[b]Qoran Lenmarker: "Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaranmış "qızıl imkan" sülh sazişi ilə nəticələnmədi"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Mən dörd ildən artıq ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində cəhdlərinə dəstək verməklə məşğul olmuşam".
[APA-nın məlumatına görə, bu fikirləri ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker qurumun yay sessiyasında çıxışında bildirib. O bildirib ki, bu münaqişənin nizamlanması üçün "qızıl imkan" olub: "Mən belə bir "qızıl imkan"ın olduğunu görürdüm, amma təəssüf ki, hələlik bu imkan sülh sazişinin imzalanması ilə nəticələnməyib. Hazırda hər iki ölkə üçün vəziyyəti dəyişmək, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini davam etdirmək üçün gözəl şansı var. Əgər Azərbaycan və Ermənistanın siyasi iradəsi olsa, saziş imzalamaq mümkündür. Geriyə deyil, gələcəyə baxmaq vacibdir. Regionda yeni müharibə mümkün deyil, bu barədə düşünmək belə istəmirəm və bu təhlükədən qaçmaq lazımdır".
Azərbaycan Xəbərləri
Printable View

06-30-2008, 02:51 PMAPAQoran Lenmarker: "Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaranmış "qızıl imkan" sülh sazişi ilə nəticələnmədi"

06-30-2008, 04:01 PMAPAAzərbaycan prezidenti Qlobal Ekologiya Fondunun icraçı direktorunu qəbul edib
[b]Azərbaycan prezidenti Qlobal Ekologiya Fondunun icraçı direktorunu qəbul edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 30-da Qlobal Ekologiya Fondunun icraçı direktoru, xanım Monika Barbünü qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Azərbaycanda ekologiya sahəsində irimiqyaslı proqramların uğurla icra olunduğunu bildirib, ekologiya ilə bağlı məsələlərin kompleks şəkildə həlli istiqamətində gələcəkdə geniş planların həyata keçiriləcəyini qeyd edib. Prezident İ. Əliyev Qlobal Ekologiya Fondu ilə ölkənin müvafiq strukturları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, bu baxımdan Fondun icraçı direktorunun səfərinin əhəmiyyətini vurğulayıb.M. Barbü Azərbaycanda ekologiya sahəsində görülən işlərə toxunaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Xanım M. Barbü ümidvar olduğunu bildirib ki, birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. -
06-30-2008, 04:11 PMAPABQXK nümayəndələri Naxçıvanda tutulan Ermənistan vətəndaşları ilə ikinci dəfə görüşüblər
[b]BQXK nümayəndələri Naxçıvanda tutulan Ermənistan vətəndaşları ilə ikinci dəfə görüşüblər[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Beynəlxalq Qızıl Xaş Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin təmsilçiləri Naxçıvan ərazisində tutulan Ermənistan vətəndaşları Vanik Zmboyan, Artyom Zöhrabyan, Karen Torosyan və Ağası Enokyanla görüşüblər.
[BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, qurum əməkdaşlarının Ermənistan vətəndaşları ilə ikinci görüşüdür. Görüş zamanı həmin şəxslərin saxlanma şəraiti, durumları ilə bağlı monitorinq aparılıb. Ermənistan vətəndaşları ailə üzvlərinə məktub yazıblar. Eyni zamanda ailə üzvlərinin məktubları onlara təqdim olunub. Qeyd edək ki, V. Zmboyan, A. Zöhrabyan, K. Torosyan və A. Enokyan Azərbaycan-Ermənistan cəbhə xəttinin Naxçıvan istiqamətində saxlanılıb. Onlar Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından ibarət hərbi qrupun üzvləridirlər və Azərbaycan ərazisində təxribat törətmək niyyətində olduqlarını etiraf ediblər. Hazırda Müdafiə Nazirliyinin sərəncamında olan bu şəxslərin əməlləri ilə bağlı araşdırmalar aparılır. -
06-30-2008, 04:21 PMAPAAmsterdamda "Azərbaycan - Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə 90 il" adlı konfrans keçirilib
[b]Amsterdamda "Azərbaycan - Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə 90 il" adlı konfrans keçirilib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Niderland Krallığının Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə "Azərbaycan - Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə 90 il" adlı konfrans keçirib.
[Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Niderlanddakı Azərbaycan və türk diasporunun nümayəndələri, Azərbaycanın Hollandiyadakı səfiri Fuad İsgəndərov, yerli siyasi partiyalarının təmsilçiləri iştirak ediblər. Konfransı Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov açıb. Professor Musa Qasımlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə məruzə ilə çıxış edib. Səfir Fuad İsgəndərov isə Azərbaycan-Hollandiya münasibətləri və Azərbaycan diasporunun qarşısında duran vəzifələrdən danışıb. Konfransın rəsmi hissəsindən sonra toplantı iştirakçıları üçün ziyafət verilib və konsert təşkil olunub. -
06-30-2008, 04:31 PMAPAUkrayna prezidentinin Bakıya səfəri başlayıb
[b]Ukrayna prezidentinin Bakıya səfəri başlayıb[b]
Bakı-APA. Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana bir günlük işgüzar səfəri başlayıb. APA-nın məlumatına görə, hazırda Azərbaycan və Ukrayna prezidentləri arasında təkbətək görüşü keçirilir.
[Danışıqlar daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək. Səfər zamanı hər hansı sənədin imzalanması nəzərdə tutulmur. Danışıqlar başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə Bakıdakı "Dostluq" kinoteatrının qarşısında Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışı olacaq. V. Yuşşenko Bakının Nobel qardaşları prospektində 0,85 hektar ərazidə Ukrayna səfirliyinin və səfirliyin əməkdaşları üçün yaşayış binalarının inşa ediləcəyi yerə baxış keçirəcək. Axşam saatlarında isə Yaşıl Teatrda V. Yuşşenkonun iştirakı ilə "Azərbaycanda Ukrayna Mədəniyyət Günləri"nin rəsmi açılış mərasimi olacaq. Tədbirdə Ukrayna incəsənət ustalarının konserti keçiriləcək. Ukrayna prezidenti GUAM-ın 3-cü sammitində iştirak etmək üçün sabah Bakıdan Batumiyə gedəcək. -
06-30-2008, 04:41 PMAPAGürcüstanın iqtisadiyyat naziri: "Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləməyə dair müvafiq saziş imzalamağa hazırıq"
[b]Gürcüstanın iqtisadiyyat naziri: "Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləməyə dair müvafiq saziş imzalamağa hazırıq"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Gürcüstan Azərbaycanla müvafiq saziş imzalamağa və bu ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləməyə hazırdır". APA-nın məlumatına görə, bu fikirləri Gürcüstanın iqtisadiyyat naziri Eka Şaraşidze söyləyib. Onun sözlərinə görə, Azərbaycanın ÜTT-yə üzvlüyünün dəstəklənməsi barədə saziş GUAM sammitinə hazırlıqla əlaqədar işçi qrupların toplantısında imzalana bilər. Qeyd edək ki, bununla bağlı Azərbaycanla Gürcüstan arasında danışıqlar bir ildən artıqdır davam edir. -
06-30-2008, 04:51 PMAPADövlət Dumasının komitə sədri: "Azərbaycanla Rusiya arasında əlaqələr emosiyalar siyasətindən uzunmüddətli tərəfdaşlıq siyasətinə çevrilib"
[b]Dövlət Dumasının komitə sədri: "Azərbaycanla Rusiya arasında əlaqələr emosiyalar siyasətindən uzunmüddətli tərəfdaşlıq siyasətinə çevrilib"[b]
Bakı. Laçın Sultanova-APA. "Rusiya və Azərbaycan arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə keçib və səmərəli, praqmatik istiqamətdə inkişaf edir".
[APA-nın məlumatına görə, bu fikirləri Rusiya Dövlət Dumasının MDB və soydaşlarla əlaqələr komitəsinin sədri Aleksey Ostrovski Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana rəsmi səfəri ilə bağlı Rusiya mediasına müsahibəsində deyib. Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 16 il keçdiyini deyən Ostrovski bildirib ki, bu müddət ərzində əlaqələr emosiyalar siyasətindən uzunmüddətli tərəfdaşlıq siyasətinə çevrilib. İki ölkə arasında iqtisadi əlaqələrə toxunan deputat qeyd edib ki, 2007-ci ilin göstəricilərinə görə, Rusiya Azərbaycanın xarici ticarət tərəfdaşları sırasında ikinci yerdədir. Humanitar əməkdaşlıqdan danışan A. Ostrovski bildirib ki, rəsmi məlumatlara görə hazırda Azərbaycanda 140 minə yaxın rus yaşayır: "Bu ölkədə rus dili təşviq olunur və yayılır, gənc azərbaycanlıların bir hissəsi rus dilində təhsil almaq imkanından istifadə edir, özlərinin gələcəyini rus dili ilə bağlayırlar". Bununla yanaşı Ostrovski Azərbaycanda rusdilli informasiya məkanının daraldığını, Rusiya telekanallarının bu ölkəyə yayımının dayandırıldığını deyib. Bu məsələ ilə bağlı danışıqların davam etdiyini bildirən deputat dialoqun ümidverici olmadığını vurğulayıb. Rusiyada 2 milyondan artıq azərbaycanlının yaşadığını bildirən komitə sədri bunu Azərbaycanda sosial stabilliyin vacib faktorlarından adlandırıb: "Çünki Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi neft satışından əldə olunan gəlirlərlə müqayisə oluna biləcək həddədir". -
06-30-2008, 05:01 PMAPACəlal Əliyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub
[b]Cəlal Əliyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Cəlal Əliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, C. Əliyev Azərbaycan elminin inkişafında xidmətlərinə görə təltif olunub. -
06-30-2008, 05:11 PMAPATurkiyədə azərbaycanlı rəssamın kitabı çıxıb
[b]Turkiyədə azərbaycanlı rəssamın kitabı çıxıb[b]
[Ankara. Mayis Əlizadə - APA. Türkiyənin Çanaqqala şəhərindəki 18 Mart Universitetinin müəllimi Vahid Novruzovun yeni kitabı çapdan çıxıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, kitaba onun yağlı boya, sulu boya və pastel əsərlərinin reproduksiyaları daxil edilib. Bu, V. Novruzovun Türkiyədə yaşayıb-yaratdığı 8 illik dövrün hesabatıdır. Kitaba ön söz yazan 18 Mart Universitetinin müəllimi, tanınmış Azərbaycan şairi Məmməd İsmayıl Vahid Novruzovun yaradıcılığını bu sözlərlə xarakterizə edib: "Başqa bir rəssam Çanaqqalada şöhrət qazanmaq üçün rəssamlıq yox, fotoqraflıq edərdi, hər insanın görə biləcəyi mənzərələri sənət adına nümayiş etdirərdi. Amma o, həqiqi sənətkarın görəcəyi çətin işi seçib. Vahidin hər əsəri bir-birini tamamlayan abstrakt qatlardan ibarətdir və hər tabloda bir deyil, bir neçə düşüncə gizlənir. Bu sirləri açmaq üçün iti ağıl, professional baxış lazımdır".Qeyd edək ki, 1964-cü ildə Tovuz rayonunda anadan olan Vahid Novruzov Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Akademiyasını bitirib. 2000-ci ildə Türkiyə tərəfinin dəvəti ilə Çanaqqala 18 Mart Universitetində işləməyə gedib. İndiyə qədər Türkiyənin müxtəlif şəhərlərində və Avropada fərdi sərgilər açıb, qrup sərgilərdə iştirak edib. V. Novruzov Türkiyədə tabloları baha qiymətə satılan bir neçə azərbaycanlı rəssamdan biridir. -
06-30-2008, 05:21 PMAPAİran ordusu düşmən əsgərləri üçün ölkənin 16 sərhəd şəhərində 320 min məzar qazacaq
[b]İran ordusu düşmən əsgərləri üçün ölkənin 16 sərhəd şəhərində 320 min məzar qazacaq[b]
[Tehran-APA. İran Silahlı Qüvvələrinin rəhbərliyi ehtimal olunan müharibədə düşmən əsgərlərini dəfn etmək üçün 320 min məzar qazmağa qərar verib. APA-nın məlumatına görə, Silahlı Qüvvələrin İtkin Düşmüş Əsgərlər Komitəsinin rəhbəri, general Mirfeysəl Bağırzadə ölkəsinin müharibə baş verəcəyi təqdirdə Cenevrə sazişinin müddəalarına tam əməl edəcəyini bildirib: "Sərhəd şəhərlərinin hər birində 20 min qəbir qazacaq və həlak olan düşmən əsgərlərini ən qısa müddət ərzində bu məzarlarda dəfn edəcəyik. Düşmən əsgərlərinin dəfni İran Qızıl Ay Komitəsi, Ekologiyanı Mühafizə Qurumu və bələdiyyələr tərəfindən həyata keçiriləcək. Düşmən əsgərlərin ailələrinin Vyetnam müharibəsində üzləşdikləri problemlərlə yenidən qarşılaşmalarını istəmirik. Bu üsulu tətbiq etməklə həlak olan düşmən əsgərlərin şəxsiyyətini təsdiq edən sənədlər və cəsədlər uzun müddət qorunmuş olacaq".