[b]Ağcabədi sakini Kür çayında boğulub[b]
[Bakı. APA. Ağcabədi rayonunun Nəcəfqulubəyli kənd sakini Arif Qurbanov oktyabrın 16-da Kür çayına düşərək boğulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, A. Qurbanovun meyitinin tapılması üçün tədbirlər görülür.
Azərbaycan Xəbərləri
Printable View

10-21-2008, 01:30 PMAPAAğcabədi sakini Kür çayında boğulub

10-21-2008, 01:40 PMAPAArzu Abdullayeva Söz Azadlığının Müdafiəsi Komitəsinin sədrliyindən istefa verəcək
[b]Arzu Abdullayeva Söz Azadlığının Müdafiəsi Komitəsinin sədrliyindən istefa verəcək[b]
[Bakı. Kəmalə Quliyeva - APA. "Söz Azadlığının Müdafiəsi Komitəsi (SAMK) hələlik fəaliyyət göstərir, lakin Komitənin üzvləri belə işləsələr, istefa verəcəyəm". Bu sözləri APA-ya açıqlamasında SAMK sədri Arzu Abdullayeva deyib. Komitə sədri bildirib ki, həbsdə olan jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı yaradılan qurumun hazırda 167 üzvü olsa da, onlar aksiyalarda aktiv iştirak etmirlər: "Piketlərimizdə onların 10-15-ni güclə tapmaq olur. Həbsdə olan jurnalistlərin ailələrinə yardım aksiyası keçiririk, həddən artıq cüzi məbləğ toplanılır". A. Abdullayeva komitənin növbəti toplantısında qurumun fəaliyyətsiz üzvləri SAMK-dən çıxarılacağını da sözlərinə əlavə edib. -
10-21-2008, 01:50 PMAPAQayınanasının evindən oğurluq edən şəxs saxlanılıb
[b]Qayınanasının evindən oğurluq edən şəxs saxlanılıb[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakının Səbayel rayonunda qaynanasının evindən oğurluq etməkdə təqsirləndirilən şəxs həbs edilib. Bakı şəhər Baş polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbayel rayonu F. Qurbanov küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Sənubər Atakişiyevanın evindən 5 min manat oğurlanması barədə Səbayel Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında aparılan əməliyyat tədbirləri nəticəsində pulu aparanın kimliyi müəyyən edilib. Məlum olub ki, oğurluğu S. Atakişiyevanın kürəkəni 1977-ci il təvəlüdlü Təbriz Ağayev edib. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
10-21-2008, 02:00 PMAPAHacı Salman Musayev Çeçenistanda səfərdə olub
[b]Hacı Salman Musayev Çeçenistanda səfərdə olub[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev Çeçenistana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, S. Musayev Çeçenistana səfəri zamanı regionda inşa olunmuş ən böyük məscidin açılış mərasimində iştirak etdiyini deyib. O bildirib ki, Çeçenistanın prezidenti Ramzan Kadırovun atası Əhməd Kadırovun adını daşıyan məscid eyni anda 10 min nəfəri qəbul edə bilir: "Məscidin minarəsinin hündürlüyü 64 metrdir. Məscidə həftənin hər günü bir imam başçılıq edəcək. Bu ibadət ocağı müasir standartlara uyğun inşa edilib. Onun yaxınlığında İslam Universiteti və dini idarə yerləşir". S. Musayev səfər zamanı Çeçenistan prezidenti R. Kadırovla görüşdüyünü də əlavə edib. -
10-21-2008, 02:20 PMAPALatviya yığması Azərbaycanla oyundan imtina etdi
[b]Latviya yığması Azərbaycanla oyundan imtina etdi[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycan və Latviyanın futbol üzrə milli komandaları arasında noyabrın 19-da Bakıda keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü baş tutmayacaq. "APA-SPORT"un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, bununla bağlı latviyalılar bu gün assosiasiyaya məktub göndəriblər. Sənəddə bildirilir ki, qarşı tərəfin paytaxtımıza gəlməsinə nəqliyyat problemi maneçilik törədib.Qeyd edək ki, matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılırdı. Latviyalılarla qarşılaşma Berti Foqtsun rəhbərliyi altında yığmamızın Bakıda oynayacağı ilk yoldaşlıq görüşü olacaqdı. -
10-21-2008, 02:30 PMAPAƏdliyyə naziri Fikrət Məmmədov Mirzə Sakitin başqa cəzaçəkmə müəssisəsinə köçürülməsinə razılıq verib
[b]Ədliyyə naziri Fikrət Məmmədov Mirzə Sakitin başqa cəzaçəkmə müəssisəsinə köçürülməsinə razılıq verib[b]
[Bakı. Hafiz Heydərov-APA. Bu gün hüquq müdafiəçiləri Çingiz Qənizadə, Elçin Behbudov, Sahib Məmmədov, Səidə Qocamanlı, Novella Cəfəroğlu və Arzu Abdullayeva ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər. Bu barədə APA-ya məlumat verən Çingiz Qənizadə deyib ki, görüşdə məqsəd "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitlə bağlı son günlər mətbuatda yayılan bəzi məlumatlara aydınlıq gətirmək olub. Hüquq müdafiəçisi Mirzə Sakitlə bağlı saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş insidentin nazirlik tərəfindən ciddi araşdırıldığını bildirib: "Fikrət Məmmədov dedi ki, məsələ ilə bağlı artıq müəssisəyə nümayəndələr göndərmişəm. Əyər orada Mirzə Sakitə qarşı baş vermiş zorakılıq halları təsdiqini taparsa, müəssisə rəhbərliyi barəsində ölçü götürüləcək." Ç. Qənizadə F. Məmmədovun M. Sakitin başqa müəssisəyə köçürülməsinə də razılıq verdiyini söyləyib: "Nazir Sakit Zahidovun başqa Cəzaçəkmə Müəssisəsinə köçürülməsinə dərhal göstəriş verəcəyini və bunun tezliklə həyata keçiriləcəyini söylədi". -
10-21-2008, 02:40 PMAPADmitri Medvedyev: "Rusiya, Azərbaycan və Ermənistan prezidentləri yaxın vaxtlarda Rusiyada görüşəcəklər"
[b]Dmitri Medvedyev: "Rusiya, Azərbaycan və Ermənistan prezidentləri yaxın vaxtlarda Rusiyada görüşəcəklər"[b]
Bakı. Laçın Sultanova - APA. Rusiya, Ermənistan və Azərbaycan prezidentləri yaxın vaxtlarda Rusiyada görüşərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edə bilərlər.
[APA-nın «RİA Novosti»-yə istinadən verdiyi məlumata görə, bu barədə İrəvanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedyev mətbuat konfransında deyib. "Ümidvaram ki, ən yaxın zamanda 3 prezidentin görüşü keçiriləcək. Güman edirəm ki, bu görüş Rusiyada baş tutacaq", - deyə D. Medvedyev bildirib.Rusiya prezidenti deyib ki, Cənubi Osetiyada baş vermiş avqust hadisələri istənilən mürəkkəb məsələnin beynəlxalq prinsiplərə uyğun və yalnız danışıqlar əsasında həll olunmasının vacibliyini bir daha göstərib: "Müsbət nəticə verə biləcək digər variant yoxdur". Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibət bildirən D. Medvedyev danışıqlarda irəliləyişin olduğunu, hər iki tərəfin müzakirələri davam etdirmək niyyətini bəyan etdiyini söyləyib. Ermənistan prezidenti Serj Sərkisyan da erməni tərəfinin danışıqların Dağlıq Qarabağın öz müqəddəratını təyin etməyə imkan verən "Madrid prinsipləri" əsasında davam etdirilməsinə hazır olduğunu bildirib: "Biz əminik ki, məsələ kompromis və danışıqlar əsasında həll oluna bilər". -
10-21-2008, 02:50 PMAPAYaxın iki ildə Azərbaycanın iki iri elektrik stansiyasında yenidənqurma başa çatdırılacaq
[b]Yaxın iki ildə Azərbaycanın iki iri elektrik stansiyasında yenidənqurma başa çatdırılacaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Yaxın iki il ərzində Azərbaycanın iki böyük elektrik stansiyasında aparılan yenidənqurma işləri başa çatdırılacaq. Bu barədə «APA-ECONOMICS»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.M.Əsgərovun sözlərinə görə, bunlar Mingəçevir su elektrik stansiyası və «Azərbaycan» istilik elektrik stansiyasıdır. Mingəçevir SES-də 6 aqreqatda aparılan yenidənqurma işləri nəticəsində stansiyanın gücü 420 MVt-a, «Azərbaycan»da isə 2640 MVt-dan 3640 MVt-a qədər artacaq. «Bu gün «Azərbaycan» İES-də şərti yanacaq sərfi 385-386 qramdır. Yenidənqurma işlərindən sonra stansiyada yanacaq sərfi 320 qrama enəcək», - deyə M.Əsgərov vurğulayıb.«Azərbaycan» İES-də yenidənqurma işlərini Çinin SNEC şirkəti aparır. Yaxın vaxtlarda Mingəçevir SES-in yenidən qurulması layihəsi üzrə tenderin keçirilməsi planlaşdırılır. -
10-21-2008, 03:20 PMAPAMHP lideri Dövlət Bağçalı baş nazir Ərdoğanı PKK-nın tələblərini yerinə yetirməkdə ittiham edib
[b]MHP lideri Dövlət Bağçalı baş nazir Ərdoğanı PKK-nın tələblərini yerinə yetirməkdə ittiham edib[b]
[Ankara - APA. "Baş nazir Ərdoğan PKK-nın tələblərinə uyğun ifadələrin yer aldığı bir sənədə imza atıb". APA-nın məlumatına görə, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının parlament qrupunun toplantısındakı çıxışında deyib. O bildirib ki, Rəcəb Tayyib Ərdoğan 1991-ci ildə içində "kamalist rejim iflasa uğrayıb. PKK-dövlət münaqişəsində tərəf olmamalıyıq. İçində "bölücü" və "separatçı" kəlmələri olan cümlələrdən uzaq durmalıyıq" sözləri yer alan bir raportu imzalayıb. D. Bağçalının fikrincə, baş nazir terrorla mübarizədə lazım olan niyyət və iradəyə sahib deyil: "Üsyan planlarının sınaqdan keçirildiyi, təhlükəsizlik qüvvələrimizi gözdən salmaq məqsədilə kampaniyaların aparıldığı bir vaxtda "siyasi həll" tərəfdarlarının yenidən ortaya çıxması Türkiyənin xaosa sürükləndiyini göstərir. Baş nazir siyasi və əxlaqi vəzifələrini yerinə yetirməsə, türk milləti lazım olanı edəcək". R. T. Ərdoğan haqqında sərt ifadələrini davam etdirən MHP lideri aşağıdakıları söyləyib: "Türk millətini 36 etnik qrupa bölən, "türkiyəlilik" kimi yeni anlayışlar yaratmağa çalışan, islahatlar adı altında terror təşkilatına xidmət göstərən, Avropanın "distribütörlüyünü" edən, qeyri-türk dilində təhsilə şərait yaratmaq istəyən, terrorçulara əfv kimi mövzuları gündəmə gətirən məhz Ərdoğandır". D. Bağçalı İraqın şimalındakı kürd muxtariyyətinin rəhbəri, "əşirət rəisi" adlandırdığı Məsud Bərzani ilə danışıqlara gedilməsini də kəskin şəkildə pisləyib. Onun sözlərinə görə, danışıqlar prosesi PKK terrorçularının lideri Abdulla Öcalanın həbsdən buraxılmasına qədər gedəcək. -
10-21-2008, 03:40 PMAPAAzərbaycan magistral neft kəmərləri ilə nəqletməni yanvar-sentyabr aylarında 20% artırıb
[b]Azərbaycan magistral neft kəmərləri ilə nəqletməni yanvar-sentyabr aylarında 20% artırıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql edilmiş neftin həcmi əvvəlki ilin analoji ayları ilə müqayisədə 19,8% artıb. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə magistral neft kəmərləri ilə 34,7 mln. ton neft nəql edilib. Nəqletmənin ¾ hissəsi ölkənin əsas nəqliyyat infrastrukturuna çevrilən Bakı-Tiflis-Ceyhan (BTC) ixrac kəməri ilə həyata keçirilib və ötən dövr ərzində bu kəmər vasitəsilə Bakıdan 26 mln. ton və ya 28,3% çox neft ötürülüb.Cari ilin ilk doqquz ayı ərzində magistral qaz kəmərləri ilə 8 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 62% çox qaz nəql edilib. Nəql edilən qazın 29,2%-i Bakı-Tiflis-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib, bu kəmərdən istifadə etməklə 3,4 mlrd. kubmetr qaz ötürülüb.