[b]Yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrindən mal satışı 15% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 6 781,2 mln. manatlıq və ya 2007-ci ilin eyni dövründəkindən 15,3% çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə əmtəə dövriyyəsinin real həcmi 2007-ci ilin eyni dövrünə nisbətən 22,1% artdığı halda, bazar və yarmarkalar üzrə bu artım 7,9% təşkil edib.Pərakəndə əmtəə dövriyyəsinin ümumi artımının 75,2%-i ticarət müəssisələri, 24,8%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.Cari ilin yanvar-avqust aylarında adambaşına düşən pərakəndə əmtəə dövriyyəsi 234,4 manat artaraq orta hesabla 801,4 manata çatıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkənin hər bir sakini ticarət müəssisələrindən 146,6 manatlıq, bazar və yarmarkalardan isə 87,8 manatlıq çox istehlak malları alıb.Hesabat dövründə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq və qeyri-ərzaq mallarının payı 64,8% və 35,2% olub, əhaliyə 4 394,2 mln. manatlıq ərzaq, 2,387 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb, onların real həcmi uyğun olaraq 10,2% və 28,9% artıb. Pərakəndə əmtəə dövriyyəsinin artımın 99,6%-i özəl müəssisələrin fəaliyyəti sayəsində təmin edilib, sektorun müəssisələrində əhaliyə 6 725,4 mln. manatlıq və ya 15,4% çox istehlak malları satılıb.
Azərbaycan Xəbərləri
Printable View

09-22-2008, 03:00 PMAPAYanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrindən mal satışı 15% artıb

09-22-2008, 03:20 PMAPA"Xocalı üzrə Müstəqil İctimai Tribunal" adlı layihənin təqdimatı keçirilib
[b]"Xocalı üzrə Müstəqil İctimai Tribunal" adlı layihənin təqdimatı keçirilib[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Bakıda "Xocalı üzrə Müstəqil İctimai Tribunal" adlı layihənin təqdimatı keçirilib. APA-nın məlumatına görə, layihədə məqsəd Xocalı faciəsini törədənlər üzərində məhkəmə prosesinin təşkili və tribunalın nəticələri əsasında sənədli filmin çəkilməsidir. İttiham olunan şəxslərin siyahısında Ermənistan prezidenti Serj Sarkisyan, keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan, Dağlıq Qarabağ separatçılarının sabiq başçısı Arkadi Qukasyan və digər şəxslərin adları var. Layihə Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının köməyi ilə həyata keçiriləcək. -
09-22-2008, 03:30 PMAPAAzərbaycan www.odnoklassniki.ru saytında yerləşdirilmiş məlumatları araşdıracaq
[b]Azərbaycan [ saytında yerləşdirilmiş məlumatları araşdıracaq[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Rusiyanın [ saytında respublikanın hərbi hissələrinin nömrəsi, təyinatı və dislokasiyası ilə bağlı yer almış məlumatlar araşdıracaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.İ.Məmmədovun sözlərinə görə, bu tip məsələlər tək RİTN deyil, digər aidiyyəti dövlət orqanları tərəfindən baxılaraq araşdırılmalıdır: «Bu saytlarda olan məlumatların müəyyən hissəsi gerçəkliyi əks etdirir. Bu məsələlər tək bizim nazirlik tərəfindən deyil, aidiyyəti dövlət qurumları tərəfindən araşdırılacaq və bununla bağlı dəqiq fikir söyləniləcək».Qeyd edək ki, [ saytının tanışlıq bölməsində istifadəçilər tərəfindən yaradılmış qruplarda Azərbaycanın hərbi hissələrinin nömrəsi, təyinatı və dislokasiya məntəqələri göstərilib. -
09-22-2008, 03:50 PMAPAİqtisadi Tədqiqatlar Mərkəzinin üzvləri prezidentliyə namizəd Qüdrət Həsənquliyevlə görüş keçiriblər
[b]İqtisadi Tədqiqatlar Mərkəzinin üzvləri prezidentliyə namizəd Qüdrət Həsənquliyevlə görüş keçiriblər[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi "Oxfam" Beynəlxalq Təşkilatının maliyyə, Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Koalisiyasının təşkilati dəstəyi ilə həyata keçirdiyi "Səhiyyəyə dair Minilliyin İnkişaf Məqsədləri kampaniyası" layihəsi çərçivəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizədi Qüdrət Həsənquliyevlə görüş keçirib. Koalisiyadan APA-ya verilən məlumata görə, görüşdə koalisiya nümayəndələri Minilliyin İnkişaf Məqsədləri, Azərbaycanda bunun icra səviyyəsi, ana və uşaq ölümü sahəsindəki mövcud vəziyyət, dünyada bu problemin aradan qaldırılması üçün istifadə edilən modellər barədə prezidentliyə namizədə ətraflı məlumat veriblər. Koalisiya adından bu məsələnin seçki platformasında əksini tapması, seçiləcəyi təqdirdə isə onun həllini diqqətdə saxlaması Q. Həsənquliyevdən xahiş olunub. Q. Həsənquliyev ölkənin səhiyyə sisteminin tibbi kadrların peşəkarlıq səviyyəsi baxımından gerilədiyini bildirərək, bütün sahələrdə analoji vəziyyətin yarandığını deyib. Onun sözlərinə görə, bunun ən mühüm səbəbi təhsil və idarəetmə sistemində mövcud olan korrupsiya hallarıdır. Prezidentliyə namizəd hesab edib ki, korrupsiyanı aradan qaldırmadan və ölkənin regionlarını sosial-iqtisadi baxımdan inkişaf etdirmədən təkcə səhiyyədə deyil, heç bir sahədə köklü dəyişikliyə nail olunması mümkün deyil. Qeyd edək ki, Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Koalisiyası 2005-ci ildə BMT-nin yoxsulluğun azaldılması məqsədilə yaradılıb. Hazırda Koalisiyanın Azərbaycan da daxil olmaqla, onlarla ölkədə üzv təşkilatları fəaliyyət göstərir. -
09-22-2008, 04:00 PMAPAAzərbaycan iqtisadiyyatına kredit qoyuluşları 86% artıb
[b]Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 86% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 85,5% və ya 2,9 mlrd. manat artaraq 6 361,5 mln. manata çatıb.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, kredit qoyuluşunun 44,2%-i dövlət, 53,3-i özəl banklar, 2,5%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 69,7%-i uzunmüddətli kreditlər təşkil edib, 1,7%-nin isə ödənilmə vaxtı keçib.Azərbaycan Milli Bankının təqdim etdiyi məlumata görə, 2008-ci ilin yanvar-avqust aylarında dövriyyəyə 13 036,3 mln. manat pul kütləsi buraxılıb, dövriyyədən bankların kassalarına 12 205,7 mln. manat daxil olub və emissiya 847,1 mln. manat təşkil edib. -
09-22-2008, 04:10 PMAPAQazaxıstan Poti limanında taxıl terminalı tikmək planından imtina edib
[b]Qazaxıstan Poti limanında taxıl terminalı tikmək planından imtina edib[b]
[Astana-APA. Qazaxıstan Gürcüstanın Poti limanında taxıl terminalı tikmək fikrindən imtina edib. APA-nın məlumatına görə, ölkənin kənd təsərrüfatı naziri Akilbek Kurişbayev bildirib ki, bu qərardan imtinaya səbəb avqustda baş verən hadisələrdən sonra Gürcüstanda yaranmış vəziyyətdir. Qeyd edək ki, Qazaxıstan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən sayılır. Ötən ilin iyununda imzalanmış hökumətlərarası sazişə əsasən, Qazaxıstan Poti limanında taxıl terminalı tikməli idi. Astana bu layihəyə 10 milyon dollar sərmayə qoyulacağını bildirmişdi. -
09-22-2008, 04:20 PMAPAArtur Lenk: "İsrail hökumətində hər kəs Azərbaycanla əməkdaşlığın vacib olduğunu anlayırlar"
[b]Artur Lenk: "İsrail hökumətində hər kəs Azərbaycanla əməkdaşlığın vacib olduğunu anlayırlar"[b]
[Bakı. Laçın Sultanova-APA. "İsrail hökumətinə kimin rəhbərlik etməsindən asılı olmayaraq, Azərbaycanla İsrail arasında əlaqələr daim inkişaf edəcək və möhkəm olacaq". Bu açıqlamanı APA-ya İsrailin Azərbaycandakı səfiri Artur Lenk verib. O bildirib ki, hökumətin hər bir bölməsində Azərbaycanla İsrail arasında əməkdaşlığın çox vacib olduğunu anlayırlar: "Hələlik İsraildə yeni hökumət formalaşmayıb, nazir Çipi Livni öz partiyası tərəfindən yeni hökumətin formalaşması üçün seçilib və yaxın vaxtlarda yeni hökumətin seçilməsi prosesi başlanacaq. Əgər Çipi Livni baş nazir seçilsə, o İsrail tarixində Qolden Meyerdən sonra ikinci qadın baş nazir olacaq. Maraqlı situasiya ondan ibarətdir ki, əgər Livni bu posta seçilərsə, ölkədə 3 ən vacib postda - baş nazir, Ali Məhkəmənin sədri və parlamentin sədri qadın olacaq. Üç qız atası kimi deyirəm ki, bu, çox əhəmiyyətli bir məsələdir". -
09-22-2008, 04:30 PMAPASentyabrın 30-u oktyabrın 1-i qeyri-iş günləridir
[b]Sentyabrın 30-u oktyabrın 1-i qeyri-iş günləridir[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Sentyabrın 30-u və oktyabrın 1-i Azərbaycanda qeyri-iş günləridir. Bu barədə APA-ya Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib. O bildirib ki, həmin günlər Ramazan bayramına təsadüf etdiyi üçün Nazilər Kabinetinin qərarı ilə iş günləri sayılmayacaq. -
09-22-2008, 04:40 PMAPADolların ucuzlaşması davam edəcək
[b]Dolların ucuzlaşması davam edəcək[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Yaxın vaxtlarda dünya, o cümlədən Azərbaycanda ABŞ dollarının ucuzlaşması gözlənilir. Bu da ABŞ hökumətinin sentyabrın 20-də bəyan etdiyi növbəti addımının nəticəsi ola bilər.
[«APA-ECONOMICS»in məlumatına görə, maliyyə sektorunun müdafiə olunması üçün sentyabrın 20-də ABŞ konqresinə müvafiq qanun layihəsi təqdim edilib. Qəbul olunacağı şübhə doğurmayan bu sənədə əsasən, maliyyə sektoruna 700 mlrd. dollar məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Burada söhbət dövlət tərəfindən iri bank və investisiya fondlarından ipoteka və digər problemli aktivlərin alınması üzrə ixtisaslaşmış fondun yaradılmasından gedir. Analitiklərin fikrincə, bu, dövlətin 1937-ci ildən sonra maliyyə bazarına ən irimiqyaslı müdaxiləsi kimi qiymətləndirilə bilər.Qeyd edək ki, ABŞ-ın bu cür addım atacağı barədə ilk məlumatlar artıq ötən həftədən səsləndirilir. Nəticədə, fond bazarında bütün indekslər yüksəlib. Əvəzində, dolların avroya qarşı məzənnəsi düşüb və artıq üçhəftəlik minimumun çatıb (bu gün 1 avro 1,4479 dollar təşkil edir). Maraqlıdır ki, ABŞ hökumətinin böhrana qarşı gördüyü tədbirlərin öz iqtisadiyyatı üçün mənfi təsirləri də artıq özünü büruzə verməyə başlayıb. Burada söhbət dolların ucuzlaşması, dövlət istiqrazları üzrə gəlirliyin düşməsi, xammalın bahalaşması və s. gedir. Yaxın zamanda bazara ediləcək 700 mlrd. dollarlıq maliyyə müdaxiləsi ABŞ-da dollara təzyiqi artıracaq və inflyasiyanın səviyyəsinin yüksəldəcək. Bunun əsas nəticəsi isə dolların daha da ucuzlaşması olacaq. Düzdür, bütün bu proqnoz və ehtimallar ABŞ hökumətinə də məlumdur. Lakin rəsmi Vaşinqton üçün böhran nəticəsində maliyyə qurumlarını və bununla da bütün maliyyə sistemini müflisləşmədən xilas etmək dolların ucuzlaşmasının qarşısının alınmasından daha vacibdir. Qeyd edək ki, federal hökumətin planları haqqında məlumatlar bazara daxil olandan bir gün sonra - sentyabrın 19-da dollar 1% ucuzlaşıb.Dolların dünya bazarındakı mövqelərinin manatın cari məzənnəsinə də təsirini nəzərlə alsaq, Azərbaycanda da eyni tendensiyanın (dolların ucuzlaşması) təkrarlanacağını proqnozlaşdırmaq mümkündür. -
09-22-2008, 04:50 PMAPAAzərbaycanın ən iri neft strukturunda iki platformada neft hasilatının nə vaxt bərpa olunacağı bilinmir
[b]Azərbaycanın ən iri neft strukturunda iki platformada neft hasilatının nə vaxt bərpa olunacağı bilinmir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇC) yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» və «Qərbi Azəri» hasilat platformalarında detektorlar vasitəsi ilə qaz sızmasının səbəblərini araşdırır. Bu barədə «APA-ECONOMICS»ə ABƏŞ-in Bakıdakı baş ofisindən məlumat verilib.Konsorsiumdan bildirilib ki, hazırda hər iki platformada araşdırma və təhlil aparılır. Bu işə dalğıclar da cəlb olunub. Bunun təbii hadisə və ya qəzanın nəticəsi olduğu hələ dəqiq bilinmir. Həmçinin, nə ABƏŞ, nə də Azərbaycan Dövlət Neft Şirkətində hasilatın nə zaman bərpa olunacağı məlum deyil.Qeyd edək ki, sentyabrın 17-də «Mərkəzi Azəri» və «Qərbi Azəri» platformalarının yaxınlığında detektorlar vasitəsi ilə dənizdə qaz sızması aşkarlanıb. Bununla əlaqədar platformaların bütün işçilərinin evakuasiya edilməsi haqqında qərar qəbul olunub. Nəticədə, 200-dən artıq işçi təhlükəsizlik məqsədi ilə evakuasiya edilib. Platformaların işinin dayandırılması nəticəsində AÇG blokunda neft hasilatı təxminən 50%-dən çox azalıb. Ümumilikdə, AÇG-da gündəlik neft hasilatının həcmi 800 min bareldən çoxdur.Qeyd edək ki, bu ilin iyul ayında AÇG-da neft hasilatının orta gündəlik səviyyəsi 841,169 min barel təşkil edib. Hesabat dövründə «Çıraq-1» platformasında gündəlik orta hesabla 124,801 min barel, «Azəri»də isə 668,624 min barel neft hasil olunub. Cari ilin aprel ayından hasilat prosesinə cəlb olunan «Günəşli» yatağının dərinsulu hissəsində isə orta hesabla gündə 47,839 min barel neft çıxarılıb. Xatırladaq ki, ötən il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatının orta gündəlik səviyyəsi 685,5 min barelə bərabər olub. Belə ki, «Çıraq-1»dən gündə orta hesabla 132,406 min barel, «Azəri»dən isə 553,092 min barel neft hasil edilib. «BP-Azerbaijan» şirkətinin proqnozlarına əsasən, 2008-ci ildə «Çıraq-1» platformasından gündəlik orta hesabla 134 min barel, «Mərkəzi Azəri»dən 243,5 min barel, «Qərbi Azəri»dən 235,3 min barel, «Şərqi Azəri»dən 144,4 min barel, dərinsulu «Günəşli»dən isə 82,8 min barel neft hasil olunacaq. Müqayisə üçün bildirək ki, 2006-cı ildə bu yataqlardan ümumilikdə gündəlik orta hesabla 472 min barel neft hasil edilib.Qeyd edək ki, «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.