[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış
Azərbaycan Xəbərləri
Printable View

09-19-2008, 01:50 PMAPANağd valyutanın mübadilə məzənnələri

09-19-2008, 02:10 PMAPAAvqustda Bakıda kommersiya xarakterli əmlakın orta satış qiyməti 1,6% artıb
[b]Avqustda Bakıda kommersiya xarakterli əmlakın orta satış qiyməti 1,6% artıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin avqust ayında Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış qiymətində 1,6%, icarə qiymətlərində isə 1,4% artım qeydə alınıb. Bu barədə «APA-ECONOMICS»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.Nəticədə, Bakı şəhəri üzrə 1 kv. m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) iyul ayında qeydə alınan 3 561 ABŞ dollarından 3 618 dollara qədər artıb. Avqust ayında bazara çıxarılan qeyri-yaşayış sahələri iyul ayında olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası iyul ayına nisbətən zəif olub.Şəhərin zonaları üzrə I və IV zonalarda qiymət azalması, II və III zonalarda isə qiymət artımı müşahidə edilib. Aparılan araşdırmalara əsasən, qiymət artımı iyul ayı ilə müqayisədə 1,6%, ilin əvvəli ilə müqayisədə 30,7%, son bir illə müqayisədə isə 37,4% təşkil edib. -
09-19-2008, 02:20 PMAPAGələn il Azərbaycanda sosial müavinətlər yenidən artırılacaq
[b]Gələn il Azərbaycanda sosial müavinətlər yenidən artırılacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkədə sosial müavinətlərin artırılması üçün təkliflər hazırlayaraq hökumətə təqdim edəcək. ƏƏSMN-in pensiya siyasəti şöbəsinin müdiri Vüqar Həsənov «APA-ECONOMICS»ə bildirib ki, müavinətlərin nə qədər artırılacağı barədə indidən fikir yürütmək olmaz. Çünki artımla bağlı müzakirələr gələn il aparılacaq.Şöbə müdiri qeyd edib ki, «Sosial müavinətlər haqqında» qanuna görə, ildə bir dəfədən az olmayaraq, sosial müavinətlərinin məbləğinin indeksləşdirilməsi qaydası müəyyən edilməlidir. Bunun üçün də hər il sosial müavinətlərin artırılması məqsədilə tədbirlər görülür.V.Həsənovun sözlərinə görə, bu ilin sentyabrın 1-dən Azərbaycanda 286 417 nəfərin aylıq və birdəfəlik sosial müavinətlərinin məbləği orta hesabla 50% artırılıb. -
09-19-2008, 02:30 PMAPATürkiyənin baş naziri tərəfdarlarını mətbuatı boykot etməyə çağırıb
[b]Türkiyənin baş naziri tərəfdarlarını mətbuatı boykot etməyə çağırıb[b]
[Ankara - APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Doğan" media qrupuna qarşı tənqidlərini və ittihamlarını davam etdirir. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan medianın etibarını və inandırıcılığını itirdiyini bildirərək rəhbərlik etdiyi partiyanın üzvlərini bu qəzetləri almamağa çağırıb: "Media inandırıcılığını itirib və özünü bitirib. Ona görə də mən sizi yalan, yanlış xəbərlər yayımlayan mediaya qarşı kampaniyaya başlamağa, həmin qəzetləri almamağa səsləyirəm. Bu, bizim ən təbii haqqımızdır. Hansı dili başa düşürlərsə, o dildə danışacağıq. Bu ölkəyə xidmət edərkən bir də onlarlamı məşğul olmalıyıq? İşimiz-gücümüz var". -
09-19-2008, 02:40 PMAPASamux sakini intihar edib
[b]Samux sakini intihar edib[b]
[Samux. Nəzakət Məşədiəliqızı-APA. Bu gün saat 3-4 radələrində Samux rayonunda intihar hadisəsi baş verib. Samux rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Əhmədbəyli kənd sakini 1955-ci il təvəllüdlü Müzəffər Əli oğlu Əliyev qızının və bacısının gözü qarşısında ülgüclə damarlarını kəsib. O, xəstəxanaya aparılarkən yolda keçinib. Ailə üzvləri M. Əliyevin Ruhi Dispanserdə qeydiyyatda olduğunu bildiriblər. Məlumata görə, içki düşkünü olan mərhum intihar edən zaman da işgili olub. -
09-19-2008, 02:50 PMAPAAzərbaycan Nəqliyyat Nazirliyində seminar keçirilib
[b]Azərbaycan Nəqliyyat Nazirliyində seminar keçirilib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Nəqliyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) layihəsinə dair seminar keçirilib. Bu barədə «APA-ECONOMICS»ə Nəqliyyat Nazirliyinin katibliyindən məlumat verilib.«Azəryolservis» ASC-nin Korporativ Planının həyata keçirilməsi ilə bağlı Nəqliyyat Nazirliyinə dəstək seminarının keçirilməsində məqsəd layihə və onun mahiyyəti barədə məlumat vermək, gələcəkdə görüləcək işlər və prioritetlər barədə iştirakçılarla birgə müzakirə aparmaqdır. Seminarda «Azəryolservis» ASC, onun missiyası, məqsədləri və regional ofislər də daxil olmaqla strukturu, Məsləhət Şurasının mümkün rolu da daxil olmaqla, Nəqliyyat Nazirliyi ilə «Azəryolservis» arasında xidməti sazişlər və icra göstəriciləri, «Müştəri» və «Təminatçı» anlayışları, ilk pilot təcrübələr-təklif və onun müzakirəsi, həmçinin istismar standartları, materiallar, müqaviləyə nəzarət edilməsi məsələləri müzakirə olunub. Seminarda «Finnroad» şirkətinin nümayəndələri, layihə üzrə qrup rəhbəri Esko Sirvio və idarəetmə üzrə mütəxəssis Antti Talvitie iştirak edib.Qeyd edək ki, məsləhətçi şirkət «Azəryolservis» ASC-nin Korporativ Planının həyata keçirilməsi məqsədilə Nəqliyyat Nazirliyi üçün 5 müzakirə sənədi hazırlayıb. Bu planın əsas komponentləri 5 seminardan ibarətdir. Bu seminarlarda korporativ plana dair bütün əhəmiyyətli məsələlər müzakirə olunacaq. -
09-19-2008, 03:30 PMAPAAmerikanın "C.J. Chenier and The Red Hot Loisiana Band" caz qrupu Sumqayıtda çıxış edib
[b]Amerikanın "C.J. Chenier and The Red Hot Loisiana Band" caz qrupu Sumqayıtda çıxış edib[b]
[Bakı. Ülkər Qasımova-APA. Amerikanın "C.J. Chenier and The Red Hot Loisiana Band" caz qrupu Sumqayıt şəhərinin "Kimyaçılar" mədəniyyət sarayının qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, ABŞ-ın ölkəmizdəki səfirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, konsertdə Luiziana ştatının Amerika xalq musiqisinin unikal nümunələri ifa ediib. Si Djeyin rəhbərlik etdiyi qrup konsertdə vals, blyuz, rok-n-rol janrında musiqilər səsləndirib. -
09-19-2008, 03:40 PMAPAAbşeronda baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb
[b]Abşeronda baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb[b]
[Bakı-APA. Sentyabrın 18-də saat 10.00 radələrində Abşeron rayonunun ərazisində, Şamaxı şəhər sakini, Ruxsar Babayev "Mercedes" markalı avtomaşınla dəmir borunun üstündən keçərkən, boru avtomaşının altından çıxaraq sərnişini Adıgözəl Bədəlova dəyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Bədəlov aldığı xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır. -
09-19-2008, 03:50 PMAPAATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie Azərbaycanın şimal-qərb bölgəsinə səfər edib
[b]ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie Azərbaycanın şimal-qərb bölgəsinə səfər edib[b]
Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie Azərbaycanın şimal-qərb bölgəsinə səfər edib.
[Fransanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd bu bölgədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə görüşməkdir. Bernar Fasie Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edəcək, Ermənistana səfəri zamanı apardığı danışıqlar barədə dövlət başçısını məlumatlandıracaq. -
09-19-2008, 04:00 PMAPA«İki sahil» qəzeti Neftçilər gününə həsr olunan xüsusi buraxılış hazırlayıb
[b]«İki sahil» qəzeti Neftçilər gününə həsr olunan xüsusi buraxılış hazırlayıb[b]
[Bakı-APA. "İki sahil" qəzeti 20 sentyabr- Neftçilər günü münasibəti ilə 48 səhifəlik xüsusi buraxılış hazırlayıb. Qəzetin redaksiyasından APA-ya verilən məlumata görə, buraxılışda Azərbaycan neft sənayesinin 1994-cü ildən bəri keçdiyi yolu əks etdirən yazılar, rəngli şəkillər öz əksini tapıb. Xüsusi buraxılış Heydər Əliyevin «Neftçilər günü»nün təsis edilməsi haqqında 16 avqust 2001-ci il tarixli fərmanı və Prezident İlham Əliyevin neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncamı ilə başlanıb. Xüsusi buraxılışda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyətindən də bəhs edilib. Buraxılışda şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin, sosial məsələlər üzrə vitse-prezident Qorxmaz Hüseynovun, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun, ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmədovun, sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun, vitse-prezident Mikayıl İsmayılovun, «Azneft» İstehsalat Birliyinin baş direktoru Səbuhi Əhmədovun yazıları da dərc olunub.