[b]Ştutqartda Azərbaycanda yaşayan almanların mədəniyyətinə həsr olunan sərgi açılacaq[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Almaniyanın Ştutqart şəhərində almanların Azərbaycana köçüb gəlməsinin 190 illiyinə həsr olunmuş fotosərgi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Ştutqart Beynəlxalq Əlaqələr İnstitutu və Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin birgə layihəsi əsasında təşkil olunacaq. Bu barədə APA-ya Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Çingiz Abdullayev məlumat verib. Noyabrın sonunda açılacaq sərgidə Azərbaycanda yaşayan almanların mədəniyyəti, həyatı, abidələri, adət-ənənələri əks olunacaq. Ç. Abdullayev bildirib ki, almanların köçüb gəlməsinin 190 illiyi münasibəti ilə Azərbaycanda da silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Xəbərləri
Printable View

09-20-2008, 12:20 PMAPAŞtutqartda Azərbaycanda yaşayan almanların mədəniyyətinə həsr olunan sərgi açılacaq

09-20-2008, 12:30 PMAPAARDNŞ Bakı-Novorossiysk neft kəmərinin illik nəql gücünün artırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparır
[b]ARDNŞ Bakı-Novorossiysk neft kəmərinin illik nəql gücünün artırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparır[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. ARDNŞ Rusiya tərəfi ilə Bakı-Novorossiysk neft kəmərinin illik nəql gücünün 5 mln. tona çatdırılması istiqamətində danışıqlar aparır. «APA-ECONOMICS»in bildirdiyinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.R. Abdullayevin sözlərinə görə, Gürcüstanda hərbi əməliyyatlar zamanı Azəri-Çıraq-Günəşli yatağından hasil edilən neftin nəqli Bakı-Novorossiysk marşrutu ilə həyata keçirilib. Hazırda isə həmin neft yenidən BTC kəməri nəql olunur. Şimal marşrutu ilə yalnız ARDNŞ-in nefti yola salınır. Qeyd edək ki, 2007-ci ildə Bakı-Novorossiysk kəməri ilə 2 228 712,3 ton neft yola salınıb. Bunun 1228 728,8 tonu ARDNŞ-in, 999 983,5 tonu isə ABƏŞ-in payına düşür. Bakı - Novorossiysk neft kəmərilə ARDNŞ tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb. Şimal marşrutu ilə nəql olunan ARDNŞ xam nefti Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçıların neftlərilə qarışır və Novorossiysk limanından Urals xam neft markası altında satılır. -
09-20-2008, 12:40 PMAPA"Qaradağ Sement" yeni məhsulunu təqdim edib
[b]"Qaradağ Sement" yeni məhsulunu təqdim edib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. "Qaradağ Sement" ASC müştərilərə yeni sulfata davamlı sement məhsulunu təqdim edib. «APA-ECONOMICS»in məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən şirkətin rəhbəri Horia Adrian bildirib ki, "Qaradağ Sement" ilk dəfə olaraq 2005-ci ildə "Hər sementin öz yeri var!" prinsipini irəli sürüb və öz məhsulları üçün tövsiyə olunan tətbiq sahələrini müəyyən edib. Şirkətin satış meneceri Balint Kato isə bildirib ki, hazırda müştərilərə təqdim olunan sulfata davamlı sement - SOLİD müxtəlif duzların təsirinə məruz qalan beton bünövrə və yeraltı qurğular, habelə təbii suların təsiri altında istismar olunan beton və hörgü konstruksiyaları üçün istifadə oluna bilər. Bundan əlavə, SOLİD sementi irihəcmli, aşağı istilik ayrılması tələb olunan beton konstruksiyalarının istehsalı üçün də məqsədəuyğundur. Yüksək möhkəmliyə malik yeni sement, həmçinin, adi beton və beton məmulatlarının istehsalında da istifadə oluna bilər. B. Katonun sözlərinə görə, şirkət bu il 50 min ton sulfata davamlı sement istehsalı proqnozlaşdırır.Şirkət nümayəndəsi qeyd edib ki, SOLİD sementi həm yerli, həm də xarici standartlara uyğun olaraq istehsal olunur. Sementin sulfata davamlılıq xassəsi 2008-ci ilin mart ayında Rusiyanın CEMİSCON şirkəti tərəfindən sınaqdan keçirilib və sertifikatlaşdırılıb. Sement, həmçinin, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən də sertifikat alıb.Qeyd edək ki, "Qaradağ Sement" ASC Azərbaycanda ən iri klinker və sement istehsalçısıdır. Zavod 1999-cu ildə özəlləşdirilib və müəssisənin kapitalının əsas pay sahibi kimi «Holcim Group» (İsveçrə) çıxış edir. 2007-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı və 2008-ci ildə Azərbaycan İnvestisiya Şirkəti ayır-ayrılıqda "Qarabağ Sement" ASC-nin ümumi kapitalının 10%-lik payını almaqla zavodun səhmdarları sırasına qatılıb. "Qarabağ Sement" ASC-nin 2007-ci ildə bazar payı 42% təşkil edib və ötən il il şirkət 1,34 mln. ton sement satıb. -
09-20-2008, 12:50 PMAPARövnəq Abdullayev: "Bakı-Supsa neft kəməri texniki cəhətdən istismara tam hazırdır"
[b]Rövnəq Abdullayev: "Bakı-Supsa neft kəməri texniki cəhətdən istismara tam hazırdır"[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bakı-Supsa neft kəməri texniki cəhətdən istismara tam hazırdır. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. R. Abdullayevin sözlərinə görə, kəmərdə son sınaqlar aparılıb: «Hazırda Gürcüstan tərəfindən kəmərin istismarına dair razılıq sənədlərinin alınması gözlənilir. Bu sənədlər alınandan sonra kəmər işə salınacaq».Qeyd edək ki, Bakı-Supsa kəməri istifadəyə veriləndən, yəni 1999-cu ildən 2005-ci ilin sonunadək bu marşrutla 50 mln. ton, 2006-cı ilin ilk 10 ayı ərzində isə 5,6 mln. ton neft nəql olunub. Həmin vaxtdan sonra kəmər istismar olunmayıb və ilk dəfə bu ilin avqust ayının əvvəlində boru xəttinə 100 min ton neft vurulub.Diametri 530 mm olan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km-dir ki, bunun da 443 km-i Azərbaycan ərazisinə düşür. Kəmər 1999-cu ilin aprel ayında istifadəyə verilib. İlkin mərhələdə kəmərin gündəlik buraxılış gücü 117 min barel olub. Sonradan nasos stansiyalarında aparılan modernləşdirmədən sonra buraxılış gücü 145 min barelədək artırılıb ki, bu da ildə 7,5 mln. ton neft nəqlinə imkan verir. -
09-20-2008, 01:00 PMAPAMaradonanın rekordu qırıldı
[b]Maradonanın rekordu qırıldı[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Dünya futbolunun əfsanəvi Dieqo Maradonanın rekordu qırılıb. "APA-SPORT"un məlumatına görə, ukraynalı Nikolay Kutsenko topu 850 min dəfə çiləməklə, 48 yaşlı argentinalı dünya çempionunun rekordunu təzələyib. Əslən Xarkovdan olan N. Kutsenko bunu 2012-ci il Avropa çempionatının Ukraynada keçirilməsinə dəstək məqsədilə baş tutan aksiyada edib. Kiyevdən Varşavaya 17 gün davam edən 900 kilometrlik marafonda Kutsenko da daxil olmaqla, 15 nəfər iştirak edib. Rekordçudan fərqli olaraq, qalan 14 şəxs əlil olduğundan arabada hərəkət edib. İştirakçılar hər gün 42 kilometr yol qət edərkən, Kutsenko fasiləsiz topu çiləyib. Ümumilikdə topu 850 min dəfə çiləyən ukraynalı bununla Maradonanın rekordunu qırıb. Belə ki, Dieqo başla topu təxminən 7 min dəfə çiləyib. Ukraynalının göstəricisinin Ginnesin Rekordlar Kitabına düşməsi üçün rəsmi müraciət olunacaq. -
09-20-2008, 01:10 PMAPAAzərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirinin Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı açıqlanıb
[b]Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirinin Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı açıqlanıb[b]
Bakı-APA. Türkiyənin xarici işlər naziri Əli Babacan BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində Türkiyənin Ermənistanla münasibətlərinə dair önəmli görüşlər keçirəcək. APA-nın xəbərinə görə, bu barədə "SNN Türk" məlumat yayıb. Məlumatda Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı da açıqlanıb.
[Əli Babacanın Azərbaycan və Ermənistanın xarici işləri nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla əvvəlcə ayrı-ayrılıqda, daha sonra birgə görüşləri Nyu-Yorkda sentyabrın 25-26-da baş tutacaq. Məlumata görə, üç ölkənin xarici işlər nazirləri Qarabağ problemi ilə bağlı da müzakirələr aparacaqlar. Türkiyə Xarici İşlər Nazirliyindən bu toplantıda hər hansı qərar qəbul olunmasının və ortaq açıqlamalar verilməsinin gözlənilmədiyini bildiriblər. Xatırladaq ki, bəzi mənbələr bir neçə gün əvvəl üç tərəfin Dağlıq Qarabağ probleminin həlli mövzusunda ilkin anlaşma əldə etməyə çalışacağı barədə məlumat yayıb.Məlumata görə, Əli Babacanın Amerikada erməni diasporunun nümayəndələri ilə də görüşləri planlaşdırılmır. Yetkililər bunu Türkiyənin Ermənistanla münasibətlərini dövlətlərarası dialoq zəminində aparmaq istəyi ilə əsaslandırıblar. -
09-20-2008, 01:40 PMAPAQubada mavi yanacaq təminatında problem yaranıb
[b]Qubada mavi yanacaq təminatında problem yaranıb[b]
[Quba. Solmaz Mehdiyeva-APA. Payız mövsümünün başlanması ilə əlaqədar Qubada mavi yanacağa olan tələbat artıb. Xüsusilə şəhərin mərkəzi hissəsində təbii qazla bağlı ciddi problem yaşanır. Quba Qaz İstismarı İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, şəhərin qaz təchizatının zəifləməsinin əsas səbəbi yeraltı qaz xətlərinin köhnəlməsi və yararsız hala düşməsidir. Şəhərə qazın verilməsindəki problemin aradan qaldırılması məqsədilə Quba rayon İcra Hakimiyyətinin büdcəsi hesabına təcili tədbirlər başlanıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov APA-nın yerli bürosuna açıqlamasında min üç yüz metr uzunluğunda olan şəhərdaxili yeraltı dəmir boruların yeni plastik borularla əvəzlənəcəyini deyib. Onun sözlərinə görə, hazırda yeraltı qaz xətlərinin yeni borularla əvəzlənməsi prosesi aparılır. Bu səbəbdən Quba şəhərinin bir neçə mərkəzi küçəsində avtomobillərin hərəkət istiqaməti dəyişdirilib. -
09-20-2008, 01:50 PMAPAValentin Xodukin Azərbaycan çempionatında danışılmış oyunların olduğunu açıqladı
[b]Valentin Xodukin Azərbaycan çempionatında danışılmış oyunların olduğunu açıqladı[b]
"Simurq-İnter oyununa nəzarət etmək istəyənlər, buyurub stadiona gəlsinlər"
[Bakı. Mehman Süleymanov - APA-SPORT. ""Simurq"la səfər oyununa hazırlığımız bu gün başa çatdı. Qaxa döyüşkən heyət aparıram. Sabahkı görüşdə meydana yalnız qələbə üçün çıxacağıq". Bunu "APA-SPORT"a açıqlamasında son Azərbaycan çempionu olan Bakının "İnter" futbol komandasının baş məşqçisi Valentin Xodukin deyib. 69 yaşlı ukraynalı mütəxəssis bildirib ki, Premyer Liqanın növbəti turu çərçivəsində sabah Qaxda qonağı olacaqları "Simurq"u kənar amillər, xüsusilə də hakim səhvi olmadan məğlub etmək gücündədirlər: "Sözsüz ki, rəqibin lider olması motivasiyanı daha da artırır. Digər tərəfdən, "Simurq"un liderliyi haqda danışmaq hələ tezdir. Çünki bu komandanın yalnız "Neftçi" ilə ciddi sınağı olub. Ona qalsa, "Simurq"la liderliyi bölüşdürən "Bakı"nın gücünün xeyli artdığını söyləmək daha düzgündür". İstənilən halda "Simurq"u ciddi rəqib hesab edən "İnter"in baş məşqçisi yalnız qələbəyə köklənib: "Çünki 4 turdan sonra xal itkisi limitimiz tükənmək üzrədir. Səfərdə oynasaq belə, heç-heçə bizi qane etmir. Bu mənada bir sıra taktiki yeniliklər hazırlamışam". "Simurq"u yaxşı tanıdığını deyən Xodukin orada bir neçə həmyerlisini yer aldığını, hücumçulardan Ramin Nəsibov və Elşən Məmmədovun "İnter"də rəhbərliyi altında çıxış etdiyi xatırladıb: "Komandanı çalışdıran həmyerlim Roman Pokoranın məşqçilik bacarığına, komandasının oyun üslubuna yaxşı bələdəm. Ancaq bütün bunlar "qardaş komanda" kimi qələmə verilən "İnter"lə "Simurq"un oyunlarının danışılmış olması demək deyil. Ümumiyyətlə, belə nağıllar xoşuma gəlmir. Çempionatı keçirən qurumun nümayəndələri bizim görüşə nəzarət etmək istəyirsə, buyurub stadiona gəlsinlər. Danışılmış, şübhəli oyundan söhbət gedirsə, bu, ötən mövsüm olub. Hətta elə matç olub ki, tribunada yer alan sıravi azarkeş də nəticənin razılaşdırıldığını görərək, bunu gülüşlə qarşılayıb".Qeyd edək ki, Premyer Liqanı keçirən Azərbaycan Peşəkar Futbol Liqası "Simurq" - "İnter" oyununa xüsusi nəzarət komissiyası göndərəcək. -
09-20-2008, 02:50 PMAPAAğcabədidə Qarabağ Muğam Mərkəzinin açılışı olub
[b]Ağcabədidə Qarabağ Muğam Mərkəzinin açılışı olub[b]
[Ağcabədi. Teymur Zahidoğlu-APA. Bu gün Ağcabədi rayonunda Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin açılış mərasimi keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, saat 14.00-da başlayan mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Əmlakının Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilən Muğam Mərkəzinin ümumi sahəsi 1300 kvadrat metrdir. Mərkəz hər biri 154 tamaşaçı tutumu olan yay və qış zallarında, 6 sinif, 2 iki müdiriyyət, 1 iclas, 2 qrim otağı və foyedən ibarətdir.Mərkəzin qarşısında Üzeyir Hacıbəylinin qranitdən büstü qoyulub. Muğam Mərkəzinin qarşısında salınan parkda isə dahi bəstəkarın əsərlərindən fraqmentləri əks etdirən memarlıq kompozisiyaları yaradılıb. -
09-20-2008, 03:30 PMAPAZaqatala aeroportundan istifadə edən ilk əcnəbi diplomat kimi Bernar Fasieyə sertifikat verilib
[b]Zaqatala aeroportundan istifadə edən ilk əcnəbi diplomat kimi Bernar Fasieyə sertifikat verilib[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasieyə ilk xarici diplomat kimi Zaqatala Beynəlxalq Aeroportundan istifadə etdiyinə görə hava limanının sertifikatı verilib.
[APA-nın məlumatına görə, bu barədə B. Fasie özü bildirib. B. Fasie Zaqatalaya Fransa istehsalı olan vertolyotla getdiyini, Fransa istehsalı olan təyyarə ilə isə qayıtdığını vurğulayıb.