[b]Azərbaycan Dövlət Neft Şirkəti REBCO markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi noyabrın 29-30-da Rusiyanın Novorossiysk limanından 600 min barel həcmində REBCO markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Sorğuya oktyabrın 24-də yekun vurulacaq, nəticələr isə oktyabrın 25-də açıqlanacaq. Qeyd edək ki, 2007-ci ildə Bakı-Novorossiysk kəməri ilə 2 228 712,3 ton neft yola salınıb. Bunun 1 228 728,8 tonu ARDNŞ-in, 999 983,5 tonu isə ABƏŞ-in payına düşür.Bakı-Novorossiysk kəməri ilə ARDNŞ tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb. Şimal marşrutu ilə nəql olunan ARDNŞ xam nefti Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçıların nefti ilə qarışır və Novorossiysk limanından Urals xam neft markası adı altında satılır.
Azərbaycan Xəbərləri
Printable View

10-21-2008, 03:50 PMAPAAzərbaycan Dövlət Neft Şirkəti REBCO markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir

10-21-2008, 04:00 PMAPAAzərbaycanda yeni radionun açılması üçün elan edilən müsabiqənin qalibinin adı oktyabrın 28-də açıqlanacaq
[b]Azərbaycanda yeni radionun açılması üçün elan edilən müsabiqənin qalibinin adı oktyabrın 28-də açıqlanacaq[b]
Bakı. Kəmalə Quliyeva - APA. Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün elan edilən müsabiqənin qalibi Milli Televiziya və Radio Şurasının (MTRŞ) oktyabrın 28-də keçiriləcək iclasında müəyyənləşəcək.
[Bu barədə APA-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. N. Məhərrəmlinin sözlərinə görə, müsabiqədə iştirak üçün şuraya 4 iddiaçı - "Digital Media" MMC (Media FM), "Mediamaster" MMC (Kapital FM), "Tandem" MMC (Tam FM), "SN" MMC (Paytaxt FM) sənəd təqdim edib. N. Məhərrəmli müsabiqənin "Milli Televiziya və radio yayımı haqqında" qanuna və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın tələblərinə uyğun keçirildiyini də deyib.Qeyd edək ki, MTRŞ-nin radio yayım fəaliyyəti ilə əlaqədar sentyabrın 3-də 105.7 MHz tezliyinə elan etdiyi müsabiqə oktyabrın 8-də başa çatıb. -
10-21-2008, 04:10 PMAPABuxarestdə Rumıniya-Azərbaycan biznes-forumu keçirilir
[b]Buxarestdə Rumıniya-Azərbaycan biznes-forumu keçirilir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Buxarestdə (Rumıniya) Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) təşkilatçılığı ilə Rumıniya-Azərbaycan biznes-forumu keçirilir.ASK-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, forumun keçirilməsində məqsəd Azərbaycan və Rumıniya iş adamları arasında ikitərəfli görüşlər təşkil etmək, birgə əməkdaşlıq imkanlarını araşdırmaq, qarşılıqlı iqtisadi əlaqələr yaratmaq və ölkəyə xarici investisiyaların cəlb edilməsinə yardım etməkdən ibarətdir.Azərbaycanı bu tədbirdə 15 nəfərdən ibarət mebel, tikinti, ticarət, tibb sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri təmsil edir. Forum çərçivəsində Rumıniya Sənayeçilər Birliyi (UGİR) ilə ASK arasında əməkdaşlıq sazişi imzalanacaq. Saziş Azərbaycan və Rumıniyada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasına və inkişaf etdirilməsinə, yardım göstərilməsi, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə hər iki tərəfdən təmsil olunan iş adamları arasında mütəmadi görüşlərin, təcrübə mübadiləsinin, maarifləndirici tədbirlərin təşkil olunması, sərgi və yarmarkalarda birgə iştirak etmək, bu sərgi və yarmarkalarda hər iki tərəfin sahibkarlarının daha geniş təmsil olunmalarına, birgə səylərin göstərilməsi, birgə müəssisələrin yaradılması və digər sahələri əhatə edir.Qeyd edək ki, azərbaycanlı iş adamları Rumıniya Sənaye Ticarət Palatası, Rumıniya Xarici İnvestisiyalar Agentliyi, Azərbaycanın Rumıniyadakı səfirliyində, habelə Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının İdarə Heyəti ilə görüşlər keçirəcəklər. -
10-21-2008, 04:20 PMAPASabah Bakıda inşaat sektoru üzrə üç beynəlxalq sərgi başlayır
[b]Sabah Bakıda inşaat sektoru üzrə üç beynəlxalq sərgi başlayır[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Oktyabrın 22-25-də Bakıda «BakuBuild-2008» XIV Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçiriləcək. «APA-ECONOMICS»in məlumatına görə, bununla əlaqədar bu gün sərgi təşkilatçıları olan Böyük Britaniyanın «İTE Group» şirkəti və onun Qafqazdakı tərəfdaşı «İteca Caspian» mətbuat konfransı keçirib. «BakuBuild» sərgisinin meneceri Yana Sapunova bildirib ki, tədbir Azərbaycanın Fövqəladə Hallar, İqtisadi İnkişaf nazirlikləri, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Memarlıq İttifaqının dəstəyi ilə keçirilir. «Qaradağ Sement» ASC və «Tarkett» şirkətləri sərginin himayədarları qismində çıxış edəcək. Bu il sərgiyə 25 ölkədən 250 şirkət qatılacaq.Sərgidə Azərbaycan şirkətləri ilə yanaşı Rusiya, Türkiyə, Böyük Britaniya, İran, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Qazaxıstan, Danimarka, Çin, Misir, Avstriya və digər ölkələrin şirkətləri iştirak edəcək. «BakuBuild-2008» sərgisində müxtəlif ölkələrin milli stendləri də təqdim ediləcək. İlk dəfə olaraq, bu sərgidə debütant kimi İtaliyanın «Teramo» Ticarət Palatasının köməyi ilə təşkil edilmiş italyan kollektiv stendi və Belarus Memarlıq və İnşaat Nazirliyinin dəstəyi ilə milli stend nümayiş olunacaq. «BakuBuild» sərgisi ilə bərabər həmin müddətdə «CaspianRealty» III Xəzər Beynəlxalq Daşınmaz Əmlak Sərgisi və «Caspian MebelExpo» VI Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi də keçiriləcək. -
10-21-2008, 04:30 PMAPANuşirəvan Məhərrəmli: "Azərbaycanda bütün Qafqazı əhatə edəcək telekanal açılacaq"
[b]Nuşirəvan Məhərrəmli: "Azərbaycanda bütün Qafqazı əhatə edəcək telekanal açılacaq"[b]
Bakı. Kəmalə Quliyeva - APA. "Azərbaycan Qafqaz regionunda lider dövlətdir. Bu liderliyin informasiya təminatını möhkəmləndirmək üçün Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək və bütün regionu əhatə edəcək yeni telekanala ehtiyac var".
[Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N. Məhərrəmli bildirib ki, daha çox informasiyaya və analitik verilişlərə üstünlük verəcək yeni telekanalın açılması yaxın gələcəkdə mümkün ola bilər: "Belə bir telekanalın açılması böyük vəsait tələb edir. Ona görə də telekanalın dəqiq açılma vaxtını demək hələlik mümkün deyil". N. Məhərrəmli onu da deyib ki, yaxın günlərdə Yevlaxda (Yevlax TV) və Şəkidə (SE TV) yeni regional kanallar fəaliyyətə başlayacaq: "Bundan sonra digər bölgələrdə də yeni kanalların açılması məsələsinə baxılacaq. Parlament seçkilərinə qədər bütün əsas regionların hamısında regional televiziyalar fəaliyyət göstərəcək. Hazırda isə Azərbaycanda 14 regional kanal fəaliyyət göstərir". -
10-21-2008, 04:40 PMAPASon bir ildə Azərbaycanda yerli turistlərə verilən yollayışların sayı 14% artıb
[b]Son bir ildə Azərbaycanda yerli turistlərə verilən yollayışların sayı 14% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin birinci yarısında Azərbaycanda turizmlə məşğul olan müəssisələrin sayı 5 vahid artaraq 107-yə, onlarda çalışan işçilərin sayı isə 331 nəfər artaraq 1 334-ə çatıb. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, müəssisələrin 90,7%-i Bakı şəhərində, 9,3%-i ölkənin digər regionlarında fəaliyyət göstərib. Fəaliyyət göstərən turizm müəssisələrinin 98,1%-ni özəl müəssisələr təşkil edib.Cari ilin birinci yarısında turizm müəssisələri tərəfindən turistlərə 4,4 mln. manat dəyərində 14,4 min ədəd turizm yollayış blankları satılıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə yollayış blanklarının dəyəri 29%, sayı isə 14,2% artıb. Yollayış blanklarının 1 993-ü ölkə daxilində, 11 589-u xarici ölkələrdə səyahət etmək üçün Azərbaycan vətəndaşlarına, 820-si isə Azərbaycan ərazisində səyahət etmələri üçün xarici ölkə vətəndaşlarına satılıb.Turizm müəssisələri tərəfindən dünyanın ayrı-ayrı ölkələrindən 8 223 nəfər turist qəbul edilib və 20 355 nəfər turist xarici ölkələrə göndərilib. Bu ilin yanvar-iyun aylarında turizm müəssisələri 28,6 min nəfər turistə xidmət göstərib. Göstərilmiş xidmətlərin 94,4%-i Bakı şəhərində, 2,8%-i Xaçmaz rayonunda, 1,5%-i Mingəçevir şəhərində, 1,1%-i Naxçıvanda, 0,2%-i isə digər regionlarda fəaliyyət göstərən turizm müəssisələri tərəfindən həyata keçirilib.Turizm müəssisələri tərəfindən turistlərin 59,5%-i mehmanxana və qonaq evlərində, 8,4%-i pansionatlarda, istirahət evləri və sanatoriyalarda, 1,8%-i turist bazarlarında, 30,3%-i isə digər yerlərdə yerləşdirilib.Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin ümumi gəlirləri 10,8% artaraq 7,9 mln. manat olub, bunun da 78,5%-i (6,2 mln. manatı) turist xidmətlərindən əldə edilib. Əldə olunan gəlirdən 548,6 min manat büdcəyə və büdcədən kənar fondlara ödənilib. Ümumi gəlirin 99,6%-i qeyri-dövlət, 0,4%-i isə dövlət mülkiyyətinə məxsus müəssisələr tərəfindən əldə edilib. -
10-21-2008, 05:00 PMAPABakıda qardaş bacısının qaynını bıçaqlayıb
[b]Bakıda qardaş bacısının qaynını bıçaqlayıb[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakının Sabunçu rayonunda qardaş bacısının qaynını bıçaqlayıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sabunçu rayonunun Bilgəh kəndi ərazisində yerləşən tibb məntəqəsində, kənd sakini, 1986-cı il təvəllüdlü Kamil Hüseynovun qardaşının həyat yoldaşı Aygün Hüseynova ilə aralarında baş vermiş münaqişə nəticəsində baş verib. Bildirilib ki, qaynının hərəkətlərindən tənqə gələn A. Hüseynova aralarında olanı münaqişəni qardaşı Alim Dadaşova danışıb. Bacısının dinlədikdən sonra hiddətlənən A. Dadaşov bacısıgilə gələrək K. Hüseynovu yaxınlıqda yerləşən tibb məntəqəsinə söhbət etməyə çağırıb. Onların arasında dava düşüb və A. Dadaşov Kamili döş nahiyyəsindən bıçaqlayıb. K. Hüseynov ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib. Baş vermiş hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən əməliyyat qrupu yaradılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü A. Dadaşov saxlanılıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. -
10-21-2008, 05:10 PMAPALatviya Futbol Federasiyasının baş katibi: "Azərbaycanla oyun baş tutmadığı üçün üzr istəyirik" - EKSKLÜZİV
[b]Latviya Futbol Federasiyasının baş katibi: "Azərbaycanla oyun baş tutmadığı üçün üzr istəyirik" - EKSKLÜZİV[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. "Həqiqətən də Latviya və Azərbaycan yığmaları arasında noyabrın 19-na planlaşdırılan yoldaşlıq görüşünün keçirilməsinə nəqliyyat problemi maneçilik törədib. Biz bu oyunu razılaşdıranda Bakıdan Riqaya həftədə 2 dəfə reys var idi. Ancaq adıçəkilən reys rentabelli olmadığı üçün oktyabrın 1-dən ləğv edilib". Bu sözləri "APA-SPORT"a eksklüziv açıqlamasında Latviya Futbol Federasiyasının (LFF) baş katibi Yanis Mezeçkis deyib.Mezeçkis bildirib ki, Latviya yığmasının Bakıya çarter reysi ilə gəlməsi sərfəli olmayıb: "Çünki bu, bizə 80 min ABŞ dollarına başa gələcəkdi. Dünyadakı maliyyə böhranı bizim da fəaliyyətimizə təsir göstərib, xərclərimiz artıb. Ona görə də çarter reysindən imtina etdik". LFF rəsmisi digər reyslərlə Azərbaycana səfərin də uyğun olmadığını vurğulayıb: "Riqa-Frankfurt-Bakı reysi bir qədər çətindir. Ən optimal variant Moskvaya uçub, oradan isə Bakıya gəlmək idi. Lakin Moskvaya yollanmaq üçün Rusiyadan viza alınmalı idi ki, bu da əlavə xərc tələb edirdi".Baş katib oyunun ləğv edilməsinə görə Azərbaycan futbol ictimaiyyətindən, jurnalistlərdən üzr istəyib: "İndiyədək Azərbaycan milli komandası 3 dəfə Riqaya təşrif buyurub. Borcunuzdan çıxmaq istəyirdik. Hətta Bakı-Riqa reysi olsaydı bütün təyyarəni almağa gücümüz çatacaqdı. Çünki səfərə Azərbaycanın Latviyadakı diasporunun nümayəndələrini də gətirməyi nəzərdə tutmuşduq. Təəssüf ki, istəyimiz alınmadı. Bütün futbol ictimaiyyətinizdən, eləcə də jurnalistlərdən üzr istəyirik".Yığmamızın bu dəfə Riqaya yollanması məsələsinin müzakirə edilmədiyini söyləyən Mezeçkis bunu havaların soyuqluğu ilə əlaqələndirib: "Noyabrın 19-da burada 10 dərəcə şaxta olur. Həmin ərəfədə Estoniyaya gedərək, beynəlxalq turnirə qatılmaq haqda düşünürük". O deyib ki, gələcəkdə iki ölkənin komandası arasında yoldaşlıq matçının oynanılması ilə bağlı məsələ bir daha müzakirəyə çıxarılacaq: "Bu haqda gələn həftə azərbaycanlı həmkarım Elxan Məmmədovla İsveçrənin Nyon şəhərində, UEFA-nın tədbirində görüşüb, fikir mübadiləsi aparacağıq".AFFA-nın baş katibi Elxan Məmmədov isə "APA-SPORT"a açıqlamasında bildirib ki, hazırda yığmamıza rəqib axtarılır: "Noyabrın 19-u FİFA-nın yoldaşlıq görüşləri üçün ayırdığı tarixdir. Biz milli komandamızın oyun təcrübəsinin artırılması məqsədilə bu imkandan yararlanmaq niyyətindəyik. İnanıram ki, tezliklə rəqib tapa biləcəyik". -
10-21-2008, 05:20 PMAPAAvropa İttifaqı Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyannamə yayıb
[b]Avropa İttifaqı Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyannamə yayıb[b]
Bakı-APA. Avropa İttifaqının Sədrliyi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyannamə yayıb. Bu barədə APA-ya Avropa İttifaqına sədrlik edən Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
[Bəyannamədə bildirilir ki, Avropa İttifaqı seçkilərin daha yaxşı keçirilməsi üçün mövcud cəhdləri, həmçinin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Venesiya Komissiyasının təklif etdiyi tövsiyələrin bəzilərini nəzərə alan Seçki Məcəlləsinə edilmiş dəyişiklikləri qeydə alır: "Buna baxmayaraq, Avropa İttifaqı qeyd edir ki, bu seçkilər ictimai debatların təşkil olunması, səsvermənin keçirilməsi və səslərin hesablanması baxımından beynəlxalq demokratik standartlara hələ riayət etmir. Avropa İttifaqı təkidlə Azərbaycanın hakimiyyət orqanlarını demokratik plüralizm və media azadlığı sahəsində üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə riayət üçün etdikləri cəhdləri davam etdirməyə çağırır. O, Avropa Qonşuluq Siyasəti çərçivəsində, Azərbaycanın demokratik təsisatlarının inkişafına öz dəstəyini davam etdirmək niyyətini bir daha təsdiq edir". Bu bəyannaməyə Avropa İttifaqının üzvlərindən başqa quruma namizəd ölkələr - Xorvatiya, Makedoniya, Stabilizasiya və Assosiasiya Prosesinin ölkələri və potensial namizədlər Albaniya, Bosniya-Herseqovina, Monteneqro, Serbiya, və Avropa Sərbəst Mübadilə Assosiasiyasının üzv ölkələri, Avropa İqtisadi Məkanının üzvləri İslandiya və Norveç də qoşulub. -
10-21-2008, 05:40 PMAPABu gün BBVB-nin valyuta bölməsində 33,9 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 33,9 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8089 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8081 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 11 999 544 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0008 bənd düşüb və 0,8089 AZN/$1-ə çatıb. BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 15 394 076 AZN, manatın orta məzənnəsi isə 0,8089 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 33,862 mln. dollar və ya 27 393 619 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2 821 833 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 540 679 AZN, manatın orta məzənnəsi isə 1,0795 AZN/EUR təşkil edib. Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,93%, ABŞ dolları üzrə isə illik 16,64% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.