[b]Naxçıvanda əlil vətəndaşlara pulsuz protez-ortopedik xidmət göstərilib[b]
[Naxçıvan. C. Qurbanoğlu—APA. Naxçıvan Muxtar Respublikasının bölgələrində əlil vətəndaşların protez-ortopedik xidmətlərlə təmin olunması məqsədilə səyyar səfərlər təşkil olunub. Naxçıvan Protez Ortopedik Bərpa Mərkəzinin əməkdaşı Mübariz Rüstəmlinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, son bir ayda Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə müxtəlif bölgələrə təşkil olunan səyyar səfərlər zamanı 50-dən artıq vətəndaş müayinə edilib. 19 vətəndaşa aşağı və yuxarı ərafların hazırlanması üzrə protez və ortezlər hazırlanaraq müvafiq xidmətlər göstərilib. Məlumata görə, bütün növ xidmətlər pulsuz həyata keçirilib. Qeyd edək ki, Naxçıvan Protez Ortopedik Bərpa Mərkəzi 2002-ci ildən fəaliyyətə başlayıb. Bu il 180-dən artıq əlil vətəndaşa müxtəlif protez-ortopedik xidmətlər göstərilib.
Azərbaycan Xəbərləri
Printable View

09-23-2008, 03:30 PMAPANaxçıvanda əlil vətəndaşlara pulsuz protez-ortopedik xidmət göstərilib

09-23-2008, 03:40 PMAPAŞəmkirdə silah-sursat tapılıb
[b]Şəmkirdə silah-sursat tapılıb[b]
[Bakı-APA. Şəmkir rayonu ərazisində silah-sursat aşkarlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində 1 ədəd "TOZ-8", 1 ədəd ov tüfəngləri, 5 ədəd qumbara, 5 ədəd trotil şaşka, 1 ədəd süngü-bıçaq, 1 ədəd tüstüverici şaşka, 1024 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı tapılıb. -
09-23-2008, 03:50 PMAPAAvaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılıb
[b]Avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılıb[b]
[Bakı-APA. Nizami rayon Polis İdarəsi, Yasamal rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılıb. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 2-si kişi, 11-i qadın, 5-i azyaşlı olub. Saxlanılanlar Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər. -
09-23-2008, 04:10 PMAPAPKK-çılar təslim olur
[b]PKK-çılar təslim olur[b]
[Şırnak - APA. PKK sıralarını tərk edən 6 terrorçu Türkiyənin cənub-şərqindəki Şırnak rayonunun Silopi qəsəbəsi ərazisində təhlükəsizlik qüvvələrinə təslim olub. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytında açıqlama yayılıb. -
09-23-2008, 04:20 PMAPABakı Musiqi Akademiyasının dosentləri İtaliyada keçirilən "İbla Qran-Pri" beynəlxalq musiqi festivalının diplomuna layiq görülüblər
[b]Bakı Musiqi Akademiyasının dosentləri İtaliyada keçirilən "İbla Qran-Pri" beynəlxalq musiqi festivalının diplomuna layiq görülüblər[b]
[Bakı. Ülkər Qasımova-APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosentləri, pianoçular Maya Sadıqzadə və Fəridə Əhmədbəyova İtaliyada keçirilən "İbla Qran-Pri" beynəlxalq musiqi festivalında iştirak ediblər. Bu barədə APA-ya məlumat verən festival iştirakçısı Maya Sadıqzadə bildirib ki, onların festival çərçivəsində keçirilən müsabiqədə fərqlənmə diplomuna layiq görülüblər. Festival çərçivəsində birgə konsert verən pianoçular proqramda Azərbaycan bəstəkarıarı Qara Qarayev, Arif Məlikovla yanaşı, Bax, Motsart və digər dünya bəstəkarlarının əsərlərini ifa ediblər. M. Sadıqzadə qeyd edib ki, səfər çərçivəsində hər iki pianoçu bu ilin sonunda Çində keçiriləcək beynəlxalq musiqi festivalına dəvət olunublar. -
09-23-2008, 04:30 PMAPASabah Bakıda 100 şirkətin iştirakı ilə beynəlxalq səhiyyə sərgisi başlayır
[b]Sabah Bakıda 100 şirkətin iştirakı ilə beynəlxalq səhiyyə sərgisi başlayır[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Sentyabrın 24-27-də Bakıda Böyük Britaniyanın «İTE Group» sərgi şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı «İteca Caspian»ın birgə təşkilatçılığı ilə XIV Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BİHE-2008) keçiriləcək. «İteca Caspian»dan «APA-ECONOMICS»ə verilən məlumata görə, sərgiyə 19 ölkənin 100 şirkəti qatılacaq. Beynəlxalq tədbirdə Azərbaycanın «HB Co. Ltd.», «Caspident», «Labservis», Türkiyənin «AKGUN Kompüterləri», «Bonmed», «Kurt&kurt», Almaniyanın HEEL, Rusiyanın «İntelfarm», «MSM-Medical», ABŞ-ın «Blend-a-med», Latviyanın «AuroBalt», Hindistanın «NEJ Biotech», Çinin «Mindray» şirkəti, Belarusun «Borisov zavodu» və s. iştirak edəcək. Sərgi Azərbaycan Səhiyyə Nazirliyi, Ticarət və Sənaye Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Stomatoloji Assosiasiyasının rəsmi dəstəyi ilə olacaq. Sərgidə tədbir iştirakçıları tibbi texnika və avadanlıqların ən son modellərini nümayiş etdirəcək. -
09-23-2008, 05:00 PMAPA"Amnesty İnternational" İranda həbs edilən azərbaycanlıların sərbəst buraxılması ilə bağlı bəyanat verib
[b]"Amnesty İnternational" İranda həbs edilən azərbaycanlıların sərbəst buraxılması ilə bağlı bəyanat verib[b]
[Bakı. Ramil Məmmədli - APA. "Amnesty International" təşkilatı İranda sentyabrın 10-da və daha əvvəlcə həbs edilən azərbaycanlı hüquq-müdafiəçilərinin, jurnalistlərin, yazıçı və şairlərin sərbəst buraxılması ilə bağlı bəyanat verib. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, bəyanatda İran xüsusi xidmət orqanları tərəfindən həbs olunan azərbaycanlıların sərbəst buraxılması tələb edilib: "Jurnalist Əlirza Sərrafi, yazıçılar Əkbər Azad, Həsən Rəşidi, şair-jurnalist Səid Muğanlı, insan haqları müdafiəçisi Həsən Rəhimi Bayat, müəllimlər Hüseyn Heydəri, Abbas Nəimi və "Evrin" dərnəyinin üzvü Mehdi Nəimi və şair Səyyad Məhəmmədian (Ovçu Qoşaçaylı) sentyabrın 10-da həbs olunublar. Onlar Tehrandakı "Evin" həbsxanasının 209-cu bölməsində təkadamlıq kameralarda təzyiq altında saxlanılırlar. Milli fəalların İranda yeni dərs ili günü məktəblərin açılışını boykot etməyi planlaşdırdığına görə həbs edildiyi ehtimal olunur. "Amnesty İnternational" onları vicdan məhbusu hesab edir və İran hökumətindən həmin azərbaycanlıların azadlığa buraxmasını tələb edir". Bəyanatda qeyd olunub ki, həbs olunan 20 nəfərdən 9 nəfəri barəsində məlumat almaq hələ də mümkün deyil: "Biz beynəlxalq insan hüquqları təşkilatı olaraq, rəsmi Tehranın bu hərəkətlərini qınayır və məsələ ilə bağlı İran hökumətinə öz etirazımızı bildiririk". -
09-23-2008, 05:10 PMAPAAzərbaycanın Aran rayonlarındakı ağac emalı şəxslərində qanun pozuntuları aşkarlanıb
[b]Azərbaycanın Aran rayonlarındakı ağac emalı şəxslərində qanun pozuntuları aşkarlanıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin inzibati ərazilərində (Göyçay, Kürdəmir, Ucar, Zərdab) fəaliyyət göstərən mişar sexləri və ağac emalı ilə məşğul olan fiziki şəxslərə məxsus 22 obyektdə yerli meşə materiallarından istifadənin qanunauyğunluğunun yoxlanılması məqsədilə araşdırma aparıb. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, araşdırma zamanı 6 Göyçay sakini, 1 Kürdəmir sakininə məxsus sexlərdə qanunsuz yolla əldə edilmiş yerli meşə materiallarından hazırlanmış yeşiklərlə bağlı faktlar aşkar edilib. Bununla əlaqədar qanuna müvafiq qaydada sənədləşdirmə işləri aparılıb.Yerli meşə materiallarından qanunsuz istifadənin qarşısının alınmasında nöqsanlara yol verdiyinə görə ETSN-nin 6 saylı şöbəsinin bir neçə əməkdaşı da cəzalandırılıb, Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin cavabdeh şəxslərinə isə təcili tədbirlərin həyata keçirilməsi üçün göstərişlər verilib. -
09-23-2008, 05:30 PMAPABakıda Əzizbəyov metrostansiyasının yaxınlığındakı körpünün bir hissəsi istifadəyə verilib
[b]Bakıda Əzizbəyov metrostansiyasının yaxınlığındakı körpünün bir hissəsi istifadəyə verilib[b]
[Bakı-APA. Bu gün Bakıda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunan yeni yol qovşağının bir hissəsi istifadəyə verilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev körpünün açılış mərasimində iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov prezidentə yol qovşağının Bakının mərkəzi ilə ətraf yaşayış məntəqələrini və hava limanını əlaqələndirəcəyi barədə məlumat verib. Prezident İlham Əliyev yol qovşağının birinci hissəsinin açılışını bildirən lenti kəsib. Prezident daha sonra Heydər Əliyev prospektində Əzizbəyov dairəsindən Ramstor dairəsinədək ərazidə aparılan yenidənqurma işləri ilə də tanış olub. Qeyd edək ki, bu gün açılışı keçirilən yol ötürücüsünün bir hissəsinin ümumi uzunluğu 1286 metrdir. Layihəyə əsasən yol qovşağının 936 metri 4 cərgəli, eni 23,4 metrdir, 350 metri isə 2 cərgəli, eni 11,4 metrdir. İstinad divarları 710 metr təşkil edir. Tikinti işlərinə 2006-cı ilin martında başlanılıb. Yol qovşağını "Azərkörpü" Səhmdar Cəmiyyəti inşa edir. Burada 65 metr uzunluğunda körpü aşırımları var. -
09-23-2008, 05:40 PMAPAQüdrət Həsənquliyevin vəkilləri təsdiqlənib
[b]Qüdrət Həsənquliyevin vəkilləri təsdiqlənib[b]
[Bakı. Elnur Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, prezidentliyə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin 50 nəfərdən ibarət vəkillər qrupu təsdiqlənib. Bundan başqa, BAXCP-dən Mikayıl Rəhimov MSK-nın məşvərətçi səs hüquqlu üzvü seçilib. İclasda 16 saylı Yasamal ikinci, 7 saylı Ordubad-Culfa dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.