[b]Azərbaycan İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu prezident seçkilərinin demokratik keçdiyini bəyan edib[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycan İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə dair bəyanatla çıxış edib. APA-nın məlumatına görə, işçi qrupun Amerika nümayəndə heyətinin rəhbəri Mark Vieth bu gün keçirdiyi mətbuat konfransında Bakı, Sumqayıt, Gəncə, Göyçay, Quba, Cəlilabad, Şəmkir, Yevlax və Xırdalan şəhərlərində 87 seçki məntəqəsi üzrə səsvermə prosesini izlədiklərini bildirib. O, qrupun apardığı müşahidələr nəticəsində Azərbaycanda keçirilən prezident seçkilərinin azad, ədalətli, demokratik və şəffaf şəraitdə keçirildiyini bəyan edib. Prezident seçkilərini Azərbaycanın ən böyük nailiyyəti hesab edən Mark Vieth bu prosesi ölkənin ictimai və siyasi həyatında irəliyə doğru atılmış bir addım kimi qiymətləndirib. O, həmçinin Azərbaycan hakimiyyəti və cəmiyyətinin bu fürsətdən yararlanaraq ölkədə demokratik institutların inkişaf etdirilməsi üçün səylərin daha da artırılacağına ümid etdiyini söyləyib.
Azərbaycan Xəbərləri
Printable View

10-16-2008, 02:20 PMAPAAzərbaycan İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu prezident seçkilərinin demokratik keçdiyini bəyan edib

10-16-2008, 02:30 PMAPAViktor Yuşşenko İlham Əliyevi təbrik edib
[b]Viktor Yuşşenko İlham Əliyevi təbrik edib[b]
[Bakı - APA. Ukrayna prezidenti Viktor Yuşşenko oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ukrayna prezidenti seçkilərdə qələbəsi münasibətilə İ. Əliyevi təbrik edib, ona növbəti prezidentlik fəaliyyəti müddətində uğurlar arzulayıb.Prezident İ. Əliyev təbrikə və göstərdiyi diqqətə görə Ukrayna prezidentinə təşəkkür edib. -
10-16-2008, 02:50 PMAPA«Royal Bank of Baku» son bir ildə aktivlərini təxminən üç dəfə artırıb
[b]«Royal Bank of Baku» son bir ildə aktivlərini təxminən üç dəfə artırıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. «Royal Bank of Baku» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 100,473 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan göstəricidən 2,7 dəfə çoxdur. Bankın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 3,3 dəfə genişlənərək 34,387 mln. manata, kredit portfeli 3,1 dəfə artaraq 77,160 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 2,9 dəfə artaraq 64,318 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 42,1% artaraq 19,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 29% artaraq 16,912 mln. manat təşkil edib. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 3,1 dəfə artaraq 11,783 mln. manat, xərcləri isə 3,1 dəfə artaraq 10,163 mln. manat olub. Nəticədə, bank əldə etdiyi mənfəəti son bir ildə 3 dəfə artıraraq 1,619 mln. manata çatdırıb. Bundan başqa, bank bu müddət ərzində əlavə 22 filial və 1 mübadilə məntəqəsi açıb, həmçinin 16 bankomat və 59 POS-terminal quraşdırıb. Eyni zamanda, bankın işçilərinin sayı 2,6 dəfə artaraq 463 nəfərə, işçilər üçün orta aylıq əmək haqqı isə 76% artaraq 545 manata çatıb. Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişdirib. Hazırda bankın respublika üzrə 28 filialı, 3 mübadilə məntəqəsi, 21 bankomatı və 71 POS-terminalı fəaliyyət göstərir. -
10-16-2008, 03:00 PMAPAAvropa ölkələrinin ictimai təşkilat və QHT nümayəndələrindən ibarət müşahidə qrupu rəyini açıqlayıb
[b]Avropa ölkələrinin ictimai təşkilat və QHT nümayəndələrindən ibarət müşahidə qrupu rəyini açıqlayıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Avropa ölkələrinin ictimai təşkilat və QHT nümayəndələrindən ibarət müşahidə qrupu mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, müşahidə qrupunun üzvü Alan Alakula bildirib ki, Avropanın 7 ölkəsini təmsil edən 34 nəfərlik müşahidə missiyası ölkə ərazisində 100-dən artıq məntəqədə olub. O, seçkilərin demokratik standartlara uyğun keçirildiyini deyib. Qonaq qrupa daxil olan müşahidəçilərdən ikisinin seçki günü cəzaçəkmə müəssisələrində səsvermə prosesini izlədiyini söyləyib. Müşahidə qrupunun seçkinin yekunlarına dair bəyanatında bildirilir ki, seçki yerli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə yekunlaşıb. -
10-16-2008, 03:20 PMAPAMilli QHT Forumunun rəhbəri: "Seçki zamanı müşahidəçilərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb"
[b]Milli QHT Forumunun rəhbəri: "Seçki zamanı müşahidəçilərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb"[b]
[Bakı. Elnur Məmmədli - APA. Milli QHT Forumunun rəhbəri Rauf Zeyni prezident seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, R. Zeyni bildirib ki, forumun yekun rəyi yaxın günlərdə hazırlanacaq, amma o, ilkin nəticələrin ictimaiyyətə açıqlanmasını vacib hesab edir. R. Zeyni müşahidəçilərin fəaliyyətinə heç bir problem yaradılmadığını, seçkilərin sabitlik şəraitində keçirildiyini söyləyib: "Son seçkilərə qədər müşahidəçilərin fəaliyyətinə müəyyən məhdudiyyətlər, problemlər yaradılırdı. Sevindirici haldır ki, bu dəfə heç bir məhdudiyyət olmadı". R. Zeyninin fikrincə, bir sıra seçki komissiyaları üzvlərinin hələ də maariflənməyə ehtiyacı var. Çünki bəzi komissiya üzvləri seçkinin təşkilində və seçicilərlə davranışda nöqsanlara yol verirlər. -
10-16-2008, 03:30 PMAPAAzərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qətl hadisəsi baş verib
[b]Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qətl hadisəsi baş verib[b]
[Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Müdafiə Nazirliyinin Naftalanda yerləşən N saylı hərbi hissəsində qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, əsgər silahdan açdığı atəşlə digər əsgəri qətlə yetirib. Ölən əsgər Əbdüləhəd Eldar oğlu Şahbazovdur. İnsident nəticəsində başqa bir əsgərin də həlak olduğu bildirilir.Qeyd edək ki, Ə. Şahbazov Füzuli rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. O, Füzuli rayonunun Böyük Bəhmənli kəndinin sakinidir.Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Səfərov APA-ya faktı dəqiqləşdirərək yaxın dəqiqələrdə açıqlama verəcəyini bildirib. -
10-16-2008, 03:50 PMAPAYeni «Mazda3» avtomobili daha rahat olacaq
[b]Yeni «Mazda3» avtomobili daha rahat olacaq[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Yaponiyanın «Mazda» şirkəti «Mazda3» avtomobilinin yeni modelinin xarici görünüşü haqqında məlumat yayıb. «APA-ECONOMICS»in məlumatına əsasən, yeni avtomobil xarici görünüşünə görə əvvəlki «Mazda3»dən bir o qədər də fərqlənməsə də, onun idman üslubda olması daha da vurğulanıb.Bununla yanaşı, avtomobilin rahatlığı dizaynerlərin diqqət mərkəzində olub. Avtomobil istehsalçısı «Mazda3» alıcılarının səs izolyasiyası ilə bağlı şikayətlərini nəzərə alaraq, bu məqama xüsusi diqqət yetirib. Qeyd edək ki, «Mazda3» avtomobili 2,0 litr və 2,5 litr həcmində olan mühərriklə təchiz ediləcək.Beləliklə, «Mazda3» avtomobilin sedan variantının təqdimatı noyabrın 19-da Los-Ancelesdə (ABŞ), xeçbek variantı isə dekabrın 1-də Bolonyada (İtaliya) keçiriləcək. -
10-16-2008, 04:00 PMAPABerti Foqts Almaniyaya getdi
[b]Berti Foqts Almaniyaya getdi[b]
[Bakı - APA-SPORT. Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniyaya yollanıb. "APA-SPORT"un məlumatına görə, yığmamızın almaniyalı çalışdırıcısı vətəninə Bəhreynlə Manamada keçirilmiş yoldaşlıq görüşündən sonra gedib.Foqtsa milli komandamızın məşqçi vəzifəsini daşıyan həmyerliləri yoldaş olublar. Baş məşqçinin noyabrın ilk ongünlüyündə Bakıya dönəcəyi gözlənilir.Qeyd edək ki, sonuncu dəfə sentyabrın 26-da paytaxtımıza gəlmiş Foqts 20 gün ərzində yığmamızı 2 matça - Finlandiya (0:1) və Bəhreynlə (2:1) oyuna çıxarıb. -
10-16-2008, 04:10 PMAPADmitri Medvedev Ermənistana səfər edəcək
[b]Dmitri Medvedev Ermənistana səfər edəcək[b]
[Bakı. Laçın Sultanova - APA. Rusiya prezidenti Dmitri Medvedev oktyabrın 20-21-də Ermənistanda rəsmi səfərdə olacaq. APA-nın xəbərinə görə, bu məlumat Rusiya prezidentinin rəsmi saytında yerləşdirilib. -
10-16-2008, 04:40 PMAPA«Günaybank»ın mənfəəti son bir ildə 10 dəfə azalıb
[b]«Günaybank»ın mənfəəti son bir ildə 10 dəfə azalıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Günaybank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 26,720 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstəricidən 20% çoxdur. Bankın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 9,1% genişlənərək 9,258 mln. manata, kredit portfeli 34% artaraq 23,081 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 19,2% artaraq 124 min manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 0,7% artaraq 10,709 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,1% artaraq 10,892 mln. manat təşkil edib.Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,5% artaraq 3,280 mln. manata, xərcləri isə 77,3% artaraq 3,208 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində təxminən 10 dəfə azalaraq 72 min manat təşkil edib. Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günaybank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 1 filialı, 1 mübadilə məntəqəsi, 1 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə bankın işçilərinin sayı 41 nəfər, orta aylıq əmək haqqı isə 373 manat təşkil edib.