[b]Türkiyədə "Ergenekon"la bağlı istintaq çərçivəsində daha bir nəfər həbs olunub[b]
[İstanbul - APA. Türkiyədə terror təşkilatı olduğu iddia edilən "Ergenekon"la bağlı istintaq çərçivəsində daha bir nəfər həbs olunub. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, bu gün İstanbul polisi vəkil Ləvənt Təmizi həbs edib və onun evində axtarış aparıb. Ülkü Ocaqlarının İstanbul şöbəsinin keçmiş rəhbəri olan L. Təmizin adı həbs edilmiş bəzi şəxslərin ifadələrində keçirdi. O, həbs olunmuş vəkil Kamal Kərinçsizin sədrlik etdiyi Böyük Hüquqçular Birliyinin İdarə Heyətinin üzvüdür.
Azərbaycan Xəbərləri
Printable View

09-18-2008, 02:10 PMAPATürkiyədə "Ergenekon"la bağlı istintaq çərçivəsində daha bir nəfər həbs olunub

09-18-2008, 02:30 PMAPAAŞ PA-nın seçkiqabağı qiymətləndirmə missiyası Azərbaycana səfərinin nəticələrinə dair bəyanatla çıxış edib - YENİLƏNİB
[b]AŞ PA-nın seçkiqabağı qiymətləndirmə missiyası Azərbaycana səfərinin nəticələrinə dair bəyanatla çıxış edib - YENİLƏNİB[b]
Bakı. Viktoriya Dementyeva - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) seçkiqabağı qiymətləndirmə missiyasının rəhbəri Andres Herkel və missiyanın üzvləri Azərbaycana səfərlərinin nəticələrinə dair bəyanatla çıxış ediblər.
[APA-nın məlumatına görə, missiyanın üzvləri bu gün keçirilən mətbuat konfransında yaxşı seçkilər keçirilməsi üçün ölkədə şərait yaradan irəliləyişlər qeydə aldıqlarını bildiriblər. Həmin irəliləyişlərin Avropa Şurasının Venesiya Komissiyası tərəfindən irəli sürülmüş bir sıra tövsiyələrin nəzərə alınması ilə bağlı olduğu bildirilən bəyanatda tövsiyələrin heç də hamısının tam həyata keçirilmədiyi də qeyd olunub: "Bununla belə, nümayəndə heyəti qəbul edir ki, seçki komissiyalarında bərabər təmsil olunma və ya kampaniyanın ədalətli keçirilməsi kimi bəzi mühüm məsələlər qanunun mətnindən daha çox seçki təcrübəsinə aid olan məqamlardır. Azərbaycan tərəfinin yüksək səviyyəli rəsmiləri ifadə ediblər ki, onların məqsədi yaxşı təşkil olunmuş və yaxşı idarə olunan, həmçinin Avropa standartlarına cavab verən seçkilərin keçirilməsidir. Nümayəndə heyəti bu fikri məmnuniyyətlə qarşılayıb".Cəmiyyətin qarşıdan gələn seçkilərə maraqsız olduğu barədə ehtimallardan narahat olan nümayəndə heyəti seçicilərin dünən başlanan seçkiqabağı təşviqat kampaniyasına marağının getdikcə artması arzusundadır. Missiya hesab edir ki, prezidentliyə yeddi namizədin qeydə alınması ilə plüralist seçim və rəqabət şəraitinin təmin olunacağı gözlənilsə də, beş müxalif partiyanın seçkilərdə iştirak etməmək barədə qərarı bu seçkilərin ən uğursuz cəhətidir: "Belə ki, əgər hətta siyasi partiya və onun liderləri seçki yolu ilə hakimiyyətə gəlmək üçün real imkanların mövcud olduğunu görmürlərsə və ya onlar demokratik hüquqlarının məhdudlaşdırıldığı və ya pozulduğu qənaətindədirlərsə, yenə də öz ardıcıllarının maraqları naminə seçki marafonunda iştirak etməlidirlər. Bu baxımdan, nümayəndə heyəti seçkidə iştirak etməyən partiyalar da daxil olmaqla bütün siyasi qüvvələri təcili olaraq məsuliyyətli davranmağa və öz aralarında əsaslı dialoqda iştirak etməyə çağırır. Aralarındakı fərq nə olursa olsun, bütün siyasi partiyalar qarşılıqlı ittihamlardan çəkinməli, bunun əvəzində mahiyyət etibarı ilə əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi ilə konstruktiv şəkildə və birgə məşğul olmalıdırlar".Qeyd edək ki, missiyaya cənab Andres Herkel (nümayəndə Heyətinin rəhbəri - Estoniya, Avropa Xalq Partiyası Qrupu), cənab İndrek Saar (Estoniya, Sosialist Qrupu), cənab Mövlud Çavuşoğlu (Türkiyə, Avropa Demokrat Qrupu), cənab Paul Vill (Belçika, Avropa üçün liberalların və demokratların ittifaqı) və cənab Hakkı Keskin (Almaniya, Birləşmiş Avropa Solçuları Qrupu) daxildir. AŞ PA-nın 30 nəfərdən ibarət tam tərkibli nümayəndə heyəti isə səsverməni müşahidə etmək məqsədilə oktyabrda Azərbaycanda gələcək. -
09-18-2008, 02:40 PMAPAAvropa Şurasının Lətif Hüseynovun rəhbərlik etdiyi missiyası Rusiya həbsxanalarında monitorinq keçirəcək
[b]Avropa Şurasının Lətif Hüseynovun rəhbərlik etdiyi missiyası Rusiya həbsxanalarında monitorinq keçirəcək[b]
Bakı. Elbrus Seyfullayev - APA. Avropa Şurasının (AŞ) İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi sentyabrın 22-dən etibarən Rusiya həbsxanalarında monitorinqlərə başlayacaq.
[Milli Məclisdən APA-ya daxil olan məlumata görə, AŞ-nin İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsinin nümayəndə heyətinə qurumun Azərbaycandan olan üzvü Lətif Hüseynov rəhbərlik edəcək. L. Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti iki həftə ərzində Rusiyanın müxtəlif regionlarında müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində yoxlamalar apararaq məhbusların saxlanma şəraiti ilə yaxından tanış olacaqlar. Səfərin yekununa əsasən hesabat hazırlanaraq, AŞ- Komitəyə təqdim ediləcək. Qeyd edək ki, hazırda Rusiya əhalinin hər 100 000 nəfərinə düşən məhbus sayına görə dünyada ön yerlərdən birini tutur. Bu ölkədə hər 100 000 min əhaliyə 600-dən artıq məhbus düşür. -
09-18-2008, 03:00 PMAPADünya maliyyə böhranı Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin valyuta kompozisiyasına təsir göstərməyib
[b]Dünya maliyyə böhranı Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin valyuta kompozisiyasına təsir göstərməyib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünya maliyyə bazarında müşahidə olunan böhranla əlaqədar aktivlərinin valyuta kompozisiyasını dəyişdirmək niyyətində deyil. «APA-ECONOMICS»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.Ş.Mösümovun sözlərinə görə, hazırda Fondun valyuta kompozisiyası 50% ABŞ dolları, 40% avro, 5% funt sterlinq, 5% isə digər valyutalardan ibarətdir və burada heç bir dəyişiklik edilməyəcək: «Bizim konservativliyimiz yenə də öz sözünü deyir. Bu gün dolların məzənnəsi artır, avronun isə düşür. Aktivlərimizin 50%-i dollar, 50%-i isə digər valyutalarda olduğuna görə, bu mövqe Fond üçün neytraldır».Bundan başqa Ş.Mövsümov qeyd edib ki, dünya bazarında neftin ucuzlaşması ARDNF-in planlarını dəyişməyib: «Bu da, bizim strategiyamızın düzgün qurulmasından xəbər verir. Əvvəllər büdcə hazırlanarkən neftin baza qiymətinin bir qədər yüksək götürülməsi təklif olunurdu. Lakin Azərbaycan bu məsələyə konservativ yanaşaraq ötən il neftin 1 barelinin baza qiymətini 50 dollar, bu il isə 70 dollar səviyyəsində götürüb. Bu da bizim plan və proqnozlarımızın dəyişməməsi üçün şərait yaradır». Qeyd edək ki, son iki ay ərzində dünya bazarında neftin qiyməti 50 dollar ucuzlaşıb. Ötən gün isə Nyu-York birjasında neftin yenidən bahalaşması qeydə alınıb. Belə ki, hərracın sonunda neftin 1 barelinin qiyməti 91 dollardan 97 dollaradək yüksəlib. -
09-18-2008, 03:10 PMAPAYüksək gərginlikli elektrik xəttinə toxunan Naxçıvan sakini sağ qalıb
[b]Yüksək gərginlikli elektrik xəttinə toxunan Naxçıvan sakini sağ qalıb[b]
[Bakı-APA Bu gün saat 10.15 radələrində Naxçıvan sakinini elektrik cərəyanı vurub. APA-nın məlumatına görə 1972-ci il təvəllüdlü, Rzayev Səbuhi Səfail oğlu elektrik dirəyində təmir işləri apararkən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə yüksək cərəyan S. Rzayevi kənara tullayıb. Zərərçəkən Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır. -
09-18-2008, 03:20 PMAPAEldar Səfərov: "Seçki zamanı müşahidəçilərin hərbi hissələrə getməsində heç bir problem yoxdur"
[b]Eldar Səfərov: "Seçki zamanı müşahidəçilərin hərbi hissələrə getməsində heç bir problem yoxdur"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Seçki zamanı müşahidəçilərin hərbi hissələrə getməsində heç bir problem yoxdur". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Səfərov deyib. O bildirib ki, hərbi qulluqçuların seçkidə iştirakı Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçiriləcək: "Burada bir istisna var. Sərhəd Qoşunlarının və hərbi münaqişə zonasında yerləşən hərbi hissələrin hərbi qulluqçuları, eləcə də xüsusi rejim şəraitində olan hərbçilər hərbi hissələrdə yaradılmış seçki məntəqələrində səs verirlər. Bu qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsverməyə beş gün qalmış verilə bilər". E. Səfərov postda olan hərbi qulluqçuların mülki ərazidə yerləşən seçki məntəqələrində səs verməsini təmin etməyin mümkün olmadığını söyləyib: "Azərbaycan ordusunun yüz kilometrlərlə ərazidə düşmənlə üz-üzə postları var. Bu, nəzərə alınmalıdır". -
09-18-2008, 03:30 PMAPAAndres Herkel: "Müxalifət partiyalarının seçkilərdə iştirak etməməsi seçkilərin rəqabətsiz şəraitdə keçdiyi anlamına gəlmir"
[b]Andres Herkel: "Müxalifət partiyalarının seçkilərdə iştirak etməməsi seçkilərin rəqabətsiz şəraitdə keçdiyi anlamına gəlmir"[b]
[Bakı. Viktoriya Dementyeva-APA. "Seçkiqabağı atmosferi kifayət qədər rəqabətin olmaması kimi xarakterizə etmək olar". APA-nın məlumatına görə, bu fikirləri AŞPA-nın seçkiləri qiymətləndirmə missiyasının rəhbəri Andres Herkel deyib. O, bu durumu cəmiyyətdə seçkilərə marağın az olması ilə əlaqələndirib. Missiya rəhbəri əmin olduğunu bildirib ki, təbliğat kampaniyası başladıqdan sonra bu maraq daha da artacaq: "Müxalifət partiyalarının seçkilərdə iştirak etməməsi seçkilərin rəqabətsiz şəraitdə keçdiyi anlamına gəlmir. Müxalifət partiyalarının hüquqlarının müdafiəsi haqqında o zaman danışmaq olardı ki, onlar seçkidə iştirak edərdilər".A. Herkel prezident İlham Əliyevlə görüşündə həbsdə olan jurnalistlərin məsələsinə toxunduğunu da qeyd edib. O həmçinin bildirib ki, prezidentin avqustda imzaladığı əfv fərmanı seçkiqabağı mühiti yaxşılaşdırıb. -
09-18-2008, 03:40 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Metyu Brayzanı qəbul edib
[b]Azərbaycan prezidenti İlham Əliyev Metyu Brayzanı qəbul edib[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müavininin köməkçisi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanı qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. -
09-18-2008, 03:50 PMAPAFərid Mansurov rinqə çıxacaq
[b]Fərid Mansurov rinqə çıxacaq[b]
[Bakı. Kənan Həsənov - APA-SPORT. Azərbaycan boksçuları sentyabrın 21-də Rusiyanın Kazan şəhərində start götürəcək tələbələr arasında dünya çempionatında iştirak edəcəklər. Bu haqda "APA-SPORT"a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən məlumat verilib. Üçüncü dəfə təşkil olunacaq yarışda 8 idmançımızın mübarizə aparacaq. Məşqçilər Salam Bağırovla Şamil Əlimzanovun rəhbərliyi altında Kazana Elgün Əhmədov (51 kq), Rəhim Nəcəfov (54 kq), İlkin Ağayev (57 kq), Qismət Eynullayev (60 kq), Anar Cəfərov (64 kq), Fərid Mansurov (69 kq), Rəşad Müslümov (75 kq) və Hafiz İsgəndərov (81 kq) yollanacaq. Sentyabrın 27-də başa çatacaq dünya birinciliyinin hakimlər korpusunda isə Ravil Yanikeyev yer alacaq. -
09-18-2008, 04:00 PMAPAAzərbaycan Dövlət Sosial Müdafiə Fondu mərkəzləşdirilmiş informasiya sistemini yaradır
[b]Azərbaycan Dövlət Sosial Müdafiə Fondu mərkəzləşdirilmiş informasiya sistemini yaradır[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mərkəzləşdirilmiş informasiya sistemi yaradılır. Bu barədə «APA-ECONOMICS»ə DSMF sədri Səlim Müslümov məlumat verib.«Artıq bütün rayon şöbələrimizin vahid serveri qurulub. Bu serverə həmin şöbədə olan bütün kompüterlər qoşulub. Sonda bütün şöbələr mərkəzi bazaya birləşdiriləcək», - deyə S. Müslümov vurğulayıb.DSMF sədri bildirib ki, real vaxt rejimində işləyəcək bu sistem qeydiyyat sisteminiq avtomatlaşdırılması və informasiyaların alınma proseduralarının asanlaşdırılmasını təmin edəcək.