[b]Bakıda ölümlə nəticələnən yol qəzası baş verib[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakı şəhərində "Mercedess" markalı avtomobil piyadanı vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Z. Bünyadov prospektində baş verib. Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Azər İsrafilov idarə etdiyi "Mercedes" markalı, 10 VL 970 dövlət nömrə nişanlı avtomobillə piyadanı - 1970-ci il təvəllüdlü Vahid İsmayıl oğlu Məmmədovu vurub. Nəticədə V. Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

09-18-2008, 12:00 PMAPABakıda ölümlə nəticələnən yol qəzası baş verib

09-18-2008, 12:10 PMAPASergey Lavrov: "Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağımız Dağlıq Qarabağ münaqişəsi üçün presedent ola bilməz"
[b]Sergey Lavrov: "Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağımız Dağlıq Qarabağ münaqişəsi üçün presedent ola bilməz"[b]
Moskva-APA. "Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması Dağlıq Qarabağ və Dnestryanı üçün presedent yaratmır".
[APA-nın məlumatına görə, bu fikirləri Federasiya Şurasında çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib. O, Rusiyanın postsovet məkanında bütün münaqişələrin BMT Nizamnaməsinin prinsiplərin hörmətlə yanaşmaq, beynəlxalq hüquqa hörmək əsasında həllinə aktiv çalışacağını deyib: "Biz danışıqlar prosesində vasitəçilik missiyasını məsuliyyətli şəkildə reallaşdıracağıq, bu həm də Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinə aiddir. Hər münaqişənin öz xüsusiyyətləri, formatı və vasitəçilik mexanizmi var. Cənubi Osetiya böhranı həmin münaqişələr üçün heç bir presedent yaratmır". -
09-18-2008, 12:20 PMAPAAzərbaycanda baş redaktor özünü öldürüb
[b]Azərbaycanda baş redaktor özünü öldürüb[b]
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda nəşr olunan "Yeni Kapital" qəzetinin baş redaktoru Malik İnqilab oğlu Rəfiyevin meyiti tapılıb.
[Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1957-ci il təvəllüdlü M. Rəfiyevin meyiti bu gün səhər Dilarə Əliyeva küçəsində, Dəmiryol Vağzalının yaxınlığında onun özünə məxsus "Mercedes" markalı, 90 BE 952 dövlət nömrə nişanlı avtomobildə aşkar edilib. M. Rəfiyev maşının tutacaq yerindən kəndirlə asılmış vəziyyətdə olub. Meyitinin yanında məktub da aşkarlanıb. Məktubda intiharla bağlı heç kimin günahkar olmadığı qeyd edilib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. -
09-18-2008, 12:30 PMAPAAzərbaycanın baş prokuroru: ""Əbu Bəkr" məscidində baş verən partlayışla bağlı ayın sonunda geniş məlumatlar açıqlanacaq"
[b]Azərbaycanın baş prokuroru: ""Əbu Bəkr" məscidində baş verən partlayışla bağlı ayın sonunda geniş məlumatlar açıqlanacaq"[b]
Bakı. Elbrus Seyfullayev-APA. Bakıdakı "Əbu Bəkr" məscidində baş verən partlayışla bağlı istintaq davam etdirilir. Bu barədə APA-ya eksklüziv açıqlamasında respublikanın baş prokuroru Zakir Qaralov bildirib.
[İstintaq davam etdiyi üçün hazırda geniş məlumat verməyin mümkün olmadığını deyən baş prokuror partlayışla bağlı geniş məlumatın bu ayın sonunda açıqlanacağını qeyd edib. Z. Qaralov məscidin bundan sonra fəaliyyət göstərib-göstərməyəcəyi barədə konkret fikir söyləməyib. O, bu məsələ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məşğul olduğunu deyib. -
09-18-2008, 12:40 PMAPADaha bir amerikalı konqresmen ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupuna daxil olub
[b]Daha bir amerikalı konqresmen ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupuna daxil olub[b]
[Vaşinqton. Hüsniyyə Həsənova-APA. ABŞ Nümayəndələr Palatasının üzvü, Oklahoma ştatından olan konqresmen Den Boren Azərbaycan üzrə İşçi Qrupuna daxil olub. APA-nın ABŞ bürosunun məlumatına görə, bununla da işçi qrupunun üzvlərinin sayı 43 nəfərə çatıb. Qeyd edək ki, 2005-ci ildən Nümayəndələr Palatasında Oklahoma ştatının 2-ci seçki dairəsini təmsil edən Den Boren, palatanın Silahlı Xidmətlər, Maliyyə Xidmətləri və Təbii Sərvətlər komitələrinin üzvüdür. -
09-18-2008, 12:50 PMAPAGürcüstan və Ermənistan ərazilərindən axıdılan çirkab sular Kür və Arazın Azərbaycan hissəsində çirkləndiricilərin miqdarını artırıb
[b]Gürcüstan və Ermənistan ərazilərindən axıdılan çirkab sular Kür və Arazın Azərbaycan hissəsində çirkləndiricilərin miqdarını artırıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın ilk I dekadasında keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddinin (YVQH) dəfələrlə keçməsi müşahidə olunub. Kür çayının Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4 dəfə, mis birləşmələri 6 dəfə, Ağstafaçayda fenollar 3 dəfə, mis birləşmələri 4 dəfə, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-i keçib. Biogen maddələrdən nitrat norma daxilində olsa da, ammonium ionları Ağstafaçayda 1,2 dəfə, nitrit ionları isə Kür çayının Şıxlı-2 və Ağstafaçay məntəqələrində 1,2-1,5 dəfə YVQH-i keçib. Buna səbəb Gürcüstan və Ermənistan ərazilərindən məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən birbaşa su obyektlərinə axıdılmasıdır. Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq olub. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4 dəfə, mis birləşmələri 6 dəfə, I Şahsevəndə fenollar 3 dəfə, mis birləşmələri 5 dəfə, Bəhramtəpədə isə fenollar 3 dəfə, mis birləşmələri 4 dəfə YVQH-i keçib. Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1,1 dəfə, Bəhramtəpədə 1,7 dəfə, I Şahsevəndə isə 1,8 dəfə YVQH-i keçib. Bunun da səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.Suyun oksigen rejimi isə bütün məntəqələrdə 6,3-7,6 mq/l arasında dəyişərək norma daxilində olub. -
09-18-2008, 01:00 PMAPADağıstanda Beslan faciəsinin təkrarlanmasının qarşısı alınıb
[b]Dağıstanda Beslan faciəsinin təkrarlanmasının qarşısı alınıb[b]
[Mahaçqala - APA. Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Dağıstanın cənubunda keçirdikləri əməliyyat nəticəsində səhra komandiri Zakir Novruzov və 9 yaraqlı öldürülüb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, terrorçular yerli məktəblərdən birini ələ keçirmək istəyirmiş. Dəstənin gecə yarısı Smurt kəndi ətrafında olduğu müəyyənləşdirilib. Silahlı müqavimət göstərən dəstə üzvləri cavab atəşi ilə məhv ediliblər. Terrorçuların avtomobilində 7 avtomat, partlayıcı qurğular, hərbi sursat, dini ədəbiyyat və ərzaq aşkarlanıb. FTX-nin yerli idarəsindən bildiriblər ki, terrorçular Süleyman-Stal rayonundakı məktəblərin birini ələ keçirməyə hazırlaşırmış. Ancaq həyata keçirilən əməliyyat nəticəsində Beslan faciəsinin təkrarlanmasının qarşısı alınıb. -
09-18-2008, 01:20 PMAPAAzərbaycan paytaxtında 6 ay axtarışda olan 22 yaşlı qız həbs olunub
[b]Azərbaycan paytaxtında 6 ay axtarışda olan 22 yaşlı qız həbs olunub[b]
[Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 6 ay axtarışda olan şəxs həbs olunub. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. 22 yaşlı qız Aidə İsmayılova oğurluqda təqsirli bilinir. RPİ-nin 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə barəsində axtarış elan olunmuş A. İsmayılova bu gün yaxalanıb. O, ilkin dindirilmə zamanı törətdiyi oğurluq əməlini etiraf edib. Qeyd edək ki, A. İsmayılova 6 ay əvvəl rəfiqəsinin evindən oğurluq etməkdə təqsirli bilinir. -
09-18-2008, 01:40 PMAPAAzərbaycan Dövlət Neft Fondunun aktivləri 2010-cu ilədək 7 dəfə artacaq
[b]Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2010-cu ilədək 7 dəfə artacaq[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcminin 2008-ci ilin sonuna kimi daha 30% artaraq 13 mlrd. ABŞ dollarına çatacağı gözlənilir. «APA-ECONOMICS»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
[Ş.Mövsümovun sözlərinə görə, bu ilin avqust ayında Bakı-Tiflis-Ceyhan boru kəmərinin Türkiyə hissəsində baş vermiş yanğın nəticəsində neftin bu marşrutla nəqli müvəqqəti dayandırılmışdır. Bu isə öz növbəsində Fondun potensial daxilolmalarının azalmasına təsir göstərib. İcraçı direktor bu hadisənin baş verməyəcəyi təqdirdə ARDNF-in aktivlərinin ilin sonunadək hətta 14 mlrd. dollara çatacağını mümkün sayır.Ş.Mövsümov həmçinin qeyd edib ki, artıq 2009-cu il ərzində Fondun aktivlərinin təxminən 40%-dək artaraq 18 mlrd. dollara çatacağı proqnozlaşdırılır. Bu isə 2007-ci ilin sonuna olan analoji göstəricini 7 dəfədən çox üstələyir.Xatırladaq ki, sentyabr ayının əvvəlində ARDNF-in aktivlərinin həcmi ilk dəfə olaraq 10 mlrd. dollar həddini keçərək və 10,216 mlrd. dollar təşkil edib. Azərbaycanın karbohidrogen ehtiyatlarının istismarı və ixracının genişlənməsi nəticəsi olaraq 2008-ci ilin əvvəlində 2,5 mlrd. dollara bərabər olan Fondun valyuta vəsaitlərinin həcmi ötən 8 ayda 4 artıb.Qeyd edək ki, Azərbaycan Milli Bankının rəsmi valyuta ehtiyatlarının həcmi sentyabr ayının 1-nə 5,3 mlrd. dollar təşkil edib. Yəni, cari ilin sentyabr ayının əvvəlinə Azərbaycanın məcmu valyuta ehtiyatlarının həcmi 15,5 mlrd. dollara çatıb. -
09-18-2008, 02:00 PMAPAAzərbaycanın ən iri neft strukturunda iki platformanın işi dayandırılıb
[b]Azərbaycanın ən iri neft strukturunda iki platformanın işi dayandırılıb[b]
Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇC) yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» və «Qərbi Azəri» platformalarının işini dayandırıb. Bu barədə «APA-ECONOMICS»ə ABƏŞ-in Bakıdakı baş ofisindən məlumat verilib.
[Konsorsiumdan bildirilib ki, platformaların işinin dayandırılması nəticəsində AÇG blokunda neft hasilatı 50%-dən çox azalıb. Platformaların işinin dayandırılmasına səbəb isə ötən gün «Mərkəzi Azəri» dəniz platformasının yaxınlığında detektorlar vasitəsi ilə qaz sızmasının aşkarlanması olub. Bununla əlaqədar platformanın bütün işçiləri evakuasiya edilməsi haqqında qərar qəbul olunub. Nəticədə, 200-dən artıq işçi təhlükəsizlik məqsədi ilə evakuasiya edilib. Hazırda ekspertlər baş verən sızmanın səbəblərini araşdırırlar.Xatırladaq ki, «Mərkəzi Azəri» platforması «Azəri-Çıraq-Günəşli» layihəsi çərçivəsində qurulmuş hasilat platformalarından biridir və hazırda burada 21 quyu istismar olunur. ABƏŞ Â«Mərkəzi Azəri»dən neft hasilatına ilk dəfə 2006-cı ilin fevral ayında başlayıb. Ümumilikdə, AÇG-da gündəlik neft hasilatının həcmi 800 min bareldən çoxdur.