[b]Dima Bilanın sürücülük vəsiqəsi alınıb[b]
[Bakı. Ülkər Qasımova - APA. Yol hərəkəti qaydalarını pozduğu üçün "Eurovision-2008" mahnı yarışmasının qalibi Dima Bilanın sürücülük vəsiqəsi əlindən alınıb. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, öz "Hummer"i ilə Moskva şəhərinin Leninqrad prospektində hərəkət edən D. Bilan milis əməkdaşları tərəfindən saxlanılıb. Müğənni milislərə kobud cavab verdiyinə görə onun haqqında inzibati protokol tərtib edilib. Milis işçiləri D. Bilanın vəsiqəsini alaraq əvəzində müvəqqəti vəsiqə veriblər. Sənətçi 4 aydan 6 aya qədər avtomobil idarə etməmək cəzası alıb və materiallar məhkəməyə göndərilib.
Azərbaycan Xəbərləri
Printable View

09-17-2008, 06:10 PMAPADima Bilanın sürücülük vəsiqəsi alınıb

09-17-2008, 06:20 PMAPAAzərbaycan-Rusiya sərhədlərinin delimitasiyasına dair növbəti görüş sabah keçiriləcək
[b]Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyasına dair növbəti görüş sabah keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan və Rusiya delimitasiya komissiyası ekspertlərinin dövlət sərhədinin Samur çayı hissəsinin bölünməsi üzrə növbəti görüşü sentyabrın 18-19-da Mahaçqalada keçiriləcək. APA-nın məlumatına görə, ekspertlər sərhədin çaydan keçən hissəsinin müəyyənləşdirilməsinə dair məsələləri müzakirə edəcəklər. Azərbaycan çayın tən yarı bölünməsini istəsə də, Rusiya tərəfi çayın 90 faizinin Rusiya ərazisində formalaşdığını nəzərə alaraq bu təklifi qəbul etmir. -
09-17-2008, 06:30 PMAPAYAP prezident seçkiləri ilə bağlı ilk təbliğat-təşviqat mitinqini keçirib
[b]YAP prezident seçkiləri ilə bağlı ilk təbliğat-təşviqat mitinqini keçirib[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkiləri ilə bağlı ilk təbliğat-təşviqat mitinqini keçirib. APA-nın məlumatına görə, mitinq Səbayel rayonu 20-ci sahədə, Bibiheybətdə yerləşən stadionda baş tutub. Aksiyada çıxış edən YAP sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov deyib ki, bununla partiyanın prezidentliyə namizədi İlham Əliyevin təbliğat kampaniyasına start verilib. Ə. Əhmədov uğurla başlanan kampaniyanı uğurla da başa çatacağını deyib. O, deyib ki, bu, xalqın İlham Əliyevə, İlham Əliyevin xalqa olan inamı ilə bağlıdır. Müxalifətin bir zamanlar meydan axtarışında olduğunu qeyd edən Ə. Əhmədov "müxalifətə bu meydan təklif olunub, onlar buranı bəyənmədilər, bu axtarışlar nəticəsində indi meydansız qalıblar" söyləyib. Mitinqə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev də qatılıb.Aksiya konsert proqramı ilə davam etdirilir. -
09-17-2008, 06:40 PMAPATürkiyə və Ermənistan diplomatları arasında danışıqların növbəti mərhələsi başlayıb
[b]Türkiyə və Ermənistan diplomatları arasında danışıqların növbəti mərhələsi başlayıb[b]
Bern - APA. İsveçrədə Türkiyə və Ermənistan diplomatları arasında danışıqların növbəti mərhələsi başlayıb. APA-nın məlumatına görə, bu barədə "Turkish Daily News" qəzeti xəbər yayıb.
[Qəzet yazıb ki, Bern şəhərində aparılan danışıqlarda Türkiyəni Xarici İşlər Nazirliyi aparatının rəhbəri Ərtoğrul Apakan və onun müavini Ünal Çeviköz təmsil edir. Diplomatlar iki ölkə arasındakı problemlərlə yanaşı, sentyabrın sonunda Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüşlə bağlı məsələni də müzakirə edirlər. Müzakirələr uğurlu alınarsa, tərəflər xoş niyyət bəyannaməsi imzalaya bilər. Bəyannamənin Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşündə elan edilməsi nəzərdə tutulur. Diplomatik mənbələrin bildirdiyinə görə, Ermənistan 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiya yaradılması barədə Türkiyənin təklifinə razılıq vermək üzrədir. Xatırladaq ki, bu ilin may və iyul aylarında da İsveçrədə Türkiyə və Ermənistan diplomatlarının qapalı görüşləri keçirilib. -
09-17-2008, 07:00 PMAPAAzərbaycanın «Atrabank»ı ilə «BankworldInc» təşkilatı arasında anlaşma memorandumu imzalanıb
[b]Azərbaycanın «Atrabank»ı ilə «BankworldInc» təşkilatı arasında anlaşma memorandumu imzalanıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu gün Bakıda «BankworldInc» təşkilatı ilə Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankı (SKB) arasında ölkədə kiçik və orta sahibkarlığa davamlı maliyyə vasitəçiliyi xidmətlərinin gücləndirilməsi və bankın inkişafına dəstək məqsədi anlaşma memorandumu imzalanıb. «APA-ECONOMICS»n məlumatına görə, memorandum «BankworldInc» təşkilatının prezidenti Barat Barqava və «AtraBank» SKB-nin İdarə Heyətinin sədri Elmixan Nəbiyev tərəfindən imzalanıb. Memoranduma əsasən, «BankworldInc» təşkilatı əməkdaşlıq çərçivəsində ən yaxşı beynəlxalq təcrübədən istifadə edəcək. Bu qlobal və təcrübəyə kiçik və orta biznesə aid olan xidmətlərin və metodologiyanın qiymətləndirilməsi sahəsində kredit mütəxəssislərinin təlimi, mövcud proqramların keyfiyyəti, kreditlərin tənzimlənməsi və risklərin idarəedilmə prosesləri, yerli bank depozitlərinin cəlb edilməsi, məhsulların inkişafı və yeni əməliyyat imkanları, səmərəli maliyyə hesabatlılığı və təhlil vasitələrinin yaradılmasında rəhbərliyin məlumatlandırma sistemlərinin istifadəsi daxildir. Qeyd edək ki, layihəyə maliyyə vəsaiti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən ayrılıb. USAİD-in bu proqramı üzrə Maliyyə Sektorunun Stabilliyi Proqramı üzrə 5 yerli bank («AtraBank», «Muğan Bank», «NBCBank», «Azərdəmiryolbank» və «Royal Bank of Baku») seçilib ki, bunlara ümumilikdə 1 mln. ABŞ dolları həcmində qrant ayrılacaq. Bunun 250 min dolları «AtraBank» üçün nəzərdə tulub. Layihənin müddəti 1 ildir.Xatırladaq ki «Atrabank» SKB 1992-ci ildə yaradılıb. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 32,192 mln. manat, kredit portfeli 23,755 mln. manat, depozit portfeli 4,121 mln. manat, məcmu kapitalı 11,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 11 filialı, 10 bankomatı və 32 POS-terminalı fəaliyyət göstərir. -
09-17-2008, 07:20 PMAPALənkəranda 11-ci sinif şagirdi sinif yoldaşı olan qızı qətlə yetirib
[b]Lənkəranda 11-ci sinif şagirdi sinif yoldaşı olan qızı qətlə yetirib[b]
Lənkəran-Ağəddin Babayev-APA. Bu gün Lənkəran şəhərindəki 10 saylı orta məktəbin 11-ci sinif şagirdi 1992-ci il təvəllüdlü Toğrul Valeh oğlu Məmmədov sinif yoldaşı Xəyalə Fəda qızı İmanovanı qətlə yetirib.
[APA-nın Cənub bürosunun xəbərinə görə, T. Məmmədov saat 14.00 radələrində X. İmanovaya bıçaqla zərbələr endirib. Qarın nahiyəsindən kəsilmiş, deşilmiş yaralanan X. İmanova Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Üzərində cərrahiyyə əməliyyatı aparılsa da, X. İmanovanın həyatını xilas etmək mümkün olmayıb. T. Məmmədov saxlanılıb. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi başlanıb. İlkin ehtimallara görə, hadisə qısqanclıq zəminində baş verib. -
09-17-2008, 07:30 PMAPAHeydər Əliyev Fondu "Üzeyir Dünyası" və "Muğam ensiklopediyası" layihələrinin təqdimatını keçirib
[b]Heydər Əliyev Fondu "Üzeyir Dünyası" və "Muğam ensiklopediyası" layihələrinin təqdimatını keçirib[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün Heydər Əliyev Fondu "Üzeyir Dünyası" və "Muğam ensiklopediyası" layihələrinin təqdimatını keçirib. APA-nın xəbərinə görə, tədbirdə Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva çıxış edib. Üzeyir Hacıbəyovun muğama yeni həyat verdiyini bildirən M. Əliyeva dahi bəstəkarın muğam operası adlı yeni məktəb yaratdığını qeyd edib. Millət vəkili Üzeyir bəyin təkcə bəstəkar yox, ictimai xadim, pedaqoq, maarifçi, publisist kimi də böyük xidmətlərinin olduğunu vurğulayıb: "Onun "Leyli və Məcnun" operası müsəlman Şərqində yazılan ilk opera olub, "Koroğlu" operası Azərbaycan musiqi tarixində yeni səhifə açıb". Millət vəkili onu da əlavə edib ki, Ü. Hacıbəyovun ən böyük xidmətlərindən biri də milli bəstəkarlıq məktəbi və musiqi təhsili yaratmasıdır. Sabah Üzeyir bəyin ad gününün qeyd olunacağını bildirən M. Əliyevanın fikrincə, onun böyüklüyü hər zaman xalq musiqisinin zirvəsi hesab olunan muğamdan istifadə etməsidir. M. Əliyeva "Leyli və Məcnun" operasının 100 illiyinin UNESCO tərəfindən təntənəli qeyd olunduğunu, "Üzeyir Dünyası" layihəsinin bəstəkarın yaradıcılıq irsini bütün dünyada daha yaxşı tanıtmağa xidmət etdiyini vurğulayıb. "Muğam ensiklopediyası" layihəsi barədə danışan M. Əliyeva ensiklopediyanın 2 cilddən ibarət olduğunu deyib. Ensiklopediyanın 1-ci cildində muğam haqqında məlumat, 2-ci cilddə isə 125 disk toplanıb. Həmin disklərdə 20-ci əsrin əvvəllərindən başlayaraq bir qədər əvvəl keçirilən 2-ci Muğam Müsabiqəsinin iştirakçılarına qədər muğam ifaçılarının ifaları daxil edilib. Muğamın tək Azərbaycanın deyil, artıq bütün dünyanın sərvəti olduğunu qeyd edən M. Əliyeva 2 cildliyin çoxcildliyə çevrilməsini arzu edib. Millət vəkili Bakıda tikilən Muğam Mərkəzinin yaxın vaxtlarda açılışının olacağını da bildirib. Təqdimat mərasimində muğam ifaçıları və bəstəkarlar iştirak edib. -
09-17-2008, 07:40 PMAPAAzərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edib
[b]Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edib[b]
[Bakı-APA. Prezident İlham Əliyev sentyabrın 17-də qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Diplomatları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən dövlət başçısı təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına da bu münasibətlə onun xoş arzularını çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Azərbaycan xalqının bu müqəddəs bayramı həmişə qeyd etdiyini, ölkə müstəqilliyini bərpa etdikdən sonra isə onun rəsmi şəkildə qeyd olunmağa başladığını bildirib. Müstəqil Azərbaycanın bütün dövlətlərlə, o cümlədən müsəlman ölkələri ilə də diplomatik münasibətlər qurduğunu, bu münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib. İslam Konfransı Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıqdan bəhs edən dövlət başçısı İslam həmrəyliyinin daha da güclənməsinin vacibliyini söyləyib.Azərbaycanın uğurlu inkişafından söhbət açan Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. O bildirib ki, Azərbaycan uzun illərdir bu məsələnin danışıqlar yolu ilə həllinə çalışsa da, hələlik heç bir nəticə yoxdur: "Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli, işğal olunmuş torpaqlar azad edilməlidir". İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl Azərbaycan prezidentini səfirlər adından qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. O, Azərbaycanın bütün Qafqazın iqtisadi və mədəni mərkəzinə çevrilməsinin şahidi olduqlarını vurğulayaraq deyib ki, ölkədə güclü iqtisadi inkişafa gətirib çıxaran uğurlu siyasət aparılır. Azərbaycanda hökm sürən sabitlik və təhlükəsizlik Qafqaz regionunda onun əhəmiyyətini artırır: "Azərbaycan bu gün müxtəlif dinləri təmsil edən insanların rahat yaşadığı tolerant ölkədir. Müsəlman dövlətləri hər zaman hər yerdə Azərbaycanı dəstəkləyir. Bütün müsəlman ölkələri Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır". -
09-17-2008, 07:50 PMAPARamil Usubov AŞ PA-nın seçkiöncəsi missiyasının üzvlərini qəbul edib
[b]Ramil Usubov AŞ PA-nın seçkiöncəsi missiyasının üzvlərini qəbul edib[b]
[Bakı-APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa Şurası Parlament Assambleyasının ( AŞ PA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edən seçkiöncəsi missiyasının üzvlərini qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyətinə prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər, polisin üzərinə düşən vəzifələr barədə məlumat verib. Nazir qeyd edib ki, polis əməkdaşlarının maarifləndirilməsi işi diqqət mərkəzindədir. O, polis işçilərinin professional hazırlıq səviyyəsinin daha da artırılması məqsədilə 100-dən çox seminar, treninq və təlim kursları keçirildiyini deyib. Daxili işlər naziri diqqətə çatdırıb ki, prezident seçkiləri zamanı asayişin mühafizəsi, ictimai qaydaların və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi tədbirlər planı hazırlanıb. R. Usubov seçki ərəfəsində vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi üzrə görülən işlərlə də bağlı qonaqlara məlumat verib. -
09-17-2008, 08:00 PMAPAAzərbaycanın bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SİYAHI
[b]Azərbaycanın bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SİYAHI[b]
[Bakı - APA. Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, Ağayev Faiq Balağa oğlu, Babayev Rəhim Sadıx oğlu, Dadaşova Brilliant Süleyman qızı, Dostəliyeva Nazpəri Əhməd Əli qızı, Xanbabayeva Zülfiyyə Güloğlan qızı, Kazımova Aygün Ələsgər qızı, Qasımova Nisə Fətulla qızı, Quliyeva Zəhraxanım Teymur qızı, Məmmədov Əzizağa Seyfəddin oğlu, Paşayev Ağaverdi Ağa Əli oğlu, Vəzirov Kamil Səfərəli oğluna "Azərbaycan Respublikasının xalq artisti", Əfəndiyeva İmruz Məmmədsadıx qızı, Əliyeva Dilarə Asif qızı, Kərimov Fəxrəddin Nuri oğlu, Quliyev İbrahim Hacıbaba oğlu, Məmmədov Tariyel Aydın oğlu, Umudov Məmmədağa Məmmədəli oğluna "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", Abdullayev Eldar Nağı oğlu, Bağırov Viktor Cəmiloviç, Eyvazov Yasəf Alxas oğlu, Əliyarova Nərgiz Ramiz qızı, Əliyev Bəhrəm Babaxan oğlu, Əliyev Emin Eldar oğlu, Hacıyev İlqar Xəlil oğlu, Haşımova Aybəniz Həsən qızı, Həmidov İsmayıl Əziz oğlu, Hüseynli Anar Vaqif oğlu, Hüseynli Sevinc Qəhrəman qızı, Hüseynov Rafiq Hüseyn oğlu, İbrahimova Sevinc Süleyman qızı, İsmayılov Vilayət Hidayət oğlu, İsmayılova Məlahət Rövşən qızı, Qəniyev Toğrul Sərvər oğlu, Məmmədov Mahir Məmməd oğlu, Mixaylenko Aleksandr Dmitriyeviç, Mirzəyev Vaqif Həsənağa oğlu, Mövlamova Fərqanə Alim qızı, Rzaquliyev Şirbət Hikmətoviç, Sevdiyeva Bəsti Sevdiyar qızı, Səmədov Samir Səməd oğlu, Şahbazov Tofiq Atababa oğluna "Azərbaycan Respublikasının əməkdar artisti", Babayev Kamal İlyas oğlu, Əsədov Fazil Mustafa oğlu, Heydərov Vidadi Əkbər oğlu, Quliyev Əli Abuzər oğlu, Quliyeva Ulduz Əsgər qızı, Niftalıyev Əlixan Abbasqulu oğlu, Pənahov Səyyad Məşədi oğlu, Rzayev Əbülfəz Sevindik oğluna isə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.