-bacılarımız öz yurdlarına dönməlidir. Eyni zamanda ermənilər Qars və Gümrü müqavilələrini, yəni Türkiyənin sərhədlərini tanımalı, ölkəmizə qarşı ərazi iddialarından imtina etməlidir. Ermənilər işğal altında saxladıqları torpaqlardan geri çəkilməyənə kimi Türkiyə Ermənistanla sərhədləri açmamalıdır. Bunu tələb etmişik və tələb etməkdəyik. Mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağ ərazisindən qoşunlarını çıxardıqdan, qondarma "soyqırımı" iddialarından əl çəkdikdən sonra bu ölkə ilə sərhədlər açıla bilər. Bu fikrimizi dünən də söylədik, bu gün söyləməkdəyik". Nurəddin Aras Türkiyənin Ermənistana yönəlik siyasətinin Azərbaycana hər hansı ziyan verməməsini arzuladıqlarını bildirib: "İstəyimizi budur ki, Türkiyə Cümhuriyyətinin Ermənistan siyasəti dost Azərbaycana heç bir formada zərər verməsin, dostlarımızı incitməsin və rəncidə etməsin. Türkiyəni qondarma "erməni soyqırımı" iddiaları ilə küncə sıxışdırmaq istəyən ölkələrlə əl-ələ verən Ermənistan qondarma ""soyqırımı"n tanınmasını xarici siyasətinin əsas prinsiplərindən biri olaraq qəbul edib. Ermənistan məktəblərində divarlardan asılmış xəritələrdə Türkiyənin 12 vilayəti bu ölkənin ərazisi kini göstərilir. Ermənistan bayrağında Türkiyənin ərazisində olan Ağrı dağının şəkli var. Bu ölkənin himnində "Torpaqlarımız işğal latında, bu torpaqları azad etmək üçün ölün, öldürün" sözləri yer alır. Belə olan təqdirdə Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəmək məntiqsiz bir davranışdır. Unutmayaq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması önündə ən böyük əngəl Türk düşmənçiliyi üzərində qurulmuş erməni siyasətidir. Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Ümummilli liderimiz Heydər Əliyev hər zaman deyirdi ki, Azərbaycanla Türkiyə - bir millət, iki dövlətdir. Bu siyasət bu gün də davam edir". Nurəddin Aras beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinə nəzərən ikili standart siyasəti yürütdüyünü bildirib: "Dünya birliyinə səslənirəm, 86 il əvvəl baş verən hadisələrlə maraqlanmaq cəsarəti göstərirlər, amma ermənilərin çox yaxın keçmişdə Dağlıq Qarabağda törətdiyi vəhşilikləri niyə görmürlər? Ermənilərin 1992-ci ildə Xocalıda həyata keçirdiyi vəhşiliklərə nə ad vermək olar? Bu vəhşiliklər soyqırımı deyil? Hörmətli prezidentimizin Ermənistan səfər dövlətimizin həyata keçirdiyi bir siyasətdir. Biz təbii ki, hörmətli prezidentimizin səfərlərini tənqid edə bilərik. Çünki, Türkiyə bir respublikadır, Mustafa Kamal Atatürkün söylədiyi kimi "Yurdda sülh, cahanda sülh" prinsipini həmişə əsas götürür. Problemlərin həlli masa arxasında tapılır, bu olmasa, müharibə qaçılmaz olur". Nurəddin Aras Azərbaycanın "İğdırda yaşayan soydaşlarımızın vaz keçmədikləri sevda" adlandırıb: "Mən səmimi qəlbdən deyirəm: Azərbaycan bizim vaz keçmədiyimiz sevdamızdır, ata-baba yurdumuzdur. Azərbaycanın yaxşı günü bizim toy-bayramımız, Allah eləməsin, pis günü bizim yas günümüzdür. Qoy heç kəs bunu unutmasın". -
09-22-2008, 06:00 PMAPAGəncədə insan alveri ilə mübarizə mövzusunda seminar keçirilib
[b]Gəncədə insan alveri ilə mübarizə mövzusunda seminar keçirilib[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin təşəbbüsü ilə Gəncə şəhərində insan alveri ilə mübarizə mövzusuna həsr olunan seminar keçirilib. İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Rauf Məcidov APA -nın qərb bürosuna bildirib ki, Azərbaycanda insan alveri ilə mübarizə sahəsində son illər əhəmiyyətli irəliləyişlər müşahidə olunsa da, insan alveri qurbanların sayı ilbəil artır: "2005 -ci ildə 160 nəfər insan alverinin qurbanı var idisə, bu ilin 8 ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 289 fakt aşkarlanıb, 235 cinayət isə açılıb və 266 nəfər təqsirli bilinib"."Hüquq Dünyası" İctimai Birliyinin sədri Nazir Quliyev isə bildirib ki, iri şəhərlərdə - Bakıda Gəncədə və Sumqayıtda insan alverinin qurbanları daha çoxdur. -
09-22-2008, 06:10 PMAPAİctimai Televiziya ABŞ prezidentliyinə namizədlərin debatlarını yayımlayacaq
[b]İctimai Televiziya ABŞ prezidentliyinə namizədlərin debatlarını yayımlayacaq[b]
[Bakı. Laura Cəbrayıllı - APA. İctimai Televiziya ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinə qatılan respublikaçı namizəd Con Makkeynlə rəqibi demokrat Barak Obama arasında təşkil ediləcək debatları yayımlayacaq. Namizədlərin debatında regional və Gürcüstanda baş verən hadisələrlə bağlı müzakirələr aparılacaq. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən məlumat verilib. Layihə ilə bağlı IREX Mediaya Yardım Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Şeldon Markoff və ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovla görüşüb. Layihənin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağını deyən İ. Ömərov ilk dəfə olaraq Azərbaycan tamaşaçılarına debatları təfərrüatı ilə çatdıracaqlarını bildirib. Terri Devidson isə builki debatların əvvəlkilərdən əsaslı formada fərqlənəcəyini qeyd edib. -
09-22-2008, 06:20 PMAPABerti Foqts: "AFFA-da mənim istefamı istəyənlər var"
[b]Berti Foqts: "AFFA-da mənim istefamı istəyənlər var"[b]
"Futbolu inkişaf etdirməliyik ki, bu da əsl macəradır"
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. "Azərbaycanda futbol çox populyardır. Lakin bir nömrəli idman növü güləşdir. Bütün günü televiziyada güləş verirlər". "APA-SPORT"un məlumatına görə, bu sözləri Almaniya mətbuatına müsahibəsində Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib. 62 yaşlı mütəxəssis 2010-cu il dünya çempionatının sonunadək yığmamızı tərk etmək niyyətində olmadığını bildirib: "Təbii ki, Azərbaycan milli komandasını Almaniya ilə oyuna da özüm çıxaracağam. Müqaviləmin sonunadək, yəni seçmə mərhələ bitənə qədər çalışacağıma heç şübhəm yoxdur. Hamı ilə yaxşı münasibətlərim var. Həm də biz Azərbaycanda missioner funksiyasını yerinə yetiririk. Lixtenşteynlə 0:0 hesablı nəticədən başqa problemlərimiz də var".Foqts Azərbaycandakı fəaliyyətini macəraya bənzədir: "Futbolu inkişaf etdirməliyik ki, bu da əsl macəradır. Azərbaycan futbolu Avropadakından ciddi fərqlənir. Əksər futbolçular həyatında ilk dəfə şporlu butslar geyirdi. Biz bu ayaqqabıları Uelslə matçdan üç gün əvvəl almışdıq. Bəzi futbolçular Kardiffdə ömründə ilk dəfə yağış altında oynadı".Alman mütəxəssisin fikrincə, AFFA-da da onun istefasını istəyənlər var: "Bizim dünya çempionatının final mərhələsinə çıxmağımızı sadəlövh, heç vaxt oyunlarımıza gəlməyən jurnalistlər gözləyir. Belələri burada çoxdur. Odun üstə yağ tökən insanlar da bundan istifadə edərək istefamı istəyir. Təbii ki, federasiya nümayəndələri arasında da belələri var".Azərbaycanda legioner limitinə toxunan Foqts yerli futbolçulara süni məhdudiyyət qoyulmasına narazılığını bildirib: "Biz Almaniyada legioner limitinin 6 olmasını istəyirik. Azərbaycanda isə bu rəqəm demək olar ki, 11-dir. Burada işlər belə gedir. Mənim oyunçularıma "İnter"də də yer tapılmır. Rəsmi olaraq deyirlər ki, onları yığma üçün qoruyuruq. Əslində, bu sayıqlamaqdır. Həm də Azərbaycanda futbolçular az məşq edirlər. Avropa futbolçuları həftədə 25 saat məşq edirsə, Azərbaycanda bu rəqəm 6,5 saatdır".Klublarda çalışan həmkarları ilə münasibətlərinin isti olmadığını etiraf edən alman mütəxəssis futbolçuların fiziki durumundan da gileylənib: "Dörd saatlıq yol qət edirəm ki, İran və ya Gürcüstanda bir oyun izləyim. Oyunçularım da bütün bunlardan sonra 60-cı dəqiqədə meydanda yıxılıb qalırlar. Lixtenşteyni ilk hissədə 3:0 və ya 4:0 udmalı olan komandamız görüşün sonlarında rəqibindən zəif təsir bağışlayır". -
09-22-2008, 06:30 PMAPABarak Obama: "Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün geniş imkanlar açacaq"
[b]Barak Obama: "Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün geniş imkanlar açacaq"[b]
[Vaşinqton - APA. "Qafqazdakı son hadisələr sülhün əldə edilməsi yolunda ardıcıl olmağın önəmini ortaya qoydu. Son günlərdə biz Ermənistan və Türkiyə prezidentlərinin ümidverici addımlarının şahidi olduq. Onların dialoqa başlaması münasibətlərin normallaşmasına gətirib çıxara bilər, bu isə ticarət, nəqliyyat və enerji məsələlərində Ermənistan üçün geniş imkanlar açacaq". APA-nın "Armtoday" saytına istinadən verdiyi məlumata görə, bu sözlər ABŞ prezidentliyinə namizəd Barak Obamanın Ermənistanın Müstəqillik Günü ilə bağlı müraciətində əksini tapıb. B. Obama bildirib ki, ABŞ-ın siyasəti də bu istiqamətdə qurulmalıdır. O, erməni xalqının müharibə və qeyri-sabitliklə müşayiət olunan dövrü arxada qoyaraq öz taleyinin sahibi olduğunu qeyd edib: "Ermənistan və diaspora hətta soyqırım və ağrı-acılar dövründə də ermənilikdən geri addım atmayıb". B. Obama ermənilərin ABŞ-da elmin, mədəniyyətin, biznesin və siyasi təfəkkürün inkişafına böyük töhfə verdiklərini də vurğulayıb. -
09-22-2008, 06:40 PMAPAAzərbaycan Tarif Şurasının nümayəndələri CAREC ölkələri üçün keçirilən forumda iştirak ediblər
[b]Azərbaycan Tarif Şurasının nümayəndələri CAREC ölkələri üçün keçirilən forumda iştirak ediblər[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Tarif (Qiymət) Şurasının nümayəndələri Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Bişkəkdə (Qırğızıstan) keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) üzv ölkələrinin Elektrik Enerjisi Tənzimləyicilərinin IV illik Forumunda (CMERF) iştirak ediblər.Tarif Şurasından «APA-ECONOMICS»ə verilən məlumata görə, tədbirdə Azərbaycan, Monqolustan, Əfqanıstan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Çin nümayəndələri, habelə AİB-in müxtəlif məsləhətçi şirkətlərinin ekspertləri iştirak edib. Toplantıda hər bir ölkə əvvəlki forumdan keçən müddət ərzində sektorda baş verən dəyişikliklər barədə məlumat verib və sualları cavablandırıb. Forum başa çatdıqdan sonra təşkil olunmuş seminarda əsasən «Dövlət və özəl sektorun əməkdaşlığının genişləndirilməsində tənzimləyicilərin rolu», «Bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsində tənzimləyicilərin rolu», «İstehlakçı hüquqlarının müdafiəsi və maarifləndirmə», «Əhali istehlakçı qrupları üzrə böyük sərbəstlik xartiyası», «Xidmətlərin stimullaşdırılmasında enerji səmərəliliyi və keyfiyyət», «Texniki göstərici standartları», «Təmiz ətraf mühitin formalaşmasında tənzimləyicilərin rolu», «Xərclər əsasında tariflərin formalaşdırılması» və digər mövzulara dair təqdimatlar dinlənilib.Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır.